Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-190/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “artıq silinmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cari hesablarından artıq silinmiş xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının cari bank hesabından silinmişdir. Qeyd edilən silinmələrin qanunsuz olması ilə bağlı iddiaçı tərəfindən cavabdehə məktub göndərilmişdir. Cavabdeh orqan cavab məktubunda bildirmişdir ki, silinən məbləğlər xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məktub göndərilmiş və cavab alınmışdır. Cavabda qeyd edilmişdir ki, Şirkət tərəfindən xx.xx.2007-ci il tarixində 50660,60 manat və xx.xx.2007-ci il tarixində 49919,60 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fodnunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X7 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. İddiaçı tərəfindən şirkətin yarandığı tarixdən bütün dövrdə, o cümlədən 2007-ci ildə bütün məcburi dövlət sosial sığorta haqları vaxtı-vaxtında ödənilmişdir. Bu günə qədər Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya heç bir maliyyə sanksiyası tətbiq edilməmişdir və heç bir zaman vəsaitlərin silinməsi haqqında sərəncam qoyulmamışdır. Bu da onu göstərir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ilə bağlı heç bir borcu olmamışdır. Bütün məcburi dövlət sosial sığorta ödənişləri iddiaçı tərəfindən bəyan olunduğu kimi vaxtı-vaxtında ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun cavabdehə cavab məktubunda qeyd olunduğu kimi iddiaçının məcburi dövlət sosial sığorta haqları borcu olsa idi, onda sual yaranır, niyə 11 il ərzində Dövlət Sosial Müdafiə Fondu sərəncam tətbiq etməklə qeyd edilən borcları şirkətin hesabından silməmişdir? Heç vaxt hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçının borca görə tutulma ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə müraciət olmamışdır. Bu da onu göstərir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənişləri vaxtı vaxtında ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta və işsizlik sığortaları üzrə hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Vergilər Nazirliyinə həvalə edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə şəxsi hesab vərəqədə 603347,73 manat borcu olmuşdur. Yaranmış borcun alınması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsi əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bank hesablarına sərəncamlar göndərilmiş və ümumilikdə 137119,39 manat borc məbləği silinmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə vergi orqanına müraciət etmiş, məcburi dövlət sosial sığorta haqları (MDSS) üzrə dövlət büdcəsinə borcu olmadığını bildirmişdir. Məktubda qeyd olunan qalıq xx.xx.2019-cu il tarixədək olan dövrə aid olduğu üçün, yaranmış halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktuba əsasən iddiaçı tərəfindən 2007-ci il üzrə 100580,76 manat məbləğin X7 idarəsinin xəzinə hesabına ödənilməsi müəyyən edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı iddiaçıya xx.xx.2008-ci il və xx.xx.2019-cu il tarixli məktublar göndərildiyi bildirilmiş, həmçinin MDSS üzrə hər bir dövr üzrə hesablamalar və ödəmələri əks etdirən məlumat cədvəli təqdim edilmişdir. İddiaçı şəxsi hesab vərəqəsindən 137119,39 manat məbləğin silinməsinin əsassız olduğunu iddia etsə də, bununla bağlı heç bir dəlilə əsaslanmamışdır. Əsassız olduğu iddia edilən məbləğin ödənilməsi və dövlət büdcəsinə daxil olması ilə bağlı heç bir mötəbər dəlil təqdim edilməmişdir. İddiaçının həm iddia ərizəsində, həm də vergi orqanına etdiyi əvvəlki müraciətindən aydın görünür ki, 2007-ci il üzrə MDSS üzrə heç bir borcunun olmaması barədə iddiası özlüyündə ziddiyyətlidir. Belə ki, iddiaçı borcun 2007-ci ildən bəri mövcud olması barədə tam məlumatlı olmasına baxmayaraq, həmin müddət ərzində borcun səbəblərini araşdırılması ilə bağlı heç bir tədbir görməmiş, mübahisələndirməmişdir. Həmin borcun üzərindən uzun müddət keçdiyindən silinməli olması barədə səhv qənaətə gəlmişdir. Borcla bağlı dövlət orqanı tərəfindən məcburedici hərəkətlərin edilməməsini borcun olmaması hesab etmişdir. Məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənildiyini qeyd etsə də, müvafiq səlahiyyətli orqanın təqdim etdiyi sənədlərdə bu ödənişlər öz əksini tapmamışdır. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi məlumatlarda 2007-ci il üzrə ümumilikdə 100580,76 manat borcunun olduğu müəyyən edilir. İddiaçı isə 2007-ci il üzrə 137119,39 manat məbləğin əsassız silindiyini mübahisələndirir. İddiaçı iddia ərizəsində məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə borcunun olmadığını və buna görə sərəncam əsasında məbləğlərin tutulmasının əsassız olduğunu qeyd edir. İddiaçı vergi orqanı tərəfindən bank hesabına qoyulmuş sərəncamlar əsasında silinən vəsaitlərin əsassız olmasını və artıq silinməsini təsdiq edən heç bir dəlilə əsaslanmır. İddiaçı 2007-ci ildə bütün MDSS vaxtında ödədiyini iddia etsə də, təsdiqedici sənədlər əlavə edilməmişdir. Həmçinin məbləğlərin dövlət xəzinə hesabına daxil olması halı sübuta yetirilmir. İddiaçı borcun mövcudluğu barədə hər rüb üzrə hesabat təqdim etdikdə hesabatın “Dövrün əvvəlinə borc məbləği” qrafasında borc məbləğinin silinmədiyini və qalmaqda davam etdiyini görsə də, 2007-ci ildən bəri bu barədə heç bir qanunamüvafiq tədbir görməmiş, borcun silinməməsi səbəblərini araşdırmamış və mübahisələndirməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Cavabdeh tərəfindən Sizin məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcun araşdırılması haqqında müraciətinizə baxılmışdır. Məktubunuzda qeyd olunan qalıq xx.xx.2018-ci il tarixədək olan dövrə aid olduğu üçün yaranmış borcla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2019-cu il tarixli sorğu məktubu göndərilmiş və həmin məktuba xx.xx.2020-ci il cavab alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: "xxxx" Şirkətinin Filialı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqları Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X7 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. Qeyd edilən məsələ ilə əlaqədar olaraq 2008-ci il 11 yanvar tarixində Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X7 idarəsi tərəfindən və 2019-cu il 28 may tarixli Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Şirkətinə məktub göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: "xxxx" şirkətinin filialı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqları Fondun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X7 İdarəsinin xəzinə hesabına daxil olmamışdır. Qaldırılan məsələ ilə bağlı 2008-ci il 11 yanvar tarixli Fondun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X7 İdarəsi tərəfindən, 2019-cu il 28 may tarixində isə Fondun Bakı şəhər İdarəsi tərəfindən "xxxx" şirkətinə və Fondun Aparatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2019-cu il 30 dekabr tarixində müvafiq məktublar göndərilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 591 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" şirkəti tərəfindən 50.660,90 manat ödənilmişdir. Alan bank - ABB-nin Nəsimi filialı. Ödənişin təyinatı və əsas – 2007-ci ilin may ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 44.581,59 manat, 3% - 6.079,31 manat). İş materiallarında olan xx.xx.2007-ci il tarixli 915 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" şirkəti tərəfindən 49.919,86 manat ödənilmişdir. Alan bank - ABB-nin Nəsimi filialı. Ödənişin təyinatı və əsas – 2007-ci ilin avqust ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 43.929,48 manat, 3% - 5.990,38 manat). İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarda qeyd edilir: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 2007-ci ilin 25 may tarixində 50.660,90 manat və 2007-ci ilin 28 avqust tarixində ödənilmiş 49.919,86 manat məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş sənədləri üstündən beş ildən artıq müddət keçdiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatı”na müvafiq olaraq arxivə təhvil verilərək məhv edilməsi səbəbindən həmin sənədləri Məhkəməyə təqdim edə bilmirik. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sorğuya qoşma kimi əlavə edilən 2 ədəd ödəniş tapşırığında ödəyən və alan təşkilatın bankı eyni olduğundan ödənişlər həmin bankın daxili informasiya sistemi ilə həyata keçirilmişdir. Bu səbəbdən bilavasitə Azərbaycan Beynəlxalq Bankına müraciət olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, məktubunuza əlavə edilmiş ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuş, yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər müvafiq qaydada tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 3-cü maddəsinə əsasən sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi sosial sığortanın prinsiplərindən biridir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. xx.xx.2018-ci ildə qəbul edilmiş və xx.xx.2019-cu ildən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2-ci maddəsinə əsasən fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması; 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. 3-cü maddəsinə əsasən fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir: 3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; 3.0.2. hər bir sığortaolunanın fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında özü barəsində olan məlumatları əldə etməsi; 3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması; 3.0.4. fərdi uçotun informasiya bazasından bu uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan digər məqsədlər üçün istifadəsinin yolverilməz olması; 3.0.5. sığortaolunanın bütün əmək fəaliyyəti dövründə fərdi uçotun həyata keçirilməsi. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2007-ci il tarixli 591 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı "xxxx" şirkəti tərəfindən 50.660,90 manat ödənilmişdir, alan bank - ABB-nin Nəsimi filialı, ödənişin təyinatı və əsas – 2007-ci ilin may ayı üçün DSMFnə ayırmalar ödənilir (22% - 44.581,59 manat, 3% - 6.079,31 manat). Həmçinin xx.xx.2007-ci il tarixli 915 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 49.919,86 manat ödənilmişdir, alan bank - ABB-nin Nəsimi filialı, ödənişin təyinatı və əsas – 2007-ci ilin avqust ayı üçün DSMF-nə ayırmalar ödənilir (22% - 43.929,48 manat, 3% - 5.990,38 manat). Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda "xxxx" Şirkətinin Filialı tərəfindən 2007-ci il 25 may tarixində 50660 manat 90 qəpik və 2007-ci il 28 avqust tarixində 49919 manat 86 qəpik ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv etmə prosesində olan Bakı şəhəri üzrə X7 İdarəsinin xəzinə hesabına daxil olmadığı qeyd olunmuşdur. Bundan sonra cavabdehin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlər iddiaçının bank hesabından silinmişdir. Lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli məktubdan görünür ki, qeyd olunan ödəniş sənədləri əsasında "xxxx" şirkəti tərəfindən ödənilmiş 50.660,90 manat xx.xx.2007-ci il tarixdə və 49.919,86 manat xx.xx.2007-ci il tarixdə Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçmiş Nəsimi Rayonu üzrə Maliyyə İdarəsində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda, o cümlədən "xxxx" şirkəti tərəfindən 2007-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənmədiyi və həmin vəsaitlərin təyinatından yayındırılması halları aşkar olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan məcburi dövlət sosial sığorta haqları ödənilmişdir, həmin vəsaitlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi Nəsimi yerli xəzinədarlıq orqanına daxil olmuşdur. İddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti departamentlərinin xəzinə hesab kitablarına işlənməməsi və həmin vəsaitlərin təyinatından yayındırılması hallarına görə isə iddiaçı cavabdehlik daşımır. İddiaçı tərəfindən həmin vəsaitlər təyinatı üzrə ödənilmişdir və xəzinədarlıq orqanına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının cari hesablarından artıq silinmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 120OPXO191140634 - MDSS0111 saylı sərəncamı ilə 64.301,02 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191160800 - MDSS0111 saylı sərəncamı ilə 6.996,58 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210009 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat, xx.xx.2019cu il tarixli 120OPXO191210193#1 - MDSS0111 saylı sərəncamı ilə 333,72 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191210193#3 - MDSS0111 saylı sərəncamı ilə 6.849,54 manat, xx.xx.2019-cu il tarixli 120OPXO191221068 - MDSS0111 saylı sərəncamı ilə 29.304,61 manat və xx.xx.2019-cu il tarixli 120OPXO191270516 - MDSS0111 saylı sərəncamı ilə 29,31 manat, ümumilikdə 137.119,39 manat məbləği həcmində vəsaitlərin iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-190/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-190/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver