Məhkəmə qərarları › İş №2-1(112)-1916/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1916/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1916/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (baş mütəxəssis, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 25 il sığorta stajını, bu stajın 12 il 6 ayını zərərli və ağır işlərdə işləməsini nəzərə alaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da əmək fəaliyyətinə davam edir. xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətə; xx.xx.1979xx.xx.1980-ci illərdə "Xəzərdənizneftqaz" idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda birinci dərəcəli fəhlə, təmirçi-çilingər; xx.xx.1981-xx.xx.1985-ci illərdə Rusiyada Cənub-Şərqi dəmir yolunun Şərqi-Rtişevo lokomotiv deposunda elektrovozun maşinist köməkçisi; xx.xx.1985-xx.xx.1992-ci illərdə Janatas Evtikmə kombinatında metal sexində metal konstruksiya üzrə montajçı; xx.xx.1995-1999-cu illərdə “Şelflayihətikinti” Layihə-sənaye-Tikinti Birliyində, Bakı Dərin Özüllər zavodunda boru quraşdırıcı çilingər; xx.xx.2000-xx.xx.2002-ci illərdə 2 saylı Tikinti Quraşdırma idarəsində quraşdırıcı; xx.xx.2002-xx.xx.2004-cü illərdə "Mak Dermott kaspian konstraksn İNK-də quraşdırıcı; xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də quraşdırıcı; xx.xx.2007-xx.xx.2008-ci illər arasında "xxxx" MMC-də borunun montajçısı; xx.xx.2008-xx.xx.2009-cu illər arasında "xxxx" ASC -də quraşdırıcı; xx.xx.2010-xx.xx.2011-ci illər arasında "xxxx" ASC-də metal konstruksiyaların təmiri üzrə çilingər; xx.xx.2011-xx.xx.2012-ci illərdə Heydər Əlivev adına Bakı dərin özüllər zavodunda metal konstruksiyalar üzrə yığıcı çilingər; xx.xx.2012-halhazıradək BOS Şelf MMC-də X1 üzrə Quraşdırıcı vəzifəsində çalışır. İşin hallarından bəlli olur ki, ümumi əmək stajı 60 yaşınadək hərbi xidmətdə daxil olmaqla 30 ildən çoxdur. Əmək stajı var ki, bununda 20 ilini zərərli peşədə çalışmışdır. İşlədiyi iş yerləri üzrə peşəsi zərərli sahə hesab olunur. Bununla əlaqədar olaraq dəfələrlə DSMF-nun müvafiq qurumuna yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar müraciət etsə də müraciətindən əsassız olaraq imtina olunub. Güzəştli şərtlərlə 60 yaşdan pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi fililına müraciət etmişdir. Cavabdeh orqan 15 aprel 2021-ci il tarixli **********0 saylı məktubla pensiyanın təyin olunmasından imtina edilmişdir. Cavabdehin imtina məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında -işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi filiala təqdim etdiyiniz 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Hesab edir ki, cavadehin imtinası tamamamilə qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı 11 02.2021-ci il və xx.xx.2021-ci il tarixlərində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filıaia müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1995-xx.xx.1999-cu illərdə “Şelflayihətikinti” Layihə-sənaye-Tikinti Birliyində, Bakı Dərin Özüllər zavodunda boru quraşdırıcı çilingər; xx.xx.2000-xx.xx.2002-ci illərdə 2 saylı Tikinti Quraşdırma idarəsində quraşdırıcı; xx.xx.2002-xx.xx.2004-cü illərdə "Mak Dermott kaspian konstrakşn İnk quraşdırıcı; xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də quraşdırıcı; xx.xx.2007xx.xx.2008-ci illər arasında "xxxx" MMC-də borunun montajçısı; xx.xx.2008-xx.xx.2009-cu illər arasında "xxxx" ASC-də quraşdırıcı; xx.xx.2010-xx.xx.2011-ci illər arasında "xxxx" ASC-də metal konstruksiyaların təmiri üzrə çilingər; xx.xx.2011-xx.xx.2012-ci illərdə Heydər Əlivev adına Bakı dərin özüllər zavodunda metal konstruksiyalar üzrə yığıcı çilingər; xx.xx.2012-hal-hazıradək BOS Şelf MMC-də X1 üzrə quraşdırıcı vəzifəsində çalışır. İşdə olan iddiaçıya məxsus AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun xx.xx.2017-ci il tarixli 269 nömrəli Güzəştli Arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləyib. xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli gəmi təmirçi çilingəri keçirilmiş, xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İşdə olan Jambıl vilayəti akimatının Mədəniyyət, arxiv və sənədləşmə idarəsi “Sarısus rayon dövlət arxivi” Kommunal dövlət müəssisəsinin xx.xx.2019-cu il tarixli 2- 04/960 nömrəli Arxiv Arayışından görünür ki, Janatas Evtikmə kombinatının arxiv sənədlərinin arasında T-2 formalı şəxsi kartlarda 1992-ci il ərzində İddiaçı adı keçmişdir: xx.xx.1985-ci ildən metal sexinə metal konstruksiya üzrə montajçı qəbul edilib. xx.xx.1985ci il tarixli 520 saylı əmr. xx.xx.1986-cı ildən həmin yerdə metal konstruksiya üzrə 6-cı dərəcəli montajçı təyin edilib. xx.xx.1986-cı il tarixli 185 saylı əmr. xx.xx.1992-ci ildən QR ƏQM 32 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.1992-ci il tarixli 610 saylı əmr. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixədək 12 il 06 ay güzəştli olmaqla 25 ildən artıq ümumi stajının olduğunu əsas gətirərək, ona xx.xx.2019cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********0 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələblər baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, arxiv arayışlarında göstərilən iş stajı, həmçinin hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə iddiaçının tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; … 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respub-likasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən; ... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İşdə olan BOS ŞELF MMC-nin xx.xx.2019-cu il tarixli HR-2019/BOS/GHA/R-00/32 nömrəli Güzəştli Arayışından görünür ki, İddiaçı BOS Şelf MMC-də xx/xx/2012-ci il tarixindən xx/xx/2017-ci il tarixinədək X1 üzrə Quraşdırıcı peşəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2017-ci il tarixində xitam verilib (xx/xx/2017 tarixli 862/17ir saylı Əmr). İddiaçı yenidən BOS Şelf MMC-də Əmək müqaviləsinə əsasən xx/xx/2017-ci il tarixindən bu günədək X1 üzrə Quraşdıncı peşəsində işləyir. BOS Şelf MMC xx/xx/2001-ci il tarixindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 7 il 7 gün təşkil edir. İşdə olan SOCAR Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2018-ci il tarixli SOCAR**********80020123X00013 nömrəli Güzəştli Arayışından görünür ki, İddiaçı H.Əliyev adına Bakı dərin özüllər zavodunun Metal konstruksiyaların istehsalı sexində xx.xx.2011-ci il tarixindən (xx.xx.2011 -ci il tarixli 576/k saylı əmr) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 843/k saylı əmr.) metal konstruksiyalar uzrə yğıcı çilingər peşəsində işləmişdir. İş stajı -1 il 2 ay 22 gün. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi metal konstruksiyalar üzrə yığıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29cu bölməsinin “a" bəndində göstərilən “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə qııraşdırıcı” peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı -1 il 2 ay 22 gün təşkil edir. İddiaçı yerinə yetirdiyi metal konstruksiyalar üzrə yığıcı çilingər peşəsi SOCAR- ın iş yerlərinin attestasiyasını aparan müəsisəsi tərəfindən zərərli iş kimi qıymətləndirdiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında xx.xx.2002-ci il tarixli 137 №-li qərarına əsasən, tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənilmişdir. İşdə olan “X5”ASC-nin xx.xx.2017-ci il tarixli 565 nömrəli Arayış-Tsdiqindən görünür ki, İddiaçı depo rəisinin 24.08.198 1 il tarixli 1467 saylı əmri- xx.xx.1981-ci il tarixdən depo rəisinin xx.xx.1985 il tarixli 2303 saylı əmri- xx.xx.1985-ci il tarixədək müddət ərzində Cənub-Şərqi dəmir yolunun Şərqi -Rtişevo lokomotiv deposunda tam iş günü və tam iş həftəsi müddətində elektrovozun maşinist köməkçisi qismində işləmişdir. Bu işlər dəmir yolu nəqliyyatında hərəkətin təşkilini bilavasitə həyata keçirən və hərəkətin təhlükəsizliyini təmin edən və "Sığorta pensiyaları haqqında" xx.xx.2013 il tarixli 400 saylı Federal Qanunun 30 maddəsinin 1 bəndinin 5 yarımbəndinə uyğun olaraq pensiya təminatı hüququndan istifadə edən lokomotiv briqadalarının işçilərinin peşə siyahısı və RF Hökumətinin xx.xx.1992 il tarixli 272 -saylı Qərarı ilə təsdiq edilmiş lokomotiv briqadalarının işçilərinin və işçilərin ayrı kateqoriyalarının siyahısıyla nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” (kod 23001000—14241), “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” (kod 2290000a—14612), “XİV. Metal emalı” bölməsində “çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” (kod 2150300a—18451) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21. Nəqliyyat” bölməsində “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”; “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində iş “polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar” və “11. Metal emalı” bölməsində “çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşı xx.xx.2018-ci il tarixdə tamam olsa da, həmin vaxt tələb olunan güzəştli iş stajı olmadığından, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının məhz xx.xx.2019-cu il tarixdən təyin edilməsini tələb edir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixə iddiaçının qanunvericiliklə tələb olunan 25 ildə artıq ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar