Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1905/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X2 və X16) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X2 və X10 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 və X5 ünvan 1 ünvanında yerləşən mənzilə dair pasport qeydiyyatlarının ləğv edilməsi vəzifəsinin Yasamal RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 2009cu ildən mülkiyyət hüquqarı ilə iddiaçıya məxsusdur. Həmin mənzildə ailə üzvləri X6 və X11 qeydiyyatda olmaqla yaşamışdır. 2021-ci ilin aprel ayında yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın alınması zərurəti ilə “ASAN xidmət” mərkəzinə müraciət edərkən ona məlum olmuşdur ki, ona məxsus mənzildə tanımadığı 2 şəxs X2 və X16 qeydiyyatdadır. Bununla əlaqədar tərəfindən Yasamal rayon pasport qeydiyyat idarəsində həmin şəxslərin qeydiyyatına dair dəqiqləşdirmə aparan zaman ona bildirilmişdir ki, ona məxsus mənzildə onların qeydiyyatını təsdiq edən sənədlər mövcud deyildir. Sonradan həmin şəxslərin ünvan 2 ünvan sahiblərinin olduğu məlum olmuşdur. X2 və X5 iddiaçıya məxsus mənzildə qeydiyyatına dair onun tərəfindən hər hansı bir razılıq verilməmiş və həmin şəxsləri tanımamışdır. Hesab edir ki, həmin şəxslərin ünvan 1 ünvanında yerləşən mənzilə dair pasport qeydiyyatları ləğv edilməlidir. Tərəfindən Yasamal RPİ-nə ərizə ilə müraciət edilərək, ünvan 3 ünvanına əsassız qeydiyyata düşmüş X2 və X5 pasport qeydiyyatından çıxarılması xahiş edilmiş, ərizəmə cavab olaraq məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9311/2021 nömrəli, 17.08.2021-ci il tarixli qərardadı ilə X1 və X5 hazırkı inzibati iş üzrə cavabdeh qismində prossesual iştiraklarına xitam verilmiş, X2 və X16 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı 18.01.2022-ci il tarixli iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək X2 və X5 ünvan 4 ünvanında yerləşən mənzilə dair pasport qeydiyyatlarının ləğv edilməsi vəzifəsinin Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı 28.10.2021-ci il tarixli, 091-57332-1221 nömrəli, 29.12.2021-ci il tarixli, 091-70763-1221 nömrəli, 31.01.2022-ci il tarixli, 091-5684- 1222 nömrəli və 19.02.2022-ci il tarixli, 091-9732-1222 nömrəli məktublarında iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X16 iddia tələbinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 12.04.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, 10.01.2003-cü il təvəllüdlü X2 və 18.07.1977-ci il təvəllüdlü X16 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 02.09.2021-ci il tarixli, **********02 nömrəli məktubda bildirilmişdir ki, X1 və X5 ünvan 4 ünvanına dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən ünvana dair təqdim edilmiş müvafiq sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışda qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə istifadədə olan 0.0871 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 14 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 164.7 kv.m ümumi, 106.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 982 nömrəli reyestr kitabının 88074 nömrəli vərəqində 31.07.2009-cu ildə qeydiyyata alınmışdır. - "xxxx" MTK tərəfindən verilmiş 26.05.2009-cu il tarixli, 53/1 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ona görə ki, o həqiqətən Mətbuat prospekti, 3141-ci məhəllə, 35 saylı evin 11 saylı mənzilində yaşayır. Bina "xxxx" MTK-ya məxsusdur. Vətəndaş İddiaçı ailəsi 1 (bir) nəfərdən ibarətdir. Daimi qeydiyyatda olan özü - İddiaçıdur. - "xxxx" MTK tərəfindən verilmiş 18.05.2009-cu il tarixli, 012/071 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə yerləşən 14 mərtəbəli kooperativ yaşayış binası ev № 35 "xxxx" MTK-nə məxsusdur. Bu binanın İ giriş 7-ci mərtəbəsinin ümumi sahəsi - 196,82 m2, yaşayış sahəsi - 106,82 m2 olan 11 saylı 4 otaqlı mənzilin tam dəyəri 22432,20 AZN (iyirmi iki min dörd yüz otuz iki manat) payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. - "xxxx" MTK üzvlərinin ümumi iclasının 26.05.2009-cu il tarixli, 53 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Mətbuat prospekti, 3141-ci məhəllə, 35 saylı binasında 11 saylı mənzil verilməsi və dövlət reyestrində 1 (bir) nəfər ailə üzvü - özünün daxil edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 06.09.2021-ci il tarixli, 018-13618-1221 nömrəli məktubunda bildirilmişdir ki, 18.07.1977-ci il təvəllüdlü X16 18.07.2013-cü il tarixdə və 10.01.2003-cü il təvəllüdlü X2 25.07.2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35, mənzil 11 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Həmçinin bildirilir ki, yuxarıda qeyd olunan vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 15.09.2021-ci il tarixli, 091-47920-1221 nömrəli məktubunda bildirilmişdir ki, X2 25.04.2014-cü il tarixdə ASAN-3 tərəfindən, X16 isə 18.07.2013-cü il tarixdə ünvan 5 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişlər. Eyni zamanda bildirilir ki, X1 və X5 qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmişdir. Həmin məktubla göndərilmiş vət. X5 fərdi uçot kartoçkasının surətinə əsasən 18.07.1977-ci il təvəllüdlü X3 prospekti, məhəllə 3141, ev 35, mənzil 11 ünvanında qeydiyyatdadır. Qeydiyyata alınması üçün əsas 22.02.2008-ci il tarixli, 025257 nömrəli sənəd. İş materiallarına əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş 12.01.2022-ci il tarixli, 02/05-355 nömrəli arayışda qeyd edilmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri,ünvan 7 ünvanda aşağıda adları göstərilən şəxslər yaşayırlar: 1. İddiaçı Sirac oğlu,
2. X6, 3. X12, 4. X13, 5. X17. Tərəfimizdən inşa edilmiş ünvan 8 ünvanda isə aşağıda adları göstərilən şəxslər yaşayırlar: 1. X16, 2. X9. Üçüncü şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35B, 11 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 85, M7, m1) xüsusi mülkiyyət hüququ ilə X4 adına 19.09.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 85, M7, m1) ünvanına dair texniki pasport X4 adına 18.09.2018-ci il tarixdə tərtib edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 02.07.2021-ci il tarixli, 091-32969N-3221 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda ərizəçiyə bildirilmişdir ki, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141, ev 35, mənzil 11 ünvanından X1 və X5 qeydiyyatdan çıxarılması ilə əlaqədar siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə 35 nömrəli, 14 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində yerləşən 11 nömrəli mənzil 31.07.2009-cu ildən İddiaçı mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi X16 və X2 müvafiq olaraq 2013 və 2014cü ildən qeyd edilən ünvan 11 ünvanında qeydiyyatdadırlar. Halbuki, işdən müəyyən olunur ki, iddiaçı və üçüncü şəxslərin yaşadıqları mənzillər həm faktiki, həm də ünvan üzrə fərqlidirlər. Belə ki, "xxxx" MTK-nın arayışları, eləcə də mübahisəli ünvanla bağlı əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllədə 35 və 35B nömrəli binalar yerləşir. Bakı şəhəri, ünvan 12 ünvanında İddiaçı Sirac oğlu və sonuncunun ailə üzvləri X6, X12, X13, X17 yaşayırlar. Bakı şəhəri, ünvan 8 ünvanında isə üçüncü şəxslər X16 və X9 yaşayırlar. Qeyd edilməlidir ki, ünvan 11 ünvanı ilkin olaraq - 2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Sirac oğlunun adına qeydiyyata alınmışdır. Üçüncü şəxslər isə 2013-2014-cü illərdə həmin ünvana qeydiyyata düşmüşlər, lakin onların yaşadıqları Bakı şəhəri, ünvan 8 ünvanı, yeni qaydalarla isə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 85, M7, m1 olaraq 19.09.2018-ci il tarixdə X4 (X5 anası) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının ailə üzvü olmamaqla, iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslərdir. Üçüncü şəxslər faktiki yaşamadıqları ünvanda qeydiyyatda qalmışlar, halbuki, onların yaşadıqları mənzilin ayrıca ünvanı vardır və mənzil həmin ünvan göstəricisi ilə daşınmaz əmlakın dövlət reyestində qeydiyyatdan keçmişdir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslıdır. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 3141-ci məhəllə ünvanında yerləşən ev 35, 11 nömrəli mənzil və eyni zamanda həmin mənzilin dövlət reyestrində qeydiyyata alınmış ünvanına hüquq sahibidir, bu halda həmin ünvan göstəricisinə hüququ olmayan və fərqli ünvanlı mənzildə yaşayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 10.01.2003-cü il təvəllüdlü X2 və 18.07.1977-ci il təvəllüdlü X5 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. X2 və X5 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova