Məhkəmə qərarları › İş №2-1(112)-1911/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1911/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1911/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən yanvar 1993-cü ilədək N () saylı hərbi hissədə (Hərbi Polisin nəzdində olan hərbi hissə) xidmət etmişdir. xx.xx.1993cü ildə Füzuli rayon istiqamətində gedən döyüşlər zamanı ağır yaralanmış, Bakı şəhəri N saylı şəhər klinik xəstəxanasında müalicə olunmuş və göndərişlə xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Bərdə rayon mərkəzi xəstəxanasında müalicəsini davam etdirmişdir. İddiaçı iyul-avqust 1993-cü ildən yanvar 1994-cü ilədək yenidən N () saylı hərbi hissədə xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak etmişdir və 3-cü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə iddiaçıya xəstəlik qərarı verilmiş və xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmağı məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının müraciətinə uzun müddət cavab verilmədiyi üçiin məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1- dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.1994-cü il tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, həmçinin döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti və qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən sonuncunun “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

4. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

5. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

6. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

7. Məhkəmə hesab edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi təkrarlana bilən hüquqi nəticələr yaratmamaqla baş vermiş (təkrarlanmayan) hüquqi hadisənin nəticəsindən asılı olduğu üçün iddianın növü öhdəliyin icrasına aid iddiadır.

8. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”a əsasən İddiaçı hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol bazunun kor güllə yaralanmasından sonrakı kobud əzələ defekti ilə olan çarpıq toxuması. Sol mil sinirinin travması, sol mil sinirinin travmatik zədələnməsi neyropatiyası, əzələ atrofiyası, sol yuxarı ətrafın kəskin funksiya pozğunluğu diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Səttar oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissənin tibbi rotasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol bazunun orta 1/3-nin kor qəlpə yarası" xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol bazunun orta 1/3nin kor qəlpə yarası və ınil sinirinin ııavmaiik zədələnməsi” xx.xx.1993-cü ildə MN Mərkəzi Hərbi Hospitalında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsidiaqnoz: “Sol bazunun kor qəlpə yaralanması mil sinirinin zədələnməsi ilə” və xx.xx.1993cü ildən xx.xx.1993-cü ilə kimi Bərdə rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol bazunun orta 1/3-nin kor qəlpə yarası və mil sinirinin travmatik zədələnməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 181 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 128 nömrəli arayışı, N saylı şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, stasionar xəstələrin tibb kahasından çıxarışlar, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Bəıdə rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalından verilmiş xx.xx.1993-cü il tarixli müayinə vərəqəsi, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR".

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 125 №-li əmrilə (əsas: §-3, sıra-11, səh-7) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, “sıravi hərbi rütbəsi verilmiş və 4cü bölüyün 3-cü tağımında baş kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrilə (əsas: §-9, sıra-7, səh- 36) sıravi İddiaçı 4-cü bölüyün 2-ci tağımında baş kəşfiyyatçı vəzifəsindən 3-cü bölüyün 4cü tağımında kəşfiyyatçı vəzifəsinə keçirilmişdir. Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 153 №-li əmrilə (əsas: §-3, səh-12, sıra-182) sıravi İddiaçı 3-cü bölüyün 4-cü tağımında baş kəşfiyyatçı vəzifəsindən azad edilərək 2-ci bölüyün 2-ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §-3, səh-7, sıra-4, əmrdə atasının adı “Seydar” yazılmışdır) sıravi İddiaçı Seydar oğlu 2-ci bölüyün 2ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 42 №-li əmrində (əsas: §-3, səh- 3, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə,xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılan hərbi qulluqçuların siyahısında İddiaçı Səttar oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 68 №-li əmrilə (əsas: §-2, səh-37, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) sıravi İddiaçı Səttar oğlu 2-ci bölüyün 2-ci tağımında baş radio-telefoncu vəzifəsindən azad edilərək 2-ci bölüyün 1-ci tağımında atıcı-patrul vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 142 №-li əmrində (əsas: §-5, səh- 22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 51 №-li əmrində (əsas: §-6, səh- 22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 65 №-li əmrində (əsas: §-13, səh- 100, sıra-8, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 02 №-li Direktvinə əsasən, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilən hərbi qulluqçuların siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissənin “Qayıtmaz itginlərin, itgin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: xx.xx.1993xx.xx.1993, sıra-95, atasının adı “Səttar” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) qeyd olunmuş “N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993- cü il tarixdək yaralananlarının siyahısında” N №-li hərbi hissənin əsgəri İddiaçı Səttar oğlunun adı yazılmışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N Nq-İİ hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, 2465 nömrəli Arayışda qeyd olunmuşdur ki, hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 125 Na-İi əmrilə (əsas: §-3. sıra-11. səh-7) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, “sıravi hərbi rütbəsi verilmiş və 4-cü bölüyün 3-cü tağımında baş kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrilə (əsas: §9, sıra-7, səh- 36) sıravi İddiaçı 4-cü bölüyün 2-ci tağımında baş kəşfiyyatçı vəzifəsindən 3-cü bölüyün 4cü tağımında kəşfiyyatçı vəzifəsinə keçirilmişdir. Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 153 №-li əmrilə (əsas: §-3, səh-12, sıra-182) sıravi İddiaçı 3-cü bölüyün 4-cü tağımında baş kəşfiyyatçı vəzifəsindən azad edilərək 2-ci bölüyün 2-ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §-3, səh-7, sıra-4, əmrdə atasının adı “Seydar” yazılmışdır) sıravi İddiaçı Seydar oğlu 2-ci bölüyün 2ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 42 №-li əmrində (əsas: §-3, səh- 3, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, xx.xx.1993-cü i! tarixdən qazan təminatından çıxarılan hərbi qulluqçuların siyahısında İddiaçı Səttar oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 68 №-li əmrilə (əsas: §-2, səh-37, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) sıravi İddiaçı Səttar oğlu 2-ci bölüyün 2-ci tağımında baş radio-telefoncu vəzifəsindən azad edilərək 2-ci bölüyün 1-ci tağımında atıcı-patrul vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 142 №-li əmrində (əsas: §-5, səh- 22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissənin özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 51 №-li əmrində (əsas: §-6, səh- 22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissənin özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N №-İi hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 65 №-li əmrində (əsas: §-13, səh-100, sıra-8, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 02 №-li Direktvinə əsasən, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilən hərbi qulluqçuların siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin əsgər heyətinin əlifba qeydiyyatı kitabları, hərbi hissənin “Yara arın qeydiyyatı” kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

IV. Məhkəmənin mövqeyi

13. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etmişdir.

14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranı sayılırlar ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

16. Məhkəminin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2580/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarına uyğundur.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2580/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarında qeyd olunmuşdur: “27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun hərbi hissəni özbaşına tərk etdiyinə və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.

28. İş materiallarından müəyyən olunur ki, iddiaçı 27 oktyabr N993-cü il tarixdən Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon çağırış komissiyası tərəfindən nizami xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə könüllü çağırılmış, bundan sonra hərbi hissəyə göndərilmiş və iddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir.

29. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edərkən xəsarət almış, N2 avqust N994-cü il tarixli, 223 nömrəli əmrilə xəstəliyi ilə əlaqədar olaraq müalicə alınması üçün Hərbi Hospitala göndərilmiş, xx.xx.N994-cü il tarixədək MHKH-in nevrologiya şöbəsində “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, əhəmiyyətli orqanik nişanələr və astenonevrotik əlamətlərlə” diaqnozu ilə müalicə almış və müalicədən sonra hərbi hissəyə qayıtmamışdır. Uzun müddət hərbi hospitalda olduğu üçün həmin hərbi hissə komandirinin N oktyabr N994-cü il tarixli, 296 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Bunun nəticəsində ona AR MN Mərkəzi Hərbi Poliklinikasının qarnizon hərbi həkim komissiyası tərəfindənN2 mart 2008-ci il tarixli, 28N nömrəli “Xəstəlik haqqında şəhadətnamə” verilmiş və həmin şəhadətnamədə iddiaçının döyüş əməliyyatları zamanı N994-cü ildə aldığı - “Keçirilmiş qapalı kəllə beyin travmasının (N994) mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı astenonevrotik vəziyyət və kəllədaxili təzyiqin mülayim dərəcədə artması ilə müşayiət olunan serebral araxnoiditlə nəticələnmiş qalıq əlamətləri” diaqnozu – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qeyd edilmişdir.

30. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 26 may 20N0-cu il tarixli, 074376 nömrəli əlillik vəsiqəsindən, eləcə də N5 saylı TSEK-in elektron informasiya sisteminin məlumatlarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.20N0-cu il tarixdən ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra əlillik xx.xx.20N6-cı il tarixdən xx.xx.202N-ci il tarixədək 5 il müddətinə uzadılmışdır.

31. Məhkəmə kollegiyası göstərilən işin hallarını və hazırkı qərarın N9-cu bəndində qeyd olunan maddi hüquq normasının tələblərini nəzərə alaraq apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.

32. Belə ki, N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından uzun müddət hospitalda müalicə aldığına görə müdafiə nazirinin əmri əsasında hərbi hissənin siyahısından çıxarıldığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

34. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 nömrəli Qərarı 22 sentyabr N995-ci il tarixdə təsdiq olunduğundan, qeyd edilən Qərarın müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edilməlidir.

35. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir.

36. Kollegiya hesab edir ki, iddiaçının “Xəstəlik haqqında şəhadətnamə”sində onun döyüş əməliyyatları zamanı N994-cü ildə aldığı travma nəticəsində əlil olmasına baxmayaraq, lakin ilk dəfə əlilliyin N995-ci ildən sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.

37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).

38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.

39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

40. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.

41. Azərbaycan Respublikası Konstitusiyasının N25-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir.

42. Konstitusiyanın N27-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir.

43. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur.

44. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.

45. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar.

46. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir”.

18. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, - Hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış İddiaçı Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 125 №-li əmrilə (əsas: §-3, sıra-11, səh-7) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, “sıravi hərbi rütbəsi verilmiş və 4-cü bölüyün 3-cü tağımında baş kəşfiyyatçı vəzifəsinə təyin olunmuşdur. - Hərbi Polis şöbəsi rəisinin xx.xx.1992-ci il tarixli 143 №-li əmrilə (əsas: §-9, sıra-7, səh-36) sıravi İddiaçı 4-cü bölüyün 2-ci tağımında baş kəşfiyyatçı vəzifəsindən 3-cü bölüyün 4-cü tağımında kəşfiyyatçı vəzifəsinə keçirilmişdir. - Hərbi Polis İdarəsi rəisinin xx.xx.1993-cü il tarixli 153 №-li əmrilə (əsas: §-3, səh-12, sıra-182) sıravi İddiaçı 3-cü bölüyün 4-cü tağımında baş kəşfiyyatçı vəzifəsindən azad edilərək 2-ci bölüyün 2-ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §-3, səh-7, sıra-4, əmrdə atasının adı “Seydar” yazılmışdır) sıravi İddiaçı Seydar oğlu 2-ci bölüyün 2ci tağımında baş radio-telefonçu vəzifəsinə təyin edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 42 №-li əmrində (əsas: §-3, səh-3, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılan hərbi qulluqçuların siyahısında İddiaçı Səttar oğlunun adı qeyd olunmuşdur. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 68 №-li əmrilə (əsas: §-2, səh- 37, sıra-39, əmrdə atasının adı “Səttar” yazılmışdır) sıravi İddiaçı Səttar oğlu 2-ci bölüyün 2-ci tağımında baş radio-telefoncu vəzifəsindən azad edilərək 2-ci bölüyün 1-ci tağımında atıcı-patrul vəzifəsinə təyin edilmişdir. - N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 142 №-li əmrində (əsas: §-5, səh-22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 51 №-li əmrində (əsas: §-6, səh-22, sıra-25, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etmiş, sıravi S.S. Həsənovun hərbi hissəyə qayıtdığına görə, xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 65 №-li əmrində (əsas: §-13, səh-100, sıra-8, əmrdə adı və atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli 02 №-li Direktvinə əsasən, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilən hərbi qulluqçuların siyahısında sıravi İddiaçı adı qeyd olunmuşdur. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissənin “Qayıtmaz itginlərin, itgin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: xx.xx.1993xx.xx.1993, sıra-95, atasının adı “Səttar” yazılmışdır, məlumat olduğu kimi köçürülmüşdür) qeyd olunmuş “N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993- cü il tarixdək yaralananlarının siyahısında” N №-li hərbi hissənin əsgəri İddiaçı Səttar oğlunun adı yazılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Səttar oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı hərbi hissənin tibbi rotasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol bazunun orta 1/3-nin kor qəlpə yarası" xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol bazunun orta 1/3nin kor qəlpə yarası və ınil sinirinin ııavmaiik zədələnməsi” xx.xx.1993-cü ildə MN Mərkəzi Hərbi Hospitalında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsidiaqnoz: “Sol bazunun kor qəlpə yaralanması mil sinirinin zədələnməsi ilə” və xx.xx.1993cü ildən xx.xx.1993-cü ilə kimi Bərdə rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: “Sol bazunun orta 1/3-nin kor qəlpə yarası və mil sinirinin travmatik zədələnməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 181 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 128 nömrəli arayışı, N saylı şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, stasionar xəstələrin tibb kahasından çıxarışlar, N saylı hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Bəıdə rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalından verilmiş xx.xx.1993-cü il tarixli müayinə vərəqəsi, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”a əsasən İddiaçı hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol bazunun kor güllə yaralanmasından sonrakı kobud əzələ defekti ilə olan çarpıq toxuması. Sol mil sinirinin travması, sol mil sinirinin travmatik zədələnməsi neyropatiyası, əzələ atrofiyası, sol yuxarı ətrafın kəskin funksiya pozğunluğu diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

19. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.1994-cü il tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, həmçinin döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti və qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat aşkar edilməmişdir.

20. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı yaralanmış, uzun müddət hospitalda (N saylı hərbi hissənin tibbi rotasında, N saylı şəhər klinik xəstəxanasında, MN Mərkəzi Hərbi Hospitalında, Bərdə rayon mərkəzi xəstəxanasında) müalicə almış, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol bazunun kor güllə yaralanmasından sonrakı kobud əzələ defekti ilə olan çarpıq toxuması. Sol mil sinirinin travması, sol mil sinirinin travmatik zədələnməsi neyropatiyası, əzələ atrofiyası, sol yuxarı ətrafın kəskin funksiya pozğunluğu” diaqnozu ilə xx.xx.2020-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Belə olan təqdirdə şəxs hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.

21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

22. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.

23. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

24. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

26. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

27. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar