Məhkəmə qərarları › İş №2-1(112)-1900/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1900/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1900/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “buraxılış ili 2015-ci il olan, “Ford Transit” yük markalı, vaqon tipli WA0XXXTTGFXJ60369 ban nömrəli, sarı rəngli avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə həvalə edilməsi” barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, buraxılış ili 2015-ci il olan, “Ford Transit” yük markalı, vaqon tipli WA0XXXTTGFXJ60369 ban nömrəli, sarı rəngli avtomobil Gürcüstan Respublikasından alınaraq Azərbaycan Respublikasına gətirilmişdir. 05 aprel 2022-ci il tarixdə avtomobil Azərbaycan Respublikasında Gömrük qeydiyyatından keçmişdir. Buna dair 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün **********0230 №-li vəsiqə verilmişdir. Göstərilən avtomobil qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə təqdim edilmişdir. Orada avtomobilə baxış keçirilən zaman avtomobilin İnterpol xətti ilə axtarışda olması məlum olmuşdur. Bu səbəbdən də qeydiyyat aparılmamışdır. Göstərilən fakt üçün Gürcüstan Respublikasının Rustavi rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və prokurorluğun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində nəzərdə tutulmuş hər hansı tədbir olmadığı üçün Levan Xitaraşvilinin avtomobilinin sənədlərinin və indentifıkasiya nömrəsinin saxtalaşdırılması faktı üzrə **********004 saylı cinayət işinin istintaqının dayandırılması və işdə olan identifıkasiya nömrəsi WFOXXXTTGFXC60369 olan Ford markalı avtomobilin və müvafiq sənədlərin qanuni sahibinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı onun vicdanlı olmağı müəyyən edilmiş və buna görə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin rəis müavini X1 04 may 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi və nəqliyyat vasitəsinin ona qaytarılmasının və avtomobillə bağlı digər hallar üzrə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Buraxılış ili 2015-ci il olan, “Ford Transit” yük markalı, vaqon tipli WA0XXXTTGFXJ60369 ban nömrəli, sarı rəngli avtomobili əldə edərkən avtomobilə dair başqa şəxslərin mümkün iddialarını bilmədiyindən, göstərilən avtomobili vicdanlı əldə edən şəxsdir. Belə ki, göründüyü kimi, həm Gürcüstan Respublikasının və həm də Azərbaycan Respublikasının istintaq orqanları tərəfindən buraxılış ili 2015-ci il olan, “Ford Transit” yük markalı, vaqon tipli WA0XXXTTGFXJ60369 ban nömrəli, sarı rəngli avtomobilin əldə edilmə əsasları araşdırılmış və həmin avtomobilin istər həmin avtomobilin əvvəlki sahibi və həm də hazırkı sahibi olan onun tərəfindən qanuni əsaslarla əldə edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmənin 03 oktyabr 2022-ci il tarixli hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə 16 avqust 2022-ci il tarixli bildirişlə xəbərdar edilmişdir. Qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2022-ci il tarixə şifahi məhkəmə baxışı iclası təyin olunmuşdur və bu barədə iddiaçıya 03 oktyabr 2022-ci il tarixli bildiriş ünvanlanmışdır. Məhkəmə iclası tərəflər iştirak etmədiyindən 26 dekabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış 25 noyabr 2022-ci il tarixli məktubla xx.xx.2022-ci il tarixə təyin edilmiş iclasa nümayəndəsinin gəlmədiyi təqdirdə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsinin mümkün olması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iştirak etməmişdir. Məhkəmə iclası tərəflər iştirak etmədiyindən təxirə xx.xx.2023-cü il tarixə salınmışdır. Məhkəmənin hazırkı iclasında da tərəflər iştirak etməmişlər. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ...Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, həmin Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında həmin Məcəllənin 55.3cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, həmin Məcəllənin 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən və həmin Məcəllənin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar