Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1906/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 iyun 1980-ci il tarixdən 1 aprel 1987-ci il tarixədək Oğuz (keçmiş adı Vartaşen) Rayon Mədəniyyət şöbəsində baş mühasib, 23 aprel 1987-ci il tarixdən 24 oktyabr 1994-cü il tarixədək Oğuz Rayon Maliyyə şöbəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifələrində işləmiş. Qeyd edilən hər iki vəzifə hazırda qüvvədə olan qanunvericiliyə əsasən dövlət qulluğuna şamil edilir. Ona 2009-cu ilin yanvar ayında dövlət qulluğunda olmuş 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş vəzifələrin Azərbaycan Respublikasının Prezidentinin 2003- cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Oğuz Rayon Maliyyə İdarəsi tərəfindən onun adına verilmiş 25 fevral 2009-cu il tarixli 04/02-58 nömrəli arayışda onun 1993-1994-cü illərdə çalışdığı aparıcı inspektor vəzifəsinin aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edildiyi qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyyə Ağdamskayanın ona ünvanlanmış 21 noyabr 2019-cu il tarixli 16/02-05-395-6309 nömrəli məktubunun məzmunundan görünür ki, onun 23 aprel 1987-ci il tarixdən 24 oktyabr 1994-cü il tarixədək Oğuz Rayon Maliyyə şöbəsində işlədiyi pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1998-ci il 20 aprel tarixli İ-36 nömrəli əmri ilə təsdiq edilmiş Oğuz Rayon Maliyyə İdarəsinin strukturunda pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi nəzərdə tutulmamışdır və hal-hazırda həmin idarədə belə bir vəzifə(ştat vahidi) yoxdur. Ona 23 yanvar 2009-cu il tarixdə pensiya təyin edilərkən pensiya Oğuz Rayon Maliyyə İdarəsinin mövcud aparıcı məsləhətçisinin 2007-2008-ci illərdəki dövlət məvacibi nəzərə alınmaqla hesablanmalı olduğu halda, səhvən onun 1993-1994-cü illərdəki dövlət məvacibi əsas götürülməklə hesablanmışdır. Göründüyü kimi ona pensiya təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinin müddəalarına riayət edilməmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə (staja görə əlavələrə görə) əsasən həqiqi hərbi xidmət müddəti (01 yanvar 1992-ci ilədək keçmiş SSRİ ərazisindəki əsgərlik xidməti) qulluq stajına şamil olunmur, lakin staja görə əlavələr hesablanarkən nəzərə alınır. O, 1974-1976-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuş. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi xahiş etmiş. Müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun direktor vəzifəsini içra edən Şahin Əliyevin imzası ilə ona göndərilmiş 27 avqust 2020-ci il tarixli **********0 nömrəli cavab məktubunda ərizədə göstərdiklərinə cavab vermək əvəzinə başqa əsasa görə pensiyasını yenidən hesablayıb həmin əsasa görə də pensiya təyin edildikdən sonrakı bütün müddət üçün ödənilməyən məbləğ hesablanıb tam ödənilməli olduğu halda son 3 ilin fərqi hesablanaraq ödənilmişdir. Ona ünvanlanmış məktubun məzmunundan aydın olur ki, ona pensiya hesablanarkən vəzifə maaşı aparıcı məsləhətçi vəzifəsinə uyğun hesablanmışdır, halbuki ona pensiya hesablanarkən həmin idarə üzrə baş məsləhətçi vəzifəsinin vəzifə maaşı əsas götürülməli idi. “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 №-li Fərmanının 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydalarının 3- 10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, dövlət məvacibini mövcud vəzifənin 2007-2008-ci illər üzrə dövlət məvacibi əsasında hesablamaqla, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğum müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsi tərəfindən 6 mart 2009-cu il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının işlədiyi vəzifə üzrə vəzifə maaşı 300,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-60,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi-69,85 manat olmaqla orta aylıq əmək haqqı 429,85 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 14 il 2 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (429,85 manat) 75 faizi- 322,39 manat müəyyən edilmişdir. Lakin 01.02.2017-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona 311,56 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 140,79 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyanın orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 14 il 2 ay 24 gün dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 47,23 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə iddiaçının işlədiyi vəzifə üzrə vəzifə maaşının 330,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavənin-66,00 manat və mükafatlarla müavinətlərə görə əlavənin-76,83 manat olmaqla orta aylıq əmək haqqı 472,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək olan vəzifə üzrə orta aylıq əmək haqqı (429,85 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (472,83 manat) arasındakı fərq məbləğinin (42,98 manat) 47,23 faizi-20,30 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (322,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 342,69 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində 331,62 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 199,26 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 495,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavənin-99,00 manat və mükafatlarla müavinətlərə görə əlavənin-115,25 manat olmaqla orta aylıq əmək haqqı 709,25 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan vəzifəniz üzrə orta aylıq əmək haqqı (472,83 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (709,25 manat) arasındakı fərq məbləğinin (236,42 manat) 47,23 faizi-111,66 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanın (342,69 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 454,35 manat təşkil edir. Lakin 01.09.2019-30.06.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 438,60 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 157,50 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən ona ümumilikdə 497,64 manat məbləğində əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 497,64 manat fərq məbləğinin 30,16 manat hissəsi cari ilin iyul və avqust aylarında pensiyanın üzərinə əlavə olunmaqla köçürülmüş, qalan 467,48 manat hissəsi isə cari ilin sentyabr ayında müvafiq kart hesabına köçürüləcəkdir. Eyni zamanda nəzərə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci madddələrinə əsasən dövlət qulluğu vəzifəsində 15 il və ya 15 ildən yuxarı qulluq stajı olan 15 ilə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə nataman ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bununla əlaqədar olaraq əmək pensiyanın hesablanmasında tətbiq olunan faiz dərəcəsi qanunvericiliyə əsasən yalnız dövlət qulluğu vəzifəsində olduğu müddətə uyğun olaraq hesablanmışdır Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı iddia ərizəsinə və dəqiqləşdirilmiş ərizəyə uyğun izahat verərək, işlədiyi vəzifənin 2007-2008-ci illər üzrə dövlət məvacibi nəzərə alınmaqla və staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğum müddət nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabehin nümayəndəsi X5 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********0 nömrəli 27 avqust 2020-ci il tarixli məktubunda İddiaçı Nurməməd oğlu barədə əmək pensiyasında müvafiq hesablanamalar aparıldığı, əskik pensiya məbləğinin hesablanaraq ödənildiyi, həmçinin əmək pensiyasının hesablanmasında tətbiq olunan faiz dərəcəsinin qanunvericiliyə əsasən yalnız dövlət qulluğu vəzifəsində olduğu müddətə uyğun olaraq hesablandığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış 23 sentyabr 2019-cu il № H-70 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Maliyyə Nazirliyi” arxiv fondunda mühafizə edilən 1999-2000-ci illərə dair Azərbaycan SSR Maliyyə Nazirliyinin əsas fəaliyyət və inzibati təsərrüfat məsələləri üzrə əmrlərində pensiya və müavinətlər idarəsinin ixtisar olunması haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 25 dekabr 2018-ci il tarixli №**********7 saylı məktubunda görünür ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvcibinin hesablanması Qaydaları»nın 2-ci bəndinə əsasən pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin məbləği əsasında hesablanır. Həmin Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən X4 ünvanlanmış 13 yanvar 2020-ci il tarixli № **********5 saylı məktubundan görünür ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsi bildirir ki, iddiaçının 28.11.2019 cu il tarixli 21.04.1987-ci il tarixdən 20.10.1994-cü il tarixinədək olan dövrdə Oğuz Rayon Maliyyə idarəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsində işlədiyi dövrü və hərbi xidmətdə olduğu müddətin dövlət qulluğu stajı kimi qəbul edib pensiyanın yenidən hesablanması ilə bağlı müraciətini şöbədə araşdırmışdır. Məlum olmuşdur ki iddiaçıya 21.07.2009-cu ildə ll-qrup əlilliyə görə dövlət qulluğu pensiyası hesablanarkən Oğuz Rayon Maliyyə idarəsində pensiya və müavinətlər üzrə büyük inspektor vəzifəsində işlədiyi dövrün iş stajı da daxil edilməklə, Maliyyə Şöbəsindən verilmiş 25.02.2009-cu il tarixli 04\0258 nömrəli əmək haqqı arayışındakı qeydlərə əsasən dövlət qulluğuna görə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Hərbi xidmətdə olduğu dövlət qulluğu stajının qəbul edilməsi ilə bağlı müraciətə isə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2005ci il tarixli "01" sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "X2 Təminatı Haqqında " Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusuna pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında hərbi xidmət dövrü nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 21 noyabr 2019-cu il tarixli № 16/02-05-395-6309 saylı məktubundan görünür ki, iddiaçı 1987-ci ilin aprel ayından Maliyyə Nazirliyinin Vartaşen (indiki Oğuz) Rayon Maliyyə Şöbəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsində çalışmış (əmr № K- 113,21 aprel 1987-ci il) və 20 oktyabr 1994-cü il tarixdən həmin vəzifədən öz ərizənizə əsasən azad edilmiş (əmr №45,21.10.1994-cü il). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1998-ci il 20 aprel tarixli İ-36 nömrəli əmri ilə təsdiq edilmiş Oğuz Rayon Maliyyə İdarəsinin strukturunda pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi nəzərdə tutulmamışdır və hal-hazırda həmin İdarədə belə bir vəzifə (ştat vahidi) yoxdur. Pensiya işində mövcud olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi Oğuz rayon Maliyyə İdarəsinin 2009-cu il tarixli arayışından görünür ki, idarənin ştat cədvəli üzrə 1993- 1994-cü illərdə X1 çalışdığı aparıcı inspektor vəzifəsi hal-hazırda aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı DSMF-nin Oğuz rayon şöbəsi tərəfindən 06 mart 2009-cu il tarixdən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş üzrə araşdırma zamanı iddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarından aydın olur ki, hazırda iddiaçı pensiya təyin edilən zamanı nəzərə alınan mövcud vəzifənin (aparıcı məsləhətçi vəzifəsinin) 2007-2008-ci illər üzrə dövlət məvacibi nəzərə alınmaqla, həmçinin, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edir. Məhkəmə iddiaçının qeyd edilən tələbləri üzrə yəni, 2 əsasla pensiyanın yenidən hesablanmasından cavabdeh inzibati orqanın imtinasının qanuni olub-olmamasını araşdırır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 911 saylı Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda” yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavini; vəzifələri qeyd olunur (2.1.7. İnzibati vəzifələrin altıncı təsnifatı). “X2 təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda götərilmişdir ki; -bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). http://www.e-qanun.az/alpidata/framework/data/7/c_f_7368.htmƏmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). -Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 15.05.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Məhkəmə sorğusu əsasında iddiaçıya məxsus pensiya işi təqdim edilmişdir. Həmin pensiya işindən də aydın görünür ki, iddiaçıya 14 il 2 ay 24 gün dövlət qulluğunda stajı (22.07.1980-ci il tarixdən-01.04.1987-ci il tarixədək Oğuz rayon Mədəniyyət şöbəsində baş mühasib, 21.04.1987-ci il tarixdən 20.10.1994-cü il tarixədək Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor işlədiyi dövr) nəzərə alınmaqla 2-ci qrup əlliliyə görə 06 mart 2009-cu il tarixdə dövlət qulluğu pensiyası təyin edilmişdir. Göründüyü kimi, iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə işləməsinin son müddəti 1994-cü il olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, dövlət qulluğuna görə pensiya təyin edilən zamanı iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə çalışan müddətdə aldığı dövlət məvacibindən pensiya hesablanmış və həmin dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanma aparılmışdır. Bununla da, hazırki iddia ilə 1993-1994-cü illərdə işlədiyi aparıcı inspektor (hazırda aparıcı məsləhətçi) vəzifəsinin 2007-2008-ci illər üzrə almadığı dövlət məvacibi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbi əsassızdır. İddiaçının digər tələbi staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət (1974-1976-cı illər) nəzərə alınmaqla dövlət qulluğuna görə pensiyanın yenidən hesablanması ilə bağlıdır. Qeyd edilən tələblə bağlı, Məhkəmə bildirir ki, X2 təminatı haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir. - “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; - 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; - 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; 6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla. Dövlət qulluğuna görə təyin edilmiş pensiyanın staja görə əlavələr hesablanması zamanı hərbi xidmətdə olma dövrünün nəzərə alınması qanunvericilik normalarında nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1906/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1906/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver