Məhkəmə qərarları › İş №2-1(112)-1919/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1919/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1919/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1958-ci il təvəllüdlüdür, 07 sentyabr 1992ci il tarixdən 16 aprel 2003-cü il tarixədək ardıcıl əmək fəaliyyətinə dair əmək kitabçası var. həmin illərin 07 sentyabr 1992-ci il tarixdən 05 iyul 2000-ci ilədək olan müddətdə X8 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsində kargüzarlıq vəzifəsində işlədiyinə dair həmin idarədən verilmiş 07 iyul 2000-ci il tarixli sənəd var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı bildirmişdir ki, xx xxxxxx 1958-ci il təvəllüdlü olması nəzərə alınsa 2020-ci il dekabr ayının 28-də 62 yaşı tamam olub və bu pensiya yaşı ona münasibətdə uyğun olmaqla 2021-ci ilin 30 iyununa kimi qüvvədədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçının 30 iyun 2019-cu il tarixdə yaş həddi 64-dür. 2006-cı ilin 01 noyabrına kimi də 30 ildən artıq iş stajı var. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək nəzərə alsaq iddiaçının ümumi stajı tələb olunan 25 illik iş stajı üçün kifayət edir.

3. Məhkəmənin 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur.

4. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1 iyul 2020-ci il tarixindən qadınların pensiya yaş həddi 62 yaş müəyyən edilmişdir (2021 -ci ilin 1 iyul tarixindən 65 yaşadək hər il 6 ayartırılmaqla müəyyən edilir). Müvafiq göstəricisi qanunvericiliyin göstərilən tələblərinə uyğun gəlmədiyindən yaşa görə əmək pensiyası hüququnuz yaranmadığı üçün ona yaşa görə sosial müavinət təyin olunmuşdur.

5. Qaradağ Birliyi X8 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsi tərəfindən verilmiş arayışa əsasən X10 xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək X8 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsində kargüzar vəzifəsində işləyib.

6. İddiaçının əmək kitabçasına əsasən, o, əmək fəaliyyətinə xx.xx.1977-ci ildə başlamışdır. Əmək kitabçasına əsasən əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1977-xx.xx.1982; xx.xx.1982-xx.xx.1987 (əyani təhsil); xx.xx.1987-xx.xx.1988; xx.xx.1988-xx.xx.1989; xx.xx.1989-xx.xx.1992; xx.xx.1992-xx.xx.1994 (“Dostluq-3” kiçik müəssisəsi); xx.xx.1994xx.xx.2000 (“Nizami A.S.” kiçik müəssisəsi); xx.xx.2000-xx.xx.2003; Daha sonra iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının ardına əsasən (həmin hissə iddia ərizəsinə əlavə olunmamışdı) xx.xx.2003-xx.xx.2019-cu illər (“Nizami A.S.” kiçik müəssisəsi).

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) 1994-cü ildə 11083 nömrə ilə, "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) 1994-cü ildə 9104 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hər iki hüquqi şəxsin fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Dövlət reyestrində bu hüquqi şəxslərin təşkilati-hüquqi formasının dəyişməsi, ləğv olunması və ya hüquqi varisinin olması barədə məlumat müəyyən edilməmişdir. Həmçinin reyestrdə Qaradağ Birliyi X8 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkar edilməmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsi tərəfindən bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət yestrində "Qaradağ Birliyi X8 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsi”nə dair məlumat mövcud deyildir.

9. Müstəqil X8 Ərazi Qaradağ Birliyinin stehsalat Mexanikləşdirmə İdarəsi ilə əlaqədar dövlət əmlakının Registrində qeydin aparılıb-aparılmaması barədə məlumatın təqdim edilməsinə dair məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət nlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə qqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Məlumat üçün bildirilmişdir ki, Müstəqil X8 Ərazi Qaradağ X2 İdarəsi barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır.

10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və nin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi n Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1994cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi dövlərin sosial sığorta stajına daxil edilərək yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1994cü il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyini və əməkhaqqı aldığını iddia edir. Lakin iddiaçının, həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür.

11. İnzibati orqanın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü ildə 11083 nömrə ilə, "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü ildə 9104 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hər iki hüquqi şəxsin fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Dövlət reyestrində bu hüquqi şəxslərin təşkilati formasının dəyişməsi, ləğv olunması və ya hüquqi varisinin olması barədə məlumat müəyyən edilməmişdir.

12. Məhkəmənin sorğususuba cavab olaraq “Dostluq-3” kiçik müəssisəsinin (VÖEN: **********) qeydiyyat iş qovluğunda mövcud olan sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilən həmin qovluq iddiaçının işlədiyi “Dostluq-3” kiçik müəssisəsinə dair deyil. Belə ki, iddiaçı bildirir ki, həmin “Dostluq-3” kiçik müəssisəsinin təsisçisi onun mərhum həyat yoldaşı X5 və ya X6 olmalıdır. Təqdim edilmiş sənədlərdə təsisçi qismində başqa şəxslər göstərilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

14. İddiaçı tərəfindən məhkəməyə “Nizami-A.S” kiçik müəssisənin nizamnaməsi, haqq-hesab sənədləri, vaxtilə fəaliyyətdə olmasına dair sənədlər təqdim edilmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində 667,91 manat (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək) pensiya kapitalı qeydə alınmışdır.

16. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.1993-cü il tarixdə 3064 sayla Azərbaycan Respubllikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına və xx.xx.2005-ci il tarixdə ********** saylı VÖEN-lə 6 saylı Ərazi Vergilər İdarəsində uçota alınmış “Dostluq-3” kiçik müəssisənə məxsus qeydiyyat iş qovluğundakı sənədlərə əsasən X3 və ya X4 adı çəkilən hüquqi şəxslərin təsisçisi olması barədə heç bir məlumat mövcud deyildir.

17. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

18. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi iştirak etmir. II. İddianın növü və mümkünlüyü

19. İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. İddiaçı xx.xx.1958-ci ildə anadan olub.

22. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlayıb. Əmək kitabçasına əsasən, xx.xx.2006-cı ilədək sığorta stajı 28 il 1 ay 8 gündür.

23. Cavabdeh iddiaçının xx.xx.1992-xx.xx.1994 (“Dostluq-3” kiçik müəssisəsi); xx.xx.1994xx.xx.2000 (“Nizami A.S.” kiçik müəssisəsi); xx.xx.2003-xx.xx.2006-cı illər (“Nizami A.S.” kiçik müəssisəsi) dövrdəki əmək fəaliyyətini sığorta stajına hesablamır (cəmi 10 il 07 ay 7 gün).

24. İddiaçının Qaradağ Birliyi X8 Ərazi İstehsalat Mexanikləşdirmə İdarəsindəki karguzar işləməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən dövr əmək kitabçasında da qeyd edilməməklə, həmin idarənin vaxtilə mövcudluğu məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir.

25. xx.xx.1992-xx.xx.1994-cü illərdə işlədiyini bildirdiyi “Dostluq-3” kiçik müəssisəsinin (iddiaçının qeyd etdiyi) mövcudluğunu məhkəmə müəyyən etməmişdir. Belə ki, iddiaçı bildirir ki, həmin müəssisə onun mərhum əri və ya onun qardaşı tərəfindən təsis olunmuşdur. Araşdırma nəticəsində məhkəməyə təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki, arxiv məlumatlarına əsasən, qeyd edilən şəxslər tərəfindən təsis olunmuş “Dostluq-3” kiçik müəssisəsi aşkar edilməmişdir. Odur ki, qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməməsi ilə bağlı qənaəti məhkəmə qəbul edir.

26. Lakin iddiaçının “Nizami A.S.” kiçik müəssisəsindəki əmək fəaliyyətinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) 1994-cü ildə 9104 nömrə ilə dövlət qeydiyyatından keçməsi və fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Həmin müəssisənin mövcudluğu və fəaliyyətinə dair iddiaçı tərəfindən çoxsaylı sənədlər (nizamnamə, məktublar, haqq-hesab sənədləri, sertifikatlar və s.) təqdim edilmişdir.

27. Odur ki, məhkəmə cavabdehin “Nizami A.S.” kiçik müəssisəsindəki əmək fəaliyyətinin iddiaçının sığorta stajına daxil edilməməsini əsassız hesab edir.

28. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

29. İddiaçının əmək kitabçasında onun "xxxx" kiçik müəssisəsində işləməsinə dair qeydlər və həmin müəssisənin mövcudluğunu və vaxtilə fəaliyyətdə olmasını təsdiq edən dəlillər var. Odur ki, iddiaçının həmin müəssisədə xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilədək olan fəaliyyəti onun sığorta stajına daxil edilməlidir.

30. İddiaçının həmin "xxxx" kiçik müəssisəsində xx.xx.2003-xx.xx.2006-cı illər ərzində olan əmək fəaliyyətinə münasibətdə məhkəmə qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

31. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. xx.xx.2002-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sığorta stajının ödənilməsi tələb olunmuş olsa da, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmişdir. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə ("xxxx" kiçik müəssisəsində xx.xx.2003-xx.xx.2006) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

33. Məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, 63 yaşı var, əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı (əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-xx.xx.1994-cü illərdəki “Dostluq-3” kiçik müəssisəsindəki dövr nəzərə alınmamaqla) ən azı 25 ildir.

34. 1 iyul 2020 – 30 iyun 2021 dövrü üçün qadınlar üzrə pensiya yaşı 62 yaşdır. Odur ki, iddiaçının hüququ yaşa görə pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır.

35. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

36. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

37. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

39. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.

40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçı xx.xx.2020-ci tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar