Məhkəmə qərarları › İş №2-1(112)-19001/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19001/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19001/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “hüquqların qeydiyyata alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK tərəfindən verilmiş 01/075 saylı, 11 yanvar 2013-cü il tarixli maliyyə arayışının, Bakı şəhəri 5 saylı notarius tərəfindən təsdiq edilmiş sürətini qeyd edilən mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrinə alınması üçün qanunla tələb edilən sənədlərlə qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e- 2(006)-4541/2023 saylı xx.xx.2023-cu il tarixli Qətnaməsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi yüksək mərtəbəli binanın 01/075 saylı, 11 yanvar 2013-cü il tarixli maliyyə arayışına əsasən 13-cü mərtəbədə yerləşən, 94 kv.m-dən ibarət 2 otaqlı mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi iclasın protokolundan çıxarışını "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya verilməsi öhdəliyi qət edilmişdir. Bununla bağlı iddiaçıya MTK tərəfindən MTK üzvlərinin ümumi iclasının xx.xx.2024 il tarixli, 35/D N-li protokolundan çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyistırı haqqında" qanununun 8.0.6 maddəsinə uyğun tələb olunan sənədlərlə birlikdə sözügedən mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyistrinə alınması üçün ASAN xidmətə müvafiq bölməyə müraciət edərək, imtina almışdır. Sənədlərin qəbul edilməsinin imtinasını izah edərək bildirilmişdir ki, MTK tərəfindən verilmiş 01/075 saylı, 11 yanvar 2013-cü il tarixli maliyyə arayışının əsli təqdim edilməlidir. İddiaçı qeyd edir ki, yüxarıda qeyd etdiyi Bakı şəhəri Nəsimi rayon məhkəməsində daha sonra qarşı tərəf verdiyi appeləsiya şikayəti əsasında aparılan məhkəmə prossesləri bitəndən sonra iddiaçıya məlum olmuşdur ki, nəməlum səbəblərdən MTK tərəfindən verilən 01/075 saylı, 11 yanvar 2013-cü il tarixli maliyyə arayışı itirilmişdir, lakin sözü gedən maliyyə arayışını Bakı ş. 5 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən sənədin əsli ilə xx.xx.2023-cu ildə (məhkəmə qətnaməsindən öncəki tarix) düzgünlüyünü təsdiq etmişdir. Sənədlərin qəbulun imtinasından sonra iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və **********81 saylı xx.xx.2025-ci il tarixli və 3-21-330/2-H-1391-8/2025 **********93 saylı xx.xx.2025-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyistırı haqqında" qanununa zidd olan imtina alaraq, iddiaçının konstitusion hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası barədə təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. İddiaçı tərəfindən məhkəməyə yazılı ərizə təqdim olunaraq bildirilmişdir ki, Diplomat 2008 MTK tərəfindən iddiaçıya məxsus iki mənzilə dair verilmiş 01/075 saylı maliyyə arayışı və 01/063 saylı maliyyə arayışların əsliləri tapılması ilə bağlı, mənzillərin hüquqların daşınmaz əmlakın dövlət reyistrinə alanması üçün sənədləri cavabdeh inzibati orqan tərəfindən artıq qəbul edilməsi nəticəsində məhkəmə mübahisəsinə ehtiyac qalmamamışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaldırdığı iddia tələbi üzrə məhkəmə icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar