Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1912/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X11 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının Cavabdeh2nə və Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X1rşı (üçüncü şəxs X5) “maneələrin aradan qaldırılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının Cavabdeh2nə və Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 3-cü yaşayış massivi, 1-ci döngə, 565, yeni qaydalara görə ünvan 1 ünvanında olan 0,06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması, mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, mülkiyyətində olan həmin torpaq sahəsindən maneəsiz istifadə edilməsi, tikinti-inşaat işləri ilə bağlı torpaq sahəsinə gələn minik, yük və s. avtomobillərin torpaq sahəsinə maneəsiz giriş-çıxış edə bilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1-ci döngə, 565, yeni qaydalara görə ünvan 2 ünvanında X8 xüsusi mülkiyyətində 0,06 ha torpaq sahəsi vardır. İddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən C-19-151 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə razılaşdırılmış, "xxxx" MMC tərəfindən tərtib edilən fərdi yaşayış evinin memarlıqplanlaşdırma bölməsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Səbail RİH-nin razılaşdırılma barədə xx.xx.2023-cü il tarixli məktubunun tərəfinə və Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X6 Agentliyinə təqdim edilməsinə baxmayaraq, iddiaçı tərəfindən başlanılan tikinti işlərinə müxtəlif dövlət orqanları tərəfindən qanunsuz müdaxilələr edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X6 Agentliyi, Cavabdeh1, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxsləri müxtəlif vaxtlarda tikinti işləri aparılan əraziyə gələrək işlərin icrasını qeyri-qanuni olaraq dayandırmış, tikintiyə nəzarət adı altında qanunsuz müdaxilələr etmişdirlər. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Azərbaycan Respublikasının Cavabdeh2 həyata keçirir. Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X6 Agentliyi vətəndaş X2 müraciətini rəhbər tutaraq 01-07 iyul 2023-cü il tarixlərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 3-cü yaşayış massivi, 1-ci döngə, 565, yeni qaydalara görə ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində aparmağa çalışdığı tikinti işlərini qanunsuz olaraq tamamilə dayandırmışdır. A.Babayevayın müraciətinə əsasən, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 3-cü yaşayış massivi, Ev 290E ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyəti barədə tərtib etdikləri AKT-da tərəfimizdən aparılan tikinti işləri və bünövrə çalasının qazılması nəticəsində həyətyanı sahədə hər hansı çat və deformasiyaların müşahidə edilməməsini müəyyən etsə də, vətəndaş X3 məxsus fərdi yaşayış evinin texniki cəhətdən məhdud işlək vəziyyətdə olmasını əsas gətirərək iddiaçı tərəfindən bünövrə çalasının divarlarında gücləndirmə (istinad divarlarının qurulması) tədbirlərinin görülməsini məqsədəmüvafiq hesab etmişdir ki, bununla da iddiaçı üçün layihədə və smetada nəzərdə tutulmayan və əlavə maddi xərc yaradılmışdır. Akt tərtib edilərkən vətəndaş X3 məxsus fərdi yaşayış evinin heç bir Şəhərsalma və tikintiyə dair norma və qaydalara riayət edilmədən və ara məsafəsi gözlənilmədən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd divar üzərində tikilməsi nəzərə alınmamışdır. Bununla yanaşı digər cavabdeh inzibati orqanların müəyyən vəzifəli şəxsləri müəyyən vaxtlarda (2023-cü ilin iyul ayı ərzində mütəmadi olaraq) iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti norma və qaydalarına riayət olunaraq aparılan tikinti işlərinə dəfələrlə qanunsuz müdaxilələr etmiş, hətta tikinti işlərini icra edən şəxslərə o cümlədən iddiaçıya qarşı fiziki zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə tikinti işlərini qanunsuz olaraq dayandırmışlar. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunsuz olaraq və qəsdən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakına ziyan vurmuşdur ki, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur.
3. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2/10-5- 19/1-T-4-151/2023 nömrəli məktubuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. X4 Talıbov tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında layihələndirilən fərdi yaşayış evi barədə təqdim olunmuş sənəd və məlumatlara dair bildirilir ki, məlumatlandırma icraatı üçün tələb olunan tikinti layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə (mərtəbələrin sayı, tikinti əmsalı, tikinti sıxlığı əmsalı, ara məsafəsi) uyğun hazırlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Bununla da, Cəlil Nurməhəmməd oğluna Talıbova məxsus ünvan 4 ünvanında layihələndirilən fərdi yaşayış evinin Tikintilərin Dövlət reyestrinə daxil edilməsinə imtina edilmişdir. Bakı şəhəri Cavabdeh1nə bildirilmişdir ki, iradlar aradan qaldırıldıqdan sonra həmin obyektin Tikintilərin Dövlət reyestrinə daxil edilməsi məsələsinə baxılacaqdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə uyğun olaraq dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 17.11 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən tikintiyə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət Cavabdeh2 Tikintidə X6 Agentliyi və Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli səviyyədə tikintiyə nəzarət yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş ermişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
6. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
7. İPM-nin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
8. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbləri aydın deyil, tələb(lər) qeyri-müəyyəndir və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir.
9. Bununla bağlı iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunaraq buna dair ona təklif məktubu ünvanlansa da, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir). Eyni zamanda, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli iclasda) iştirak edən iddiaçının nümayəndəsinə (vəkilinə) qaldırdığı iddialara cavab verməli olan inzibati orqanların qeyd edilərək, yəni müvafiq tələblər üzrə cavabdehlərin ayrılaraq məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi, həmçinin həmin cavabdeh orqanların hər birinə müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
11. Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı növbəti məhkəmə iclaslarında (xx.xx.2023, xx.xx.2024-cü il tarixli iclaslarda) iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
14. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva