Məhkəmə qərarları › İş №2-1(112)-1914/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1914/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1914/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, ona «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N969-cu il tarixdə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, xx.xx.N987-ci ildə keçmiş Masis RHK tərəfindən Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.N989-cu ildə Sovet Ordusu sıralarından təxris olunmuşdur. xx.xx.N992-ci ildə Bakı şəhəri Sabunçu rayonu hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Azərbaycan Ordusu sıralarına xidmətə göndərilmiş, xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Laçın rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında bir müddət işləmiş və orada iş fəaliyyətinə xitam verildikdən sonra iddiaçı hərbi bileti DİN-nin əməkdaşları tərəfindən naməlum şəraətdə itirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayonu Şöbəsi tərəfindən iddiaçıya hərbi biletin təkrarı (dublikatı) verilmişdir. Veteran vəsiqəsi almaqla əlaqədar Cavabdeh aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət olunmuş və ona bildirilmişdir ki, N saylı hərbi hissədə xidmət etməyi ilə əlaqədar veteran vəsiqəsi almaq üçün müraciətinə müsbət rəy verilməyəcək. Cavabdeh arxivində iddiaçı barəsində sənədin olub olmaması iddiaçının günahi deyil, fakt iddiaçının etdiyi əməldir və onu da sübut edən əsas hüquqi sənədlər, möhürlərlə təsdiqlənən hərbi biletin, hərbi kommisarlığın arayışı, döyüş vaxtı erməni postundan silah sursat əldə etməyi ilə əlaqədar N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 84 saylı əmri, döyüş fotoşəkilləri vardır və iddiaçının əməlini təsdiqləyən və hazırda veteran vəsiqəsini daşıyan, əvvəldən sona qədər iddiaçıyı döyüşdə, hərbi hissədə olan əsgər yoldaşları, H/H komandirinin, qərargah rəisinin iddiaçı ilə əlaqədar bütün faktları şahid olaraq sübuta yetirməyə hazırdılar. Cavabdeh N saylı hərbi hissəsində qulluq etməyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon Şöbəsinin iddiaçıya xx.xx.20N9-cu il tarixdə təqdim etdiyi və səhifələrində müvafiq qeydiyyatlar aparılaraq möhürlə təsdiqlənmiş SX-05N6570 saylı Hərbi bilet, X2 iddiaçıya təqdim etdiyi xx.xx.20N8-ci il tarixli, 9/2-N2473 saylı arxiv arayışı veteranlıq vəsiqəsinin alınmasından ötrü iddiaçı barəsində müsbət rəy verilməsi üçün yetərlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh nümayəndəsi N.Əsədov yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı İsrafl oğlunun adına tərtib edilmiş xx.xx.20N8-ci il tarixli, 9/2-N2473 nömrəli Arxiv Arayışında N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeyd kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Buna görə də, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiaçıya «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx N969-cu il tarixdə Masis rayonunda anadan olmuşdur. İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Ermənistan Masis hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, xx xxxxxx N989-cu il tarixdə hərbi xidmətə daxil olmuş və xx xxxxxxxx N989-cu il tarixdə həmin hərbi hissədən tərxis olunmuşdur. xx xxxxxx N987-ci il tarixdən xx.xx.N987-ci il tarixədək N №-li hərbi hissədə VSO-fəhlə; N2.N9xx-xx.N989 N №-li hərbi hissədə VSO-fəhlə və xx xxxxxx N992-ci il tarixdən xx xxxxxx N983-cü il tarixədək N №-li hərbi hissədə VSO tağ komandiri olaraq həqiqi hərbi xidmətdən keçmişdir. Hərbi biletin 7-ci səhifəsinin N4-cü qrafasında qeyd olunmuşdur ki, o, xx.xx.N992-xx.xx.N993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. - Cavabdeh Mərkəzi Arxivin xx xxxxxx 20N8-ci il tarixli 9/2-N2473 saylı Arxiv Arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli N9 №-li İddiaçı V taburun şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınmışdır. Erməni postundan silah-sursat əldə etdiyinə görə İddiaçı, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 84 №-li əmrilə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N993-cü il tarixli müvafiq əmrinə müvafiq olaraq mükafatlandırılmışdır. Ailə vəziyyət ilə əlaqədar olaraq sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N8N №-li əmrilə xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək qısa müddətli məzuniyyətə buraxılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyindən əlavə araşdırma aparmaq mümkün olmamışdır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 20N9-cu il tarixli, 2(0N)-3458/20N9 saylı qətnaməsindən görünür ki, İddiaçı xx xxxxxx N992-ci il tarixdən xx xxxxxx N993-cü il tarixədək hərbi əməliyyatlar zamanı Cavabdeh N saylı hərbi hissəsində könüllü həqiqi hərbi xidmətdə iştirak etməsinə dair hüquqi faktın müəyyən edilməsi qət edilmişdir. Həmçinin, həmin qətnamədə qeyd olunmuşdur ki, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş arayışında İddiaçı N992-ci ilin N noyabrından N993-cü ilin 5 avqustuna qədər N saylı hərbi hissədə Laçın rayonu ərazisində gedən döyüşlərdə komandir vzvod vəzifəsindən iştirak etdiyi qeyd olunmuşdur -Cavabdeh Şəxsi Heyyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanladığı xx xxxxxxxx 20N8ci il tarixli, N/M-N3248 saylı məktubunda qeyd edilir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.20N9-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə iddiaçıya müharibə veteranı adının və vəqisəsinin verilməsi məqsədəuyğun deyildir. - N №-li hərbi hissənin Vİ taborunun komandiri tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı N992-ci ilin N noyabrından N993-cü ilin 5 avqustuna qədər N saylı hərbi hissədə Laçın rayonu ərazisində gedən döyüşlərdə komandir vzvod vəzifəsində iştirak etmişdir. - N №-li hərbi hissənin Vİ taborunun komandiri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı xidmət etdiyi dövrdə özünü çox intizamlı apardığı və tağının komandiri vəzifəsinə layiq görüldüyü; İddiaçı döyüş şəraitinə görə əsgərlərə nümunə olduğu və bütün komandirlərin hörmətini qazandığı, o cümlədən, kəndlərin erməni işğalçılarından azad edilməsi uğrunda aparılan əməliyyatlarda fəal iştirak etdiyi və həmin əməliyyatlarda yoldaşları ilə birlikdə çoxlu miqdarda döyüş sursattarı ələ keçirdiyi, həmçinin bir erməni əsri tutub gətirdiyi göstərilmişdir. Hal-hazırda (o dövr üçün) İddiaçı Laçın ərazisində gedən döyüşlərdə iştirak etdiyi qeyd olunmuşdur. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən xx xxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokuroluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və XN tərəfindən göndərilmiş xx xxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı cinayət təqibi və məhkuluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən göndərilmiş xx xxxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki,ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla hərbi əməliyyatlar zamanı döyüş bölgəsində hərbi xidmətdə olma faktının müəyyən edilməsinə dair ərizəsi Sabunçu rayon Məhkəməsinin 2(0N-3458 №-li, xx.xx.20N9-cu il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verilməmiş, qətnamə xx.xx.20N9-cu il tarixdə qanuni qüvvəsini aldığı göstərilmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən göndərilmiş xx xxxx 2020-ci il tarixli, 5N №-li məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N992-xx.xx.N993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə, iddiaçı N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirərək, cavabdeh inzibati orqan tərəfindən ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi Sabunçu rayon Məhkəməsinin xx.xx.20N9-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəliyin qoyulmamasıdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 57-ci və “Vətəndaşların müraciətlərinə baxılması haqqında”Azərbaycan Respublikası Qanunun N-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Həmin Qanunun 7-ci maddəsində göstərilir ki, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli N36 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirli inzibati orqan hesab edilmişdir. Hazırda yaranmış mübahisə cavabdeh orqanın cinayət təqibi üzrə cinayət-prosessual və ya inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olmadığından mübahisə predmeti ilə bağlı cavabdeh orqan tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə diqqət yetirilməsi zəruridir. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 20.N-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə, əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 2N.N-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, izibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun N3.N-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun N3.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in N4.3-cü, 33-cü və 73-cü maddələri tətbiq oluna bilər. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilik inzibati icraat üçün ümumi müddət müəyyən etmiş və bu müddətin axımı müraciətin qeydiyyata alındığı gün başlayır və müraciət üzrə qərar (qərar dedikdə həm müraciət üzrə qərarın qəbul edilməsi, həm də qərar qəbul etməkdən imtina haqqında qərar başa düşülür) qəbul edildiyi gün başa düşülür. Qərar qəbul edərkən və ya müraciətə imtina edərkən, işin hallarını öz xidməti vəzifəsindən irəli gələrək araşdırılması inzibati orqanın borcudur. Obyektiv araşdırmanın prinsipi öz məzmununu onda ifadə edir ki, qərarın qəbul edilməsi və müraciətə imtina olunması üçün lazım olan araşdırmanın aparılması və faktların müəyyən edilməsi inzibati orqanın vəzifəsidir və inzibati orqan bunun üçün məsuliyyət daşıyır. İşin halları barədə faktlar və digər sübutlar o həcmdə araşdırılmalıdır ki, qərarın qəbul edilməsi üçün inzibati orqan kifayət qədər yetərli əsaslara malik olsun. Əks halda aparılmış araşdırma qüsurla həyata keçirilmiş sayılır və onun nəticələri qanuni hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə Cavabdehnə müraciət etmiş, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.20N9-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə, iddiaçıya veteran vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərkən, ona yeni veteran vəsiqəsinin verilməsini tələb edir. Lakin, cavabdeh qismində çıxış edən Cavabdeh vətəndaşın müraciətinə baxarkən, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin normalarının tələblərini nəzərə almamış və iddiaçıya veteran vəsiqəsinin verilməli olub-olmamasını araşdırmamışdır. Məhkəmə icraatı zamanı təqdim olunmuş etiraz ərizəsindən görünür ki, cavabdeh həmçinin, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeyd kitablarında İddiaçı İsrail oğlunun xidməti barədə məlumatın aşkar olunmadığına istinad etmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində –Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüşəməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş «Qeyd»ə əsasən, bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur». Göstərilənlərlə əlaqədar Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Ermənistan Masis hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, xx xxxxxx N989-cu il tarixdə hərbi xidmətə daxil olmuş və xx xxxxxxxx N989-cu il tarixdə həmin hərbi hissədən tərxis olunmuş; xx xxxxxx N987-ci il tarixdən xx.xx.N987-ci il tarixədək N №-li hərbi hissədə VSO-fəhlə; N2.N9xx-xx.N989 N №-li hərbi hissədə VSO-fəhlə və xx xxxxxx N992-ci il tarixdən xx xxxxxx N983-cü il tarixədək N №-li hərbi hissədə VSO tağ komandiri olaraq həqiqi hərbi xidmətdən keçmişdir. İddiaçıya məxsus hərbi biletin 7-ci səhifəsinin N4-cü qrafasında qeyd olunmuşdur ki, o, xx.xx.N992-xx.xx.N993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Həmin qeyd Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin möhürü ilə təsdiq edilmişdir. Hərbi bilet və hərbi kartoçkadan savayi, İddiaçı N №-li hərbi hissədə xidmət etməsi ilə əlaqədar, həmçinin Sabunçu rayon Məhkəməsi tərəfindən qəbul olmuş və xx.xx.20N9-cu il tarixdə qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Hətta, məhkəmə icraatı zamanı təqdim olunmuş arayış və N №-li hərbi hissənin Vİ taborunun komandiri tərəfindən verilmiş xasiyyətnamə belə, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında nümunəvi tağım komandiri olduğunu və N №-li hərbi hissədə xidmət etdiyini sübut edir. Beləliklə, İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən təxris olunması ilə bağlı əmrlər cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdehin imtinasında duran hallar üzrə məhkəmə tərəfindən müvafiq araşdırılma aparılmış, araşdırma nəticəsində təqdim olunmuş hərbi bilet, məhkəmə qətnaməsi, hərbi kartoçka, arayış və xasiyyətnamə əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmışdır. Həmin qeydlərin əsassız olması, qeyd olunanların əksi cavabdeh tərəfindən sübut edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, hərbi xidmət keçməsi, hərbi biletində olan qeydlə, məhkəmə araşdırması zamanı sorğulara verilmiş cavablarla, həmçinin Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğundan, iddia tələbi təmin edilməli və iddiaçıya «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85.N-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar