Məhkəmə qərarları › İş №2-1(112)-1898/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1898/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1898/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçı Hacıyev Anar Eldar oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas), iddiaçının nümayəndəsi və vəkili Hacılı Pərviz Faiq oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi və vəkili Həbilov Əlirza Qəməndər oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirаkı ilə, iddiаçı Hacıyev Anar Eldar oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı «əmrin ləğv edilməsi bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Hacıyev Anar Eldar oğlu cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin ə911-001-19 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin onun barəsində olan hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsini, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirmişdir. xx.xx.2003-cü ildə Xaçmaz RPŞ-də müstəntiq vəzifəsinə təyin edilmiş, 2004-cü ilin may ayından Bakı şəhəri Xətai RPİ-nin istintaq şöbəsində müstəntiq vəzifəsində, 2006cı ilin may ayından Binəqədi RPİ-nin narkomaniya ilə mübarizə bölməsində əməliyyat müvəkkili, 2007-ci ilin fevral ayından xx.xx.2013-cü ilədək Binəqədi RPİ-də müstəntiq, 2013cü ilin noyabr ayndan 2014-cü ilin dekabr ayına qədər Xəzər RPİ-nin 1-ci PB-nn təhqiqatçısı, xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilə qədər Səbail RPİ-də 39-cu PB-nin baş təhqiqatçısı, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə qədər Səbail RPİ-nin təhqiqat şöbəsində təhqiqatçı işləmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, Ə911-001-19 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrdə iddiaçının cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq vətəndaş S.Muxtarovun müraciəti ilə səthi araşdırma aparmaqla məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasını təyin etmədiyi, iş üçün əhəmiyyət kəsb edən şəxslərin izahatlarının alınması və digər zəruri prosessual hərəkətlərin görülməsini təmin etmədən xx.xx.2019-cu ildə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etdiyınə görə iddiaçıya Bakı şəhər BPİ-nin xx.xx.2019-cu il tarixli, Ə-239-039-19 nömrəli əmri ilə elan olunmuş şiddətli töhmət intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Halbuki Səbail rayon məhkəməsinin qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 3(009)-1889/2019 nömrəli qərardan göründüyü hakim işə baxarkən iddiaçının prosessual pozuntuya yol verməsi halının olmasını göstərməmş və əgər belə hal baş versəydi o zaman material üzrə məhkəmə tərəfindən qərar qəbul edilməzdi və əlavə araşdırılma aparılması üçün material geri qaytarılardı. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi göstərmişdir ki, xx.xx.2019-cu ildə vətəndaş Kənan Məmmədovun idarə etdiyi “Volksvagen Passat” markalı, 90LL853 dövlət qeydiyyat nişanlı avtomobilin Səbail rayonu, Neftçilər prospektindəki “İnturist” otelinin qarşısında dönmə əməliyyatını həyata keçirərkən vətəndaş Səməndər Muxtarovun idarə etdiyi “Hyundai Accent” markalı, 90BH081 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu yüngül dərəcəli bədən xəsarətləri almışdır. Hadisə barədə vətəndaş Səməndər Muxtarovun DİN-nin 102 xidməti zəng mərkəzi vasitəsilə daxil olmuş müraciəti xx.xx.2019-cu il tarixdə Səbail RPİ –də 1 nömrəli kitabda qeydiyyata alınaraq icrası Təhqiqat şöbəsinin təhqiqatçısı Anar Hacıyevə həvalə edilmişdir. Polis mayoru İddiaçı vətəndaş Səməndər Muxtarovun müraciəti üzrə səthi araşdırma aparmaqla məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin etməmiş, iş üçün əhəmiyyət kəsb edən şəxslərin izahatlarının alınmasını və digər zəruri prosessual hərəkətlərin görülməsini təmin etmədən topladığı material üzrə xx.xx.2019-cu il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, sürücü Kənan Məmmədovun barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surətini Səbail RPİ DYPŞ-yə göndərmişdir. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli rəyində polis mayoru İddiaçı yuxarıda qeyd olunan prosessual pozuntulara yol verdiyinə görə intizam tənbehinə layiq olması göstərilmişdir. xx.xx.2019-cu il tarixdə vətəndaş Kənan Məmmədovun barəsində İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış material aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərilmiş və o, məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin maddə ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Vətəndaş Kənan Məmmədovun xx.xx.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsini araşdıran TŞ-nin təhqiqatçısı Anar Hacıyevin işi bağlamaq məqsədilə ondan 2000-2500 manat pul istəməsi barədə müraciəti əsasında aidiyyəti üzrə müvafiq araşdırma aparılması məsələsinə baxılması haqqında Səbail RPİ-nin rəisi C.Muradovun raportu əsasında cari ilin noyabr ayında DİN-nin Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı vəzifəsində xidmət edərkən İddiaçı cinayət prosessual qanunvericiliyinin tələblərini pozaraq vətəndaş Səməndər Muxtarovun müraciəti üzrə səthi araşdırma aparmaqla məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin etməmiş, iş üçün əhəmiyyət kəsb edən şəxslərin izahatarının alınmasını və digər zəruri prosessual hərəkətlərin görülməsini təmin etmədən topladığı material üzrə xx.xx.2019-cu il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, sürücü Kənan Məmmədovun barəsində İXMnin 327.8-ci maddəsilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surətini Səbail RPİ DYPŞ-yə göndərmişdir. Yol verdiyi qəbahətlərə görə polis mayoru İddiaçı DİN-nin xx.xx.2019-cu i tarixli, Ə911-001-19 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiаçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili P.Hacılı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi və vəkili Ə.Həbilov iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçını, iddiaçının və cavabdehin vəkil və nümayəndələrinin çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаssızdır. Məhkəmə iş materiallarında olan: Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı İddiaçı xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən xx.xx.2019-cu ildə Səbail rayonu, Neftçilər prospekti, “İnturist” otelinin qarşısında baş vermiş YNH-si əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2, 86.1 və 212.1-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmiş, sürücü Məmmədov Kənan Səyavuş oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-nin vasitəsilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail rayon məhkəməsinin hakiminin 3(009)-1889/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati xəta törətmiş Məmmədov Kənan Səyavuş oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə911-001-19 nömrəli, xx.xx.2019-cu il tarixli “Səbail RPİ əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” əmrinə əsasən cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq vət.S.Muxtarovun müraciəti üzrə səthi araşdırma aparmaqla məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin etmədiyinə görə, iş üçün əhəmiyyət kəsb edən şəxslərin izahatlarının alınması və digər zəruri prosessual hərəkətərin görülməsini təmin etmədən xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdiyinə görə Səbail RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru İddiaçı Eldar oğlu şiddətli töhmət” intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Baş istintaq və Təhqiqat İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “DİN-nin Daxili Təhqiqatlar İdarəsinin müraciətinə baxılmasına dair” rəyə əsasən vətəndaş Səməndər Muxtarovun yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə DİN-nin 102 xidməti zəng mərkəzi sistemindən daxil olmuş məlumat xx.xx.2019-cu ildə Bakı şəhər Səbail RPİ-də 1 nömrəli kitabda qeydiyyata alınaraq araşdırma təhqiqatçı polis mayoru İddiaçı tapşırılmışdır. Araşdırma zamanı K.Məmmədov izahatında xx.xx.2019-cu ildə idarə etdiyi “Volksvagen Passat” markalı avtomobillə dönmə əməliyyatını yerinə yetirərkən öz ehtiyatsızlığından “Hyundai Accent” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində həmin avtomobili idarə edən S.Muxtarovun xəsarət almasını bildirmişdir. Vətəndaş S.Muxtarov izahatında 29 sentyabr 2019-cu ildə idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə onun hərəkət zolağına daxil olmuş “Volksvagen Passat” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində xəsarət almasını göstərmişdir. Məhkəmə tibbi ekspertizasının 01 oktyabr 2019-cu il tarixli 595 nömrəli rəyində vətəndaş S.Muxtarovun bədən səthində sağlamlığa yüngül zərər vurmaya aid xəsarətin aşkar edilməsi qeyd olunmuşdur. Təhqiqatçı İddiaçı tərəfindən əməldə cinayət tərkibi olmadığına görə 5 oktyabr 2019-cu ildə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməklə qərarın surəti sürücü K.Məmmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün müvafiq təhqiqat orqanına göndərilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, təhqiqatçı İddiaçı cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq vətəndaş S.Muxtarovun yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumatı səthi araşdırma aparmaqla məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin etməmiş, iş üçün əhəmiyyət kəsb edən şəxslərin izahatlarının alınmasını və digər zəruri prosessual hərəkətlərin görülməsini təmin etmədən cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Bakı şəhər Səbail RPİ-də təhqiqatçı işləmişdir, cavabdehin Ə911-001-19 nömrəli, xx.xx.2019-cu il tarixli “Səbail RPİ əməkdaşlarının intizam məsuliyyətinə cəlb olunması barədə” əmri ilə cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq vət.S.Muxtarovun müraciəti üzrə səthi araşdırma aparmaqla məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin etmədiyinə görə, iş üçün əhəmiyyət kəsb edən şəxslərin izahatlarının alınmasını və digər zəruri prosessual hərəkətlərin görülməsini təmin etmədən xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etdiyinə görə Səbail RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru İddiaçı Eldar oğlu Bakı şəhər BPİ-nin xx.xx.2029-cu il tarixli, Ə239-039-19 nömrəli əmri ilə elan edilmiş “şiddətli töhmət” intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı həmin əmrin ona aid hissəsinin qanunsuz hesab edilərək, ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: "Polis haqqında" Qanunun 5-ci maddəsinə əsasən polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur, polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır, şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir, hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir, polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir, şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur, polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Həmin maddənin İİ hissəsinə əsasən polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. Həmin Qanunun 34-cü maddəsinə görə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; and içməkdən imtina etdikdə; cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; xidmətdə olmanın son yaş həddinə çatdıqda; səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hissələri). "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 114-cü bəndinə uyğun olaraq xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 10-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşları intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqdaxidmətdən xaric edilə bilərlər. İşin faktiki hallarına əsasən iddiaçı vət.S.Muxtarovun müraciəti üzrə səthi araşdırma aparmaqla məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin etmədiyinə görə, iş üçün əhəmiyyət kəsb edən şəxslərin izahatlarının alınmasını və digər zəruri prosessual hərəkətlərin görülməsini təmin etmədən xx.xx.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməsini cavabdeh cinayət prosessual qanunvericiiyin tələblərini pozan hərəkətlər kimi qiymətləndirmişdir, eyni zamanda iddiaçının mübahisələndirdiyi əmr verilərkən iddiaçının qüvvədə olan “şiddətli töhmət” intizam tənbehi də olmuşdur, həmin töhmət qüvvədə olduğu zaman iddiaçı yenidən icra intizamını pozmuşdur və bu səbəbdən cavabdehin ə911-001-19 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin iddiaçıya aid hissəsini - iddiaçıya “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 10-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmə tənbehinin tətbiq edilməsini məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Hacıyev Anar Eldar oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin ə911-001-19 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin iddiaçıya aid hissəsinin ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 68, 69, 85, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiаçı Hacıyev Anar Eldar oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin ə911-001-19 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin iddiaçıya aid hissəsinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar