Məhkəmə qərarları › İş №2-1(112)-1902/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1902/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1902/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və bərpa olunma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdehn tələbləri sırasından xaric edilməsinə dair 20.05.24-cü il tarixli 628/T saylı əmrinin ləğv edilməsinə və onun aldığı ixtisas üzrə Universitetin tələbələri sırasına bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X32 Sebahattin ilə Cavabdeh arasında bağlanılmış 20.09.23 tarixli 349 saylı müqaviləyə əsasən Cavabdeh ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil programları əsasında ali təhsil səviyyəsinə uyğun Stomatologiya ixtisası üzrə Azərbaycan bölməsində təhsil verməyi, əcnəbi tələbə isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 5000(beş min) ABŞ dolları məbləğində təhsil haqqını ödəməyi öhdələrinə götürmüşlər. Stomatologiya fakültəsinin 1-ci kurs, 423A-4b qrup tələbəsi olmuş X33 Sebahattin Cavabdeh rektoru prof. Gəray Gəraybəylinin 10 may 2024-cü il tarixli 628/T nömrəli əmri ilə universitetdən xaric edilmişdir. Xaric edilmə barədə əmr iddiaçıya rəsmi qaydada 11 iyun 2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı hesab edir ki, yuxarıda göstərilənb əmr qanunsuz və əsassız olaraq çıxarılmışdır və ləğv edilməklə X33 Sebahattin universitetin tələbələr sırasına bərpa edilməlidir. Belə ki, 09 aprel 2024-cü il tarixdə X33 Sebahattin təhsil aldığı Cavabdehndə həmin təhsil müəssisəsinin 2-ci kurs tələbəsi X15 ilə aralarında olan münaqişə zamanı birbirlərinə müxtəlif xəsarətlər yetirmişlər. Universitetin səlahiyyətli şəxsləri münaqişəni araşdırmış, bir sıra tələbələrdən izahatlar alınmış, Eylem Berfınə qarşı onun güya inztizam qaydalarını müntəzəm pozması barədə öz tələbə yoldaşlarında imza toplamaqla Eylem Berfınin həmin münaqişədə günahkar tərəf olaraq bildirməklə Universitetin rektoru prof. Gəraybəyli qarşısında təqdimatla müraciət edilmişdir. Həmin müraciətə intizam komissiyasında baxılmış, yalnız Jalə Mustafazadənin tanıdığı və onun lehinə şahidlik edən şahidlərin izahatları şifahi formada dindirilmiş, hadisəni görən Eylem Berfınin tələbə yoldaşları qərəzli formada dindirilməmiş, beləliklə qərəzli olaraq ən əsası ədalət və bərabərlik prinsipləri. Azərbaycan Respublikası Konstitusiyası, Təhsil haqqında qanun, universitetin daxili intizam qaydaları kobud şəkildə pozulmaqla komissiyanın qərarına əsasən Eylem Berfin daxili intizam qaydalarını kobud formada pozduğuna görə həmin qərar əsasında çıxarılmış əmrlə universitetdən xaric edilmişdir. İddiaçı universitetdə təhsilini uğurla davam etdirməsinə, nümunəvi tələbə olmasına, onun barəsində olan bütün statistik göstəricilər müsbət olmasına baxmayaraq universitetin intizam komissiyası hadisə ilə bağlı ən ağır cəzanı tətbiq etmişdir. Universitetin intizam qaydalarının 5.4 cü maddəsinə əsasən universitet təhsilalanlara qarşı intizam tədbirləri tətbiq edərkən törədilən pozuntunun xarakterini və aşağıdakıları nəzərə almalıdır: törədilən hadisənin ağırlıq dərəcəsi, vurulan ziyanın dəyəri, hadisənin baş vermə faktı və halları, intizam tədbirini yüngülləşdirən və ağırlaşdıran hallar, hadisənin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi, tələbəni xarakterizə edən amillər, hadisənin baş verməsinə təsir edən səbəb və şərait. Göründüyü kimi sadalanan halların heç biri universitet nəzərə almamış, ümumiyyətlə intizam komissiyasında pozuntu ilə bağlı məsələlər ətraflı araşdırılmamışdır. Hadisənin baş verdiyi tarixə aid iddiaçının telefonunda onun üz nahiyəsində sıyrılmış yaralar, tələbə yoldaşı Miranın üz nahiyəsində sıyrılmış yaralar mövcuddur. Belə ki, həmin xəsarətlər Jalə Mustafayeva tərəfindən törədilsə də Eyləm Berfin və Miran şikaytçi olmamışlar əksinə hadisənin sülh yolu ilə həll olunmasına çalışmışlar. Lakin universitet yalnız Jalə Mustafazadənin hadisə ilə bağlı xəsarət almasının əsas götürərək məsələyə qərəzli yanaşmaqla yalnız Eylem Berfin barədə intizam tənbehi tətbiq etmişdir. Bu bir daha sübut edir ki, intizam komissiyasının qərarı əsassızdır, qanunsuzdur, ədalət və bərabərlik prinsiplərinə ziddir və onun əsasında verilmiş əmr ləğv edilməlidir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, X34 Sebahattinin Cavabdehnə qarşı əmrin ləğv edilməsi və universitetə bərpa edilməsinə dair iddia ərizəsini əsasız hesab edir və bunu aşağıdakılarla izah edirik: X34 Sebahattin ilə əcnəbi vətəndaş kimi birbaşa müqavilə bağlayaraq ödənişli əsaslarla Cavabdeh stomatologiya ixtisası üzrə Azərbaycan bölməsinə xx.xx.2023-cü il tarixində qəbul olunmuşdur. Stomatologiya fakültəsinin 1kurs 423A-4b qrup tələbəsi olan X34 Sebahattin tələbələrin və əməkdaşların gözü qarşısında İctimai Səhiyyə fakültəsinin 2 kurs 322F-1b qrup tələbəsi olan X7 şərəf və ləyaqətini alçaldıb, onu təhqir edib, bundan başqa ona zor tədbiq edərək bədən xəsarətləri yetirmişdir. Bununla bağlı hadisə şahidləri tərəfindən sənədləşdirilmişdir. Qeyd olunan hadisə Universitetin İntizam Komissiyası tərəfindən hərtərəfli araşdırılıb və X34 Sebahattinin hərəkətləri Universitetin təhsilalanlarının daxili intizam qaydalarının kobud surətdə pozulması kimi qiymətləndirilərək onun xaric edilməsi barədə Universitetin rektoruna tövsiyə edilməsi barədə qərar qəbul edilib. xx.xx.2024-cü il tarixində Cavabdeh rektorunun 628/T №-li əmri ilə X34 Sebahattinin Universitetin tələbələr sırasından xaric edilib. İddiacının İntizam komissiyadında guya ancaq Mustafazadə Jalənin tanıdığı və lehinə şahidlik edən şahidlərin izahatlarını şifahi formada dindirilməsi, hadisəni görən X34 Sebahattinin tələbə yoldaşlarını qərəzli formada dindirilməməsi barədə yazdıqları həqiqəti əks etdirmir. Belə ki, intizam komissiyası tərəfindən həmin hadisənin bilavasitə şahidlərindən o cümlədən X23 yazılı izahatlar alınmış və iclasda da onlar təkrarən dindirilmişdir. İddiaçının nümunəvi tələbə olması və bütün statistik göstəricilərinin müsbət olması barədə yazdıqları da həqiqəti əks etdirmir. Belə ki, X34 Sebahattinə təhsil aldığı fakültənin dekanı tərəfindən verilən xasiyyətnamədə dərslərə davamiyyətinin zəif olması, dərslərdə passiv iştirak etməsi, dərslərdə yatması, bununla bağlı müəllimlərin iradlarını aqressiya ilə qarşıladığı, həm qrup yoldaşları, həm də müəllimləri ilə davranışda kobudluğa yol verdiyi, nalayıq ifadələr işlətdiyini və aqressiv davranış nümayiş etdirdiyi qeyd olunub. Bundan başqa X34 Sebahattin təhsil göstəriciləri də çox aşağıdır. Sabiq tələbənin iki fəndən akademik borcu qalmışdır. Bunu ona verilən akademik transkrip də təsdiq edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı X34 Sebahattinin iddiası əsassız olduğu üçün rədd olunması ilə bağlı qərar qəbul edilməsi xahiş edilir.

4. X38-Sebahattin və Cavabdeh arasında bağlanmış “Cavabdeh ilə əcnəbi (Azərbaycan Respublikasının vətəndaşlığı və vətəndaşlığına mənsubiyyəti haqqında qərarı olmayan şəxs) tələbə arasında ödənişli təhsil almaq haqqında” xx.xx.2023-cü il tarixli, 349 nömrəli Müqaviləyə əsasən ATU ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında ali təhsil səviyyəsinə uyğun Stomatologiya ixtisası üzrə Azərbaycan bölməsində təhsil verməyi, əcnəbi tələbi isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 5000 (beş min) şərti maliyyə vahidi (ABŞ dolları) məbləğində təhsil haqqının ATU-ya ödənilməsini öhdəsinə götürür.

5. Cavabdeh İntizam Komissiyasının 03 may 2024-cü il tarixində keçirilən iclasının 4 nömrəli protokolundan çıxarışa əsasən öz tələbə yoldaşının şərəf və ləyaqətini alçaldıb, təhqir edib və ona qarşı zor tətbiq edərək bədən xəsarətlərini yetirdiyinə və bununla da universitetin daxili intizam qaydalarını kobud şəkildə pozduğuna görə stomatologiya fakültəsinin İ kurs 423A-4b qrup tələbəsi Eylem Berfin universitetdən xaric edilməsi universitetin rektoruna tövsiyə edilməsi qərara alınmışdır.

6. Cavabdeh “Stomatologiya fakultəsinin İ kurs 423-4b qrup tələbsi X35 Sebahattinin universitetdən xaric edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 628/T nömrəli Əmri ilə Stomatologiya fakultəsinin İ kurs, 423A-4b qrup tələbəsi X35 Sebahattin (Türkiyə Respublikasının vətəndaşı) öz tələbə yoldaşının şərəf və ləyaqətini alçaldıb onu təhqir edib, ona qarşı zor tətbiq edərək bədən xəsarətlərini yetirdiyinə və bununla da universitetin Daxili intizam qaydalarını kobud surətdə pozduğuna görə, universitetin İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli qərarını əsas tutaraq Stomatologiya fakültəsinin İ kurs, 423A-4b qrup tələbəsi X35 Sebahattin universitetdən xaric edilməsi qərara alınmışdır.

7. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X34 Cavabdeh təhsilalanlarının daxili intizam qaydalarını kobud surətdə pozduğuna görə rektorun 10 may 2024-cü il tarixli 628/T nömrəli əmri ilə tələbələr sırasından xaric olunmuşdur. Əmrə əsas Cavabdeh İntizam Komissiyasının qərarı olmuşdur. Həmin Komissiya tərəfindən müvafiq qərarın qəbul edilməsi zamanı baş vermiş hadisənin şahidlərinin və özünün izahatı, həmçinin X30 təhsil aldığı fakültənin tərəfindən verilən xasiyyətnamə, tələbələrin müraciətləri və s. nəzərə alınmışdır. Pretenziyada, guya, Komissiyanın iclasında X30 izahatının dinlənməməsi, ona qarşı hadisəni görməyən şəxslərdən saxta izahatların, imzaların toplanılması, imza atmayan tələbələrə töhmət intizam tənbehin verilməsi, digər tələbələrin isə qorxudulması qeydləri həqiqəti əks etdirmir və böhtan xarakter daşıyır. X31 Cavabdehndən xaric olunması barədə verilmiş 10 may 2024-cü il tarixli 628/T nömrəli əmr qanuna müvafiq verilmişdir.

8. Eylem X24ə münasibətdə Cavabdeh tərəfindən təqdim edilmiş Akademik Transkript iş materiallarına əlavə olunmuşdur.

9. Cavabdeh Stomatologiya fakültəsinin dekanı tərəfindən İ kurs 423A-4b qrup tələbəsi X12 barəsində verilən Xasiyyətnamədə qeyd olunmuşdur ki, Türkiyə Respublikasının vətəndaşı X2 2022/23-cü tədris ilinin Payız semestrində ATU üzrə verilmiş 402/T saylı, xx.xx.2023 tarixli əmrlə hazırlıq kursuna dinləyici kimi qəbul edilmişdir. Tələbə 2023/24 tədris ilinin Payız semestrində ATU üzrə verilmiş 25/T saylı xx.xx.2023 tarixli əmrlə Stomatologiya fakültəsinin İ kursuna qəbul olunmuşdur. Tələbənin təhsil aldığı dövr ərzində İ kurs İ semestrdə tədris olunan 6 fənn üzrə 3 fəndən Sitologiya, embriologiya və histologiya, informasiya texnologiyaları və Xarici dildə işgüzar və akademik kommunikasiya-1 fənlərindən akademik borcu qalmışdır. Tələbə 2023/24-cü tədris ilinin fevral ayında təkrar imtahan verərək Xarici dildə işgüzar və akademik kommunikasiya-1 fənnindən akademik borcunu ləğv etmişdir. Tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 53,63-dür. Tələbənin iştirak etdiyi fənlərin tədris olunduğu kafedralarda keçirilən sorğu əsasında məlum olmuşdur ki, tələbə dərslərdə passiv iştirak edi, dərsi dinləmir, dərslərdə yatır, müəllim iradını bildirdiyində də aqressiya ilə qarşılayır, dərsə davamiyyəti də zəifdir. Dekanlığın əldə etdiyi məlumatlara əsasən tələbə həm qrup yoldaşları, həm də müəllimləri ilə davranışında kobudluğa yol verir, nalayiq ifadələr işlədir və aqressiv davranışlar nümayiş etdirir.

10. Bakı Türk Anadolu Liseyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, 2009-2010 təhsil ilinin ikinci semestrdə Bakı Türk İlkokulu 2-ci sinifinə qeydiyyata alınan İddiaçı Bakı Türk Anadolu Liseyindən 2017-2018 təhsil ilinin sonunda ayrılmıştır. Şagirdimiz məktəbimizdə təhsil aldığı dövrdə hər hansı intizam cəzası almamışdır.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində təhsil alır. Əldə edilmiş məlumatlara əsasən X3 orada da müəllim və tələbə yoldaşlarına qarşı qeyri-etik, xoşagəlməz davranış nümayiş etməsi ilə diqqəti cəlb edib və o, universitetin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Bununla da Cavabdeh rəhbərliyi tərəfindən İddiaçı verilən xasiyyətnamə bir daha öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xarakterizə edilməsi ilə bağlı Naxçıvan Dövlət Universitetinə sorğu göndərilməsi xahiş edilir.

12. Nəsimi rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən X7 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir.

13. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 izahatında bildirmişdir ki, hazırki iddia tələbi üzrə tərəflər İddiaçı və Cavabdeh olsa da, mübahisə faktiki olaraq İddiaçı və onun (X7) arasında baş vermişdir. Odur ki, Eylemin universitetə bərpa olunması daha çox Jaləyə təsir edəcək. Eylemin ona qarşı yenidən təhqir və zorakılıq hərəkətlərinə davam edəcəyini düşünür. Jaləyə dəymiş zərərin Eylem tərəfindən ödənilməsi ilə əlaqədar polis orqanında formal olaraq barışıq sazişi bağlansa da, təhqir və zorakılığına görə Eylemi bağışlamır. Belə ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində baş vermişdir. Jalə korpusun 5-ci mərtəbəsində qrup yoldaşları ilə birlikdə lift gözləyirmiş və bu zaman Eylem və yanındakı 2 oğlan tələbə yoldaşı da liftə doğru gəlirmişlər. Eylem liftə doğru gələrkən yerdəki boruları ayağı ilə itələyərək gəzirmiş. Eylemin qeyri-adi hərəkətləri Jalənin diqqətin çəkdiyindən bir anlıq ona baxmış, daha sonra isə dərhal geri dönmüşdür. Eylem isə yanındakı dostuna dönərək “Azerilerin hepsi gerizekalı” ifadəsini istifadə etmişdir. Jalə Eylemə dönərək həmin ifadəni onlara dediyini soruşduqda isə Eylem “evet, bacağım kadarsın, bir koyarsam uçarsın” demişdir. Jalə də qarşılığında “sensin gerizekalı” demişdir. Bundan sonra ilk olaraq Eylem Jalənin saçından tutub dartmağa başlamış, Jalə də özünü müdafiə etmək məqsədilə Eylemin saçını tutmuşdur. Qrup yoldaşları Eylemi Jalədən ayırmağa çalışsalar da, Eylem Jaləni buraxmamışdır. Jalənin dostları Nağıyeva Fəridə və Əliyeva Məhbubə də bu hadisələrə şahid olmuşdur. Nəticədə qrup yoldaşları Eylemi ayırıb sakitləşməsi üçün dərs otaqlarından birinə aparmışdırlar. Lakin Eylem sakitləşməyib otaqdan çıxmağa çalışarkən qapını bərk açması nəticəsində qapı dostu Miranın başına dəymiş, Miran məhz həmin anda başına zərbə almışdır. Jalə isə hadisədən sonra 1-ci mərtəbəyə düşüb aynanın qarşısında saçını düzəldirmiş. Bu zaman Eylem qaçaraq bir anda onun üstünə atılmış, hər ikisi yerə yıxılmış və Eyləm Jaləyə zərbələr vurmağa başlamışdır. Vurduğu zərbələrdən biri nəticəsində Jalənin burnu deformasiya olmuşdur və nəfəsalma problemi yaranmışdır. Daha sonra Eyləm Jaləyə vurduğu zərərə görə 2000 manat pul vermişdir. Lakin burun əməliyyatı üçün lazımi xərc daha çox olduğundan və əməliyyatının peşəkar həkim tərəfindən həyata keçirilməsini istədiyindən Jalə bu günə kimi burun əməliyyatı etdirə bilməmişdir. Jalə hadisə zamanı tam özündə olmasa da, dostlarının dediyinə görə Eyləm onun bədəninə də zərbələr vurmuşdur. Jalə qeyd edir ki, Eylemin universitetdən xaric olmaqla cəzasını çəkdiyini düşündüyü üçün və işin məhkəməyə qədər uzanmağını istəmədiyi üçün polis orqanında barışıq sazişi imzalamışdır.

14. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 izahatında bildirmişdir ki, Cavabdehndə müəllim vəzifəsində işləyir. Cədvələ əsasən həmin vaxtda dərsi var idi. Yuxarı mərtəblərdə boş otaq olmadığı üçün dərsi 1-ci mərtəbədəki sinif otaqlarından birində keçmişdir. Dərs saat 12:00 bitdikdən sonra liftlə kafedraya qalxmışdır. 5-ci mərtəbədə liftdən çıxarkən 2 tələbə qız arasında dava olduğunun şahidi olmuşdur. Tələbə qızlardan biri digərini döyürdü. Döyən qız tələbə sarış saçlı, digər tələbə isə balacaboylu bir qız idi. Hadisə baş verən zaman orda olan tələblərdən eşitdiyimə görə türk tələbə Azərbaycan milləti haqqında təhqir istifadə etmiş, azərbaycanlı tələbə isə buna qarşılıq verən zaman aralarında dava yaranmışdır. Hadisə nəticəsində digər tələbələrdən birinin də başı zədələnmişdir. Belə ki, Eyləmin sakitləşməsi və agresiyyasının bilinməməsi üçün sinif otaqlarından birinə aparmışdılar və qız otaqdan çıxmağa çalışarkən qapını açanda oğlan tələbənin başına dəymişdir. Kəmalə hadisənin birbaşa şahidi olmasa da, qeyd edilənləri hadisəyə şahidlik etmiş tələbələrdən eşitmişdir.

15. Məhkəmə iclasında şahid qismində iştirak edən X18 izahatında bildirmişdir ki, hadisə baş verən radələrdə korpusda dərsi var idi. 1-ci mərtəbədə gödəkçəsini qarderoba asarkən 2 xanımın dava etdiyini görmüşdür. Uzunboylu tələbə qız yerdə uzanan digər tələbə qızı döyürmüş. Hər hansı hadisə baş verməməsi üçün Aydın balacaboylu qızı çəkib uzaqlaşdırmışdır. Bir türk tələbə də digər qızı kənara çəkmişdir. Onlar xanımları ayırdıqdan sonra münaqişə bitmişdir.

16. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahatında bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixlərində saat 12 radələrində baş vermişdir. Fəridə qrup yoldaşı Jalə ilə birlikdə korpusun 5-ci mərtəbəsində lift gözləyərkən Eylem də liftə doğru gəlirdi. Eylemin yerdə qaz balonuna oxşayan əşyanı ayağı ilə itələməsi Jaləni diqqətini çəkmişdir. Jalə bir anlıq Eylemə baxmış, daha sonra isə dərhal geri dönmüşdür. Jalənin ona baxdığını görən Eylem dostlarına dönərək təhqiredici ifadələr istifadə etmiş, “Azerilerin hepsi gerizekalı” demişdir. Jalə Eylemə dönərək həmin ifadəni onlara dediyini soruşduqda isə Eylem “evet, bacağım kadarsın, bir koyarsam uçarsın” demişdir. Jalə də qarşılığında “sensin gerizekalı” demişdir. Bundan sonra ilk olaraq Eylem Jalənin saçından tutub dartmağa başlamış, Jalə də özünü müdafiə etmək məqsədilə Eylemin saçını tutmuşdur. Jalə də qarşılığında “sensin gerizekalı” demişdir. Bundan sonra ilk olaraq Eylem Jalənin saçından tutub dartmağa başlamış, Jalə də özünü müdafiə etmək məqsədilə Eylemin saçını tutmuşdur. Qrup yoldaşları Eylemi Jalədən ayırmağa çalışsalar da, Eylem Jaləni buraxmamışdır. Daha sonra qrup yoldaşları Eylemi ayırıb sakitləşməsi üçün dərs otaqlarından birinə aparmışdırlar. Eylem qapını açaraq yenidən Jaləyə hücum etmiş və təhqiredici ifadələr istifadə etmiş. Bu zaman Eylemin dostları da xəsarət almışdırlar. Hadisə bitdikdə Fəridə, Jalə və dostları 1-ci mərtəbəyə düşmüşdürlər. Fəridə həll etməli işi olduğu üçün 2 dəqiqləik Jalə və dostlarından ayrılmışdır. Fəridə geri qayıtdıqda Jalənin yerdə olduğunu və Eylemin ona zərbələr vurduğunu görmüşdür. Eylemin qrup yoldaşları Eylemi alıb uzaqlaşmış, Jaləni isə digər bir tələbə Qaraşzadə Aydın kənara çəkmişdir.

17. Məhkəmə iclasında şahid qismində iştirak edən Murat Alkan izahatında bildirmişdir ki, Eylem və Jalə arasında baş vermiş hadisələrə birbaşa şahidlik etməmişdir və hadisə ilə bağlı heç nə görməmişdir. Murat sinif otağından çıxdıqda artıq hadisə bitmişdi və Eylemi sakitləşməsi üçün otağa salmışdılar. Lakin Murat təsdiqləyir ki, Eylem dərs müddətlərində müəllimlərə qarşı hörmətsizlik etmiş, onlarla kobud danışmış, bəzi hallarda suallarına da cavab verməmişdir. Dərslərdə bir çox hallarda narahatlıq yaratmış, digər tələblərin də diqqətinin yayınmasına səbəb olmuş, digər tələbərin dərsə qulaq asmağına imkan verməmişdir. Hətta bu səbəbdən Murat həmin qrupda təhsil almaq istəməmişdir. Murat universitet tərəfindən Eylemin mənfi hərəkətləri ilə bağlı ərizə təqdim olunduqda ərizə qeyd edilənləri təsdiqləyərək imzalayan şəxslərdən biri olmuşdur. Ərizəni hər hansı məcburiyyət olmadan, könüllü şəkildə imzalamışdır. Muratın Jalə və Eylem arasında olan hadisələrə şahidlik etmədiyi üçün bu barədə hər hansı yalan və ya mənfi izahat verməməsi də onun Eyleme qarşı məqsədli qərəzinin olmamasını sübut edir.

18. Məhkəmə iclasında iştirak edən X26 (məhkəmə iclasında iştirak edən İddiaçı qardaşı X21 nümayəndəsi qismində iştirak etməsinə şifahi razılıq vermişdir) izahatında bildirmişdir ki, hadisə baş verdiyi gün Eylem evə gəldikdə üzündə və boynunda cızıqlar, başında göyərmə olduğunu görmüşdür. Tarık xəsarətlərin səbəbini soruşduqda Eylem universitetdə heç tanımadığı bir qızla dava etdiyini bildirmişdir. Tarık tələbələr arasında bu tip hadisələrin baş verə biləcəyini, hər tələbənin fərqli mədəniyyətlərdən gəldiyini izah etmiş, onun əsas məqsədinin təhsil almaq olduğunu bildirmişdir. Hadisədən sonra isə Ramazan bayramı olduğu üçün Tarık universitetə gedə bilməmişdir. Bayram bitdikdən sonra Eylem universitetə getdikdə dekanlıq tərəfindən ona qarşı tərəflə barışdırılacağı bildirilmişdir. Buna baxmayaraq hər hansı ətraflı araşdırma aparılmadan universitetdə iclas keçirilmiş, Eylem universitetdən xaric edilmişdir. Məlum olmuşdur ki, Jalənin atası universiteti Səhiyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə şikayət etməklə hədələmişdir. Jalə isə atasının göstərişi ilə baş verən hadisə ilə bağlı polis orqanına və universitetə şikayətlər edibmiş. Polis idarəsindən Jalənin atasının Eylemi ailəsini axtardığı bildirilmişdir. Tarık Jalənin atası ilə əlaqə saxladıqda ona aydın olmuşdur ki, Jalənin atasının məqsədi pul əldə etməkdir. Bundan sonra Tarık və Jalənin atası 2-3 ay ərzində daimi olaraq görüşmüşdürlər. Tarık hər görüş zamanı şikayəti geri götürməsi üçün Jalənin atasına 200- 300 manat pul vermişdir. Lakin Jalənin atası hər dəfə ilkin olaraq şikayəti geri götürməyə razılaşsa da, daha sonra fikrini dəyişdirdiyini bildirmişdir. Jalənin atası qızının burnunu əməliyyat etdirməli olduğunu bildirdikdə Tarık Jalənin əməliyyat olunmasını və bütün xərcləri ödəyəcəyini bildirmişdir. Jalənin atası pulun nağd olaraq verilməsini tələb etmiş, əməliyyatları özləri elətdirəcəklərini bildirmişdirlər. Tarık ümumi məbləğ olaraq Jalənin atasına 10.000 manatdan çox ödəniş etmişdir. Nəticədə isə polis tərəfindən müəyyən məbləğ razılaşdırılmış və Tarık tərəfindən həmin məbləğ Jalənin atasına ödənilərək barışıq sazişi imzalanmışdır. Tarık barışıq məqsədilə Jalə və atasını restorana yeməyə dəvət etmişdir. Restoranda olarkən Tarık Jalə və Eylemin hadisə haqqında danışdıqlarını audioyazı aparmışdır. Jalə söhbət zamanı dil çıxardaraq Eylemi təhrik etdiyini qəbul etmişdir. Tarık eyni zamanda bildirdi ki, ödənişi 1 il əvvəl Jalənin burnunu əməliyyat etdirməsini üçün versə də, Jalə hələ də burun əməliyyatı keçirməmişdir.

19. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, X15 ilə hər hansı şəxsi münasibəti yoxdur, ilk dəfə xx.xx.2024-cü il tarixdə hadisə baş verən zaman tanımışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə dərsdən çıxdıqdan sonra 5-ci mərtəbədə liftin yanında dostlarını gözləmiş və bu zaman Jaləyə diqqət yetirməmişdir. Eylem həmin gün narahat olduğu üçün saçı dağınıq olmuş, eyni zamanda oruc tutmuşdur. Eylem dostları ilə söhbət edərkən Jalə və dostları ona baxaraq gülməyə, lağ etməyə başlamışdırlar. Eylem bu hal əvvəlcə diqqət yetirməmişdir, lakin daha sonra Eylem dostları ilə danışarkən Jalə əsəbi halda “bana mı dedin?” deyərək onun sözünü kəsmişdir. Eylem isə ona heç nə demədiyini bildirmişdir. Buna baxmayaraq Jalənin əlini qaldırdığını gördükdən sonra Eylem də özünü müdafiə etməyə çalışmış, eyni anda bir-birlərinin saçlarını tutaraq dava etməyə başlamışdırlar. Eylemi sakitləşdirmək üçün dostları sinif otaqlarından birinə aparmışdırlar. Eylem və Jaləni ayırmağa çalışarkən Eylemin dostu Miran da yaralanmışdır. Aralarındakı münaqişə bitdikdən sonra binanın 1-ci mərtəbəsində Jalə yenidən Eylemin qarşısına çıxmış və təkrar dava etməyə başlamışdırlar. Bu zaman Eylem yerə yıxılmış, başına aldığı zərbə nəticəsində ürəyi getmişdir. Bütün hadisələr baş verərəkən Eylemin dostları Miran və Seyman şahidlik etmişdirlər. Daha sonra isə ayrı-ayrı otaqlarda hadisə barədə izahat vermişdirlər. Universitetin ümumi iclasında Jalənin qrup yoldaşları dindirildiyi halda, Eylemin dostları olan Miran və Seyman dinlənilməmişdir. Eylemin tərəfini tutduğu üçün Mirana da töhmət verilmişdir. Digər tərəfdən Eylemin qrupundakı hər kəsə məcburi olaraq Eylemin mənfi davranışlar göstərdiyi əks etdirən ərizə imzaladılmışdır. İzahatında əlavə olaraq bildirdi ki, Eylem həmin gün oruc tutduğu halda, Jalə onun barəsində yalan deyərək hadisədən kafedən oturub çay içərək baş verənlər barədə gülərək danışdığını bildirmişdir. Jalənin atası da davamlı olaraq universitetə şikayət edərək Eylem universitetdən xaric edilmədiyi təqdirdə, universitet barədə müxtəlif dövlət orqanlarına şikayətlər edəcəyi bildirmişdir.

20. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmiş və izahatında bildimişdir ki, İddiaçı universitetin daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı Azərbaycan millətini təhqir etmiş, tələbə yoldaşına hədə-qorxu gəlmiş, fiziki şiddət tətbiq etmişdir. İddiaçı barəsində universitet tərəfindən tərtib edilmiş xasiyyətnamədə də tələbənin qeyri-adekvat davranması, aqressiv olması və təhsil prosesində aşağı səviyyədə oxuması əks olunmuşdur. Əlavə olaraq bildirdi ki, İddiaçı və X15 arasında mübahisə baş verən korpusda kamera olmadığı üçün (binanın köhnə olması ilə əlaqədar) hadisənin video-görüntülərinin təqdim edilməsi mümkün deyil. Hadisə zamanı baş verən hallar digər tələblərin izahatları ilə müəyyən edilmişdir.

II. İddianın növü və mümkünlüyü

22. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

25. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

26. Məhkəmə qeyd edir ki, mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsi müəyyən olunmur, eləcə də əmrdə həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri əks olunmamışdır. İddiaçı həmin əmr barədə xx.xx.2024-cü il tarixdə məlumatlı olduğunu bildirir. İddiaçının qeyd edilən dəlillərini təkzib edən hal müəyyən olunmur.

27. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

28. İddia tələbinin universitetin tələbələri siyahısına bərpa edilməsi hissəsi inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirir.

29. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Mübahisə predmeti publik hüquq münasibətlərindən – təhsil hüququnun həyata keçirilməsindən irəli gəlir.

30. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

31. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci bəndinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

32. Cavabdeh Təhsilalarının Daxili İntizam Qaydaları:

5. Tədris və icra intizamının pozmağa görə məsuliyyət 5.1. Tədris intizamını, yataqxanalarda birgəyaşayış qaydalarını və bu Qaydaları pozduğuna görə təhsilalana aşağıdakı intizam tənbehlərindən biri verilə bilər: a) xəbərdarlıq; b) töhmət; c) sonuncu xəbərdarlıqla şiddətli töhmət; d) yataqxanada qalmaq üçün müqavilənin birtərəfli qaydada ləğv edilməsi; e) universitetdən xaric edilmə. 5.2. İntizam pozuntusu ilə bağlı məsələlər Universitetin İntizam Komissiyasında ətraflı araşdırılır və intizam tənbehinin verilməsi üçün qərar qəbul edilir. İntizam tənbehinin verilməsi rektorun əmri ilə təsdiq edilir. 5.3. İntizam tədbirinin tətbiqinə səbəb olan hər hansı bir hərəkət təhsil müddətində təkrar olunarsa bu, həmin təhsilalan haqqında daha ağır intizam tədbirinin görülməsinə əsas verir. 5.4. Universitet təhsilalanlara qarşı intizam tədbirləri tətbiq edərkən törədilən pozuntunun xarakterini və aşağıdakıları nəzərə alınmalıdır: - törədilən hadisənin ağırlıq dərəcəsi; - vurulan ziyanın dəyəri; - hadisənin baş vermə faktı və halları; - intizam tədbirini yüngülləşdirən və ağırlaşdıran hallar; - hadisənin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi; - tələbəni xarakterizə edən amillər; - hadisənin baş verməsinə təsir edən səbəb və şərait. 5.5. İntizam tənbehi verməzdən əvvə, İntizam Komissiyası təhsilalandan yazılı izahatın verilməsini tələb edir. Təhsilalanın yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 5.6. İntizam tənbehi, təhsilalan tərəfindən tədris və ya icra'intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Təhsilalanın xəstə olduğu, yaxud tətil, akademik məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasını törətdiyi gündən altı ay keçdikdən sonra təhsilalana intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 5.7. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir.

33. Məhkəmə müəyyən edir ki, Cavabdeh “Stomatologiya fakultəsinin İ kurs 423-4b qrup tələbəsi X35 Sebahattinin universitetdən xaric edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 628/T nömrəli Əmri ilə Stomatologiya fakultəsinin İ kurs, 423A-4b qrup tələbəsi X35 Sebahattin (Türkiyə Respublikasının vətəndaşı) öz tələbə yoldaşının şərəf və ləyaqətini alçaldıb onu təhqir edib, ona qarşı zor tətbiq edərək bədən xəsarətlərini yetirdiyinə və bununla da universitetin Daxili intizam qaydalarını kobud surətdə pozduğuna görə, universitetin İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli qərarını əsas tutaraq Stomatologiya fakültəsinin İ kurs, 423A-4b qrup tələbəsi X35 Sebahattin universitetdən xaric edilməsi qərara alınmışdır.

34. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Cavabdeh “Stomatologiya fakultəsinin İ kurs 423-4b qrup tələbsi X35 Sebahattinin universitetdən xaric edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 628/T nömrəli Əmrinin ləğv edilməsini və Universitetin tələbələri sırasına bərpa edilməsini tələb etmişdir.

35. Məhkəmə xüsusilə qeyd edir ki, tədris intizamını təmin etmək məqsədi ilə tədris və icra intizamını pozmuş tələbələr barəsində intizam tənbehinin tətbiq edilməsi tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin diskresion səlahiyyətlərinə daxildir.

36. Odur ki, məhkəmənin vəzifəsi ali təhsil müəssisəsi tərəfindən tədris və icra intizamını pozmuş tələbələr barəsində tətbiq edilən intizam tənbehi tədbirlərinin təftişi deyil, yalnız intizam tənbehinin tətbiq edilməsi zamanı tələbəyə münasibətdə ədalətli və qanuni davranışın yoxlanmasıdır.

37. Məhkəmə ilk növbədə nəzərə alır ki, məhkəmə iclasında şahid qismində iştirak edən şəxslər xx.xx.2024-cü il tarixində, saat 12:00 radələrində X15 və İddiaçı arasında fiziki şiddətlə müşahidə edilən münaqişənin baş verdiyini, həmin münaqişə zamanı İddiaçı X1 bədəninin müxtəlif bölgələrinə zərbələr vurduğunu və bu zərbələrdən biri nəticəsində X7 burnunun deformasiyaya məruz qaldığını, nəfəsalma probleminin yarandığını təsdiqləmişdirlər (bax: bənd 13-18).

38. Məhkəmə eyni zamanda nəzərə alır ki, X15 xx.xx.2024-cü il tarixdə (X15 və İddiaçı arasında münaqişə olduğu tarixdə) DİN 102 xidmətinə zəng vurmuş və sonradan ərizə ilə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə təhsil aldığı Cavabdehndə İddiaçı adlı tələbə tərəfindən döyüldüyünü bildirmişdir. Bundan başqa, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə təhsil aldığı Cavabdehndə X15 adlı tələbə tərəfindən döyüldüyünü bildirmişdir. Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə də aparılmış araşdırma ilə İddiaçı əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin (Qəsdən sağlamlığa yüngül zərər vurma – Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma) mövcud olması aşkar edilmişdir. X4 ərizə ilə istintaqa müraciət edərək İddiaçılə barışdığını, sonuncunun ona vurmuş olduğu ziyanı ödədiyini və İddiaçı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Eyni zamanda da İddiaçı istintaqa ərizə ilə müraciət edərək barəatverici əsaslar olmadan barəsində olan material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə etiraz etmədiyini bildirmişdir. Nəticədə Nəsimi rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən İddiaçı barəsində X7 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir.

39. Məhkəmə iclasında iştirak edən İddiaçı və qardaşı X26 (məhkəmə iclasında iştirak edən İddiaçı qardaşı X21 nümayəndəsi qismində iştirak etməsinə şifahi razılıq vermişdir) izahatında etiraf etmişdir ki, münaqişə zamanı İddiaçı vurduğu zərbə nəticəsində X7 burnu zədələnmiş və daha sonra İddiaçı vurduğu zərərin əvəzi olaraq X11 barışıq üçün pul ödəmişdir.

40. Belə olan təqdirdə məhkəmə hesab edir ki, şahid ifadələrindən və iş materiallarından aydın olur ki, İddiaçı təhsil aldığı ali təhsil müəssisəsində (Cavabdehndə) tələbə yoldaşına qarşı zorakılıq tətbiq edərək onun sağlamlığına zərər vurmuşdur.

41. Məhkəmə müəyyən edir ki, İddiaçı barəsində Cavabdeh tərəfindən “universitetdən xaric edilmə haqqında” əmrin qəbul edilməsinin əsası xx.xx.2024-cü il tarixində universitetin tələbləri olan İddiaçı və X15 arasında baş verən münaqişə olmuşdur. Belə ki, Cavabdeh “Stomatologiya fakultəsinin İ kurs 423-4b qrup tələbəsi X35 Sebahattinin universitetdən xaric edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 628/T nömrəli Əmrdə də aydın şəkildə qeyd edilmişdir ki, Stomatologiya fakultəsinin İ kurs, 423A-4b qrup tələbəsi İddiaçı (hazırki iş üzrə iddiaçı) öz tələbə yoldaşının şərəf və ləyaqətini alçaldıb onu təhqir edib, ona qarşı zor tətbiq edərək bədən xəsarətlərini yetirdiyinə və bununla da universitetin Daxili intizam qaydalarını kobud surətdə pozduğuna görə universitetdən xaric edilməsi qərara alınmışdır.

42. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh Stomatologiya fakultəsinin İ kurs 423-4b qrup tələbəsi X35 Sebahattinin (iddiaçının) təhsil aldığı ali təhsil müəssisəsinin (Cavabdehn) intizam qaydalarını pozduğu və həmin əsasla universitetdən xaric edilməsi barədə əmr qəbul edilməsi işin mübahisəsiz halıdır.

43. Belə olan təqdirdə məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma qanuni olmuş, ədalətsiz rəftar müəyyən edilməmişdir.

44. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən diskresion səlahiyyətlərin qanunsuz və ədalətsiz tətbiqi halı müəyyən edilmədiyindən məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

45. İnzibati Prosessual Məcəllədən: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

46. Məhkəmə digər tərəfdən nəzərə alır ki, İddiaçı hazırda Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində təhsil aldığı işin mübahisəsiz halıdır (qeyd olunan hal iddiaçı tərəfindən təkzib edilməmişdir). Odur ki, iddia tələbinin təmin edilməməsi İddiaçı münasibətdə əlverişsiz şərait yaratmır, İddiaçı təhsil hüququnun realizə edilməsinə müdaxilə ilə nəticələnmir.

47. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar