Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19/2025 23.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X3 Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində çıxarılmış “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********194747 saylı 13 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, həmin qərara əsasən iddiaçıya hesablanmış ümumilikdə 188981,87 manat vergi borcunun silinməsi barədə” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ İddiаçı "xxxx" X3 Firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində çıxarılmış “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********194747 saylı 13 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, həmin qərara əsasən iddiaçıya hesablanmış ümumilikdə 188981,87 manat vergi borcunun silinməsi” barədə qərаr qəbul еdilməsini хаhiş еtmişdir. Məhkəmənin 05 avqust 2022-ci il tarixli Qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı "xxxx" X3 Firması barəsində ümumilikdə, xeyli miqdar təşkil edən, 131601,86 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayınması faktına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə (məhkəmə cinayət işi üzrə) icraat başa çatana kimi dayandırılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iş üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********194747 saylı 13 dekabr 2019-cu il tarixli qərarına əsasən "xxxx" X3 Firması səyyar vergi yoxlamasının nəticələrinə, o cümlədən vergilər, faizlər və maliyyə sanksiyası üzrə ümumilikdə 188.981,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı Vergilər İdarəsinin qəbul edilmiş qərarı ilə əsassız və qanunsuz tərtib edildiyi üçün razılaşmır. X6 "xxxx" X3 Firmasını xx.xx.2018-ci il tarixdə X7 alqı-satqı müqaviləsi əsasında almış xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X15 Qeydiyyatı İdarəsində qeydiyyata salıb, Dövlət Reyestrindən çıxarış almışdır. İddiaçının (VÖEN **********) xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergi orqanının xx.xx.2018-ci il tarixli **********172765 nömrəli qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbədənkənar səyyar vergi yoxlaması aparılmış bir sıra nöqsan və çatışmamazlıqlar aşkar edilmişdir. Aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə cəlb edilmə barədə qərar qəbul edilmiş, maliyyə sanksiyaları və faizlər tətbiq edilmişdir. Səyyar vergi yoxlaması haqqında **********176989 saylı xx.xx.2019-cu il tarixli Aktda rəhbər şəxsin xx.xx.2018-ci il tarixədək X8 xx.xx.2018-ci il tarixdən indiyədək X2 olduğu qeyd olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarına əsasən vergi ödəyicisində sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsinə dair xx.xx.2019-cu il tarixli akt tərtib edilməklə, xx.xx.2019-cu il tarixli **********194747 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə aşagıdakı qeyd edilən hallar müəyyən edilmişdir. Yoxlamaya sənədlər təqdim edilmədiyindən yoxlamanın gedişində vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Korgöz ŞTQ ünvanında yerləşən mişar daşı istehsalı obyektində istehsal həcminin müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli “mütəxəssisin dəvət edilməsi haqqında” və xx.xx.2019cu il tarixli “ekspertizanın təyin edilməsi haqqında” qərarlar qəbul edilərək yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin eksperti və mütəxəssisi cəlb edilmişdir. Qərarda qoyulan suallar üzrə ekspert və mütəxəssis tərəfindən xx.xx.2019-cu il tarixli rəylər təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən, onun qarşısında qoyulmuş sualın (Bakı şəhəri, Qaradağ rayonu, Korgöz ştq, Lökbatan qəs., keçid 1595 ünvanında yerləşən "xxxx" X3 firmasının istismarında olan daş karxanasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün real istehsal həcminin müəyyən edilməsi.)cavablandırılması üçün elektrik enerjiisinin sərfiyyatı haqqında sənəd təqdim edilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli **********194747 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla 7948.35 manat mənfəət vergisi və 3974.18 manat maliyyə saksiyası, 1800 manat torpaq vergisi və 600 manat maliyyə sanksiyası, 62928.82 manat mədən vergisi və 22875.25 manat maliyyə saksiyası, 64795.34 manat ƏDV və 23553.75 maliyyə saksiyası müəyyən edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. Əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).
35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının hal-hazırda vergi ödəyicisi kimi vergi uçotuna alındığı yeri və cavabdeh vergi qurumunun ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izаhаtlarını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi əsassızdır.
Faktiki hallar və sübutlar.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” Şəhadətnaməsindən görünürki, "xxxx" X3 firması ********** VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. 07 aprel 2018-ci il tarixli "xxxx" X3 firmasının nizamnamə paylarının alqı-satqı müqaviləsi”ndən görünür ki, birinci tərəf –X13, ikinci tərəf – X6 olmaqla, X13 "xxxx" X3 firmasının nizamnamə kapitalından ona məxsus nizamnamə kapitalı 10.00 (on) manat həcmində olan 100% (bir yüz) təsis payını tam olaraq X4 10 (on) manata satdı və X6 həmin payı 10.00 (on) manata aldı. xx.xx.2018-ci il tarixli **********619400 nömrəli kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" X3 firması ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. 08 may 2018-ci il tarixli "xxxx" X3 firmasının nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, müəssisənin təsisçisi X6, təsisçi, X2 nizamnamə kapitalındakı payı 10 (on) AZN və hər biri 5 (beş) AZN olmaqla 2 (iki) pay, 100 % pul şəklində xx.xx.2019-cu il tarixli **********176989 nömrəli “Səyyar vergi yoxlaması aktı”ndan görünür ki, "xxxx" X3 firması üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə vergi məcəlləsinin 38.3.6 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əmək edilməsi (vergilər və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparıldı: əlavə dəyər vergisi – yanvar 2013-avqust 2018 torpaq vergisi 2013-cü il – 2018-ci il ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb – 2-ci rüb 2018 mədən vergisi - yanvar 2013- avqust 2018 sadələşdirilmiş vergi – 1-ci rüb 2013-2-ci rüb 2018 muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi – 2013-cü il – 2017-ci il əmlak vergisi 2013-cü – 2017-ci il aksiz vergisi - yanvar 2013 – avqust 2018 yol vergisi – 2013-cü il – 2014-cü il mənfəət vergisi 2013-cü il – 2017-ci il Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********194747 nömrəli xx.xx.2019-cu il tarixli Qərarı ilə "xxxx" X3 firmasının vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı 01/xx-xx/3837 nömrəli 06 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" X3 firması tərəfindən elektrik enerjisi istehlakına görə 2013-cü il üzrə 36.000 manat, 2014-cü il üzrə 40.558 manat, 2015-ci il üzrə 26.667 manat, 2016-cı il üzrə 21.452 manat, 2017-ci il üzrə 29.356 manat və 2018-ci il üzrə 27.814 manat ödəniş həyata keçirilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********987700 nömrəli “Məlumatın təqdim edilməsi barədə” məktubunda bildirilmişdir ki, “AFƏT & CO" X3 Firmasında keçirilən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018 tarixli **********173013 nömrəli Tələbnamə verilmiş və tələbnaməyə əsasən xx.xx.2013-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə sifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr), malların, əsas vəsaitlərin, alışına və təqdim edilməsinə dair müqavilələr, qaimələr və ödəniş sənədləri, daşınan və daşınmaz əmlakın və torpaq sahələrinin mülkiyyətinə və təmirinə dair sənədlər, gömrük bəyannamələri, əmlakın və ya cəlb edilmiş maşın, mexanizmlərin, nəqliyyat vasitələrinin icarə müqavilələri, bank və kassa ödəniş sənədləri, kredit müqavilələri və ödəniş cədvəlləri, digər və sair xərclərin çəkildiyinə dair sənədlər, malların nəql edilməsinə (o cümlədən sifarişçilərə paylaşdırılmasına) dair sənədlər mühasibatlıqda müxabirləşmənin verilməsini əks etdirən sənədlər, tender sənədləri, təsdiqlənmiş; aylıq əmtəə-material hesabatları (mallann çeşidləri üzrə), xüsusi razılıq (lisenziya), hesab fakturalar, görülmüş işlərin təsdiqlənmiş xərclər smetası (hər bir görülmüş iş üzrə ayrılıqda və material, əmək haqqı xərcləri ayrılıqda göstərilməklə), təsdiqlənmiş qiymətlərin formalaşmasına dair hesablama cədvəlləri-kalkulyasiyalar (fəaliyyət növləri üzrə ayrılıqda), təsdiqlənmiş qiymət cədvəlləri (fəaliyyət növləri üzrə ayrılıqda), əsas vəsaitlərin siyahısı, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, sıfır faiz (0) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında sertifikatlar, yoxlanılan dövrün əvvəlinə və sonuna balans hesabları üzrə qalıqlar və hərəkət barədə, debitorlar və kreditorlarla, təsisçilərlə, təhtəl hesab şəxslərlə hesablaşmalara dair arayış və digər aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər (o cümlədən elektron daşıyıcılar üzərində) tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2- ci madddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib edilmişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2019-cu il tarixli **********175062 nömrəli qərar çıxarılmış və qərarda göstərilən sənədlərin bir qismi, yəni, Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamı, Dağ-mədən Aktı, Lisenziya, Müəssisə tərəfindən təqdim edilmiş etibarnamə, Müəssisənin Nizamnaməsinə edilmiş dəyişikliklər, Reyestrdən çıxarış, Firmanın səhmlərinin alqı-satqısına dair sənədlər (ümumilikdə 9 vərəq) təqdim edilmiş, digər sənədlərin isə vergi ödəyicisində olmadığı bildirilmişdir. Qeyd edilən sənədlər xx.xx.2019-cu il tarixli **********175189 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolla götürülmüşdür. Eyni zamanda, axtarış hesabat məlumatlarına əsasən yoxlanılan dövrdə müəssisə tərəfindən malların (iş və xidmətlərin) alış və satışına dair sənədlər ((VHF(alış və satışa dair), qaiməfakturalar (alış və satışa dair)) müəyyən edilməmişdir. Bununla yanaşı, “AFƏT &CO" MMC-nin yoxlanılan dövründə yalnız “Zaminbank" Açıq Səhmdar Cəmiyyətində AZN hesabı olmuş və “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2019-ou il tarixli məktubunda “AFƏT &CO" MMC-nin (VÖEN **********) “Zaminbank" ASC "Gənclik" filialında olan **********0000AZN saylı hesabı üzrə xx.xx.2013-xx.xx.2018-ci il tarixlərində əməliyyat aparılmadığı bildirilmişdir. “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə **********186606 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan görünür ki, "xxxx" X3 firması (ünvan 4 ünvanda yerləşən ərazisinə, binalarına, habelə sənədinə və əşyalarına baxış keçirilmiş, baxışın keçirilməsi zamanı səlahiyyətli nümayəndə X5 iştirak etdilər. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********175189 xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" X3 firması üzrə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı, Dağ-mədən aktı, Lisenziya, müəssisə tərəfindən təqdim edilmiş etibarnamə, müəssisənin nizamnaməsində edilmiş dəyişikliklər, reyetsrdən çıxarış, firmanın səhmlərini alqı-satqısına dair sənədlərin götürülməsi həyata keçirildi. Bakı şəhər Nizami Rayon Məhkəməsinin məhkəməyə ünvanladığı 1(007)-4/2024 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-4/2025 (1(007)-222/2022) saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarı qəbul edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 1(103)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən ləğv edilmiş və həmin hökm dərhal qüvvəyə minmişdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1771/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-4/2025 (1(007)-222/2022) saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata 2014-cü il üzrə 3288,32 manat, 2015-ci il üzrə 3856,61 manat və 2016-cı il üzrə 3171,60 manat mənfəət vergisi; 2014-cü ilin iyun ayından 2015-ci ilin dekabr ayınadək olan dövr üzrə 38582,63 manat, 2016-cı ilin yanvar ayı üzrə 1319,68 manat, fevral ayı üzrə 1124,28 manat, mart ayı üzrə 1401,14 manat, aprel ayı üzrə 1243,67 manat, may ayı üzrə 1450,06 manat, iyun ayı üzrə 1564,11 manat, iyul ayı üzrə 1542,40 manat, avqust ayı üzrə 1689,01 manat, sentyabr ayı üzrə 1542,37 manat, oktyabr ayı üzrə 1455,41 manat, noyabr ayı üzrə 1917,11 manat, dekabr ayı üzrə 877,39 manat, 2017-ci ilin yanvar ayı üzrə 796,39 manat, fevral ayı üzrə 785,51 manat, mart ayı üzrə 760,30 manat, aprel ayı üzrə 782,78 manat, may ayı üzrə 660,47 manat, iyun ayı üzrə 731,11 manat, iyul ayı üzrə 578,99 manat, avqust ayı üzrə 807,08 manat əlavə dəyər vergisi (ƏDV); 2013-cü ilin 4 rübü üzrə və 2014-cü ilin 1-2-ci rübləri üzrə cəmi 4831,90 manat sadələşdirilmiş vergi; 2014-cü il üzrə 400 manat, 2015-ci il üzrə 600 manat, 2016-cı il üzrə 600 manat olmaqla, cəmi 1600 manat torpaq vergisi ilə bağlı hissədə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə və ittiham üzrə müddətləri keçməmiş qalan (ödənilməli olan) 2017-ci il üzrə 3274,20 manat mənfəət vergisi; 2017-ci ilin sentyabr ayı üzrə 725,27 manat, oktyabr ayı üzrə 728,35 manat, noyabr ayı üzrə 712,15 manat, dekabr ayı üzrə 771,93 manat, 2018-ci ilin yanvar ayı üzrə 820,85 manat, fevral ayı üzrə 678,78 manat, mart ayı üzrə 601,51 manat olmaqla cəmi 1313.66 Əlavə dəyər vergisi (ƏDV); 2017-ci il üzrə 600 manat torpaq vergisi, o cümlədən xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində istehsal edilmiş 30654 kub metr mişar daşının hasilatı ilə bağlı ödənilməli olan 33387 manat mədən vergisi ilə bağlı hissədə cinayət tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-175/2025 saylı işi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli hökmü ilə Dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyyasiya şikayəti qismən təmin edilməsi, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işinə xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(007)-4/2024 nömrəli qərarının ləğv edilməsi, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, ona 1 (bir) il 6 (altı) ay müddətə mişar daşının istehsalı və satışı ilə məşğul olma fəaliyyəti hüququndan məhrum edilməklə aylıq qazancından 20 faiz pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasının təyin edilməsi, X8 14 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 1 (bir) günü islah işlərinin 4 (dörd) günü hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə islah işləri cəzasından çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzasının saxlanılması, X13 onun üzərində saxlanılan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzanın icrasına nəzarət onun yaşadığı yer üzrə Goranboy rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, X10 təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə mişar daşının istehsalı və satışı ilə məşğul olma fəaliyyəti hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi, X8 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilməsi, X7 126.601,86 manat pul vəsaiti zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1771/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdi 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.
214. Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir. 216.1. Yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi xam neftin hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat məbləğində müəyyən edilir. 216.1-1. Yerin təkindən çıxarılan filiz faydalı qazıntılara (bütün növ metallara) görə mədən vergisinin dərəcəsi onların topdansatış qiymətinin 3 faizi məbləğində müəyyən edilir. 217.2. Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir. 217.3. Mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən kec olmayaraq vergi orqanına mədən vergisinin bəyannaməsini verirlər. 217.4. Bu maddədə müəyyən edilən qaydada hesablanmış verginin məbləği bu Məcəllənin 119.1-ci maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir. 217.5. Mədən vergisi dövlət büdcəsinə ödənilir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər;[314] 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;[315] 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;[317] 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə.[318] 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda;[319] 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda;[320] 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: [321] 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.3.10. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisində transfer qiymətlərinin tətbiqi üzrə və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu halda vergilərin hesablanması zamanı. Bu halda növbədənkənar səyyar vergi yoxlaması yalnız transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olmuş sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlarla əhatə edilən əməliyyatlar üzrə aparıla bilə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
46. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.
İşin faktiki hallarına əsasən, vergi orqanının xx.xx.2018-ci il tarixli **********172765 nömrəli qərarına əsasən "xxxx" X3 Firmasının xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbədənkənar səyyar vergi yoxlaması aparılmış, nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********194747 nömrəli xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən bu qərar ilə 7948.35 manat mənfəət vergisi, 3974.18 manat maliyyə saksiyası, 1800 manat torpaq vergisi və 600 manat maliyyə sanksiyası, 62928.82 manat mədən vergisi və 22875.25 manat maliyyə saksiyası, 64795.34 manat ƏDV və 23553.75 maliyyə saksiyası müəyyən edilmişdir. İddiaçının iddiasının əsasını təşkil edən hal odur ki, X6 "xxxx" X3 Firmasını xx.xx.2018-ci il tarixdə X7 alqı-satqı müqaviləsi əsasında almış xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X15 Qeydiyyatı İdarəsində qeydiyyata salıb, Dövlət Reyestrindən çıxarış almış, təsisçi dəyişildiyindən cavabdehin mübahisələndirilən inzibati aktı qanunsuzdur. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi şəxs tərəfindən vergi öhdəlikləri yerinə yetirilmədiyi üçün təsisçisi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-175/2025 saylı işi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Hökm məhkəmə tərəfindən müəyyən edilmiş aşagıdakı hallara əsaslanmışdır: - "xxxx" X3 Firmasının direktoru olmuş Yaşar Məhərov xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəyi ilə məşğul olarkən, Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışından vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumlikdə xeyli miqdar təşkil edən 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, nəticə etibarı ilə də vahid niyyətlə davam edən cinayət əməli törətmişdir. - sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş "xxxx" X3 Firmasının direktoru Yaşar Məhərov xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan illər üzrə eyni əməlləri davamlı olaraq törətmiş və onun vahid qəsdlə əhatə olunan bu cinayət əməli xx.xx.2018-ci il tarixdə (alqı-satqı müqaviləsinə əsasən başqa şəxsin xeyrinə özgəninkiləşdirilənədək) başa çatmışdır. - "xxxx" X3 Firmasının direktoru X8 xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sahibkarlıq fəaliyyəyi ilə məşğul olarkən, Bakı şəhəri, Qaradağ rayonu, Körgöz ŞTQ, keçid 1595 ünvanında yerləşən daş karxanasında həyata keçirdiyi mişar daşının hasilatı və satışından vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumlikdə xeyli miqdar təşkil edən 131.601,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması təsdiq olunmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt iddiaçıya münisbətdə qanuni inzibati akt olması yuxarıda istinad edilən məhkəmə hökmü ilə təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İşin məhkəmə inzibati icraatında araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı "xxxx" X3 Firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində çıxarılmış “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********194747 saylı 13 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, həmin qərara əsasən iddiaçıya hesablanmış ümumilikdə 188981,87 manat vergi borcunun silinməsi” barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq
QƏRАRА АLDİ:
İddia təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеlyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа