Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1903/2024 27.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli, **********670700 nömrəli qərarın və həmin qərarda qeyd edilən xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli, xx.xx.2019-cu il tarixli **********715400 nömrəli və xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ********** saylı VÖEN üzrə “Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdir. Həmin müraciətinə əsasən xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək onun fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Həmin müddət ərzində iddiaçı tərəfindən hesabatlar sıfır olaraq göndərilmiş və hər hansı bir fəaliyyət göstərilməmişdir. Həmçinin fəaliyyətinin dayandırılması hal-hazırda da davam edir. Lakin 13 fevral 2023-cü il tarixində tələbin icraya yönəldilməsi barədə qərar iddiaçıya ünvanlanmışdır. Həmin qərara əsasən qeyd edilmişdir ki, guya iddiaçının 3504.71 əsas, 1280.30 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 4885.01 manat vergi, faiz və maliyyə sanksiyası məbləğində dövlət büdcəsinə borcu mövcuddur. 2016-cı ildən hər hansı fəaliyyət göstərməməsinə baxmayaraq bu borcun nəyə əsasən yaranması iddiaçıya məlum deyildir. Borcun mövcud olması barədə hələ 2021-ci il tarixində məlum olmuşdur. İddiaçı vergi orqanına müraciət edərək borcun yaranmasının səbəbinin araşdırılaraq iddiaçıya bildirilməsini xahiş etmişdir. Həmçinin iddiaçının müraciətinə əsasən vergi orqanı tərəfindən iddiaçıya bildirilmişdir ki, guya iddiaçı tərəfindən "AZƏRBAYCAN KOKA-KOLA BOTTLERS LİMİTED” MMC-dən 2017-cu il üzrə 7528,07 manat, 2018-ci il üzrə 597,23 manat, 2019-cü il üzrə 16037,17 manat, 2020-ci il üzrə 6896,54 manat, "DİRECT DİSTRİBUTİON GROUP (PPG)" QSC-dan 2018-ci il üzrə 21832,20 manat, "xxxx" QSCdən 2018-ci il üzrə 12469,50 manat, 2019-cü il üzrə 39449,70 manat, 2020-ci il üzrə 19956,60 manat, "xxxx" QSC-dan 2018-ci il üzrə 15346,80 manat, 2019-cü il üzrə 46680,30 manat, 2020-ci il üzrə 26479,80 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 2471,90 manat, 2019-cü il üzrə 9167,10 manat, 2020-ci il üzrə 5487,00 manat, "xxxx" MMC-dən 2018-ci il üzrə 511,17 manat və 2019-cu il üzrə 685.34 manat məbləğində elektron qaiməfakturalar iddiaçıya ünvanlanmış və hətta iddiaçı tərəfindən həmin qaimələr üzrə ödənişlər edilmişdir. Lakin yuxarıda adları qeyd edilən müəssisələr ilə iddiaçının hər hansı əlaqəsi mövcud olmamış, aralarında müqavilə və ya hər hansı işgüzar münasibətlər mövcud olmamışdır. Vergi orqanı tərəfindən qeyd edilən qaimələr ilə bağlı vergi orqanına müraciət edilmiş və həmin qaimələr iddiaçıya təqdim edilmişdir. Daha sonra isə həmin qaimələrin yazıldığı müəssisələr ilə əlaqə saxlanıldıqda həmin qaimələrin İddiaçı ilə hər hansı əlaqəsinin olmadığı müəyyən edilmişdir. Hətta "xxxx" MMC-nin satış müdürü Emil adlı şəxs (Tel: **********) bu barədə bildirmişdir ki, İddiaçı adlı şəxsi o tanımamış və həmin qaimələr fərqli VÖEN üzrə yazılmış və X5 adlı şəxs ilə müqavilə əsasında xidmət göstərilmişdir, malların hər biri X5 adlı şəxsə “Ekonom” marketə təhvil verilmişdir. Həmin qaimələrə əsasən isə vergi orqanı tərəfindən hesablanmış vergi borcunun tələbinin icraya yönəldilməsi barədə qərarda iddiaçı barəsində kameral vergi yoxlaması əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********430200 saylı, xx.xx.2019-ctı il tarixli **********154400 saylı, xx.xx.2019-cu il tarixli **********715400 saylı və xx.xx.2018-ci il tarixli **********023800 saylı qərarlar qeyd edilmişdir. Həmin sözügedən qərarlar rəsmi qaydada iddiaçıya bu zamana qədər təqdim edilməmişdir. Həmin qəbul edilən qərarların tarixinə nəzər yetirdikdə müəyyən etmək mümkündür ki, vergi orqanı tərəfindən kameral vergi yoxlamasının keçirilməsi üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Həmin qərarların isə qəbul edilməsindən uzun bir müddət ötməsinə baxmayaraq vergi orqanı tərəfindən qərarların icrasının təmin edilməsi barədə qərar 13 fevral 2023-cü il tarixində qəbul edilmişdir. Habelə qərarlarda göstərilən dövlər üzrə borcların tələb edilməsi müddəti ötürülmüşdür. Bu isə vergi orqanı tərəfidən qəbul edilmiş qərarların əsassız və qanunsuz olmasına dəlalət edən digər bir haldır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının ləğv edilməsini xahiş etdiyi xx.xx.2023-cü il tarixli, **********670700 nömrəli qərar "Tələbin icraya yönəldilməsi haqqında” Qərardır, bu qərarın iddiaçı tərəfindən mübahisələndirilməsi mümkünsüzdür. Belə ki, iddiaçı tərəfindən vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə borcun yaranmasına əsas olmuş xx.xx.2019-cü il tarixli **********430200 nömrəli, xx.xx.2019-cü il tarixli **********154400 nömrəli, xx.xx.2019-cü il tarixli **********715400 nömrəli və xx.xx.2018-cü il tarixli **********023800 nömrəli qərarları xx.xx.2023-cü il tarixli **********670700 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar əsasında icraya yönəldilmişdir. “Tələbin icraya yönəldilməsi haqqında” Qərar icra xarakterli qərar olub, iddiaçı üçün bilavasitə hər hansı hüquqi nəticə yaratmır, hüquqi nəticə yaradan qərarların icrası məqsədini daşıyır. Digər qərarlara münasibətdə isə bildirilir ki, "xxxx" MMC-dən 2017-cu il üzrə 7528,07 manat, 2018-ci il üzrə 597,23 manat, 2019-cü il üzrə 16037,17 manat, 2020-ci il üzrə 6896,54 manat, "DİRECT DİSTRİBUTİON GROUP (DDG)" QSC-dən 2018-ci il üzrə 21832,20 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 12469,50 manat, 2019-cü il üzrə 39449,70 manat, 2020-ci il üzrə 19956,60 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 15346,80 manat, 2019-cü il üzrə 46680,30 manat, 2020-ci il üzrə 26479,80 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 2471,90 manat, 2019-cü il üzrə 9167,10 manat, 2020-ci il üzrə 5487,00 manat, "xxxx" MMC-dən 2018-ci il üzrə 511,17 manat və 2019-cü il üzrə 685,34 manat məbləğində elektron qaimə-fakturaların iddiaçıya təqdim edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli 2018-ci ilin 3-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə uyğunsuzluq yaranmış və dövr üzrə 13821,30 manat məbləğində malların əldə edilərək dövriyyə məbləğinin və mal qalığının bəyan edilməməsi vergidənyayınma halı kimi qiymətləndirilmiş, kameral vergi yoxlaması ilə vergi ödəyicisinə 552,85 manat əlavə vergi məbləği hesablanmışdır (13821,30* 4%). İddiaçı tərəfindən 2018-ci il üzrə 53228,80 manat məbləğində malların əldə edilərək dövriyyə məbləğinin azaldılmaqla göstərildiyi müəyyən edilmişdir ki, bu da 2018-ci il 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə əlavə hesablamaya səbəb olmuşdur. Belə ki, 2018-ci ilin 3-cü rübü üzrə 13821,30 manat dövriyyə məbləğinin hesablandığını nəzərə alaraq, 2018-ci ilin 4-cü rübü üzrə 39407,50 manat (53228,80-13821,30) dövriyyə məbləği üzrə 1576,30 manat məbləğində vergi hesablanmışdır. Analoji vəziyyət 2019-cu il üzrə də baş vermiş, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 54221,88 manat məbləğində elektron qaimə fakturalar üzrə malların əldə edildiyi və həmin dövrlər üzrə bəyannamə təqdim edilmədiyindən vergi orqanı tərəfindən 2019-cu ilin 2-ci rübü üzrə analoji hesablama aparılmışdır (54221,88* 2%). Yaranmış kənarlaşma barədə iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli, **********241600 nömrəli, xx.xx.2019-cu il tarixli **********085300 nömrəli məktublar göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci il 3-cü rüb üçün 552,82 manat, 2018-ci ilin 4-cü rübü üçün 1576,30 manat və 2019-cu il 2-ci rüb üçün 1084,44 manat əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2018-ci il tarixli **********023800 nömrəli, xx.xx.2019-cu il tarixli **********430200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********715400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Qərarın icrası məqsədilə iddiaçıya "Vergi ödəyicisinin aktivləri barədə məlumat” forması göndərilərək məlumatın 10 gün ərzində təqdim edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli "Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” Qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən İddiaçı iddia tələbinin xx.xx.2023-cü il tarixli, **********670700 nömrəli "Tələbin icraya yönəldilməsi haqqında’’ Qərarın ləğv edilməsi hissəsində iddianın mümkün sayılmaması barədə qərardad, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası- xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli, xx.xx.2019cu il tarixli, **********154400 nömrəli, xx.xx.2019-cu il tarixli **********715400 nömrəli və xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərarların ləğv edilməsi barədə hissədəmümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh iddiaçını müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli , 2-1(112)- 12769/2023 nömrəli qərardadı ilə iddiaçının iddia qaldırılması üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi əsasında hazırki iddiası üzrə buraxılmış iddia müddəti bərpa edilmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadla iddiaçının iddiası cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********670700 nömrəli qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər.
9. İnzibati məhkəmə işinin materiallarında olan: - cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, "AZƏRBAYCAN KOKA-KOLA BOTTLERS LİMİTED MMC-dən 2017-ci il üzrə 7528,07 manat, 2018-ci il üzrə 597,23 manat, 2019-cü il üzrə 16037,17 manat, 2020ci il üzrə 6896,54 manat, "DİRECT DİSTRİBUTİON GROUP (PPG)" QSC-dan 2018-ci il üzrə 21832,20 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 12469,50 manat, 2019-cu il üzrə 39449,70 manat, 2020-ci il üzrə 19956,60 manat, "xxxx" QSC-dan 2018-ci il üzrə 15346,80 manat, 2019-cu il üzrə 46680,30 manat, 2020-ci il üzrə 26479,80 manat, "xxxx" QSC-dən 2018-ci il üzrə 2471,90 manat, 2019-cü il üzrə 9167,10 manat, 2020-ci il üzrə 5487,00 manat, "xxxx" MMC-dən 2018-ci il üzrə 511,17 manat və 2019-cu il üzrə 685,34 manat məbləğində elektron qaimə fakturaların iddiaçıya təqdim edilməsi müəyyən edilmişdir və həmin əsasla kameral vergi yoxlaması ilə vergi məbləği hesablanmışdır; - “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların dayandırılması haqqında” arayışa əsasən iddiaçı xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilə qədər fəaliyyətini dayandırmışdır; - Cavabdehin xx.xx.2023-cü il tarixli, **********7670700 nömrəli qərarına əsasən iddiaçı tərəfindən 3504,71 manat əsas, 1.280,30 manat faiz, 100,0 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 4885,01 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə cavabdehin xx.xx.2019-cu il tarixli, **********430200 saylı, xx.xx.2019-cu il tarixli **********154400 saylı, xx.xx.2019-cu il tarixli, **********715400 saylı və xx.xx.2018-ci il tarixli, **********023800 saylı qərarlarının xx.xx.2023-cü il tarixindən icraya yönəldilməsi qərara alınmışdır; - Cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər e-qaimə faktura əsasında alınmış malların siyahısı iddiaçıya təqdim edilmişdir; - X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinə xx.xx.2021-ci il tarixli müraciətinə əsasən həmin şəxs xx.xx.2016-cı ildə ünvan 1 ünvanında “Ekonom” marketində sahibkarlıq fəaliyyəti göstərməyə başlanmış, 2019-cu ilin ikinci yarısından anasının xəstələnməsi və əməliyyatları ilə bağlı vergi öhdəliklərini icra edə bilməmiş və nəticədə 3000 manat əsas vergi borcu yaranmışdır, həmin borcla əlaqədar hesablanmış faizlər ilə birlikdə borcu 5000 manat təşkil edir; - “Vergi hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərara əsasən iddiaçıya 2018-ci ilin 3-cü rübü üzrə 552,85 manat sadələşdirilmiş vergi borcu hesablanmışdır, buna əsas kimi iddiaçının e-QF üzrə çəkdiyi xərclərin məbləğinin 13821,30 manat müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə çəkilmiş xərclər arasında 13821,30 manat uyğunsuzluğun yaranması göstərilmişdir; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli qərara əsasən iddiaçıya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2019-cu ilin 2-cü rübü üzrə 1084,44 manat sadələşdirilmiş vergi hesablanmışdır; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********7154400 nömrəli qərara əsasən iddiaçıya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2018-ci ilin 4-cü rübü üzrə 1576,30 manat sadələşdirilmiş vergi hesablanmışdır; - “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli qərara əsasən iddiaçıya vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.2ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: - 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. - 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. - 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, - 15.1.9. Müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. - 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; - 24.1.1. Vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; - 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. - 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5 dekabr 2023-cü il tarixinə qədər qüvvədə olmuş: - 67.1-ci maddəsinin redaksiyasına əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2-ci maddəsinin redaksiyasına əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. - 220.1-ci maddənin xx.xx.2018-ci ilə qədər qüvvədə olan redaksiyasına əsasən: Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır:Bakı şəhərində 4 faiz; - 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. - 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. - 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. - 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. - 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. - 57.2. Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 25 avqust 2022-ci il tarixli 339 nömrəli qərarla dyişiklik edilənə qədər qüvvədə olan redaksiyadakı: 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.2. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir: 2.2.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə (1 nömrəli əlavə); 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvilqəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur;
12. İnzibati məhkəmə işinin materiallarında olan sənədlərə əsasən cavabdehin “Vergi hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərarına əsasən iddiaçıya 2018-ci ilin 3-cü rübü üzrə 552,85 manat sadələşdirilmiş vergi borcu hesablanmışdır, buna əsas kimi qərarda iddiaçının e-QF üzrə çəkdiyi xərclərin məbləğinin 13821,30 manat müəyyən edilməsinə baxmayaraq təqdim edilmiş bəyannaməyə əsasən vergi tutulan dövriyyə ilə çəkilmiş xərclər arasında 13821,30 manat uyğunsuzluğun yaranması göstərilmişdir, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli qərara əsasən iddiaçıya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2019-cu ilin 2-cü rübü üzrə 1084,44 manat sadələşdirilmiş vergi hesablanmışdır, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********7154400 nömrəli qərara əsasən iddiaçıya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən 2018-ci ilin 4-cü rübü üzrə 1576,30 manat sadələşdirilmiş vergi hesablanmışdır, “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli qərara əsasən iddiaçıya vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
13. Göründüyü kimi cavabdeh iddiaçıya mübahisələndirilən qərarla kameral qaydada əlaqəli məlumatlara əsasən əlavə vergi hesablasa da əlavə hesablanmış sadələşdirilmiş vergi məbləğini AR Vergi Məcəlləsinin 67-ci maddəsinin hansı bəndində göstərilən qaydada hesablanmasını məhkəməyə bildirməmiş, hesablamanın əsaslarını məhkəməyə təqdim etməmiş, yəni əlavə hesablanmış sadələşdirilmiş verginin məhz mübahisələndirilən qərarlarda göstərilən məbləği təşkil etməsini sübuta yetirə bilməmişdir.
14. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı 2016-cı ildə vergi ödəyicisi kimi fəaliyyətini 5 il müddətinə dayandırmışdır və cavabdehin ona təqdim etdiyi elektron qaimələrin ona aid olmadığını, qaimələrdə qeyd edilən vergi ödəyiciləri ilə müqavilə münasibətlərinin olmamasını göstərmişdir.
15. Cavabdeh qeyd edilən halları təkzib edən sübutları, elektron qaimələrdə göstərilən vergi ödəyiciləri ilə iddiaçının müqavilə münasibətlərinin olmasını, elektron qaimələrdə göstərilən malların həqiqətən də iddiaçıya verilməsini təsdiq edəcək təhvil təslim aktlarını və s. bu kimi sübutları, habelə 2016-cı ildən 2021-ci ilə qədər sahibkarlıq fəaliyyəti göstərməsini sübut edə biləcək sənədləri məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının mübahisələndirdiyi “Vergi hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********7154400 nömrəli qərarların əsaslı olması, habelə 2016-cı ildən sonrakı dövrdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün həmin qərarlar, habelə iddiaçı barədə qəbul edilmiş, “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli qərar qanunsuz əlverişsiz inzibati akt olduğu üçün həmin qərar ləğv edilməlidir.
17. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən
- 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergi hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərarı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli qərarı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********7154400 nömrəli qərarı, “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli qərarı ləğv edilməlidir.
20. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergi hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********023800 nömrəli qərarı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********430200 nömrəli qərarı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********715400 nömrəli qərarı, “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********154400 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova