Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1904/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin tərtib edilməsi və təsdiqlənərək verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin xx.xx.1975-ci il tarixli, 20 saylı protokolu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında X2 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr həyətyanı torpaq sahəsinin plan sxeminin çəkilməsini və çəkilmiş plan sxeminin təsdiqlənməsini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin xx.xx.1975-cı il tarixli, 20 saylı protokolu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanında İddiaçı mərhum anası X2 adına fərdi yaşayış evinin tikintisi üçün 600 m2 həyətyanı torpaq ayrılmış və həmin inzibati akt hal-hazırda da qüvvədədir. 02 iyun 2022-ci il tarixdə İddiaçı müraciəti əsasında Dövlət Arxivinin Bakı Filialının 16 iyun 2022-ci il tarixli arayışına əsasən Lenin Rayon XDS İK-nin xx.xx.1975-ci il tarixli, 20 saylı protokolunun təsdiq edilmiş arxiv çıxarışı ona təqdim edilmişdir. Lakin protokola cizgi və akt əlavə edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh Başçısına İ- 87-091 № li ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sxeminin tərtib edərək İddiaçı təqdim olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, İ-87-091 saylı məktubu ilə torpaq sahəsinin sxeminin tərtib edərək iddiaçıya verilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə, həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsi barədə Cavabdehndə hər hansı bir məlumatın olmaması qeyd edilmişdir. İddiaçı 20 iyul 2022-ci il tarixdə mərhum X1 miras qalmış əmlaka dair «Vərəsəlik hüququ haqqında şəhadətnamə»nin verilməsi ilə bağlı Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət etmiş və adına 21 iyul 2022-ci il tarixdə 240 №li vərəsəlik işi açılmışdır. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və iddiasının təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin xx.xx.1975-ci il tarixli, 20 saylı protokolu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında X2 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr həyətyanı torpaq sahəsinin cizgisinin tərtib edilməsi və təsdiqlənərək iddiaçıya verilməsini Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, İ-87-091 saylı məktubundan görünür ki, Sabunçu (keçmiş Lenin) Rayon XDS İK-nin 10.X.1975-ci il tarixli, 20 saylı protokolu ilə Maştağa qəsəbəsi, Nizami küçəsi, keçid 7, sahə 8 «z»-də ayrılmış 600,0 kv.m. torpaq sahəsinin yerləşmə sxeminin verilməsi ilə bağlı iddiaçının ərizəsinə baxılmış, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumatın olmadığı qeyd olunaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq İddiaçı miras qoyanın vərəsəsi kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Lenin rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1975-cı il tarixli, 20 saylı protokolundan görünür ki, Maştağa qəsəbəsi, Sabir küçəsi, ev 47-də yaşayan X2 müraciəti nəzərə alınaraq ona Maştağa qəsəbəsi, ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Məktubda həmçinin bildirilmişdir ki, protokola X5 barədə heç bir sənəd, o cümlədən yerləşmə cizgisi, akt əlavə edilməmişdir. X6 ata adı Ağarəhim deyil, Ağa Kərim kimi qeyd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının anası X3 yuxarıda istinad olunan səlahiyyətli orqanın protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Arxiv məlumatlarına əsasən protokola yerləşmə cizgisi və akt əlavə edilməmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu ayrı-ayrı vətəndaşlara torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumatın olmadığını qeyd edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının “Keçid müddəaları”nın 6-cı bəndinə əsasən, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinin 5-ci abzasına görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə görə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Hazırkı işin hallarından məlum olur ki, sadalanan qanunvericilik aktlarına əsasən iddiaçının mərhum anasına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda (1975-ci ildə) və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Mərhumun adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Qərar mübahisələndirilməmişdir və qüvvədədir. Sözügedən Qərara əsasən torpaq sahəsi mərhuma naturada ayrılaraq təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) Qərara əlavə etməmişdir. Eyni zamanda, məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh torpaq ayıran qurumun hüquqi varisi kimi həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamış və bu imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Beləliklə, məhkəmənin qənaəti belədi ki, cavabdeh iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut edə bilməmişdir. Məhkəmə həmçinin vurğulamağı zəruri hesab edir ki, cavabdeh inzibati orqanın oxşar mübahisə üzrə torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı praktikası mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-263/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icrası ilə əlaqədar Bakı şəhəri Lenin XDS İK-nın xx.xx.1977-ci il tarixli 22 protokolu əsasında X4 Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 3 ünvanında ayrılmış torpaq sahəsinin cizgisi Cavabdeh tərəfindən tərtib olunaraq verilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, istinad olunan hal məhkəmə qərarının icrası ilə bağlı olsa belə, hazırkı tələbi üzrə inzibati orqanın imtinası cavabdehə münasibətdə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə torpaq ayrılma haqqında X6 ata adının Ağarəhim deyil, Ağa Kərim kimi qeyd edilməsinin işin mahiyyətinə təsir etməyən hal hesab edərək texniki səhv kimi qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin xx.xx.1975-ci il tarixli, 20 saylı protokolu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında X2 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr həyətyanı torpaq sahəsinin cizgisinin tərtib edilməsi və təsdiqlənərək İddiaçı verilməsi Cavabdehnə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin xx.xx.1975-ci il tarixli, 20 saylı protokolu ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında X2 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr həyətyanı torpaq sahəsinin cizgisinin tərtib edilməsi və təsdiqlənərək İddiaçı verilməsi Cavabdehnə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1904/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1904/2023
17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver