Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1900/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Şıxı-zadə Elmira İbrahim qızının, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı Şıxı-zadə Elmira İbrahim qızının cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Şıxı-zadə Elmira İbrahim qızı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,05 hektar bağ sahəsinin əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi, bağ sahəsinin dövlət qeydiyyatına alınması və iddiaçının adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia əizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 və İstismarı Birliyi ilə iddiaçı arasında xx xxxxxx 2001-ci il tarixində 31350 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,05 ha 555 Ə saylı bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan hal-hazıradək bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçı qanuni istifadəsində olan bağ sahəsini özəlləşdirmək məqsədi ilə müvafiq sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq plan və cizginin alınması ilə bağlı müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi iddiaçıya xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır ki, qonşuluqları “545” ilə başlayan bağ nömrələridir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdeh idarənin imtinası tam əsassız və qanunaziddir. Belə ki, bağ sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi barədə Azərbaycan Respublikası Prezidentintin xx xxx 2007-ci il tarixli sərəncamının 2.2-ci bəndinə əsasən vətəndaşların qanuni istifadələrində olan bağ sahələri əvəzsis olaraq onların mülkiyyətinə verilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iddiaya etiraz edərək bildirmişdir ki,elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır, belə ki, qonşuluqları “545” ilə başlayan bağ nömrələridir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu il tarixli, **********59 saylı cavab məktubu ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində bir mərtəbəli ev, köməkçi və həyat tikililəri var. Məhkəmə iclasında iştirak edən iddiaçı Şıxı-zadə Elmira İbrahim qızı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: -AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Şıxı-zadə Elmira İbrahim qızı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1936-cü il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri Yasamal rayonu Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1/2019 saylı arayışdan görünür ki, iddiaçı Şıxı-zadə Elmira İbrahim qızı ünvan 3 ünvanında daimi qeydiyyatdadır. -Bağın icarəyə verilməsi haqqında xx xxxxxx 2001-ci il tarixli, 31350 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X1 və istismarı birliyi ilə Şıxızadə Elmira İbrahim qızı arasında icarə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə görə, birlik Pirşağı qəsəbəsində 0,05 hektar bağ sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün Şıxı-zadə Elmira İbrahim qızına verir və o həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılaşmasına əsasəbn 20 ildən artıq olmayaraq, müəyyən edilir. Şıxı-zadə Elmira İbrahim qızı müqavilə öhdəliklərini yerinə yetirdikdə icarə müqaviləsi yeni müddətə uzadıla bilər. -X1 və istismarı birliyi tərəfindən verilmiş inventarlaşdırma vərəqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.05 ha ölçüdə 555ə nömrəli bağ sahəsi 31350 nömrəli müqavilə əsasında icarədar Şıxı-zadə Elmira İbrahim qızına verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********59 saylı məktubundan görünür ki, iddiaçı Şıxı-zadə Elmira İbrahim qızının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır, belə ki, qonşuluqları “545” ilə başlayan bağ nömrələridir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxx 2020-ci il tarixli, **********28 saylı məktubu ilə təqdim olunmuş arxiv sənədlərindən görünür ki, iddiaçı Şıxı-zadə Elmira İbrahim qızı Bakı Bağlar Birliyinə ərizə ilə müraciət edərək, 1965-ci ildən etibarəm Pirşağı qəsəbəsində yerləşən bağ sahəsinin istifadə etdiyi üçün, həmin sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmiş, Pirşağı qəsəbəsinin “555ш”, “555” və “529” saylı bağ sahələrinin sakinləri iddiaçının 1965-ci ildən sözügedən bağ sahəsində yaşadığını ərizələri ilə təsdiq etmişdirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq olunmuş arayışda qeyd olunmuşdur ki, Şıxı-zadə Elmira İbrahim qızı 31350 nömrəli müqavilə əsasında Pirşağı qəsəbəsində yerləşən 0.05 ha ölçüsü olan 555ə bağının adına keçirilməsini xahiş etmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli, **********11 saylı məktubun surətindən görünür ki, tədqiq olunan bağ sahəsinə İdarənin mühəndisinventarlaşdırıcısı tərəfindən texniki baxış keçirilmişdir.İdarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı Şıxı-zadə Elmira İbrahim qızının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki, 555ə saylı bağ kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə digər bir fiziki şəxsin müraciəti daxil olmamışdır. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı Şıxı-zadə Elmira İbrahim qızı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,05 hektarda olan 555 ə bağ sahəsinin Bağın icarəyə verilməsi haqqında xx xxxxxx 2001-ci il tarixli, 31350 №-li müqavilə əsasında onun icarəsinə verildiyinə istinad edərək, hüquqlarının qeydə alınması və adına dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində bağ sahəsinə dair Bağın icarəyə verilməsi haqqında xx xxxxxx 2001-ci il tarixli, 31350 №-li müqaviləni ona əlavə olunmuş inventarlaşdırma vərəqəsinin notarial qaydada təsdiq olunmuş surətini təqdim etmişdir. Məhkəmə, iddiaçının iddia etdiyi bağ sahəsi, yəni, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,05 hektarda olan 555 ə bağ sahəsində iddiaçı Şıxı-zadə Elmira İbrahim qızının ümumiyyətlə hüquqlarının olub-olmamasını və bağların bölgüsünə dair sxematik xəritədə uyğunsuzluqun olub-olmaması ilə bağlı araşdırma aparmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Yəni bu iddia növü ilə iddiaçı məhkəmədən tələb edir ki, məhkəmə inzibati orqanın üzərinə qanunvericilikdə müəyyən edilmiş vəzifənin icrası öhdəliyini qoysun. Belə ki, öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcüd olmalıdır: inzibati orqan tərəfindən qanunvericilikdə müəyyən edilmiş vəzifənin icrasından imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində üzərinə düşən öhdəlik icra edilməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. (maddə 8.0.7) Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» xx xxx 2007-ci il tarixli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndinə görə, torpaq münasibətləri dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarə edilməsi sahəsində ictimai münasibətdir. Həmin Qanunun 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Qanunun 55-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, torpaq sahəsi və daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cü, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınması üçün aşağıdakı sənədələrin mövcudluğu tələb olunur. -bağ sahəsinə dair icarə müqaviləsi; -sərəncam; -order; -kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. İş materiallarında olan sənədlər bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsi halını təkzib etmir. Belə ki, iddiaçı Şıxı-zadə Elmira İbrahim qızının həmin bağ sahəsi üzərində hüququnun yaranmasının əsasını təşkil edən bağın icarəyə verilməsi haqqında xx xxxxxx 2001-ci il tarixli, 31350 №-li müqaviləsinin əsassız olduğu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, həmin əsaslar mötəbər hesab olunur. Hətta, məhkəmə araşdırılması zamanı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğular əsasında məlum olmuşdur ki, X1 və İstismarı Birliyinin xx xxxxxx 2001-ci il tarixli 31350 saylı müqaviləsi inzibati orqanın arxivində mövcuddur Göründüyü kimi, iddiaçı Şıxı-zadə Elmira İbrahim qızı ilə X1 və İstismarı Birliyi arasında mövcud olmuş icarə münasibətləri, iddiaçının “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri əsasında Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,05 hektarda olan 555 ə bağ sahəsinin üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmuşdur. Lakin, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə imtina olunarkən yalnız bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq olmasına istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə görə (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının tabeçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilmısi yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsi sırasına daxildir. Cavabdehin imtina üçün gətirdiyi digər dəlilə (sxematik xəritə ilə uyğunsuzluq) münasibətdə Məhkəmə qeyd edir ki, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi bir tərəfdən iddiaçının iradəsindən asılı olan hal deyil, digər tərəfdən də onun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Belə uyğunsuzluq mövcud olduğu halda, inzibati icraat çərçivəsində aradan qaldırılmalıdır. Buna baxmayaraq, Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq, mübahisə predmetini təşkil edən bağ sahəsinin digər bağ sahəsinin üzərinə düşüb-düşməməsi ilə bağlı aidiyyəti üzrə inzibati orqana sorğu vermiş, sorğunun icrası zamanı mühəndis-inventarlaşdırıcısı tərəfindən texniki baxış keçirilmiş və iddiaçının iddia etdiyi və naturada göstərdiyi bağ sahəsinə hər hansı başqa bir şəxsin müraciətinin daxil olmaması müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə imtina edilərkən, torpaq sahəsinin üzərində tikililələrin olmasına münasibət bildirilmədiyi halda, cavabdeh bu məsələni məhkəmə icraatı zamanı təqdim etmiş etirazda mübahisələndirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,05 hektarda olan 555 ə bağ sahəsi ilə bağlı olan sxematik xəritəsində, tikillilərin və yarımtikilinin sxemi və ölçüləri göstərilmişdir. Göründüyü kimi, X1 və İstismarı Birliyi ilə iddiaçı arasında xx xxxxxx 2001-ci il tarixində 31350 saylı müqaviləsi bağlanarkən, həmin bağ sahəsi üzərində sözügedən tikililər və yarımtikili (bir mərtəbəli ev, köməkçi və həyat tikililləri) mövcud olmuşdur. Məhkəmənin qənaətinə görə, cavabdehin mübahisələndirdiyi hal, iddiaçının müraciətinə imtina olunması və bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina olunması üçün əsas deyildir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etməyərək, iddiaçının müraciəti əsasında inzibati icraatı düzgün aparmamış və əsassız olaraq imtina etmişdir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi hаqqındа" Avropa Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən, Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı Şıxı-zadə Elmira İbrahim qızının iddiası təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,05 hektar sahədə yerləşən 555Ə bağ sahəsi üzərində iddiaçı Şıxı-zadə Elmira İbrahim qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Şıxı-zadə Elmira İbrahim qızının iddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0,05 hektar sahədə yerləşən 555Ə bağ sahəsi üzərində iddiaçı Şıxı-zadə Elmira İbrahim qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1900/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1900/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver