Məhkəmə qərarları › İş №2-1(112)-1910/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1910/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1910/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Qabı̇ l oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi və s barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan dəqiqləşmə edilərək cavabdehin 03 iyun 2024-cü il tarixli qərarın iddiaçıya aid hissədə ləğv edilməsi, cavabdehin 19 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və sonuncu 09 aprel 2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur. Cavabdehin etirazı Etirazda qeyd edilir ki, 03 iyun 2024-cü il tarixli qərarda göstərilir ki, əyani müayinə nəticəsində qiymətləndirmə aparılmış və diaqnoz əllillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, yeni göndəriş rəsmiləşdirilmiş, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətnamə verilmişdir. Haızrkı psixi vəziyyəti mütəxəssislər tərəfindən fəlakətdən sonra isterik tip şəxsiyyət dəyişikliyi, sosial, əmək adaptasiyası, nümayişkar davranış kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas olan davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd edilməmişdir. Diaqnozun təsdiqlənməməsi baərdə qərar qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Respublika Psixiatriya Xəstəxanasının 05 fevral 2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıda Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntuları F 62.0 diaqnozu ilə əlillik təyinatı aparılmışdır. 13 iyun 2024-cü il tarixli imtina məktubunda qyed edilir ki, 14 may 2024-cü il tarixdə qəbulda iddiaçı olmuş, müayinə zamanı müəyyən edilmiş ağırlaşma, patofunksional dəyişikliklər, göndərişdə qeyd edilmiş diaqnozlar əlillik təyinatına əsas verməmə barədə qərar qəbul edilmişdir Əlillik altistemində olan sənədlərdən, o cümlədən göndərişlərdən görünür ki, 06 mart 2022-ci il tarixdə müayinə ilə əlaqədar diaqnozun əlilik əlaməti təyin edilməməsi qərara alınmışdır. 25 dekabr 2024-cü il tarixli müayinə nəticəsində də eyni qərar qəbul edilmişdir. 19 aprel 2024-cü il tarixli müayinə nəticəsində də diaqnozun öz təsdini tapmaması barədə qərar qəbul edilmişdir. 09 aprel 2024-cü il tarixli göndərişdə əsas diaqnoz F 62.0, ağırlaşma F43.1 kodu və F48.0 kodu üzrə olan xəstəlik olmuşdur. Cavabdehin 06 mart 2022-ci il tarixli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin 25 dekabr 2022-ci il tarixli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, diaqnozun öz təsdini tapmaması barədə qərar qəbul edilmişdir. Cavabdehin 03 iyun 2024-cü il tarixli qərarından görünür ki, iddiaçının əyani müayinəsi nəticəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. 12 dekabr 2024-cü il tarixli ilkin ekspert rəyindən görünür ki, iddiaçıda F62.0, yəni fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyinin müəyyən edildiyi qeyd edilmişdir. Rəydə qeyd edilir ki, göstərilən hal anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, psixi vəziyyətin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gece yuxusunun pozulması, Respublika Psixiatriya Xəstəxanasında F62.0 diaqnozu təyin edilməsi, 2 saylı X1 eyni diaqnozun qoyulması, orada müalicə alması) və hal-hazırkı psixiatrik müayinənin nəticələrin (əhval ruhiyyənin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s ) sübut edir. 23 aprel 2025-ci il tarixli təkrar rəydən görünür ki, iddiaçıda fəlakət keçirdikdən sonra yaranmış şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə və anamnezində suisidial fikirlərlə- F62.0 müəyyən edilir. İnzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırkı müayinə zamanı aşkar edilmiş psixi pozuntular sübut edir və bu xəstəliyin iddiaçıda bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya, reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müdddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətlərinin olmaması istisna edilmir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, posttravmatik stress pozuntusu, davranış pozuntuları ilə, gərginlik tip baş ağrısı və digər xəstəliklər hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.7.1. spesifik şəxsiyyət pozuntuları- F60 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi -F62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski -35-60 faiz və 2 il 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması -65-80 faiz və 2 il İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılıb aparılmaması ilə əlaqədardır. Əlillik təyinatına dair imtina qərarlarından aydın olur ki, cavabdeh diaqnozun öz təsdiqini tapmamasına əsaslanaraq əliliyin təyinatından imtina etmişdir ki, məhkəmə hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Belə ki, mötəbərliyi məhkəmə üçün şübhə doğurmayan təkrar ekpert rəyindən və iş materiallarına daxil olan digər sənədlərdən, eləcə də əlillik təyinatına əsas olmalı olan göndərişdən görünür ki, iddiaçıda F 62.0 kodu ilə göstərilmiş fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi xəstəliyi mövcuddur və həmin xəstəlikdən əziyyət çəkir. Müharibə zamanı alınmış həmin xəstəlik hal-hazırda iddiaçının tibbi sənədləri və müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin xəstəlik yuxarıda adıçəkilən Meyarlara əlavədən görünür ki, əlillik təyinatına əsas olan xəstəlikdir. Aydın məsələdir ki, həmin xəstəliyin təkcə özünün mövcudluğu ilə yanaşı, qiymətləndirilməsinə əsas verən digər hallar müəyyən edilməlidir ki, təkrar ekspert rəyində də xəstəliyin özü ilə yanaşı, eyni zamanda bu xəstəliyin iddiaçıda bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya, reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müdddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətlərinin olmaması istisna edilmədiyi göstərilmişdir. Göründüyü kimi fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi iddiaçıda mövcuddur və həmin xəstəliklə yanaşı əlillik təyinatı üçün əsas olan iddiaçıda bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya, reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müdddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətlərinin olmaması halı da istisna edilmir ki, məhkəmə hesab edir ki, cavabdehin imtinasının qanuni və əsaslı olmaması ekspert rəyi ilə sübut edilməkdədir. Nəzərə alınmalıdır ki, qərarlardan görünür ki, qərarlar əlillik əlamətinin təyin edilməməsi yox, diaqnozun təsdiqini tapmaması ilə əlaqədardır ki, ekspert rəyindən də görünür ki, göndərişdə əsas diaqnoz kimi göstərilmiş F 62.0 iddiaçıda öz təsdini tapmışdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilə bilməmiş, diaqnozun öz təsdini tapması isə ekspert rəyi və iş materiallarına daxil olan digər sənədlərlə sübut edilmişdir. Eləcə də, iddiaçıda həmin xəstəliklə yanaşı bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmamasının da həmin xəstəliklə əlaqədar istisna edilmədiyi də xüsusi olaraq göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin 03 iyun 2024-cü il tarixli diaqnozun təsdiqlənməməsi barədə qərarı İddiaçı aid hissədə və 19 aprel 2024-cü il tarixli diaqnozun öz təsdini tapmaması barədə qərarı ləğv edilsin İddiaçı Bakı 2 nömrəli X2 sonuncu 09 aprel 2024-cü il tarixli göndərişi əsasında əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar