Məhkəmə qərarları › İş №2-1(112)-1918/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1918/2023

13.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1918/2023 13.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin inzibati aktının əsassız hesab edilməsi və iddiaçının əlilliyi ilə bağlı müvafiq məlumatlarda dəyişiklik edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin inzibati aktının əsassız hesab edilməsi və iddiaçının əlilliyi ilə bağlı müvafiq məlumatlarda dəyişiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxx 1979-cu il tarixdə Laçın rayonunda doğulmuşdur. 1993 – 1996-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, 1996 – 2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsüdür, 2-ci qrup müharibə əlillidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991 – 2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Mayor rütbəsində zabit kimi xüsusi təyinatlı, kəşfiyyat bölmələrində və xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X3, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Bakı inzibati Məhkəməsinin 2-1(112)-3029/2021 saylı qərarı ilə ona (İddiaçı) “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilməsi təmin edilmişdir, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının 23 iyun 2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edilmişdir. Onun xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Eyni diaqnozla və səhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuşdur, bu xəstəlik diaqnozuna əsasən ona 2-ci qrup 9 iyul 2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanunamüvafiq hesab edir. Belə ki, ona mddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin 2-1(102)-1012/2022 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 saylı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı qərarları ilə 9 iyul 2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verilmiş və cavabdeh tərəfindən icra edilmişdir. Ona müddətsiz əlillik təyin edilənədək TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz və əmək zəmanəti qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən ona qarşı bir çox qanuna zidd hərəkətlərə yol verilmişdir, 12 oktyabr 2021-ci il tarixədək təyin olunmuş əlillikdə əmək zəmanəti qrafasında “Xüsusi yaradılmış şəraitdə işləyə bilər” kimi qeyd edilmiş, sonradan 30 iyun 2021-ci il tarixdə əlillik səbəbi dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmiş, daha sonra Ali Məhkəmənin 2-1(102)-1012/2022 saylı qərarını icra edərək 30 iyun 2022-ci il tarixdə 9 iyul 2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. İddiaçı cavabdehin qanuna zidd hərəkətləri barədə 28 iyun 2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 saylı qərarını nəzərə almaqla 9 iyul 2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əmək zəmanəti qrafasında yazılmış “Ruhiəsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər’’ sözlərinin TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayşında əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsinə göstəriş verilsin. Lakin 28 iyun 2022-ci il tarixli müraciətdən sonra cavabdeh əvvələr olduğu kimi yenə də ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir. Belə ki, 29 iyul 2022-ci il tarixdə elektron sistemə baxış keçirən zaman iddiaçıya məlum olmuşdur ki, müraciətinə əsasən ona köməkdarlıq etmək əvəzinə TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz qrafasında yazılmış “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik endefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ” sözlərinin diaqnoz qrafasında “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotk hallar” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin əlillik arayşında Əmək zəmanəti qrafasında “əmək qabiliyyətsiz” sözləri ilə əvəz etmişdir. Halhazırda iddiaçının müraciəti ondan ibarətdir ki, cavabdehin elektron altsistemə müdaxilə edərək gündə bir inzibati akt qəbul etməklə onun (iddiaçının) əlil, sosial və sosial inkişaf və dövlət hüquqlarının pozulmasına gətirib çıxarması barədə hətəkətlərini qanunsuz hesab edərək, sonradan ikinci dəfə 29 iyul 2022-ci il tarixli inzibati aktı əsassız hesab edilsin. Ali Məhkəmənin 2-1(102)-1012/2022 saylı qərarını ilk dəfə icra edərək 30 iyun 2022-ci il tarixli inzibati aktını əsas kimi hesab edərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotk hallar” sözlərinin Diaqnoz qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik endefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və Əmək zəmanəti qrafasındayazılmış “əmək qabiliyyətsiz” sözlərinin əlillik arayşında Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər ’’sözləri ilə əvəz edilməsidir. İddia ərizəsi, əlavə edilən sənədlər və məhkəmə qərarları tam şəkildə nəzərdən keçirilərsə, məlum olar ki, cavabdeh orqan uzun müddətdir ona qarşı çox qəddarcasına şəxsi qərəzçilik etməklə məşğuldurlar, bu şəxsi qərəzçilik nəticəsində cavabdeh onu bir ilədək sosial təminat hüququndan məhrum etmişlər, hüquq mühafizə orqanları, xüsusən məhkəmələr, hakimlər onun sosial hüquqlarını bərpa etmişdirlər. İddiaçı hesab edir ki, cavabdehin bu ədalətsizliyinə də Azərbaycan Respublikasının ədalətli məhkəmələri, hakimləri ədalətli qərarlar qəbul edəcəklər. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 7, 16, 24, 38, 57, 60, 61, 147, 149-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, məhkəmədən cavabdehin 29 iyul 2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının (inzibati aktının) əsassız hesab edilməsi, cavabdehin Ali Məhkəmənin 2-1(102)- 1012/2022 nömrəli qərarını ilk dəfə icra edərək 30 iyun 2022-ci il tarixli tibb müəssisəsisinin 0280003AAFMA göndərişinə əsassən tərtib etdiyi TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktını) əsas kimi hesab edərək TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotik hallar” sözlərinin Diaqnoz qrafasında «Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik endefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış "əmək qabiliyyətsiz” sözlərinin Əmək zəmanəti qrafasında "Yüngül işlərdə işləyə bilər ’’sözləri ilə əvəz edilməsi öhtəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ediməsi xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddiaya qarşı yazılı münasibətində (etirazında) bildirilir ki, vətəndaş İddiaçı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 22 oktyabr 2021-ci il tarixli 2-1(112)-8104/2021 saylı qərarı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən icra edilərək vətəndaş İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 9 iyul 2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamənin 2.4-cü bəndinin 2.4.1-ci ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı; 2.4.3-cü şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) və 2.4.4-cü emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35- 5O arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) yarımbəndlərinə istinad edilmiş və iddiaçıya qoyulmuş diaqnozlar ilə əlaqədar müddətsiz əlillik təyin edilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 2.6-cı bəndinə əsasən Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatına dair qərarı əmək zəmanəti qeyd edilməklə Əlillik altsisteminə daxil edilir. Göstərilənlərə əsasən bildirilir ki, 22 oktyabr 2021-ci il tarixli 2- 1(112)-8104/2021 nömrəli məhkəmə qərarı ilə müəyyən edilən diaqnozlar əsas götürülməklə iddiaçının əmək qabiliyyətsiz olması barədə qeyd altsistemə daxil edilmişdir. Bu səbəbdən hesab edilir ki, iddiaçının hazırkı tələbi əsassızdır, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar Agentlik tərəfindən hər hansı qanu npozuntusuna yol verilməmişdir. Belə olan halda iddiaçının “arayışın əsassız hesab edilməsi” barədə tələbi əsassız və icrası mümkünsüz olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (dəqiqləşdirilərək) «cavabdehin 29 iyul 2022-ci il tarixli TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktın) əsassız hesab edilməsi, cavabdehin Bakı İnzibati Məhkəmənin 2-1(112)-8104/2021 saylı qərarını ilk dəfə icra edərək 30 iyun 2022-ci il tarixli (etibarsız hesab edilmiş) tibb müəssisəsisinin 0280003A A FMA göndərişinə əsassən tərtib etdiyi TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktın) əsas kimi hesab edərək TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əlillik qrupu qrafasında yazılmış 2.2 İkinci dərəcəli əlillik => 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissly a baş verənn hal) (F20-F20.9) sözlərinin Əlillik qrupu qrafasında 2.2 İkinci dərəcəli əlillik -> 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) sözləri ilə, Diaqnoz qrafasında yazılmış “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno- nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotk hallar” sözlərinin Diaqnoz qrafasında ‘'Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “əmək qabiliyyətsiz" sözlərinin Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər" sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddısinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci maddəsinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.8-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. İPM-in 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi; (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları şəxsin əlilliyinin qiymətləndirilməsi üzrə müstəqil inzibati icraat aparılması səlahiyyətlərini inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid etsə də, həmin qiymətləndirilmə üzrə ayrıca qayda müəyyənləşdirərək bu icraatın gedişini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi ilə şərtləndirir, eləcə də əlilliyin şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunmasını nəzərdə tutur. Məhkəmə hazırkı işin hallarına qiymət verərək İddiaçı əlilliyi ilə əlaqədar arzuladığı məqsədə nail olmaq üçün cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ayrıca iddia qaldırılması ilə məhkəmə icraatının aparılmasını məqsədəuyğun saymır və bu qənaətini işin aşağıdakı xüsusatları ilə əsaslandırır: - iddiaçının hazırda mübahisələndirdiyi hal mahiyyətcə inzibati orqan tərəfindən aparılmış ayrıca inzibati icraatın nəticəsi ilə bağlı imtina, hərəkətsizlik və ya faktiki xarakterli hərəkət deyil, əvvəllər müvafiq komissiyanın göndərişi əsasında başlanmış icraatla bağlı yaranmış məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası istiqamətində qəbul olunmuş qərarın əlverişsizliyidir; - cavabdeh inzibati orqan iddiaçının əlilliyi haqqında iki fərqli inzibati aktın (arayışın) qəbulunun zəruriliyini məhkəmə qərarının icrası üzrə 30 iyun 2022-ci il tarixli inzibati aktda buraxılmış səhvin 29 iyul 2022-ci il tarixdə aradan qaldırılması ilə izah edir; - müvafiq məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş 22 oktyabr 2021-ci il tarixli qərarın mətnindən görünür ki, iddiaçıya “2-ci dərəcə müddətsiz əlillik” təyin olunmasına onda tibb müəssisəsinin (forma-088) göndərişinə əsasən həmin dövrdə qüvvədə olmuş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nın 2.4.1, 2.4.3, 2.4.4-cü bəndlərində nəzərdə tutulan xəstəlik, qüsur və çatışmazlıqların mövcudluğu əsas vermişdir. Lakin həmin halların mövcudluğu onun əmək fəaliyyətinin kəskin məhdudlaşması, yoxsa mümkün olmaması hallarından hansı ilə nəticələnməsi məsələsini inzibati orqan inzibati icraatda araşdırmamış, məhkəmə icraatında da (eturazda, apellyasiya və kassasiya şikayətlərində) bu barədə bildirməmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Odur ki, tərəflər arasında yaranmış bu mübahisəli halın prosessual qanunvericilikdə nəzərdə tutulan qanuni qüvvəyə minmiş “məhkəmə qərarına izah verilməsi” yolu ilə aydınlaşdırılması daha mütənasib qiymətləndirilir, nəinki yeni iddia qaldırılması yolu ilə. - iddiaçının əvvəlki iddianı qaldırarkən arzuladığı yeni inzibati akt onun 2-ci dərəcə əlilliyinin müddətinin dəyişdirilərək müddətsiz müəyyən edilməsini əks etdirməli olsa da, onun təmin olunmuş iddiası üzrə məhkəmə qərarının icrasında bu aktda əlilliklə əlaqədar digər göstəricilər, o cümlədən “əmək zəmanəti” qrafası dəyişməz qalmalı idi. Müvafiq məhkəmə qərarı ilə iddianın təmin olunmasına baxmayraq, qanuni qüvvəyə mindikdən sonra həmin qərarın icrası iddiaçının məqsədi baxımından tam təmin edilməmiş, yəni əlillik müddətsiz təyin edilmiş, lakin əmək zəmanəti qrafası dəyişdirilmişdir ki, bu da iddiaçı üçün iddia qalrılarkən arzuladığı əlverişli inzibati aklt sayıla bilməz. İddiaçının birinci iddia üzrə arzuladığı inzibati akt (əmək fəaliyyəti qismən məhdudlaşdırılmaqla) qəbul olunduqdan sonra, müvafiq qrafada “əmək qabiliyyətsiz” göstərilməklə yeni inzibati akt qəbul olunduğu halda, bu hərəkətlər yenidən iddia qaldırılmaqla mübahisələndirə bilər. Sonda belə nəticə yaranır ki, cavabdehin bütün hərəkətləri əsaslı olub-olmamasından aslı olmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırda qaldırılan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası üzrə arzulanan inzibati aktın qəbulu ilə əlaqədar olduğundan, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar