Məhkəmə qərarları › İş №2-1(112)-1900/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1900/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1900/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “müvafiq hərəkətlərin edilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X5 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “müvafiq hərəkətlərin edilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü qızları X11 məxsus ünvan 1 ünvanda yerləşən 49 saylı mənzilin özgəninkiləşdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahdan 2 övladları var. xx.xx.2011-ci il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X17. Hal-hazırda ailəsi ilə birlikdə kirayə yaşayırlar. Kirayədə yaşamaqlarının səbəbi isə əvvəl yaşadıqları ünvan 2 ünvanda yerləşən mənzilin 33.49 kv.m sahəsi olan 1 otaqlı olmasıdır. Həmin mənzili xx.xx.2020-ci il tarixdə xx.xx.2011-ci il təvəllüdlü qızları X9 adına almışdırlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra mənzilin sahəsinin az olması və həmin mənzildə 4 ailə üzvüləri ilə yaşamaqları onlara çətinlik yaratdı. Ona görə də onlar məcbur qalıb həmin mənzili daha geniş sahəli yəni çox otaqlı mənzil ilə dəyişmək qərarına gəlmişdirlər. Bununla bağlı həmin 1 otaqlı mənzili satmaq qərarına gəldikdə notariusdan onlara bildirmişdirlər ki, uşaqlarının adına olan mənzili satmaq üçün Suraxanı RİH-nin razılığı olmalıdır. Onlar da məcbur qalıb Suraxanı RİH-yə müraciət etmiş, oradan imtina edilərək bildirilmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü övladları X11 məxsus payın özgəninkiləşdirilməsinə icazə verilməsi barədə ərizələrinə Suraxanı RİH yanında X8 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyada baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.8.1-ci bəndinə görə yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanları uşaqların və mənafelərini müdafiə edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən isə uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Suraxanı RİH tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, vətəndaşlar İddiaçı1 və İddiaçı2 xx.xx.2011-ci il təvəllüdlü övladı X11 məxsus payın özgəninkiləşdirilməsinə icazə verilməsi barədə ərizə ilə Suraxanı RİH-yə müraciət etmişdir. Məsələyə Suraxanı RİH-nin yanında X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli iclasında baxılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya №**********47-05101- 093121) çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yetkinlik yaşına çatmayan X11 məxsus payın özgəninkiləşdirilməsi RİH yanında X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti yanında X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən hesab edilmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X11 məxsus olan əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair müvafiq qərarın verilməsi onun yetkinlik yaşına çatdıqdan sonra özü tərəfindən müstəqil surətdə qəbul ediləcəyi təqdirdə daha doğru, həmçinin onun mənafeyinə uyğun hesab edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumiuqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumiuqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumiuqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumiuqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X14 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: AA ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ünvanında qeydiyyatdadır. AA3 420748 №-li və AA ******* №-li şəxsiyyət vəsiqələrinin surətlərindən və şəxsiyyət vəsiqələri barədə məlumatlardan müəyyən olunur ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2011-ci il təvəllüdlü X15 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 808901 №-li xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X15 xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2011-ci ilin dekabr ayının 21-ci günündə 3956 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında İddiaçı1, anası qrafasında X2 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/09İS/117645 №-li, xx.xx.2023-cü il tarixli arayışda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1 ailə üzvləri qismində adları sadalanan şəxslər qeyd olunmuşdur: arvadı xx.xx.1980-ci il təvəllüdlü İddiaçı2, qızı xx.xx.2011-ci il təvəllüdlü X15, qızı xx.xx.2014-cü il təvəllüdlü X17. ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı1 və ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı2 tərəfindən 6 saylı Bakı “ASAN” Xidmət mərkəzində verilmiş **********466 №-li ərizədə qızları-X11 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 19, ünvanında yerləşən ümumi sahəsi 33.49 kv. m. olan 49 saylı mənzilin yeni və daha geniş mənzil alması ilə əlaqədar özgəninkiləşdirilməsinə, satılmasına razılıq verməsi xahiş edilmişdir. “ASAN 6” tərəfindən verilmiş ******* №-li, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyta haqqında” arayışdan müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X15 ünvan 9 ünvanında qeydiyyyatdadır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2121 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, 4Ə-957 reyestr nömrəli alqı-satqı müqaviləsində “Alıcı” X9 qanuni nümayəndəsi atası İddiaçı1 tərəfindən ünvan 10 ünvanında yerləşən mənzilin satış qiyməti olaraq 41000 manat məbləği notariusun bankda açılan depozit hesabı vasitəsilə “Satıcı” X6 razılığı ilə X7 ödəmişdir. Məktuba əlavə olunmuş 4Ə-957 №-li notariat işinə əlavə olunmuş: Daşınmaz Əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* №-li müqavilənin surətindən müəyyən olunur ki, X15 ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 31,9 kv. m, yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı mənzili satıcılar X12 və X3 41000 manat dəyəri ödənilməklə satın almışdır. Müqaviləni “Alıcı” X15 əvəzinə İddiaçı1 və İddiaçı2 imzalamışlar. 15-30 №-li, xx.xx.2020-cu il tarixli orderin surətindən müəyyən olunur ki, 41000.00 manat İddiaçı1 Namus oğlu tərəfindən ödənilmişdir. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən "xxxx" ASC-nin 9 saylı şöbəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, İddiaçı1 – tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üçün 41000 manat 00 qəpik (qırx bir min manat sıfır qəpik) məbləğində pulu müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra X7 verilməsi üçün bankda olan AZ40AİİB**********1060369200№-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin: **********87 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 33,49 kv. m olan mənzil xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 2823 nömrəli reyestr kitabının 263308 nömrəli vərəqində X9 adına qeydiyyata alınmışdır. **********56 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 10, 93 saylı mənzil Bakı şəhəri 37 saylı notariat kontorunun notariusu Q.A.Süleymanov tərəfindən təsdiq edilmiş 4Ə/4-667 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin 5 saylı Bakı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu A.S.Abbasov tərəfindən təsdiq edilmiş 4Ə-1076 reyestr nömrəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. İddiaçı1 adına Qusar şəhərində yerləşən 0,04 ha torpaq sahəsi Quba regional ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu C.X.Hüseynov tərəfindən təsdiq edilmiş 4Ə-990 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı2 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq inzibati orqan tərəfindən verilmiş 5-20/2-N-37-166/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2011-ci il təvəllüdlü övladları X11 məxsus payın özgəninkiləşdirilməsinə icazə verilməsi barədə ərizələrinə Suraxanı RİH yanında X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyada baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 2.8.1-ci bəndinə görə yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanları uşaqların hüquqlarını və mənafelərini müdafiə edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.5-ci maddəsinə əsasən isə uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36-ci maddəsinə əsasən qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. RİH yanında YYÇİ və HM üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli iclasında müraciətlərinə baxılarkən övladlarına məxsus payın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitin onun mənafeyi naminə sərf ediləcəyi ilə bağlı hər hansı bir təsdiqedici sənəd və yaxud müqavilənin təqdim edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda Komissiya hesab edir ki, X11 məxsus olan əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair müvafiq qərarın verilməsi onun yetkinlik yaşına çatdıqdan sonra özü tərəfindən müstəqil surətdə qəbul ediləcəyi təqdirdə daha doğru, həm də övladının mənafeyinə uyğun hesab edilə bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (Seriya №**********47-05101-093121) çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yetkinlik yaşına çatmayan övladı X11 məxsus payın özgəninkiləşdirilməsi RİH yanında X4 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 36. Qəyyumluqda və himayədə olanın əmlakı barəsində sərəncam verilməsi. 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 51. Uşağın müdafiə hüququ. 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. ... 51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir. ... Maddə 55. Uşağın əmlak hüquqları 55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. ... Maddə 59. Uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri. 59.1 Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. 59.2. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №li Fərmanı Bənd 2.9-2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.4-cü 51.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: Maddə 3. Yerli icra hakimiyyəti başçısının vəzifələri. 3.13. Uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idman və turizmin inkişafı sahələrində: Bənd 3.13.2. Yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “X4 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə uyğun olaraq, X4 işləri və hüquqlarının müdafiəsi üzrə müvafiq olaraq şəhər, rayon və şəhər rayonu komissiyalarını yaradır, onların üzvlərinin sayını müəyyən edir, həmin komissiyaların fəaliyyətini təşkil edir. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “X4 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”. Maddə 1.Komissiyanın əsas məqsədi Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Maddə 11.Komissiyalar tərəfindən işlərin və ya materiallara baxılması halları Komissiyalar yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində işlərə və ya materiallara aşağıdakı hallarda baxırlar: 1) X4, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizələri olduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsindən göründüyü kimi iddiaçıların hazırki iş üzrə hüquqi marağı övladları olan yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü qızları X11 məxsus ünvan 1 ünvanda yerləşən 49 saylı mənzilin özgəninkiləşdirilməsi üçün cavabdeh inzibati orqanın müvafiq komissiyasının razılığının verilməsindən ibarətdir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Cavabdeh inzibati orqanın imtinasından görünür ki, imtina iddiaçıların övladlarına məxsus payın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitin onun mənafeyi naminə sərf ediləcəyi ilə bağlı hər hansı bir təsdiqedici sənəd və yaxud müqavilənin təqdim edilmədiyi müəyyən edildiyindən, eyni zamanda X11 məxsus olan əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair müvafiq qərarın verilməsinin onun yetkinlik yaşına çatdıqdan sonra özü tərəfindən müstəqil surətdə qəbul ediləcəyi təqdirdə daha doğru, həm də övladının mənafeyinə uyğun hesab edilə biləcəyi ilə əsaslandırılmış və mübahisəli mənzildə yetkinlik yaşına çatmayan X11 məxsus payın özgəninkiləşdirilməsi RİH yanında X4 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar dörd nəfər ailə üzvündən ibarət olmaqla,mülkiyyətlərində başqa yaşayış sahəi mövcud deyil və mübahisəli mənzilin özgəninkiləşdirilməsində əsas məqsəd, həm özlərinin, həm də uşaqlarının mənafeyinə uyğun olaraq yeni daha geniş mənzilin alınmasıdır. Bundan əlavə iş materiallarından da göründüyü kimi, mübahisəli mənzil iddiaçılar tərəfindən öz vəsaitləri hesabına alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X11 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin özgəninkiləşdirilməsinə İddiaçı1 və İddiaçı2 icazə verilməsi öhdəliyi Suraxanı RİH-yə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X11 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin özgəninkiləşdirilməsinə İddiaçı1 və İddiaçı2 icazə verilməsi öhdəliyi Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar