Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1905/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 (Bakı şəhəri qeydiyyatdadır, İxtisası: hüquqşünas, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinin məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “kürəkəninin mənzilində yaşadığı, 2019-cu ilin dekabrında cəzaçəkmə müəssisəsindən çıxan oğlu tərəfindən mənzildən çıxmağı barəsində xəbərdar edildiyi və 2010-ci ildə şəhid anası kimi güzəştli şərtlərlə mənzil növbəsində durduğu, həmin mənzildən çıxandan sonra yaşamağa yeri olmadığı üçün iddiaçıya şəhid anası kimi, həlak olan hərbi qulluqçunun anası kimi mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı “kürəkəninin mənzilində yaşadığı, 2019-cu ilin dekabrında cəzaçəkmə müəssisəsindən çıxan oğlu tərəfindən mənzildən çıxmağı barəsində xəbərdar edildiyi və 2010-ci ildə şəhid anası kimi güzəştli şərtlərlə mənzil növbəsində durduğu, həmin mənzildən çıxandan sonra yaşamağa yeri olmadığı üçün iddiaçıya şəhid anası kimi, həlak olan hərbi qulluqçunun anası kimi mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X2 torpaqların müdafiəsi uğrunda qəhrəmancasına şəhid olanlardandan biridir. İddiaçı oğlunun yolunu 15 il gözləyərək qanunvericilikdə şəhid anası üçün nəzərdə tutulmuş güzəştlərdən imtina etmişdir. 2009-cu ildə artıq oğlunun geri qayıtmayacağına tam əmin olduqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının oğlunun ölmüş elan edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin məhkəmə qətnaməsinə əsasən ölüm haqqında Şəhadətnamə verilmişdir. İddiaçı məhz həmin vaxtdan başlayaraq şəhid ailəsinə verilən güzəştlərdən istifadə etməyə başlamışdır. 2010-cu ildə şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsinə durmuşdur. Hələ 2014-cü ilə qədər iddiaçı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək bildirmişdir ki, onun mənzil şəraiti acınacaqlı vəziyyətdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 30 sentyabr 2019-cu il tarixində Şəhid ailəsinə laqeydlik və biganəliklə dolu bir cavab göndərmişdir. Həmin cavab 17 oktyabr 2019-cu il tarixində iddiaçıya poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavab məktubunda göstərilmişdir ki, 2014-cü ilə qədər mənzil növbəsində duran şəhid ailələrinə 2028-ci ilə qədər mənzil veriləcəkdir. Cavabdehin məktubunu qanunsuz hesab edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh göstərmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən (56.1) yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir (56.2.)Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2.valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddiaçı növbədənkənar mənzillə təmin olunması növbəyə duran digər vətəndaşların bərabərlik hüququnu pozur. O cümlədən, Konstitusiyaya, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmamalıdır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsаssızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqələrinin surətlərini, Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının 1-ci müavinin Ə-264-068 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubunu təqdim etmişdir. Məhkəmə yuxarıda sadalanan sənədlərdən müəyyən etmişdir ki, iddiaçının oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda şəhid olduğu üçün iddiaçının anası şəhid ailəsi kimi 2 nəfər ailə tərkibi ilə (özü və qızı) Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən güzəştli mənzil növbəsinə götürülmüşdür, hal-hazırda həmin kateqoriyadan olan şəxslərin mənzil növbəlilik siyahısında 23-cüdür. İddiaçı hazırda kürəkəninin mənzilində yaşadığı, 2019-cu ilin dekabrında cəzaçəkmə müəssisəsindən çıxan oğlu tərəfindən mənzildən çıxmağı barəsində xəbərdar edildiyi üçün və 2010-ci ildə də şəhid anası kimi güzəştli şərtlərlə mənzil növbəsində durduğu, həmin mənzildən çıxandan sonra yaşamağa yeri olmadığı üçün iddiaçıya şəhid anası kimi, həlak olan hərbi qulluqçunun anası kimi mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Həmin qanunun 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. O cümlədən, şəhid ailələrinin xüsusi diqqət və qayğı obyekti olmasını nəzərə alaraq Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 2 avqust 2018-ci il tarixli, 382 nömrəli, 28 yanvar 2019-cu il tarixli, 907 nömrəli sərəncamları ilə Azərbaycan Respublikasının müvafiq illər üzrə dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə göstərilən vəsaitlərin əhəmiyyətli hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılması barədə qərar qəbul edilmişdir. İşin faktiki hallarına əsasən iddiaçının oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda şəhid olduğu üçün iddiaçının anası şəhid ailəsi kimi 2 nəfər ailə tərkibi ilə (özü və qızı) Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən güzəştli mənzil növbəsinə götürülmüşdür, hal-hazırda həmin kateqoriyadan olan şəxslərin mənzil növbəlilik siyahısında 23-cüdür. Göründüyü kimi iddiaçı güzəştli mənzil növbəsində mənzillə təmin edilməyə ehtiyacı olan şəxs olaraq qalmışdır. Cavabdehin iddiaçıya mənzil verilməsindən “ümumiyyətlə” imtina edilməmiş, bunun növbəlilik prinsipinə uyğun həyata keçiriləcəyi bildirilmişdir. İddiaçının tələb etdiyi kimi ona növbədəkənar mənzil verilməsi digər növbədə olan eyni kateqoriyadan olan şəxslərin hüquqlarının pozulması gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti hiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİhissəsinə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlilik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2.valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. İddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2-ci maddəsində göstərilən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələrinin verilməsi nəzərdə tutulan şəxslərə aid olması barədə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “kürəkəninin mənzilində yaşadığı, 2019-cu ilin dekabrında cəzaçəkmə müəssisəsindən çıxan oğlu tərəfindən mənzildən çıxmağı barəsində xəbərdar edildiyi və 2010-ci ildə şəhid anası kimi güzəştli şərtlərlə mənzil növbəsində durduğu, həmin mənzildən çıxandan sonra yaşamağa yeri olmadığı üçün iddiaçıya şəhid anası kimi, həlak olan hərbi qulluqçunun anası kimi mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “kürəkəninin mənzilində yaşadığı, 2019-cu ilin dekabrında cəzaçəkmə müəssisəsindən çıxan oğlu tərəfindən mənzildən çıxmağı barəsində xəbərdar edildiyi və 2010-ci ildə şəhid anası kimi güzəştli şərtlərlə mənzil növbəsində durduğu, həmin mənzildən çıxandan sonra yaşamağa yeri olmadığı üçün iddiaçıya şəhid anası kimi, həlak olan hərbi qulluqçunun anası kimi mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1905/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1905/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver