Məhkəmə qərarları › İş №2-1(112)-1911/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1911/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1911/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı oğlununCavabdehnə qarşı “Doğum haqqında şəhadətnamənin təkrar verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona doğum haqqında şəhadətnamənin təkrar verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh iddia ərizəsinə yazılı münasibətini təqdim etməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 29.03.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır. Onun valideynləri 27.02.1997-ci ildə Cavabdehndən doğum haqqında şəhadətnamə almışlar. Hal –hazırda özünə şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin bunun üçün doğum haqqında şəhadətnamə tələb olunur. Onun doğum haqqında şəhadətnaməsi yarasız hala düşdüyündən, şəxsiyət vəsiqəsi ala bilmir. Doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan müraciətə imtina etmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 16.09.2019-cu il tarixli Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında “Ərizə-Anket”in kserosurətinə əsasən İddiaçı 25 mart 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, qan qrupu A(İİ) RH+, boyu 173, gözlərinin rəngi qəhvəyidir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 07 sentyabr 2019-cu il tarixli ******* nömrəli qərarına əsasən 29 mart 1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 27 fevral 1997-ci il tarixli doğum haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı 29 mart 1995-ci ildə Bakı şəhərində anadan olmuş, atası X3, anası X2r. İşdə olan ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əslindən görünür ki, İddiaçı 23 oktyabr 2019-cu ildə tibbi komissiyanı keçmiş və müalicəyə ehtiyacı olduğu sayılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə 1225/05/15 nömrəli, 19.11.2019-cu il tarixli cavab məktubuna əsasən, X1 şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğuma haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Məktubun sonunda Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 1.1, 2.1, 2.2-ci mаddələrinə görə, tərəflər аrаsındа оlаn hazırki mübаhisə inzibаti-hüquq хаrаktеr dаşıyır. Həmin Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 26-cı mаddəsinin İİ hissəsinə əsаsən dövlət hər kəsin hüquqlаrının və аzаdlıqlаrının müdаfiəsinə təminаt vеrir, 60-cı mаddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət оrqаnlаrının, siyаsi pаrtiyаlаrın, həmkаrlаr ittifаqının və digər ictimаi birliklərin, vəzifəli şəхslərin qərаr və hərəkətlərindən (yахud hərəkətsizliyindən) məhkəməyə şikаyət vеrə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra- şəxsiyyət vəsiqəsi). Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də doğum haqqında şəhadətnamədir ki, iddiaçı tələbində qeyd etdiyi kimi, doğum haqqında şəhadətnaməsi yararsız hala düşdüyündən şəxsiyyət vəsiqəsini almaq imkanına malik olmadığı üçün cavabdeh iddiaçının oğluna doğum haqqında şəhadətnaməni təkrar verməkdən imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının doğumunun qeydiyyatını artıq bir dəfə apardığını təkzib etməmiş və İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icra edilməsi üçün onun şəxsiyyət vəsiqəsinə malik olması zərurəti ilə bağlı təkrar doğum haqqında şəhadətnaməsinin verilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəlllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.10-cu bəndinə əsasən doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Həmin qaydanın 1.12-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hеsаb еdir ki, iddiаçı İddiaçı oğlunun iddia ərizəsi təmin edilməli, 29 mart 1995-ci il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsinə üzərinə qoyulmalıdır. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85.1-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə qərara aldı: İddiaçı oğlunun iddia ərizəsi təmin edilsin. 29 mart 1995-ci il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar