Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1913/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Cavabdeh4 və Azərbaycan Respublikası Cavabdeh4 yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X3) qarşı “mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran hərəkətlərin qadağan edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 3-cü yaşayış massivi, 1-ci döngə, 566C, yeni qaydalara görə ünvan 1 ünvanında olan 0,06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsinə cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması, mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, mülkiyyətində olan həmin torpaq sahəsindən maneəsiz istifadə edilməsi, tikinti-inşaat işləri ilə bağlı torpaq sahəsinə gələn minik, yük və s. avtomobillərin torpaq sahəsinə maneəsiz giriş-çıxış edə bilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. xx.xx.2023-cü il tarixli qərardad ilə X3 iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 3-cü yaşayış massivi, 1-ci döngə, 566C, yeni qaydalara görə ünvan 1 ünvanında İddiaçı xüsusi mülkiyyətində 0,06 ha torpaq sahəsi vardır. İddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən C-19-151 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə razılaşdırılmış, "xxxx" MMC tərəfindən tərtib edilən fərdi yaşayış evinin memarlıqplanlaşdırma bölməsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Səbail RİH-nin razılaşdırılma barədə xx.xx.2023-cü il tarixli məktubunun tərəfimizə və Azərbaycan Respublikasının Cavabdeh4 Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə təqdim edilməsinə baxmayaraq, iddiaçı tərəfindən başlanılan tikinti işlərinə müxtəlif dövlət orqanları tərəfindən, qanunsuz müdaxilələr edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cavabdeh4 Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi, Cavabdeh2, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxsləri müxtəlif vaxtlarda tikinti işləri aparılan əraziyə gələrək işlərin icrasını qeyri-qanuni olaraq dayandırmış, tikintiyə nəzarət adı altında qanunsuz müdaxilələr etmişdirlər. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Azərbaycan Respublikasının Cavabdeh4 həyata keçirir. Azərbaycan Respublikasının Cavabdeh4 Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi vətəndaş X1 müraciətini rəhbər tutaraq 01 -07 iyul 2023-cü il tarixlərində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 3-cü yaşayış massivi, 1-ci döngə, 566C, yeni qaydalara görə ünvan 2 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsində aparmağa çalışdığı tikinti işlərini qanunsuz olaraq tamamilə dayandırmışdır. A.Babayevanın müraciətinə əsasən, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 3-cü yaşayış massivi, Ev 290E ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyəti barədə tərtib etdikləri AKT-da iddiaçı tərəfindən aparılan tikinti işləri və bünövrə çalasının qazılması nəticəsində həyətyanı sahədə hər hansı çat və deformasiyaların müşahidə edilməməsini müəyyən etsə də, vətəndaş X2 məxsus fərdi yaşayış evinin texniki cəhətdən məhdud işlək vəziyyətdə olmasını əsas gətirərək tərəfindən bünövrə çalasının divarlarında gücləndirmə (istinad divarlarının qurulması) tədbirlərinin görülməsini məqsədəmüvafiq hesab etmidir ki, bununla da iddiaçı üçün layihədə və smetada nəzərdə tutulmayan və əlavə maddi xərc yaradılmışdır. Akt tərtib edilərkən vətəndaş X5ma məxsus fərdi yaşayış evinin heç bir Şəhərsalma və tikintiyə dair norma və qaydalara riayət edilmədən və ara məsafəsi gözlənilmədən qonşunun mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd divar üzərində tikilməsi nəzərə alınmamışdır. Bununla yanaşı digər cavabdeh inzibati orqanların müəyyən vəzifəli şəxsləri müəyyən vaxtlarda (2023- cü ilin iyul ayı ərzində mütəmadi olaraq) iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti norma və qaydalarına riayət olunaraq aparılan tikinti işlərinə dəfələrlə qanunsuz müdaxilələr etmiş, hətta tikinti işlərini icra edən şəxslərə o cümlədən iddiaçıya qarşı fiziki zor tətbiq etməklə vəya zor tətbiq etmək hədəsi ilə tikinti işlərini qanunsuz olaraq dayandırmışlar. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunsuz olaraq və qəsdən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakına ziyan vurmuşdur ki, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cu müddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunul mazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin, Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq “Yerli icra hakimiyyətləri haqqında’’ Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyala keçirilməsi ilə bağlı ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını, özbaşına tikinti işlərinin qarşısının alınmamasını tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini, tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Cavabdeh4 məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Qanunvericiliyinin tələblərindən göründüyü kimi, heç bir kəs mülkiyyətindən mərhum edilə bilməz və hətta qanunsuz tikilmiş bina və qurğular da yalnız məhkəmə qərarı əsasında sökülə, tikintisi dayandırıla bilər. İcra hakimiyyətinin vəzifəli şəxsləri isə tikinti işlərinin dayandırılması məqsədi ilə məhkəməyə müraciət etmədən və qeyd olunan qanun normalarını kobud surətdə pozmaqla öz vəzifə səlahiyyətlərini aşmışlar ki, bununla da iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət vəya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuraıı tərəfindən tam həcmdə ödənilməlidir. İddia tələbinin hüquqi əsası kimi həmin normaların tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırda işlərin inzibati orqanlar tərəfindən dayandırılması bizə əlavə maliyyən itkisinə gətirib çıxardır. Belə ki, tikinti işlərinin icrasını həyata keçirən usta və fəhlə kollektivinə boşdayanmaya görə əmək haqqı ödənilir. Podratçı təşkilatlar qarşısında iddiaçının ööhdəlikləri vaxtında və lazımınca icra edə bilmədiyindən əlavə maliyyə itkiləri meydana çıxır. Yuxarıda qeyd olunan Məcəllənin İ 1 15-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Eyni zamanda, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bununla yanaşı, hesab edilmişdir ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həmçinin mənəvi ziyan dəyimişdir ona görə ki, o mənəvi sarsıntı və iztirab keçirmişdir. Belə ki, cavabdeh tərəfindən yol verdiyi qanunsuz hərəkətləri nəticəsində fərdi yaşayış evinin tikintisi və başa çatdırılması ləngiyir və əlavə vaxt tələb edildiyi üçün iddiaçı çox məyus olmuş və belə çıxılmaz hala düşməsi iddiaçı tərəfindən ağır mənəvi sarsıntı və iztirab keçirilməsinə və onun səhhətinin pisləşməsinə səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli '‘Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, '‘İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı işdə cavabdeh inzibati orqanların səlahiyyəti olmadığı halda qanunsuz şəkildə iddiaçının mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikinti işlərinin dayandırılması və düşdüyü məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara, o cümlədən məhkəməyə müraciət etmək məcburiyyətində qalması, vurulmuş zərərin uzun müddət ərzində aradan qaldırılmaması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Qeyd olunanlardan aydın olur ki, cavabdeh inzibati orqan nəinki iddiaçının xüsusi müllkiyyətində olan daşınınz əmlakına ziyan vurmuş, eyni zamanda sonuncunun konstitusion hüququ olan mülkiyyət hüququnun həyata keçirilməsini qanunsuz olaraq məhdudlaşdırmışdır ki, bu isə nəticə etibarı ilə iddiaçıya vurulmuş ziyanın daha da artmasınna səbəb olur. Bir daha qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü və 29-cu maddələrinə əsasən, hər kəsin mülkiyyət hüququ var, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, iddiaçının həm Azərbaycan Respublikası Konstitusiyası və qanunvericilikləri ilə, həm İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi nəzərdə tutulmuş hüquqları pozulmuşdur. X7-Adam İİ Almaniyaya qarşı işində İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etdi ki, Konvensiya orqanlarının bərqərar olmuş presedent hüququna əsasən, “mülkiyyət” şikayətçinin mülkiyyət hüququndan effektiv istifadənin əldə oluna biləcəyinə dair onda olan ən azı '‘hüquqi gözləntiləf’in mübahisələndirilə biləcəyi iddialar da daxil olmaqla, “mövcud olan əmlak və ya mülklər” ola bilər. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi işin faktiki hallarına və mövcud qanunvericiliyinin tələblərinə uyğun olduğundan təmin edilməlidir.
4. Üçüncü şəxs X3 tərəfindən etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı oglunun cavabdehlər və ücüncü şəxs olaraq ona qarşı qaldırdığı iddiası əsassızdır. Belə ki, 2010cu il tarixdə, Səbail rayon Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 290E saylı evin xüsusi mülkiyyətindədir. 2010-cu ildə mülkiyyətində olan torpağı alarkən artıq torpağı dörd tərəfdən tikilmiş qonşu hasarlarla əhatə olunmuşdu və sonradan içərisində yarımçıq qalan tikinti işlərini yeni layihə əsasında tamamlayaraq orada yaşamağa başlamışdır. Evi daşınmaz əmlakın dövlət reystrində ********** nömrə ilə qeydiyyata alaraq 04/7407 inventar nömrəli Texniki Pasportda verilmişdir. xx.xx.2023-cü ildə İddiaçı oglu onun evi ilə qonşu hasarla ayrılmış, dörd tərəfdən hasarla əhatə olunmuş 1470 kv.metr torpaq sahəsinin yalnız 600 kv.metr hissəsini alaraq mülkiyyətinə keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən də görünür ki, İddiaçı ogluna yalnız ona məxsus 600 kv.metr torpaq sahəsində Səbail İcra hakimiyyətinin razılığı əsasında tikinti qanunlarına riayət olunması şərti ilə tikinti işlərinın aparılmasına icazə verilmişdir. Amma İddiaçı oglu tikintini ona məxsus 600 kv.metr torpaq sahəsində deyil ona məxsus olmayan sahəni də özününküləşdirərək qanunsuz tikinti işləri aparmışdır. Bu səbəbdəndə İddiaçı apardığı tikintiyə iddiaçının və cavabdehlərin qanunsuz maneələr yaratmağıyla bağlı iddiaları da sənədlər əsasında əsassızdır və məhkəməni çaşdırmaq xarakteri daşıyır. Daşınmaz Əmlakın Dövlət Reystrinin verdiyi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı mülkiyyətində 600 kv. metr torpaq sahəsi vardır. Cavabdeh2 tərəfindən C-19-151 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə razılaşdırılmış memarlıq planlaşdırma işlərinin tikintisində İddiaçı ogluna məxsus 600 kv. metr torpaqda aparılmalıdır. Lakin İddiaçı tikinti qanunlarını pozaraq tikintini özünə aid torpaq sahəsində deyil, daha geniş sahədə aparır. Belə ki, sözügedən torpaq sahəsi 290 G saylı fərdi evlə 42 metr, digər tərəfdən isə 290E və 290F saylı fərdi qonşu evləri ilə 34 metr uzunluqda perpendikulyar hasarlarla əhatə olunmuşdur ki, bu da həmin torpaq sahəsinin 42x34=1470 kv.metr olmasını göstərir. Yəni İddiaçı tikinti aparılan 1470 kv.metr torpaq sahəsinin yalnız 600 kv.metrinin mülkiyyətçisidir. Amma tikintinin 1470 kv.metr sahədə aparır. İddiaçı özünə aid olmayan torpaq sahələrini də qanunsuz özününküləşdirərək qonşu hasarlarla ara məsafə qoymadan (hasara bitişik illərlə əvvəl tikilmiş fərdi yaşayış evlərini, orada yaşayan çoxsaylı insanların həyati təhlükəsini nəzərə almadan), qonşu evlərin bünövrəsinin dibi ilə 5-6 metr dərinlikdə bünövrə xəndəkləri qazdırarkən qazılmamışdan əvvəl gücləndirmə tədbiri olaraq istinad divarlarının qurulmaması ətrafdakı qonşu evlərində, eləcə də onun evində çatlar yaratmışdır. Bu səbəbdən iddiaçı evində yaşamır. Yaşayış evlərinə bitişik divarların dibi ilə bütün sahə boyu 5-6 metr dərinlikdə xəndəklər qazılarkən ağır tikinti texnikasından istifadə edildiyindən ərazi qayalıq torpaq sahəsi olduğundan həftələrlə evləri və onun divarlarında güclü titrəmələr, tərpənmələrə olmuşdur ki, nəticədə evlərdə yaranan çatlar dərinləşmışdır. Bununla bağlı dəfələrlə polis bölməsinə, 112 xidmətinə iddiaçı və qonşuları müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti məcəlləsinin 69.5.2, 72, 76, 80.3 maddələrinin iddiaçı tərəfindən pozulduğundan FHN TTNDA-inin 0569 nömrəli 25 iyul 2023-cü il tarixli qərarı ilə, sonradan isə Səbail rayon məhkəməsinin 16(009)-158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təminat tədbiri olaraq tikinti bütün ərazidə tam şəkildə dayandırılmışdır. Bu səbəbdən iddiaçının məhkəmədən xahiş etdiyi iddia ərizəsində minik və yük avtomobillərinin həmin torpaq sahəsinə giriş-çıxışı məhkəmə qərardadı ilə təminat tədbiri aradan qaldırıldıqdan sonra təmin edilə bilər. Bu iddia ərizəsinə aidiyyatı olan bir məsələ ilə bağlı məhkəməyə bildirir ki, Səbail rayon məhkəməsinin 2(009)-1663/2023 saylı icraatında olan işdən götürülən materiallardan elə anlaşılır ki, həmin tikintinin 600 kv.metri Daşınmaz Əmlakin Dövlət Reystr Xidmətinin xx.xx.2023 tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışına əsasən digər bir şəxsə, X10 ogluna aiddir. Amma həmin məhkəmə işinə əlavə olunmuş digər sənədə əsasən X9 oglu ilə Cavabdeh2 razılaşdırılmış məktubundakı memarlıqplanlaşdırma işləri Talıbov Cəlilin adına Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Xidmətinin ********** qydiyyat nömrəli xx.xx.2023-cü il tarixli başqa bir çıxarışına əsaslanmışdır, yəni X4 adına olan müxtəlif qeydiyyat nömrəli çıxarışlardan istifadə edərək dövlət orqanlarını aldadaraq qanunsuz işlər görmüşdür. Bu səbəbdən də, iddiaçının və qonşuların evlərinə ziyanın vurulması ilə aparılan və həmin evlərdə yaşayan insanların həyati təhlükəsi ilə nəticələnən təhlükəli tikinti İddiaçı iddia etdiyi kimi yalnız ona aid deyildir. Əgər iddia ərizəsində iddia etdiyi kimi tikintinin aparılması tam ona məxsusdursa, deməli, İddiaçı oglu tikintini ona aid olmayan daha geniş bir sahədə apararaq qanunu pozmuşdur. Təhlükəli tikinti işləri tikinti qanunlarının pozulması ilə aparıldığından FHN TTNDA doğru olaraq 0569 nömrəli qərarı ilə tikintini dayandırmış, sonradan isə Səbail rayon məhkəməsi 16(009)-158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təminat tədbiri olaraq tikinti bütün sahədə tam şəkildə dayandırmışdır. Ona görə İddiaçı iddia ərizəsində məhkəmədən etdiyi xahişi Səbail rayon məhkəməsinin 16(009)-158/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına ziddir. AR MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
5. Cavabdeh2ndən iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmazaa Əmlakın Dövlət Reyetsrindən xx.xx.2023-cü il tarixli, ********** qyqediyyat nömrəli Çıxarışına əsasən ünvan 5 ünvanında iddiaçının mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (Lisenziya № EL- 385/2019, xx.xx.2019-cu il) baxıb onu razılaşdırmışdırlar. Bildirilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasəən barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evinin razılaşdırılmış layihəsinə uyğun tikintisinə nəzarət Azərbaycan Respublikası Cavabdeh4 həyata keçirir. Eyni zamanda iddiaçının nəzərinə çatdırılmışdır ki, Məcəllənin 102.6-cı maddəsinə əsasən fərdi ayaşyış evinin tikintisi bşa çatdıqdan sonra bu barədə 10 iş günü müddətində Rayon İcra Hakimiyyətinə məlumat verilməlidir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.4-cü maddəsinə əsasən tikinti işləri başlandıqda tikintiyə icazə və tikinti ilə bağlı sənədlər tikinti ərazisində qapalı yerdə saxlanılmalıdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1-ci döngə, 565 (yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən yaşayış məntəqələri torpaqları İddiaçı adına qeydiyyata alınmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehlərin nümayəndələri iştirak etməmişdir. I. İddianın mümkünlüyü
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
10. Prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.
11. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
12. İPM-dən: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
13. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbləri aydın deyil, tələb(lər) qeyri-müəyyəndir və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehlərin müştərək hüquqi marağa malik olduqları və ya hüquq və vəzifələrin eyni faktiki və hüquqi əsaslara söykəndiyi müəyyən edilmir.
14. Məhkəmə qeyd edir ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
15. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım haqqında məktub ünvanlanmış və qeyd edilmişdir ki, mülkiyyət hüququna maneənin nədə ifadə olunduğunu konkret göstərməklə hər bir cavabdehə münasibətdə iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş lakin iddia həmin tələblərə uyğunlaşdırılmamışdır.
16. Digər tərəfdən məhkəmə hesab edir ki, mübahisə mahiyyət etibarilə iddiaçı ilə üçüncü şəxs arasında olmaqla mülki xarakterlidir.
17. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva