Məhkəmə qərarları › İş №2-1(112)-19063/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19063/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19063/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Nəsimi Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X1) “qeydiyyatdan çıxarılma” barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Nəsimi Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X1) “qeydiyyatdan çıxarılma”İddiaçı cavabdeh Nəsimi Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X1) “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı mülkiyyətində olan əmlakdan üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçı baxılan iddia üzrə məhkəmə gedişatında vəfat etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin müddəalarında inzibati məhkəmə icraatı qaydasında prosessual hüquq varisliyi ilə bağlı məsələ tənzimlənməmişdir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 36.6-cı maddəsinə əsasən, inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. Maddənin tələbindən göründüyü kimi, inzibati icraatda hüquq varisliyi qaydasında şəxs yalnız o halda cəlb oluna bilərlər ki, əgər maddi hüquq belə varisliyin müəyyən edilməsinə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağrılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik miras qoyan şəxsin hansı hüquq və vəzifələrinin mirasın tərkibinə daxil olduğunu fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi ilə məhz mülkiyyətində olan yaşayış sahəsindən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı olduğundan, şəxsin bu tələbinə onun vəfatı ilə əlaqədar baxılması tələbin hüquqi varisliyə yol verilməməsi əsası ilə mümkün deyil. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Nəsimi Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X1) “qeydiyyatdan çıxarılma”ya dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar