Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1898/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “mənzilə dair yeni ünvan və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan 2 otaq 42.6 kv.metr hissəsinə dair yeni ünvan göstərilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1 otaq 14.0 kv.metr hissəsi X1 və 2 otaq 42.6 kv.metr hissəsi onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 1 otaq 14.0 kv.metr hissəsi X1 adına qeydiyyatdan keçirildiyindən, o, müstəqil surətdə mülkiyyətində olan evə dair sərəncam verə bilmir. X5 isə atasının keçmiş arvadı olduğundan, münasibətləri normal deyildir. Hazırda isə öz ailə üzvlərinin mülkiyyətində olan mənzilə qeydiyyata alınmasını istəsə də, evin digər payçısı X5 hər hansı səbəb göstərmədən, mülkiyyətində olan əmlaka dair müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırır. Bu səbəbdən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaq 42.6 kv.metr hissəsinə dair yeni ünvan göstərilməklə, yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Lakin onun mülkiyyətində olan hissəyə dair yeni ünvan göstərilməklə çıxarış ala bilmir O, xüsusi mülkiyyətində olan evə dair çıxarışda göstərilən ünvan 2 ünvanının dəyişdirilərək, yeni ünvan göstərilməklə yeni çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina məktubu ilə müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********20 saylı məktub ilə bildirmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı onun tərəfindən notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim ediləcəyi təqdirdə müraciətə qanuna müvafiq qaydada baxılacaqdır. Lakin o, çıxarışda göstərilən ünvanın dəyişdirilməsi ilə bağlı müraciətinin təmin edilməməsi səbəbindən mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazda iddia tələbinin təmin edilməməsi xahiş olunmuş və göstərilmişdir ki, qeyd edilən məsələ ilə bağlı iddiaçı tərəfindən mənzillə əlaqədar notarial qaydada təsdiq edilmiş bölgü sxemi İdarəyə təqdim edildiyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan əlavə, iddia tələbində qeyd olunan ünvan 5, 14 saylı mənzil hazırda X1 (1 otaq - 14.0 kv.m) və İddiaçı (2 otaq - 42.6 kv.m) paylı mülkiyyətindədir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, müvafiq mənzil 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşir. Bundan başqa, mənzilin kommunal sahələri ümumi istifadədir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək, paylı mülkiyyətində olan əmlakın bölünməsi ilə razı olmadığından iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan Lenin Rayonu Xalq Məhkəməsinin 2 avqust 1988-ci il tarixli qərarı ilə ünvan 4 ünvanında yerləşən 14 saylı mənzilin sahəsi 14 kv.metr olan 1 otağı qızı Rəna ilə birlikdə X2, sahəsi 21,3 kv.metr olan 2 otağı isə iki uşağı –oğlu Fuad və qızı Zərnişanla birlikdə X4 verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2009-cu il tarixli 189m saylı əmrindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 3 saylı evin 42,6 kv.metr olan 2 otaqdan ibarət 14 saylı mənzilinin şəxsi hesabı 2 nəfər ailə üzvü ilə İddiaçı adına dəyişdirilmiş və onunla icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 14 saylı mənzil paylı mülkiyyət hüququ əsasında iddiaçının (2 otaq, 42.6 kv.m) və üçüncü şəxs R.Seyfullayevanın (1 otaq, 14.0 kv.m) mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli 14 saylı mənzilin planından görünür ki, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 14 saylı mənzildə iki yaşayış otağı (hər birinin sahəsi 21.3 kv.metr) İddiaçı, 1 yaşayış otağı (sahəsi 14 kv.metr) R.Seyfullayevə məxsusdur, dəhliz, hamam, sanitar qovşaq və mətbəx isə ümumi istifadədir. İddiaçı hazırda 14 saylı mənzilin ona məxsus sahəsi 42.6 kv.metr olan iki otağına yeni ünvan və müstəqil mənzil kimi ayrıca çıxarış verilməsini xahiş edir, hansı ki, bununla da o, payının digər mülkiyyətçinin payından ayrılması məqsədi güdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın 3.2ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırda mübahisəli əmlakın ona məxsus hissəsinə fiziki cəhətdən bölünmüş əmlak kimi ayrıca ünvan və çıxarış verilməsini xahiş etsə də, həmin əmlakın bölünməsi ilə bağlı nə digər paylı mülkiyyətçi ilə arasında olan razılığı, nə də məhkəmə qərarını təqdim etmişdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından iddiaçının hazırkı iddia vasitəsilə nail olmaq istədiyi məqsədə çatması, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 3 ünvanında yerləşən 14 saylı mənzilə dair payının ayrılmaqla ayrı ünvan və çıxarış verilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 7alahova
Məhkəmə qərarları › İş №2-1(112)-1898/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1898/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver