Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1916/2020 08.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı 3-cü şəxs X12 cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı X5 ünvan 1 ünvanından daimi pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə inzibati iş üzrə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2016-cı il tarixində X12 onun oğlu X8 ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların faktiki nikahı çox az vaxt çəkmişdir. Lakin, həmin müddətdə X12 onun mülkiyyətində olan bu evə pasport qeydiyyatına düşmüşdür. Artıq 3 ildən çoxdur ki, Cəfərova Ayşən ilə onun oğlu Mirtarix arasında faktiki nikah münasibəltərinə xitam verilmişdir. Ayşən də 3 ildən çoxdur ki, Azərbaycan Respublikasından köçərək Rusiya Federasiyasında yaşayır. Amma onun, iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması ona maneçilik törədir. Buna görə də, o, Ayşənin onun mənzilindən daimi pasport qeydiyyatından çıxarılması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ərizəsi əsassız olaraq təmin edilməmişdir. Bir halda ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə görə şəxs yaşayış yerini 10 gündən çox müddətə tərk etdikdə, yeni yaşayış yeri üzrə daimi pasport qeydiyyatına alınmalıdır. Amma əfsuslar olsun ki, cavabdeh orqan Qanunun bu normasına əməl etməmiş və Ayşənin bu ünvanda 3 ildən artıq yaşamadığını bildiyi halada onu bu ünvandan daimi pasport qeydiyyatından çıxarmamışdır. Ona görə də, hesab edir ki, cavabdeh orqanın bu imtinası əsassız və qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə işdə olan sənədlərə əsasən işə şifahi məhkəmə baxışı keçirilmədən baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə İPM-nin bu müddəasının tələblərini və “Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 63, mənzil 11 xüsusi mülkiyyət hüququ ilə İddiaçı Ağaəli qızının adına xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2711/2019 saylı, xx.xx.2019cu il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdeh X6 qarşı nikahın pozulmasına dair iddia iddia tələbi təmin edilmiş, X13 ilə X12 arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 16 aprel 2016-cı il tarixdə bağlanmış və 135 №-si ilə qeyd edilmiş nikah pozulmuşdur. İşdə olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 348522 nömrəli, 17 mart 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X12 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə, 88 nömrə ilə qeyd edilmişdir. İşdə olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.1986-cı il təvəllüdlü X16, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.1979-cu il təvəllüdlü X9, xx.xx.1990-cı il təvəllüdlü X12, xx.xx.1981-ci il təvəllüdlü X8, xx.xx.1982-ci il təvəllüdlü X15 pasport qeydiyyatındadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019cu il tarixli, 087-27736C-3219 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, X7 göstərilən ünvandan qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyyə edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin yuxarıda sadalanan hallarından göründüyü kimi, ünvan 1 mülkiyyət hüququ ilə X6 məxsusdur. xx.xx.2016-cı il tarixdə oğlu X8 ilə rəsmi nikaha daxil olmuş X12 həmin ünvana qeydiyyata düşmüşdür. Lakin, onlar arasında olan rəsmi nikah xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən pozulmasına və X12 artıq həmin ünvanda yaşamamasına baxmayaraq, onun qeydiyyatı formal olaraq həmin ünvanda qalmışdır. Hazırda 3-cü şəxsin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Buna görə də, iddiaçı 3-cü şəxsX5mübahisəli ünvandan pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1916/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1916/2020
08.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver