Məhkəmə qərarları › İş №2-1(112)-1909/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1909/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1909/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının ailəsi ilə birlikdə hərbi qulluqçu kimi uçota götürülməsi, mənzil kirayə xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay kompensasiya ödənilməsi”barədə iddia tələbinə üzrə iş materiallarına məhkəmənin inzibati binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı 3 (arvadı, iki qızı) ilə birlikdə hərbi qulluqçı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və uçota götürüldükdən sonra mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədi ilə mənzil sahəsi alanadək hər ay ona və onun ailə üzvlərinə konpensasiya ödənilməsi vəzifəsini Azərbaycan Respublikası Xətai rayon İcra Hakimiyyətinə üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Ailəlidir və iki övladı vardır və hazırda da Nəsimi rayonunda kirayədə yaşayır. Bildirilir ki, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Sonra o xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi N hərbi hissədə xidmətə qayıtmış və həmin orda xidmət keçmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixlərdə kursat olmuşdur. xx.xx.2015- xx.xx.2015-ci ilə kimi MN İHBİ idarə rəisinin yavəri, xx.xx.2015-xx.xx.2017-ci il tarixlərdə C.Naxçivanski Hərbi Litseydə rəisin yavəri, xx.xx.2017-xx.xx.2018-ci illərdə MN Baş Hərbi İnspekçiyada rəisin yavəri, xx.xx.2018xx.xx.2018-ci illərdə N-ci MT Briqadada motaatıca, xx.xx.2018-xx.xx.2023-cü illərdə Sülməramlıların Briqadası motoatıcıhğının baş çavuşu olmuşdur. Qarabağ müharibəsində iştirak etmişdir. Onun bununla bağlı cənab Prezident tərəfindən iştirakçılığa və igidliyə görə 2 medal verilmişdir. Başqa tərifnamələrim də vardır. O həm hərbiçi həm də veteran kimi mənzil növbəsinə götürülməsi və ona mənzil verilməsi ilə bağlı Azərbaycan Respublikası Xətai rayon icra Hakimiyyətinə müraciət etdikdə oradan ona bildirdilər ki, mənzil məsələsi barədə ərizəyə baxılmışdır. Ərizədə ehtiyatda olan hərbiçi kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmasına müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən təsdiq olunmuş 66 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən, o xx.xx.2014-xx.xx.2023-cü illərdə xidmətdə olmuş və ehtiyata buraxılmışdır. Bildirilir ki, o qulluq zamanı qüsursuz qulluq etmişdir. O uşağının xəstəliyi ilə bağlı ərizə yazıb işdən çıxmışdır. Onunla qulluq edən hərbiçilərin çoxu mənzillə təmin olunmuşdurlar. Xahiş edir ki, məhkəmə tərəfindən sorğu göndərilsin və onunla qulluq edən hərbiçilərin hansı qaydada mənzillə təmin olunması aydınlaşdırılsın. Ona həmçinin kirayə puluda verilməmişdir. Ona görə də hesab edilir ki, ona verilən imtina tam əsassızdır. Ona görə də o məcbur olub, hüqüqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İİİ. Tədqiq edilən sübutlar Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış 5-11/2-S-58-068/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə əsasən yalnız 15 təqvim ilindən az olmayaraq hərbi xidmətdə olan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və micmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil növbəsinə alınaraq mövcud qanunvericilik əsasında Azərbaycan Respublikası NK-nin 174 №-li qərarına əsasən müəyyən etdiyi məbləğdə və qaydada müvəqqəti olaraq kirayə xərclərinin ödənilməsi ilə təmin olunurlar. Araşdırma zamanı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən təsdiq olunmuş 66 saylı, 07.11,2023-cü il tarixli arayışına əsasən, o xx.xx.2014xx.xx.2023-cü illərdə xidmətdə olmuş və ehtiyata buraxılmışdır. Bildirilir ki, yuxarıda qeyd olunanlara və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən qeyd edilən güzəştlərdən istifadə edə bilmədiyinə görə xahişini təmin etmək rayon İcra Hakimiyyətinin imkanı xaricindədir. İ-1980 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 2924 nömrəli sərəncamı ilə İddiaçı “igidliyə görə” medalı ilə təltif olunmuşdur. İ-71574 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 s nömrəli sərəncamı ilə İddiaçın “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İddiaçı tərəfindən ona dair AO seriyalı ******* saylı xx.xx.1996-cı il tarixli hərbi biletin surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.2014-xx.xx.2015-ci il tarixlərində N saylı hərbi hissədə xidmət keçmişdir, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixlərdə kursat olmuşdur. xx.xx.2015- xx.xx.2015-ci ilə kimi MN İHBİ idarə rəisinin yavəri, xx.xx.2015xx.xx.2017-ci il tarixlərdə C.Naxçivanski Hərbi Litseydə rəisin yavəri, xx.xx.2017xx.xx.2018-ci illərdə MN Baş Hərbi İnspekçiyada rəisin yavəri, xx.xx.2018-xx.xx.2018-ci illərdə N-ci MT Briqadada motaatıca, xx.xx.2018-xx.xx.2023-cü illərdə Sülməramlıların Briqadası motoatıcıhğının baş çavuşu olmuşdur. xx.xx.2023-cü il tarixindən “HXH” Əsasnamənin 156 -cı maddəsinin b bəndinə yaşa görə ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün baş çavuşu, baş gizir İddiaçı, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin "b” bəndinə (yaşa görə) ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesat edilsin, 26 aprel 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə göndərilmiş, Baş gizir İddiaçı 2023-cü ilin yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Baş gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə’’yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti və 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilmiş, 2023cü ilin növbəti məzuniyyətindən 35 (otuz beş) gün istifadə edib və növbəti məzuniyyətə görə bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-11/2-1297/2024 saylı məktubundan görünür ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı iddia ərizəsində mənzil növbəsinə götürülməsi və mənzil sahəsi alanadək hər ay kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş edir. Bildirilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən təsdiq olunmuş 66 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən, iddiaçı xx.xx.2014-xx.xx.2023-cü illərdə xidmətdə olmuş və ehtiyata buraxılmışdır. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci bəndinə əsasən yalnız 15 təqvim ilindən az olmayaraq hərbi xidmətdə olan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və micmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar mənzil növbəsinə alınaraq mövcud qanunvericilik əsasında Azərbaycan Respublikası NK-nin 174 №-li qərarına əsasən müəyyən etdiyi məbləğdə və qaydada müvəqqəti olaraq kirayə xərclərinin ödənilməsi ilə təmin olunurlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-33695/2024 **********95 saylı qeyd olunan şəxsə dair müvafiq məlumatların verilməsi barədə məktubundan görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 090 nömrəli məktub ilə İddiaçı şəxsi işinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-14/2- 3086/25 saylı məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə, habelə təqdim etdiyi АО № ******* nömrəli hərbi biletin kserosurətində olan qeydlərə əsasən ehtiyatda olan baş gizir İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət və xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Ordusunda gizir qismində, ümumilikdə təqvim hesabı ilə 11 il 0 ay 24 gün müddət ərzində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına, habelə Azərbaycan Respublikası müdafiə nazirinin 2004-cü il 26 yanvar tarixli 012 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Ordusu bölüyünün Türkiyə Respublikası Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının komandanlığı altında Əfqanıstan İslam Respublikasında keçirilən “Qətiyyətli Dəstək” missiyasında iştirak etməsi məqsədilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək, 11,12.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, ümumilikdə 01 il 06 ay 09 gün ezamiyyətdə olduğu müddətin bir ayı iki ay kimi sayılır. Odur ki, İddiaçı xidmət illəri: təqvimlə - 11 il 0 ay 24 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddəti - 01 il 06 ay 09 gün, ümumi xidmət illəri isə 12 il 07 ay 03 gün təşkil edir. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. V. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırda iddiaçı ehtiyatda olan hərbçi kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmasını və mənzillə təmin edilənədək kirayə haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsilə müəyyən olunmuş şərtlərin ödənilməməsi əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin imtinası əsaslıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. 12.7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 39.3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda onlar həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək həqiqi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir:.. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir; 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı xidmət illəri: ümumi xidmət ili 12 il 07 ay 03 gün təşkil etdiyindən, beləliklə də, hərbi qulluqçu kimi uçota götürülməsi, mənzil kirayə xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay kompensasiya ödənilməsilə bağlı qanunvericiliyin qeyd edilən 15 təqvim ilindən az olmayaraq xidmətlə bağlı şərti ödənilmədiyindən, istinad olunan tələblərə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən: ... Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutrnuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habeli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə ‘tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya hərbi qulluqçu kimi mənzil uçotuna götürülmə və mənzil kirayəsi üzrə kompensasiyanın verilməsindən cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, hərbi qulluqçu mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar