Məhkəmə qərarları › İş №2-1(112)-1910/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1910/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1910/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X7, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X55 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8325 saylı və 16 iyul 2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8305 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 50 Qəpik Yemək Bazarı barəsində 16 iyul 2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8325 saylı və 16 iyul 2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8305 saylı qərarlar qəbul olunmuşdur. Mübahisələndirilən **********8325 saylı qərarla AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini rəhbər tutaraq Əmək Məcəlləsinə əsasən "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 34 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 68 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul olunmuşdur. Qərarın qəbul olunması əsası kimi cavabdeh tərəfindən 01.06.2021-ci il tarixli **********1584 nömrəli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunaraq qış parkı ərazisində yerləşən 50 Qəpik Restoranı obyektində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı AR ƏM-də nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 34 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb aşkar edildiyi müəyyən olunaraq aktlaşdırılmışdır. Həmçinin izahatı alınmış 34 nəfər etiraf etmişdilər ki, əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işləmişdilər. Mübahisələndirilən **********8305 saylı qərarla isə AR VM-in 58.7.1-ci maddəsinin əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul olunmuşdur. Qərarın qəbul olunması əsası kimi cavabdeh tərəfindən 01.06.2021-ci il tarixli **********1584 nömrəli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunaraq qış parkı ərazisində yerləşən 50 Qəpik Restoranı obyektində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq aktlaşdırıldığı qeyd olunur. Bununla da AR VM-in 16.1.9-cu maddəsinin tələblərinin pozulması səbəbi ilə maliyyə sanksiyası tətbiq olunmuşdur. Hesab edir ki, yaranmış vəziyyət cavabdeh tərəfindən düzgün qiymətləndirilməyərək tam əsassız qərar qəbul olunmuşdur. Belə ki, tərəflərindən cavabdehə ünvanlanmış məktubda, həmçinin tərtib olunmuş akla bağlı qəbul olunacaq qərarla bağlı materiallara baxılmada iştirak etmək üçün dəvət olunduqda, "xxxx" MMC-nin aktda göstərilən hallarda təqsirinin olmaması barədə zəruri hesab edilən sənədlər təqdim edilsə də cavabdeh tərəfindən həmin faktlara qiymət verilməmişdir. Mübahisələndirilən qərarda məsuliyyətin MMC-nin daşıdığı qeyd olunsa da hansı səbəbdən qanunuvericiliyin tələblərinin tərəflərindən pozulması qeyd olunmur. Qərarda əksini tapmasa da qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə MMC arasında olan icarə müqaviləsinə istinad olunur. İlkin olaraq bu mövqenin doğru olması təssəvürü yaransa da tərəflərindən təqdim olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərinin MMC tərəfindən deyil, X70 tərəfindən pozulduğu bəlli olur. Həmçinin 34 nəfərin etirafı olaraq, əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işə cəlb olunmaları ilə bağlı, tərəflərindən təqdim olunmuş sənədlər arasında həmin 34 nəfərin Hacıyev Bəhruz tərəfindən işə cəlb olunmaları təsdiq olunsa da nədənsə məsuliyyət MMC üzərində qalmışdır. "xxxx" MMC marka sahibi olaraq yalnız marketinq xidməti və mülk idarəçiliyi ilə məşğul olur. Digər fəaliyyət növləri, o cümlədən iaşə xidməti göstərmir. 50 Qəpik Yemək Bazarı adı (markası, brendi) ilə iaşə xidmətləri göstərmək istəyən mikro və kiçik sahibkarlar "xxxx" MMC ilə icarə və (ya) marketinq xidməti müqaviləsi bağlayaraq fəaliyyət göstərirlər. "xxxx" MMC icarə və marketinq, o cümlədən cəmiyyətin adı altında fəaliyyət göstərmək barədə müqavilə bağlamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyəti qanunsuzdur. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində müqavilə əsasında istifadələrində olan qeyri-yaşayış sahəsi "xxxx" MMC adı altında fəaliyyət göstərməsi məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün VÖEN ********** olan (qeydiyyatdan keçmiş) X70 ilə icarə və marketinq müqavilələri bağlanaraq həmin qeyriyaşayış sahəsində iaşə xidmətlərinin göstərilməsi nəzərdə tutulduğundan, müqavilənin rəsmi qaydada bağlanmasına kimi ilk olaraq qeyri-yaşayış sahəsində olan əşyaların və avadanlıqların təhvil-təslimi və fəaliyyətə başlanılması üçün hazırlıq işlərinin aparılması məqsədi ilə qeyri-yaşayış sahəsinə daxil olmasına icazə verilmişdir. Onların etibarından istifadə edən X70 cəmiyyətlə rəsmi müqavilə bağlamadan, müxtəlif bəhanələr altında fəaliyyətə başlayaraq, qısa müddət ərzində fəaliyyətini rəsmiləşdirəcəyinə dair vədlər vermişdir. Ona dəfələrlə müraciət olunaraq ya müqavilə bağlayaraq, hüquqi əsaslarla orda fəaliyyətini davam etdirməsini ya da ki, həmin qeyri-yaşayış sahəsini tərk etməsi bildirilmişdir. Lakin bütün təkliflərinə əhəmiyyət verməyən X70 qanunsuz olaraq öz fəaliyyətini davam etdirirdi. Dəfələrlə iddiaçıya müqavilə bağlayacağı vədi verərək, hətta notariat orqanında müqavilənin təsdiqi üçün getsələr belə, son məqamda müqavilənin imzalanmasından yayınmışdır. Cəmiyyətin rəhbəri tərəfindən X42 cəmiyyətlə müqavilə bağlamayacağı təqdirdə yeni icarədar operatorla müqavilə bağlanacağı və bu səbəbdən də qeyri-yaşayış sahəsini tərk etməli olduğu barədə xəbərdar etsə də X10 şəkildə qeyriyaşayış sahəsindən çıxmaqdan imtina edərək qanunsuz fəaliyyətini davam etdirirdi. X70 barəsində etdikləri şikayətə əsasən Nəsimi RPİ İŞ-nin 29 aprel 2021-ci il tarixli cinayət işinin rədd olunması barədə qərarda X70 özünü "xxxx" MMC-nin direktoru olduğunu bildirərək, cəmiyyətin hüquqşünasının ona kassa aparatlarının qoyulmaması ilə bağlı iradlarını bildirdiyini və hüquqşünasın bu cür iradını bəyənmədiyi üçün aralarında mübahisənin olduğunu etiraf etmişdir. Qeyd olunan qərarda belə tərəflərindən X31 qanuni əsaslarla işləməsini tələb etməkləri təsdiqini tapır, həmçinin qərardan da göründüyü kimi özünü "xxxx" MMC-nin direktoru kimi təqdim etsə də 01 iyun 2021-ci il tarixə qədər qanunsuz fəaliyyət göstərdiyi müddətdə faktiki olaraq şirkətlərlə müqaviləni fiziki şəxs kimi bağlayaraq özünə aid VÖEN-dən istifadə etmişdir. Belə ki, ərizəyə əlavə etdikləri elektron qaimələrdən də görünür ki, X135 LTD MMC ilə müqavilə X70 ilə bağlanmışdır. İaşə obyektində quraşdırılmış müşahidə kameraları vasitəsilə çəkilmiş görüntülərdən də görünür ki, iaşə obyekti Hacıyev Bəhruz tərəfindən idarə olunub. Obyektdə işləyən işçilər tərəfindən verilmiş izahatlarda onların işə Hacıyev Bəhruz tərəfindən götürüldüyü qeyd olunur. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində "xxxx" MMC adı altında fəaliyyət göstərən, heç bir hüquqi əsas olmadan X31 istifadəsində olan və onun tərəfindən qanunvericiliyin tələblərini pozaraq iqtisadi fəaliyyətlə məşğul olduğundan davamiyyətli şikayətləri nəticəsində, o cümlədən 3 dəfə hüquq mühafizə orqanlarına şikayətdən sonra 01 iyun 2021-ci il tarixdə polis vasitəsi ilə qeyri-yaşayış sahəsindən çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin 01.06.2021-ci il tarixli **********1584 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 01.06.2021-ci il tarixdə hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, Səməd Vurğun küçəsi ilə M.Əliyev küçələrinin kəsişməsi və "xxxx" adına sarayın arxasındakı “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq 01.06.2021-ci il tarixli DVX seriyalı 000773 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktı tərtib edilmiş, lakin vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən 03.06.2021-ci il tarixdə saat 09:45:08-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 16.07.2021-ci il tarixli **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən 16.07.2021-ci il tarixdə saat 20:38:15-də oxunduğu müəyyən edilmişdir. O cümlədən "xxxx" MMC (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, 01.06.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda vergi ödəyicisi tərəfindən 03.06.2021-ci il tarixdə saat 09:50:36-da oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 16.07.2021-ci il tarixli **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı məktubun vergi ödəyicisi tərəfindən 16.07.2021-ci il tarixdə saat 20:34:00-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Bildirilir ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Bundan əlavə, vergi orqanı tərəfindən keçirilmiş OVN tədbiri zamanı gün ərzində kassa qəbzinin təqdim olunmadığı aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Məlum olduğu kimi vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisinin cəmi bir məbləği belə kassadan yayındırması vergidən yayındırılan məbləğin ümumilikdə artmasına səbəb olur. Göründüyü kimi iddiaçı ümumi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış işçi X15 01.06.2021-ci il tarixli izahatına əsasən o, X43 tərəfindən satıcı vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının 200 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X32 da öz növbəsində X43 tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 11:30-23:30-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X6 Rəşid Süleyman oğlu tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 10:00-22:00-dək olduğunu, əmək haqqının aylıq 450 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X45 1 ay əvvəl X43 tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 09:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 300 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X71 15.05.2021-ci il tarixdə X43 tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 06:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X56 25.05.2021-ci il tarixdə X43 tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə altı gün olmaqla, saat 18:00-00:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X25 19.05.2021-ci il tarixdə X43 tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə dörd gün olmaqla, saat 18:00-00:00-dək olduğunu, əmək haqqının aylıq 300 manat təşkil etdiyini bildirmişdir. Digər 27 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadıqlarını bildirmişlər. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Cavabdeh orqanın növbəti iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ərizəsində X70 ilə cəmiyyət arasında icarə və marketinq müqavilələri bağlanaraq həmin qeyri-yaşayış sahəsində iaşə xidmətlərinin göstərilməsi nəzərdə tutulduğundan müqavilənin rəsmi qaydada bağlanmasına kimi X31 həmin obyektə daxil olmasına icazə verildiyini, X70 isə ona olan etibardan sui-istifadə edərək, rəsmi qaydada müqavilə bağlamadan obyektdə fəaliyyət göstərdiyini və çıxmaqdan imtina etdiyini bildirmişdir. Bildirilir ki, "xxxx" MMC 19.10.2020-ci il tarixində vergi orqanında qeydiyyata alınmış və həmin tarixdən müəssisənin qanuni təmsilçisi X70 olmuşdur. 22.01.2021-ci il tarixində rəhbər dəyişikliyi üçün müraciət olunmuş və 26.01.2021-ci il tarixində müəssisənin qeydiyyat məlumatlarında dəyişiklik edilərək X43 müəssisənin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. Xüsusilə vurğulanır ki, işçilər izahatlarında X70 deyil, X43 tərəfindən işə cəlb edildiklərini qeyd etmişdirlər. Digər 18 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadıqlarını bildirmiş, 9 nəfər (X33, X46, X20, X72, X82, X73, X74, X34, X75) isə heç bir əsas göstərmədən izahat verməkdən imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 26.01.2021-ci il tarixli, **********536300 nömrəli çıxarışına əsasən "xxxx" MMC-nin qeydiyyata alındığı tarix: 19.10.2020-ci il; dövlət qeydiyyatı №: VÖEN **********; təşkilati-hüquqi forması: məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr; hüquqi ünvanı: AZ1014, ünvan 1amə kapitalının miqdarı (elan edilmiş): 30.00 manat; təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı: X57 - 10 pay, X83 - 10 pay, X84 - 10 paydır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 26.01.2021-ci il tarixli, **********536300 nömrəli çıxarışına əsasən "xxxx" MMC-nin dövlət qeydiyyatı №: VÖEN **********; qanuni təmsilçi (əvvəlki): X70; qanuni təmsilçi (hazırkı): X26r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 01.06.2021-ci il tarixli **********1584 nömrəli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X98 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq "xxxx" MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" Sarayının arxası, parkın ərazisində obyektin adı: restoran (**********-14001), fəaliyyət növü: restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə 01.06.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək (30.06.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd: Operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış vəzifəli şəxslər vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyyətinə malikdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 01.06.2021-ci il tarixli KY211583119 nömrəli çıxarışa əsasən yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: "xxxx" MMC; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): 01.06.2021-30.06.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, 11.07.2000. Maddə 50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, 11.07.2000. Maddə 50.1.7); yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 14001 restoran, AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" Sarayının arxası, parkın ərazisində, restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin 01.06.2021-ci il tarixli **********1586 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə "xxxx" MMC-dən operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri tədqim etməsi tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar və digər zəruri sənədlər. Tələbnamədə göstərilmişdir ki, sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin 01.06.2021-ci il tarixli, **********1590 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən "xxxx" MMC-dən (VÖEN: **********) yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi qərara alınmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 01.06.2021-ci il tarixli DVX seriyalı 002238 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 01.06.2021-ci il tarixli **********1590 nömrəli qərara əsasən "xxxx" MMC-də (VÖEN: **********) şəxsiyyət vəsiqəsinin surətinin götürülməsi həyata keçirilmişdir. Götürülmə hərəkətində MMC-nin rəhbəri X43 iştirak etdi. Götürülmə həyata keçirilməzdən əvvəl MMC-nin rəhbəri R.S.Dadaşova 01.06.2021-ci il tarixli **********1590 nömrəli qərar təqdim edildi və şəxsiyyət vəsiqələrinin surətinin təqdim edilməsi təklif olundu. Şəxsiyyət vəsiqələri könüllü surətdə təqdim edildi. X3 imza etməkdən imtina etmişdir. 01.06.2021-ci il tarixli DVX seriyalı 000773 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsində yerləşən restoranda 01.06.2021-ci il tarixdə saat 15:45-də təqdim edilmiş əmək müqavilələrinə əsasən "xxxx" MMC-yə məxsus obyektdə (restoranda) işlərin yerinə yetirilməsinə cəlb olunmuş 36 (otuz altı) nəfər fiziki şəxsdən 34 (otuz dörd) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. İşlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə əmək müqaviləsi (kontaktı) bağlanması tövsiyə olundu. 01.06.2021-ci il tarixli DVX seriyalı 000773 nömrəli akta "xxxx" MMC-yə məxsus restoranda aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı aşağıdakılardan ibarət olmuşdur:

1. X35 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 73UMA09, qeydiyyat ünvanı: Astara, Sim kəndi;

2. X64 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 2EBJBZE, qeydiyyat ünvanı: 8 mkr., S.S.Axundov küçəsi, ev 11B, mənzil 72;

3. X58 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 125LFSP, qeydiyyat ünvanı: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 111;

4. X36 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 5YRJ5WV, qeydiyyat ünvanı: Cəbrayıl rayonu, B.Mərcanlı kəndi;

5. X27 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 0VTM0BM, qeydiyyat ünvanı: Biləsuvar rayonu, Bəydili kəndi;

6. X47 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 1Q2VMRT, qeydiyyat ünvanı: Tovuz rayonu, Düz Qırıqlı kəndi;

7. X37 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 5FBCUDF, qeydiyyat ünvanı: Şəki rayonu, Şəki kəndi;

8. X16 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 6KD39AQ, qeydiyyat ünvanı: İmişli rayonu, Qızılkənd kəndi;

9. X17 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 4XJMGMN, qeydiyyat ünvanı: Suraxanı rayonu, Aşağı qəsəbə küçəsi 25;

10. X76 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 7QSA1QC, qeydiyyat ünvanı: İmişli rayonu, Qızılkənd kəndi;

11. X38 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 381U2HC, qeydiyyat ünvanı: Zəngilan rayonu, Xumarlı kəndi;

12. X44 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 4Z08X58, qeydiyyat ünvanı: İmişli rayonu, Qızılkənd kəndi;

13. X77 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 4NURW7K, qeydiyyat ünvanı: Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 170, mənzil 30A;

14. X48 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 5LAA3CS, qeydiyyat ünvanı: Cəbrayıl rayonu, Xələfli kəndi;

15. X32 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 00TU9MC, qeydiyyat ünvanı: Hacıqabul rayonu, Qarasu kəndi;

16. X45 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 5VLWBUK, qeydiyyat ünvanı: Hacıqabul rayonu, Abdulabad kəndi;

17. X21 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 2Z4JDB2, qeydiyyat ünvanı: Biləsuvar rayonu, Bəydili kəndi;

18. X13 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 7CCCN11, qeydiyyat ünvanı: Yardımlı rayonu, Kürəkçi kəndi;

19. X28 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 6EFVT81, qeydiyyat ünvanı: Saatlı rayonu, O.Rzayev, ev 5;

20. X56 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 7VLNADQ, qeydiyyat ünvanı: Qəbələ rayonu, Mıxlıqovaq kəndi;

21. X78 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 79X1WYG, qeydiyyat ünvanı: İmişli rayonu, Otuziki kəndi;

22. X71 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 720H2UJ, qeydiyyat ünvanı: Ucar rayonu, Qaradağlı kəndi;

23. X59 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 7EF56CB, qeydiyyat ünvanı: İmişli rayonu, Qaralar kəndi;

24. X22 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 1LM21SV, qeydiyyat ünvanı: Masallı rayonu, Köhnə Alvadı kəndi;

25. X110 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 6J0MBWG, qeydiyyat ünvanı: İmişli rayonu, Qaragüvəndikli kəndi;

26. X33 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 5FU7T38, qeydiyyat ünvanı: Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi;

27. X46 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 1C3HUE7, qeydiyyat ünvanı: Xətai rayonu, Sadıqcan küçəsi 52;

28. X20 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 40N41H1, qeydiyyat ünvanı: Bərdə rayonu, Balaqacar kəndi;

29. X72 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 1DQHYJT, qeydiyyat ünvanı: Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 32, mənzil 19;

30. X82 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 3JDN5C1, qeydiyyat ünvanı: İmişli rayonu, Qızılkənd kəndi;

31. X73 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 2ZM97G4, qeydiyyat ünvanı: Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, mənzil 28;

32. X74 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 4RYGGYM, qeydiyyat ünvanı: Cəbrayıl rayonu, B.Mərcanlı kəndi;

33. X34 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 11SBF9J, qeydiyyat ünvanı: Biləsuvar rayonu, Bəydili kəndi;

34. X75 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: FİN 5GP1MZ0, qeydiyyat ünvanı: Naxçıvan MR, Şərur rayonu. 01.06.2021-ci il tarixli DVX seriyalı 000773 nömrəli akta "xxxx" MMC-yə məxsus restoranda aparılmış operativ vergi nəzarəti nəticəsində fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı təqdim edilmişdir. X43 hər iki əlavəni imza etməkdən imtina etmişdir. X110 (FİN 6J0MBWG) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, biraz olar ki, Dadaşov tərəfindən qarson vəzifəsinə işə götürülmüşəm. X115 arasında əmək müqaviləsi bağlanmayıb, bildirişin surəti təqdim olunmayıb. İş vaxtım həftədə 7 olmaqla səhər saat 12:00-dan axşam 12:00-a qədərdir. Aylıq 450 nağd alıram. Pul alarkən heç bir sənədə qol çəkmirəm. Məndən başqa obyektdə Hacıyeva Raziyyə, Bahadurlu Nicat və digərləri işləyirlər. VÖEN almamışam. İzahatı özüm yazdım, əlavəm yoxdur, doğruluğuna imza edirəm. X36 (FİN 5YRJ5WV) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 10 gün olar ki, X43 tərəfindən işə götürülmüşəm. Mənimlə əmək və ya xidməti müqavilə bağlanılmayıb. Gündə 8 saat işləyirəm, əmək haqqımı nağd şəkildə alıram. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişəm. İzahatı öz sözlərimlə yazdım, əlavəm yoxdur, imzamla təsdiq edirəm. X38 (FİN 381U2HC) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Dadaşov Rəşid tərəfindən 01.04.2021-ci il tarixində satıcı vəzifəsinə götürülmüşəm. İşə götürənlə mənim aramda əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtım saat 12:00-dan 00-dəkdir. Əmək haqqım 200, nağd qaydada alıram. Arzu, Şakiri tanıyıram. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişəm. İzahata əlavəm yoxdur. X32 (FİN 00TU9MC) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Dadaşov Rəşid tərəfindən 05.2021-ci il ildən ofisiant vəzifəsinə götürülmüşəm. Dadaşov Rəşidlə mənim aramda heç bir əmək müqaviləsi və ya xidməti bağlanmamışdır. İş vaxtım saat 11:30-dan axşam saat 23:30-dəkdir. X67 15 manat alıram. Venat, Xəqanini tanıyıram. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişəm, sabit qəbz almamışam. Əlavəm yoxdur. X22 (FİN 1LM21SV) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X43 tərəfindən 15.05.2021-ci ildə işə götürülmüşəm. 50 qəpik restoranında xadimə işləyirəm. İşə götürən mənimlə heç bir əmək müqaviləsi bağlamayıb. 8 saat işləyirəm. 200 manat maaş alıram, heç bir sənədi imza etmirəm. Heç kimi tanımıram. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişəm. İzahatı öz sözlərimlə yazmışam, imzamla təsdiq edirəm. X44 (FİN 4Z08X58) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 ay olar ki, X43 tərəfindən şihafi razılıq əsasında 50 qəpik restoranında qarson vəzifəsinə işə götürülmüşəm. Rəşid Dadaşovla mənim aramda əmək müqaviləsi və xidməti müqavilə bağlanılmayıb. Əmək müqaviləsi bildirişinin surəti mənə təqdim olunmayıb. İş vaxtım həftədə 7 gün olmaqla səhər saat 10:00-dan axşam saat 10:00-a qədərdir. Aylıq 450 manat əmək haqqını nağd alıram. Əmək haqqı alarkən heç bir sənədə qol çəkmirəm. Məndən başqa obyektdə Qənbərov Rövşən və tanımadığım digər qarsonlar və işçilər işləyirlər. Vergi orqanında qeydiyyata alınmamışam. Sabit qəbz almamışam. İzahatı özüm yazdım, doğrudur, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X77 (FİN 4NURW7K) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 50 qəpik restoranında kassir vəzifəsində işləyirəm. İşə götürən ilə heç bir əmək müqaviləsi bağlanılmamışdır. 450 manat əmək haqqı alıram. Başqa işçiləri tanımıram. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişəm. Əlavəm yoxdur. X64 (FİN 2EBJBZE) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 15.04.2021-ci ildə "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən Nəsimi rayonu, Füzuli küçəsi, Qış parkında yerləşən 50 Qəpik Yemək Bazarı restoranına ofisiant vəzifəsinə işə götürülmüşəm. Aramızda heç bir əmək və xidməti müqavilə bağlanmamışdır və təqdim edilməmişdir. İş vaxtı həftədə 7 gün olmaqla saat 08:00-dan axşam 00:00-a kimidir. Əmək haqqım 600 AZN təşkil edir. Əmək haqqını nağd qaydada əlbəəl alıram. Obyektdə məndən başqa Nicat, Aqşin, Cavidan ofisiant işləyirlər. Vergi orqanında qeydiyyatım olmayıb. Heç bir sabit qəbz əldə etməmişəm. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X21 (FİN 2Z4JDB2) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 20.05.2021-ci ildə "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən işə götürülmüşəm. "xxxx" restoranında aşbaz vəzifəsində işləyirəm. Aramızda heç bir əmək və xidməti müqavilə yoxdur. Mənə heç bir müqavilə təqdim edilməyib. İş vaxtım həftədə 4 gün olmaqla saat 11:00-dan 19:00-a kimidir. Əmək haqqım aylıq 300 AZN-dir. Əl ilə alıram. Vergi orqanında heç bir qeydiyyatım yoxdur. Sabit qəbz əldə etməmişəm. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X27 (FİN 0VTM0BM) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 01.06.2021-ci il tarixdən 50 Qəpik MMC-nin rəhbəri X43 tərəfindən aşbaz vəzifəsinə işə götürülmüşəm. İşə götürənlə aramızda əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtım saat 09:00-dan 20:00-dəkdir. Əmək haqqı müəyyən edilməmişdir. Əmək haqqı hər gün 8 manat təşkil edəcək. Şirniyyatçı Pərvanəni tanıyıram. VÖEN-im yoxdur. Sabit qəbz almamışam. İzahatı özüm yazdım, imzamla təsdiq edirəm. X45 (FİN 5VLWBUK) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 ay olar ki, X43 tərəfindən şifahi razılıq əsasında 50 qəpik restoranında ofisiant vəzifəsinə işə götürülmüşəm. Rəşid Dadaşovla mənim aramda əmək müqaviləsi və xidməti müqavilə bağlanmayıb. Bildirişin surəti təqdim olunmayıb. İş vaxtım həftədə 7 gün olmaqla səhər saat 09:00-dan axşam 18:00-dəkdir. Aylıq 300 manat nağd alıram. Heç bir sənədə qol çəkmirəm. Başqa işçiləri tanımıram. VÖEN yoxumdur. Özüm yazdım, əlavəm yoxdur, doğrudur. X71 (FİN 720H2UJ) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 15.05.2021-ci il tarixində X43 tərəfindən şifahi razılıq əsasında “50 Qəpik” restoranında ofisiant vəzifəsində işə götürülmüşəm. Rəşid Dadaşovla mənim aramda əmək müqaviləsi və xidməti müqavilə bağlanılmayıb. Bildirişin surəti təqdim olunmayıb. İş vaxtım həftədə 7 gün olmaqla 06:00-dan 23:00-a qədər işləyirəm. Gündəlik 10 AZN heç bir sənədə qol çəkmədən alıram. İsmayıl, İbrahimi tanıyıram. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişəm. İzahatı özüm yazdım, imzam ilə təsdiq edirəm. X56 (FİN 7VLNADQ) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 25.05.2021-ci il tarixdən X43 tərəfindən ofisiant vəzifəsinə işə götürülmüşəm. X43yla heç bir əmək müqaviləsi və xidmət müqaviləsi bağlamamışam. Həftədə 6 gün olmaqla saat 18:00-dan 24:00-a qədər işləyirəm. Əmək haqqım gündəlik 10 manat nağd qaydada inzibatçı Cavidan adlı şəxsdən alıram. Obyektdə öz otaq yoldaşım, həmçinin iş yoldaşım Fəridi tanıyıram. Vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişəm. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X78 (FİN 79X1WYG) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən 3 ay olar ki, ofisiant vəzifəsinə qəbul olunmuşam. Mənimlə işə götürən arasında heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb və bildirişin surəti mənə təqdim edilməyib. İş vaxtım saat 18:00-dan 24:00-a qədər təşkil edir. Əmək haqqım gündəlik 10 manatı kassadan nağd şəkildə alıram, heç bir sənədi imza etmirəm. Heç kəsi tanımıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz ödəyicisi deyiləm. Hüquq və vəzifələrimi bilirəm. Bir daha mənə izah olundu. İzahatı özüm yazdım, əlavəm yoxdur. X16 (FİN 6KD39AQ) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 20 gündür ki, X43 tərəfindən şifahi razılıq əsasında qış parkında yerləşən 50 Qəpik Yemək Bazarında dəzgahçı (yemək çəkən) vəzifəsində çalışıram. X43 və "xxxx" MMC ilə hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb və təqdim edilməyib. Gündəlik 8 saat 13:00-dan 20:00-dəkdir. Gündəlik 10 AZN nağd qaydada əmək haqqı alıram. Başqa işçiləri tanımıram. VÖEN almamışam. Özüm yazdım, əlavəm yoxdur. X47 (FİN 1Q2VMRT) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 18.05.2021-ci il tarixdən 50 Qəpik MMC-nin rəhbəri X43 tərəfindən şirniyyatçı vəzifəsinə işə götürülmüşəm. İşə götürən ilə aramızda əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 10:00-dan 17:00-dəkdir. Əmək haqqı gündəlik 15 manat təşkil edir və nağd şəkildə 50 Qəpik MMC-nin rəhbəri X18 alıram. Maaş alanda heç bir sənədə imza atmıram. Qab yuyan Əsmər, lavaş bişirən Saranı tanıyıram. Sabit qəbz almamışam. İzahatı özüm yazdım, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X28 (FİN 6EFVT81) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 19.05.2021-ci ildə "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən Nəsimi rayonu, Füzuli küçəsi, qış parkında yerləşən 50 Qəpik Yemək Bazarı restoranına ofisiant vəzifəsinə işə götürülmüşəm. Aramızda heç bir əmək və xidməti müqaviləsi bağlanmamışdır və mənə təqdim edilməmişdir. İş vaxtım həftədə 4 gün, saat 18:00-dan axşam 00:00-a qədər olmaqla 300 AZN əmək haqqı alıram. Əmək haqqımı nağd qaydada olmaqla inzibatçı Cavidandan əlbə-əl alıram. Obyektdə olan işçilərin kimliyini tanımıram. Vergi orqanında qeydiyyatım olub. Heç bir sabit qəbz əldə etməmişəm. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X114 (FİN 7EF56CB) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 13.05.2021-ci ildə "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən Nəsimi rayonu, Füzuli küçəsi, qış parkında yerləşən 50 Qəpik Yemək Bazarı restoranına ofisiant vəzifəsinə götürülmüşəm. Aramızda heç bir əmək və xidməti müqavilə bağlanmamışdır və mənə təqdim edilməmişdir. İş vaxtım həftədə 4 gün olmaqla saat 18:00-dan axşam 00:00-a kimidir. Əmək haqqım gündəlik 10 AZN olmaqla nağd qaydada inzibatçı Cavidandan alıram. Digər işçiləri tanımıram. Vergidə qeydiyyatım yoxdur. Heç bir sabit qəbz almamışam. İzahatı özüm yazdım, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X48 (FİN 5LAA3CS) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 25.05.2021-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən xidmətçi vəzifəsinə qəbul edilmişəm. İşə götürənlə aramızda əmək və ya xidmət müqaviləsi bağlanmamışdır və mənə bildirişin surəti təqdim edilməmişdir. 08:00-dan axşam saat 18:00a iş vaxtımdır. Əmək haqqı günlük 12 manat olmaqla nağd qaydada ödənilir. Məndən başqa obyektdə Cavidan, İsmət, Elxan, Orxan və başqaları işləyir. Vergi ödəyicisi kimi qeydiyyatım yoxdur. Sabit qəbz almamışam. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X76 (FİN 7QSA1QC) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 2 gündür ki, X43 tərəfindən şifahi razılıq əsasında işə götürülmüşəm. X43yla heç bir əmək müqaviləsi və xidmət müqaviləsi bağlamamışam. Səhər saat 08:00dan axşam saat 20:00-dək işləyirəm. Gündəlik olaraq 15 manat əmək haqqı alıram. Əmək haqqını kassirdən alıram. Obyektdə həmyerlim olan Nicatı tanıyıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur, imzamla təsdiq edirəm. X13 (FİN 7CCCN11) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 15.05.2021-ci il tarixdən "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən ofisiant vəzifəsinə götürülmüşəm. İşə götürənlə aramızda əmək və ya xidmət müqaviləsi bağlanmamışdır və mənə bildirişin surəti təqdim edilməmişdir. İş vaxtı 18:00-dan 00:00-a qədərdir. Əmək haqqı gündəlik olaraq 10 manat olmaqla nağd qaydada X43 tərəfindən ödənilir, bu zaman heç bir sənədə imza atılmır. Məndən başqa obyektdə Cavidan, İsmət, İbrahim fəailiyyət göstərir. Vergi ödəyicisi kimi qeydiyyatım yoxdur. Sabit qəbz almamışam. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X58 (FİN 125LFSP) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 22.05.2021-ci il tarixindən "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən ofisiant vəzifəsinə işə götürülmüşəm. İşə götürənlə əmək və xidməti müqavilə bağlanmamışdır və bu barədə bildirişin surəti mənə təqdim edilməmişdir. İş vaxtı səhər saat səkkizdən axşam saat 9-a kimidir. Əmək haqqı günəmuzd olaraq 15 manat təşkil edir və X43 tərəfindən ödənilir. Bu zaman heç bir sənədə imza edilmir. Vergi orqanında uçotum yoxdur. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. X35 (FİN 73UMA09) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 ay olar ki, X43 tərəfindən şifahi razılıq əsasında 50 qəpik restoranında qarson vəzifəsinə işə götürülmüşəm. X115 arasında əmək müqaviləsi və xidməti müqavilə bağlanılmayıb. Bildirişin surəti təqdim olunmayıb. İş vaxtım həftədə 7 gün olmaqla səhər saat 10:00-dan axşam saat 10:00-a qədərdir. Aylıq 400 manat əmək haqqı nağd formada alıram. Pul alarkən heç bir sənədə qol çəkmirəm. Obyektdə işləyən digər işçiləri tanımıram. VÖEN olmamışam. İzahatı özüm yazdım, doğrudur, heç bir əlavəm yoxdur. X37 (FİN 5FBCUDF) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, "xxxx" MMC-nin rəhbəri X43 tərəfindən 01.05.2021-ci il tarixdən lavaş işinə başlamışam. Mənimlə heç bir əmək və ya xidməti müqavilə bağlanmayıb. İş vaxtım səhər saat 09:00-dan axşam 20:00-dəkdir. Əmək haqqım nağd şəkildə Rəşad müəllim tərəfindən 20 manat təşkil edir. Cavidan, Pərvanəni tanıyıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz almamışam. Heç bir əlavəm yoxdur, doğrudur. X17 (FİN 4XJMGMN) 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X101 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 50 Qəpik MMC-nin rəhbəri X43 tərəfindən 01.05.2021-ci il tarixdən qabyuyan vəzifəsində işləyirəm. Mənimlə heç bir əmək və ya xidməti müqavilə bağlanmayıb. Sabit qəbz almışam. Səhər saat 09:00-dan axşam saat 21:00-a kimi işləyirəm. Əmək haqqım nağd şəkildə Rəşad müəllim tərəfindən 20 manat təşkil edir. Burda tərtib olmuş, sonda qol çəkirəm. Pərvanəni tanıyıram. Bəli, sabit qəbz almışam. Heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm. İzahat verməkdən imtina edənlərin siyahısı aşağıdakılardan ibarət olmuşdur:

1. X75 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AZE 15573044, FİN 5GP1MZ0, qeydiyyat ünvanı: Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndi;

2. X34 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AZE 07960184, FİN 11SBF9J, qeydiyyat ünvanı: Biləsuvar rayonu, Bəydili kəndi C.İskəndərov küçəsi, ev 20;

3. X74 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AZE 18054691, FİN 4RYGGYM, qeydiyyat ünvanı: Cəbrayıl rayonu, B.Mərcanlı kəndi;

4. X73 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AA 2688389, FİN 2ZM97G4, qeydiyyat ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, mənzil 28;

5. X82 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AZE 17893446, FİN 3JDN5C1, qeydiyyat ünvanı: İmişli rayonu, Qızılkənd kəndi;

6. X72 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AZE 07704788, FİN 1DQHYJT, qeydiyyat ünvanı: Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 32, mənzil 19;

7. X20 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AZE 13189279, FİN 40N41H1, qeydiyyat ünvanı: Bərdə rayonu, Balaqacar kəndi;

8. X46 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AZE 17798793, FİN 1C3HUE7, qeydiyyat ünvanı: Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52, inzibati bina;

9. X33 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Seriya/№ AA 0064379, FİN 5FU7T38, qeydiyyat ünvanı: ünvan 39baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin əməkdaşlarının tərtib etdiyi 01.06.2021-ci il tarixli akta əsasən onlar imzaları ilə təsdiq edirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin 01.06.2021ci il tarixli **********1584 saylı qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" sarayının arxası, park ərazisində yerləşən "xxxx" MMC-yə (**********-14001 kodlu) məxsus obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirərkən MMC-yə məxsus obyektdə NKA tətbiq olunmadığından əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX 005264 və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX 000773 seriyalı aktlar tərtib olunmuş və imzalanmaq üçün MMC-nin rəhbəri X29 təklif olunmuşdur. MMC-nin rəhbəri X43 heç bir əsas və səbəb gətirmədən aktları imzalamaqdan imtina etdi. R.S.Dadaşov hər hansı bir yazılı izahat verməkdən imtina etdi. Aktın doğruluğunu əməkdaşlar öz imzaları ilə təsdiq etmişlər. 01.06.2021-ci il tarixli akta əsasən 01.06.2021-ci il tarixdə saat 15:45-də obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və ya xidməti müqavilə bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunmuş 34 nəfərdən 25 nəfəri yazılı qaydada izahat vermiş və izahatlarında işəgötürənlə aralarında əmək müqaviləsi və ya xidməti müqavilələrinin olmadığını etiraf etmişlər. 9 nəfər yazılı izahat verməkdən imtina etmişdir. Akt vergi əməkdaşları və 2 nəfər hal şahidinin iştirakları ilə tərtib olunmuş və imzaları ilə təsdiq edilmişdir. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 01.06.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli akta əsasən operativ vergi nəzarəti nəticəsində "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" sarayının arxası, park ərazisi ünvanında yerləşən restoranda MMC-nin rəhbəri X23 iştirakı ilə 01.06.2021-ci il tarixdə saat 15:30-da "xxxx" MMC-yə məxsus obyektdə (restoranda) 01 (bir) manat nağd qaydada ödənilərək reyhan şirəsi alınmış, əvəzində NKA çeki təqdim edilməmişdir. MMC-yə məxsus obyektdə NKA tətbiq olunmadığından vergi orqanı tərəfindən məbləği bərpa etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. NKA-nın müəyyən olunmuş modelini sifariş etmək, vergi orqanında qeydiyyata alınmasını təmin etmək və nağd pul hesablaşmalarını NKA-dan istifadə (çek təqdim etmək) olunmaqla aparılması tövsiyə olundu. Nəzarət kitabçası təqdim edilmədi. MMC-nin rəhbəri X43 aktı imzalamaqdan imtina etdi. Aktın doğruluğunu əməkdaşlar öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin 16.07.2021-ci il tarixli **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin (Ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Şamil Əzizbəyov küçəsi, ev 152, mənzil 8; VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 26.07.2021 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin 16.07.2021-ci il tarixli **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin (Ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Şamil Əzizbəyov küçəsi, ev 152, mənzil 8; VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qübvvəyə minmədən 34 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 68000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, 26.07.2021-ci il tarixədək 68000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinin 01.06.2021ci il tarixli **********1584 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 01.06.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, Səməd Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" adına sarayın arxasındakı “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, “operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "xxxx" MMC (VÖEN: **********) barəsində 16.07.2021-ci il tarixli **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, 01.06.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli akt əsasında Baş İdarə tərəfindən 16.07.2021-ci il tarixli **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən 16.07.2021-ci il tarixli **********8325 nömrəli və **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 16.07.2021-ci il tarixli qərarlarının ləğvinə dair iddia ərizəsini 10.08.2021-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin 14.01.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. -2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. -10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Əvvəla ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" sarayının arxası, park ərazisində yerləşən restoranda 01.06.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 01.06.2021-ci il tarixdə KY211583119 nömrə ilə qeydiyyata alınmışdır. Yuxarıda adıçəkilən inzibati icraat materiallarından o da görünür ki, vergi orqanı 01.06.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim etmiş, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən "xxxx" MMC-dən (VÖEN: **********) yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi qərara alınmış, şəxsiyyət vəsiqələri könüllü surətdə təqdim edilmiş, götürülmə hərəkətində MMC-nin rəhbəri X43 iştirak etmiş, ona 01.06.2021-ci il tarixli **********1590 nömrəli qərar təqdim edilmiş, X3nun imza etməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi barədə 01.06.2021-ci il tarixli, DVX seriyalı 005264 nömrəli və DVX seriyalı 000773 nömrəli aktlar tərtib olunmuş, aktlarda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, aktlar imzalanmaq üçün MMC-nin rəhbəri X29 təqdim olunmuş, sonuncu qeyd edilən aktları imzalamaqdan imtina etmişdir (bu barədə vergi əməkdaşları tərəfindən ayrıca akt tərtib edilmişdir), vergi ödəyicisi olan iddiaçı həmin aktlarda yoxlama ilə bağlı öz qeydlərini etməmişdir. 01.06.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu hallar aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahısı tərtib edilərək akta əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 34 nəfərdən 25 nəfər fiziki şəxsdən alınmış izahatlar əlavə edilmişdir. Qalan 09 nəfər izahat verməkdən imtina etmiş, həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərək vergi əməkdaşları tərəfindən siyahıya alınmış, siyahıya həmin şəxslərin şəxsiyyət vəsiqəsi məlumatları daxil edilmişdir. Adıçəkilən 09 nəfərin izahat verməkdən imtina etmələri vergi əməkdaşları tərəfindən 2 nəfər hal şahidinin iştirakları ilə aktlaşdırılmış, həm vergi əməkdaşları, həm də hal şahidələri tərəfindən imzalanmışdır. Həmin izahatlardan müəyyən olunur ki, izahatları alınmış fiziki şəxslər hər biri müxtəlif sayda gün olmaqla sözügedən restoranda işlədiklərini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadıqlarını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin X43 olduğunu bildirməklə yanaşı, restoranda onlarla birlikdə çalışan digər şəxslərin (bir-birilərinin) adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin restoranda işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. İşin hallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsində operativ vergi nəzarəti nəticəsində aşkar olunmuş pozuntuları, yəni əmək müqaviləsi olmadan 34 nəfər işçinin işə cəlb edildiyi, eləcə də nəzarət kassa aparatının olmadığını qəbul edir, lakin bu pozuntularda onun təqsiri olmadığını iddia edir. Belə ki, iddiaçının mövqeyinə görə operativ vergi nəzarətinin həyata keçirildiyi obyekt iddiaçı tərəfindən deyil, vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş fiziki şəxs X70 tərəfindən istifadə edilmişdir. X14 tərəfindən idarə olunduğu halda pozuntu da həmin şəxsə aiddir. İddiaçı əsasssız vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki:

1. İddiaçı yalnız marka sahibidir və əsas fəaliyyəti obyektləri icarəyə götürüb öz markası altında subicarəyə verməkdir.

2. Obyekt X1 verilmiş, lakin sonuncu subicarə müqaviləsini imzalamasını uzatmışdır. X70 müqaviləni imzalamadığından obtyektdən çıxması tələb olunmuş və o çıxmadığından 3 dəfə polisə şikayət olunmuş, şikayət üzrə Nəsimi RPİ tərəfindən 29.04.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir.

3. X4 istifadəsində olmasını, həmçinin 11.12.2020-ci il tarixli müqavilə və X140 Limited MMC-nin ödənişi barədə sənədlər təsdiq edir. Belə ki, həmin müqavilələr X70 ilə bağlanmışdır.

4. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmiş şəxslər əlyazması ilə olan ərizələrində işə X70 tərəfindən cəlb edildiklərini göstərmişlər. İddiaçının əsaslandığı sübutlar: - İş materiallarından görünür ki, X50, X11, X45, X58, X99, X85, X86, X22, X74, X60, X87, X47, X24, X34, X13, X36, X100, X61, X51, X39 işə qəbul edilmək üçün direktor Zaur Baxışlıya ərizə ünvanladıqları ərizələrdə restoranda Bəhruz Hacıyevin direktorluğu altında işlədiklərini bildirmişlər. - İş materiallarına əlavə edilmiş İcarəçi "xxxx" MMC ilə X5 arasında bağlanmış 01.04.2021-ci il tarixli subicarə müqaviləsinə əsasən bu Müqavilə ilə İcarəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş və reyestr nömrəsi **********20-06101-083001 olan çıxarışa əsasən icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Füzuli və M.Əliyev küçələrində yerləşən ümumi sahəsi 2255.7 kv.m. olan qeyri-yaşayış sahəsindən 160 kv.m. sahəni (“Sahə”) (Obyektin kodu **********-14003) Subicarəçiyə ictimai-iaşə obyekti, yəni restoran fəaliyyəti kimi istifadə etmək üçün subicarəyə verir. Subicarəçiyə Sahə ilə birlikdə təhvil verilən avadanlıqlar və mebellər İcarəçinin mülkiyyətində qalır. Sahənin ictimai-iaşə və ərzaq satışı obyekti kimi istifadə olunması nəzərdə tutulur. Bu müqaviləni X5 imzalamamışdır. - Satıcı “X135 LTD” MMM ilə alıcı X70 arasında bağlanmış 11.12.2020-ci il tarixli məhsulların müstəsna alqı-satqısı haqqında bonus proqramı üzrə marketinq müqaviləsinin 1.1-ci maddəsinə əsasən alıcının sifarişi əsasında satıcı özünə aid “Pepsi Co” məhsullarını alıcıya verməyi, alıcı isə müstəsna satınalma hüququ əldə etməklə sifariş günündən sonra növbəti iş günü ərzində (və ya tərəflərin razılığı ilə digər müddətdə) məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürür. - İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 29.04.2021-ci il tarixli qərarında göstərilmişdir: “........ 13 aprel 2021-ci il tarixdə vətəndaş X19 ərizə ilə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə müraciət edərək, tanışı X70 tərəfindən təhqir olunduğunu və obyektinin yandırılacağı ilə hədələndiyini bildirmişdir. Materialın araşdırılması zamanı izahatı alınmış X19 izahatında rəsmi olaraq "xxxx" MMC-də hüquqşünas vəzifəsində işlədiyini, X42 bir-neçə ildir tanıdığını, Bəhruz Hacıyev ilə tanışlıqlarının iş əsasında yarandığını, aralarında heç bir düşmənçilik və ya şəxsi ədavətlərinin olmadığını, Bəhruz Hacıyevin daha əvvəllər Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranının direktoru olduğunu, hazırda da restoran ilə əlaqədar çətinliklərinin və ya suallarının olduğu zaman Bəhruza müraciət edərək ondan köməklik istədiklərini, 12.04.2021-ci il tarixdə saat 15:20-də Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranında olduqları zaman Bəhruz ilə işlə əlaqədar söhbət etdiklərini, söhbət zamanı onun Bəhruza vaxtında kassa aparatının qoyulması istiqamətində zəruri tədbirləri görmədiyi üçün irad bildirdiyini, həmin vaxt Bəhruzun ona aqressiv cavab verərək, restoran ilə heç bir əlaqəsinin olmadığını söylədiyini, problemlərinin özlərinin həll etməsini tələb etdiyini, Bəhruzun aqressiv cavab verdiyi üçün aralarında söz mübahisəsinin yarandığını, söz mübahisəsi zamanı Bəhruzun ona əsəbləşdiyini və obyekti yandıracağını söylədiyini, bundan sonra Bəhruzun həmin yerdən getdiyini, bir-neçə dəqiqə sonra Bəhruzla mobil telefon vasitəsi ilə əlaqə saxladığını, Bəhruzun yenidən onu mobil telefonda təhqir etdiyini, hadisənin şahidlərinin olmadığını, hadisə zamanı bir-birilərinə qarşı zor tətbiq etmədiklərini bildirdi. Materialın araşdırılması zamanı izahatı alınmış X70 izahatında rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əməklə məşğul olaraq ailəsini dolandırdığını, X12 bir-neçə ildir tanıdığını, Ərşad Sərdarov ilə tanışlıqlarının iş əsasında yarandığını, aralarında heç bir düşmənçilik və ya şəxsi ədavət olmadığını, daha əvvəllər Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranının direktoru olduğunu, Ərşad Sərdarovun isə hazırda həmin restoranın hüquqşünası olduğunu, hazırda onların restoran ilə əlaqədar çətinlikləri və ya sualları olan zaman ona müraciət edərək köməklik istədiklərini, 12.04.2021-ci il tarixdə saat 15:20-də Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranında olduqları zaman Ərşad Sərdarov ilə işlə əlaqədar söhbət etdiklərini, söhbət zamanı Ərşadın ona aqressiv davranaraq vaxtında restorana kassa aparatının qoyulması istiqamətində gəlmədiyini, restoranla heç bir əlaqəsinin olmadığını və buna görə də öz işlərini özlərinin görməsini söylədiyini, bu səbəblə aralarında söz mübahisəsinin yarandığını, mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlətdiyini, daha sonra həmin ünvandan getdiyini, bir-neçə dəqiqə sonra mobil telefon vasitəsi ilə yenidən ona zəng etdiyindən Ərşadı təhqir etdiyini, ona zəng etməməsini tələb etdiyini, hadisənin şahidlərinin olmadığını, hadisə zamanı bir-birilərinə qarşı zor tətbiq etmədiklərini bildirdi. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır”. - İş materiallarına əlavə edilmiş hüquqşünas Ərşad Sərdarovun Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə ünvanladığı ərizədə bildirmişdir ki, 01.06.2021-ci il tarixdə təxminən saat 18:00 radələrində Nəsimi rayonu Qış Parkında yerləşən "xxxx" adlanan restoranı qanunsuz işlədən Bəhruz adlı şəxs icarə müqaviləsi bağlamadığına görə deyilən şərtləri əməl etmədiyinə görə ondan obyektin bağlanmasını xahiş etsələr də, lakin o, onlara hədə qorxu gəlməyi ilə və obyektin yandırılmasını dəfələrlə bildirdi. O, dərhal 102 xidmətinə zəng vurdu və olan hadisə barədə şikayətini bildirdi. Nəsimi rayon 21-ci Polis Bölməsinə yazdığı ərizə barəsində ona rəsmi məlumat verəsiniz. - İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru X43 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Bakı şəhəri Baş Polis İdarəsi və Bakı şəhəri Nəsimi RPİnin 21-ci Polis Bölməsinə ünvanlanmış ərizədə bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində müqavilə əsasında tərəflərindən icarəyə götürülərək "xxxx" MMC kimi fəaliyyət göstərilməsi nəzərdə tutulan iaşə obyekti X70 tərəfindən faktiki zəbt olunaraq həmin qeyri-yaşayış sahəsindən çıxmaq istəmir. Ona dəfələrlə müraciət olunaraq ya müqavilə bağlayaraq, hüquqi əsaslarla orda fəaliyyətini davam etdirsin, ya da ki həmin qeyri-yaşayış sahəsini tərk etsin. Lakin bütün təkliflərinə əhəmiyyət verməyən X70 qanunsuz olaraq öz fəaliyyətini davam etdirir. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində müqavilə əsasında tərəflərindən icarəyə götürülərək "xxxx" MMC kimi fəaliyyət göstərilməsi nəzərdə tutulan iaşə obyekti heç bir hüquqi əsas olmadan X31 istifadəsindədir və qanunvericiliyin tələblərini pozaraq iqtisadi fəaliyyətlə məşğul olur. Bununla da "xxxx" MMC-nin işgüzar nüfuzuna zərər vurmaqda davam edərək, gələcəkdə yarana biləcək istənilən (cinayət, inzibati) məsuliyyətin MMC-nin üzərində qalması təhlükəsi yaradır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində müqavilə əsasında tərəflərindən icarəyə götürülərək "xxxx" MMC kimi fəaliyyət göstərilməsi nəzərdə tutulan iaşə obyektində X31 qanunsuz fəaliyyətinin qarşısı alınaraq onun həmin qeyri-yaşayış sahəsindən çıxarılmasını təmin edərək, əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Həmin ərizənin üzərinə vurulmuş DİN-nin zərflər üçün möhürünün əks olunduğu, qəbul edən şəxsin yalnız imzası əks olunmuş hissədə 31.05.2021-ci il tarixi qeyd edilmişdir. Məhkəmə iddiaçının vergi pozuntusunda təqsirinin olmaması ilə bağlı dəlilini aşağıdakılara istinadən əsaslı hesab etmir. Əvvəla, operativ vergi nəzarətinin həyata keçirildiyi, yəni yoxlanılan təsərrüfat obyekti Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, Heydər Əliyev sarayının arxası, park ərazisində yerləşən restorandır, təsərrüfat obyektinin kodu 14001 nömrəli olmaqla "xxxx" MMC-nin (VÖEN **********) adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən obyekti subicarəyə verdiyini bildirsə də həmin obyekt icarəyə verilmiş başqa bir vergi ödəyicisinin deyil, özünün, yəni "xxxx" MMC-nin adına təsərrüfat obyekti olaraq vergi orqanında uçotdadır. Bu halda operativ nəzarətin keçirildiyi obyekt məhz "xxxx" MMC-nin adına təsərrüfat obyekti olaraq qeydiyyatdan keçdiyindən vergi orqanının da həmin obyektdə aşkar olunmuş pozuntulara görə adına qeydiyyat aparılmış vergi ödəyicisini məsuliyyətə cəlb etməsi və onu vergi hüquq pozuntusunun subyekti kimi qəbul etməsi qanunazidd sayıla bilməz. İddiaçı hər nə qədər obyektin X1 verildiyinə istinad etsə də, lakin adıçəkilən şəxslə obyektin subicarəyə verilməsi barədə müqaviləni məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş 01.04.2021-ci il tarixli subicarə müqaviləsi iddiaçı MMC tərəfindən imzalansa da icarəyə götürən qismində X70 tərəfindən imzalanmamışdır. Beləliklə, iddia edilən obyektin subicarəyə verilməsi haqqında tərəflərin iradəsinin ifadə olunduğu və qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş subicarə müqaviləsi, obyektin təhvil-təslim aktı mövcud deyildir. İddiaçı X31 müqaviləni imzalamağı qəsdən uzatdığını, müqaviləni imzalamadığından obyektdən çıxmasının polis nəzarəti qaydasında da tələb edildiyini bildirmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş polis orqanına ünvanlanmış ərizələr daha öncə deyil, bilavasitə vergi orqanının operativ vergi nəzarətini keçirdiyi 01.06.2021-ci il tarixlə eyni vaxta təsadüf edən ərizələrdir ki, məhkəmə qeyd edilən şikayət ərizələrini inandırıcı dəlil kimi qəbul etmir. Qeyd edilməlidir ki, iddiaçının polis orqanına Bəhruz Hacıyevin obyektdən çıxarılması ilə bağlı şikayətindən sonra 01 iyun 2021-ci il tarixdə polis vasitəsi ilə qeyri-yaşayış sahəsindən çıxarıldığını qeyd etsə də obyektin müşahidə kameralarından təqdim edilmiş videogörüntülərdə iddiaçının X70 deyə iddia etdiyi şəxsin operativ vergi nəzarətindən sonra 01.06.2021-ci il tarixdə axşam saatlarında belə obyekt ərazisində olduğu müşahidə olunmuşdur. Bundan əlavə, məhkəmə o halı da nəzərə alır ki, "xxxx" MMC 19.10.2020-ci il tarixində vergi orqanında qeydiyyata alınmış və həmin tarixdən müəssisənin qanuni təmsilçisi X70 olmuşdur. 22.01.2021-ci il tarixində rəhbər dəyişikliyi üçün müraciət olunmuş və 26.01.2021-ci il tarixində müəssisənin qeydiyyat məlumatlarında dəyişiklik edilərək X43 müəssisənin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. Göründüyü kimi X70 MMC-yə yad olan şəxs deyildir, o, hüquqi şəxs qeydiyyata alındığı 19.10.2020-ci ildən 26.01.2021-ci il tarixədək MMC-nin qanuni təmsilçisi olmuşdur. 26.01.2021-ci ildən sonra keçən müddət ərzində, eləcə də 01.04.2021-ci il tarixdən operativ vergi nəzarətinin keçirildiyi 01.06.2021-ci il tarixədək sonuncu ilə subicarə müqaviləsinin bağlanılmasına nail olunmaması ağlabatan hesab olunmur. İddiaçının istinad etdiyi Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 29.04.2021-ci il tarixli qərarı X2 obyektdən qanunsuz istifadə etməsi, onun həmin obyektdən çıxarılması ilə bağlı MMC-nin şikayəti barəsində deyildir. Qeyd olunan qərar X31 X8 münasibətdə sonuncunun şikayəti üzrə əməlində CMnin 148 (təhqir) cinayət tərkibinin əlamətlərinin olmaması ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədədir. Bundan əlavə, həmin qərarda X19 və X70 izahatlarında “Bəhruz Hacıyevin daha əvvəllər Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən qış parkının yaxınlığında olan 50 qəpik yemək bazarı restoranının direktoru olduğunu, hazırda da restoran ilə əlaqədar çətinliklərinin və ya suallarının olduğu zaman Bəhruza müraciət edərək ondan köməklik istədiklərini” qeyd etmişlər. Dolayısı ilə hər ikisinin izahatlarından Bəhruz Hacıyevin cari dövrdə obyektin hüquqi və faktiki əsasla istifadəçisi olduğu nəticəsinə gəlinmir. “X135 LTD” MMM ilə müqavilənin X70 ilə bağlanmasına gəlincə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş qeyd edilən müqavilə 11.12.2020-ci il tarixlidir və həmin müqavilə bilavasitə X31 "xxxx" MMC-nin qanuni təmsilçisi olduğu dövrdə bağlanmışdır ki, bu hal da obyektlə bağlı məsuliyyətin MMC-yə aid olmamasını bildirməyə yetərli əsas hesab olunmur. Bundan əlavə, iddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərin obyektdə işəgötürən X31 olmasını təsdiq etmələri ilə bağlı iş materilallarına əlavə etdiyi ərizələrə gəlincə, məhkəmə qeyd edir ki, məhkəməyə sübut qismində təqdim edilən 20 nəfərin ərizəsi hər hansı səlahiyyəti quruma deyil, 50 qəpik restoranına işə qəbul etmək üçün direktor Zaur Baxışlıya ünvanlanmış, eyni tarixli olmaqla əlyazma ilə yazılmış və qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmiş ərizələrdir. Bununla yanaşı, iddiaçı tərəfin təqdim etdiyi qeyd edilən işçilərin ərizələrini “mötəbər sübut” qismində qəbul edilsə belə həmin ərizələr iddiaçının vergi hüquq pozuntusunun törədilməsində təqsirsizliyini sübuta yetirmir. Belə ki, ərizələri imzalayan 20 nəfərin adları ilə vergi orqanının əməkdaşları tərəfindən izahatları alınmış işçilərin siyahısını müqayisə etdikdə cəmi 09 nəfərin adlarının vergi orqanının aşkar etdiyi işçilərin adları ilə üst-üstə düşdüyü müəyyən olunur. Başqa sözlə, iddiaçı tərəfin təqdim etdiyi işçilərin siyahısı ilə vergi orqanının əməkdaşları tərəfindən əmək müqaviləsi bağlamadan işə cəlb edilmiş şəxslərin siyahısı eyni deyildir. Bu halda da iddiaçı tərəfin təqdim etdiyi ərizələrə əsaslanaraq operativ vergi nəzarəti zamanı aşkar edilmiş 34 nəfər işçinin "xxxx" MMC ilə əlaqəsinin olmadığı nəticəsinə gəlinə bilməz. Beləliklə, iddiaçının işəgötürən olaraq iddia etdiyi X70 adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, Heydər Əliyev sarayının arxası, park ərazisində yerləşən restoranla bağlı subicarə müqaviləsi olmadığından, həmin obyekt vergi orqanında hər hansı başqa şəxsin adına, o cümlədən, iddia edilən X31 adına deyil, bilavasitə "xxxx" MMC-nin adına qeydiyyatdan keçdiyindən, yoxlama zamanı X31 MMC ilə hüquqi bağlılığı müəyyən olunmadığından (qanuni təmsilçilik və s.) hesab edilir ki, operativ vergi nəzarəti nəticəsində aşkar olunmuş hüquq pozuntusu "xxxx" MMC-yə aiddir, iddiaçının gətirdiyi dəlillər vergi hüquq məsuliyyətindən yayınmaya yönəlmiş mülahizələrdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, VM-in 58.7, 58.10-cu maddələrində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddələrdə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tətbiqi üçün əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması halının bir dəfə - nağd vəsaitin nəzarət kassa aparatına vurulmaması və çekin təqdim edilməməsinin baş verməsi yetərlidir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktların özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddələrdə təsvir edilən əməli törətməklə artıq gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi 16 iyul 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8325 nömrəli və **********8305 nömrəli qərarlarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X101 üzrə Baş İdarəsinə qarşı “16 iyul 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8325 nömrəli və **********8305 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar