Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1921/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi, vəkil X2 (Bakı şəhəri, Azərbaycan prospekti, 7 ünvanında fəaliyyət göstərən) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1maqla pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, N92-N98-ci illər üzrə xidmətdə olduğu illərin bir günə üç gün hesabı ilə əmək stajına daxil edilməklə əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx N92-ci ildən xx xxxxxx N92ci ilə qədər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində idman xidməti rəisi, əsgərlərin sosial müdafiəsi üzrə komandir müavini vəzifəsində xidmətdə olmuşdur. N93-cü ilin yanvar ayının 1-dən Şuşa rayon polis şöbəsində, N94-cü il mart ayından isə Ağdərə rayon polis şöbəsində baş leytenant olaraq xidmət etmişdir. N98-ci ilə qədər Ağdərə rayon Marquşavan kəndində yerləşən Ağdərə polis şöbəsində xidmətimi davam etmişdir. Döyüş bölgəsində işlədiyi üçün əmək haqqı üçqat hesablanaraq verilirdi. N98-cii ildən Qaradağ rayon Polis İdarəsində pasport qeydiyyat şöbəsində baş inspektor vəzifəsində, 2008-ci ildən Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində, 2014-cü ildən Qaradağ rayon Polis İdarəsində yetkinlik yaşına işləməklə xidmət zonası döyüş əməliyyatları mövqeyi olduğu üçün ermənilərə qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmiş, müsbət nəticələrin əldə edilməsi üçün əməyi var. Buna görə də mükafatlandırılmışdır. İddia ərzəsinə əlavə etdiyi Ağdərə rayon polis şöbəsinin xx.xx.N97-ci il tarixli DİN-nin Kadrlar İdarəsinə təqdim edilmək üçün verilmiş xidməti xasiyyətnaməsindən görünür ki, daxili işlər orqanlarında yanvar N93-cü il tarixdən, Ağdərə rayon polis şöbəsində isə mart N94-cü il tarixdən xidmət etmişdir. Xidmət etdiyi müddətdə torpaqların ərazi bütövlüyü uğrunda Yuxarı Qarabağda gedən döyüşlərdə, Ağdərə RPŞ-nin şəxsi heyəti ilə birlikdə iştirak etmiş və döyüşmüşdür. xx xxx N92-ci ildə verilmiş NZ ******* saylı hərbi biletindən görünür ki, N92-ci ilin 29 mayından Bərdə hərbi komissarlığında ehtiyatda olmuş, xx xxxxxx N92-ci il tarixdən 1N saylı əmrlə N saylı hərbi hissədə qeydə alınmış, xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixdədək N saylı hərbi hissədə xidmət keçmiş, iyun N92-ci ildən AR ərazi bötövlüyü uörunda döyüşlərdə iştirak etmişdir. Nəzərə alaraq ki, N92-N98-ci illər ərzində döyüş bölgəsində xidmət keçməklə üçqat əmək haqqı almış və xidmət keçdiyi 1 gün 3 gün hesabı ilə əmək stajına daxil edilməli olduğu haqlda cavabdeh tərəfindən daxil edilmir və nəticə olaraq əmək stajının azaldılması və əmək pensiyasına əlavələrin düzgün hesablanmamasına gətirib çıxarır, bununla sosal təminat hüququ cavabdeh tərəfindən pozulur.İddiaçı qeyd olunanlara əsasən N92-N98-ci illər üzrə xidmətdə olduğu illərin bir günə 3 gün hesabı ilə əmək stajına daxil edilməklə, əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Bakı Baş Polis İdarəsinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək N92-N98-ci illər üzrə xidmətdə olduğu illərin bir günə 3 gün hesabı ilə əmək stajına daxil edilməklə, əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyamən yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Bakı Baş Polis İdarəsinin üzərində öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona pensiya təyin edilərkən N92-ci lin iyun ayının 1-dən dekabr ayının 2-dək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, N93-cü ilin yanvar ayının 1-dən Şuşa RPŞ-də və N94-cü ilin mart ayından isə Ağdərə RPŞ-də xidmət etməsi və həmin dövrlərdə döyüşlərdə iştirak etməsi ilə bağlı müvafiq qeydlərin pensiya işinə qeyd edilməmişdir. Şəxsi işi öyrənilərkən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.N59cu ildə anadan olmuş, ali təhsillidir, N81-ci ildə Azərbaycan Dövlət X3 bitirmiş, xx.xx.N93 - 5.08.20N-cu illərdə daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı Qaradağ RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru vəzifəsində işləyərkən DİN-in şəxsi heyət üzrə xx.xx.20N-cu il tarixli 2518 nömrəli əmri ilə o, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 5-ci bəndinə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı pensiya təyin edilməsi üçün şəxsi işi əsasında hesablama vərəqi tərtib edilərək DİN-in Maliyyə-Plan İdarəsinə göndərilmişdir. İddiaçı şəxsi işi əsasında hesablama vərəqi tərtib edilərkən, onun N77-N81-ci illərdə Azərbaycan Dövlət Bədən tərbiyyəsi İnstitutunda təhsil aldığı müddət (02 il), xx.xx.N93-xx.xx.20N-cu illərdə daxili işlər orqanlarında xidmət etdiyi müddət (26 il, 07 ay, 14 gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N92-ci il tarixli 631 nömrəli qərarına əsasən xx.xx.N93- xx.xx.N97-ci illərdə olan müddət (04 il, 04 ay, 00 gün) müddətlər, təqvimi hesablama ilə 28 il, 07 ay, 14 gün, imtiyazlı hesablama ilə 32 il, 11 ay, 14 gün təşkil etməklə nəzərə alınmışdır. İddiaçı xx.xx.N92-ci il tarixdə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən verilmiş H3 №6352566 nömrəli hərbi biletinə əsasən o, 1 iyun - x xxxxxx N92-ci il tarixlərdə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N92-ci il tarixli, 631 nömrəli Qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına xidmət illərinə görə pensiya təyin edilərkən onların Silahlı Qüvvələrdə, Sərhəd Qoşunlarında, Daxili Qoşunlarda və Azərbaycan Respublikasının Qanunverijiliyi ilə nəzərdə tutulmuş başqa hərbi birləşmələrdə həqiqi hərbi xidməti nəzərə alınır. İddiaçı N92-ci ildə müddətli həqiqi hərbi xidmət keçməsinin hüquqi əsasları, həqiqi hərbi xidmətin hansı növündə (müddətli həqiqi hərbi xidmət, müddətdən artıq həqiqi hərbi xidmət, gizirlərin və miçmanların həqiqi xidməti və zabitlərin həqiqi hərbi xidməti) xidmət etməsi, həmin hərbi hissələrdəki xidmətin hansı dövrünün Nazirlər Kabinetinin 92-631 nömrəli Qərarına müvafiq olaraq pensiya təyinatı üçün həqiqi hərbi xidmət müddətinə əlavə edilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzinə sorğu göndərilmişdir. Müdafiə Nazirliyinin xx.xx.20N-cu il tarixli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bununla əlaqədar olaraq İddiaçı xidmət illərinə görə yenidən hesablama vərəqəsinin tərtib edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim Arayış-Məruzə təqdim etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin nümayəndəsi X7 etiraza uyğun izahat verərək iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini8 xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsi, üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsi, üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsiein nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, 12/1747 saylı arayış-məruzəsindən görünür ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara,müddətdət artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinitinin 631 nömrəli xx xxxxxx N93-cü il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli xx xxxxxxxx 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin "a" bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə "Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində İddiaçı xx xxxxxxxx N92-ci il tarixdən xx xxxxxx N92-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət ərzində xidmət müddətinin bir günü üç gün kimi sayılır. Odur ki, İddiaçı hərbi xidmət illər: təqvimlə - 02 ay 10 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət- 04 ay 20 gün, ümumi xidmət illəri isə 07 ay 0 gün təşkil edir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə N92-N98-ci illər üzrə xidmətdə olduğu illərin bir günə 3 gün hesabı ilə əmək stajına daxil edilməklə əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsinin cavabdehə həvalə edilməsini tələb edir və bu halı “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 91-ci maddəsinə istinad etməklə əsaslandırır. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək bildirmişdir ki, O, xx xxxx N92-ci ildən xx xxxxxx N92-ci ilə qədər Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində idman xidməti rəisi, əsgərlərin sosial müdafiəsi üzrə komandir müavini vəzifəsində xidmətdə olmuşdur. N93-cü il yanvarın 1-dən Şuşa rayon polis şöbəsində, N94-cü il mart ayından isə Ağdərə rayon polis şöbəsində baş leytenantı olaraq xidmət etmişdir. Xidmət etdiyi müddətdə Şuşa və Ağdərə polis şöbələrinin şəxsi heyyəti ilə birlikdə torpaqlarımızın bütövlüyü uğrunda Yuxarı Qarabağda gedən döyüşlərdə, Tərtər rayonun müdafiəsində, o cümlədən keçmiş Şaumyan (hazırki Goranboy), Gülüstan, Talış, Marağa, keçmiş Marquşavan (hazjrki Şıxa,x), Həsənqaya, Aşağı-Yuxarı Çaylı, Ağdərə rayonunun alınmasında və Qırmızı kənd, Kasapet, Dəmirli, Orta kənd, Dranbon, Çıldıran yaşayış məntəqələrinin erməni hərbi birləşmələrindən təmizlənməsində iştirak etmişdir. N98-ci ilə qədər Ağdərə rayon Marquşavan kəndində yerləşən Ağdərə polis şöbəsində xidmətimi davam etmişdir. Döyüş bölgəsində işlədiyim üçün əmək haqqım üçqat hesablanaraq verilirdi. N98-ci ildən Qaradağ rayon Polis idarəsində pasport qeydiyyat şöbəsində baş inspektor vəzifəsində, 2008-ci dən Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsində, 2014-cü ildən Qaradağ rayon polis idarəsində yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru vəzifəsində xidmət aparmışdır. xx xxxxxx 20N-cu ildən yaş həddinə görə əmək pensiyasına çıxmışdır. Lakin əmək pensiyası hesablanması zamanı yuxarıda qeyd etdiyi xidmət illəri dəqiq hesablanmamışdır. Belə ki, müharibə şəraitində xidmət apardığım müddət hesablanmamış, 2017-ci ilə qədər Daxili İşlər Nazirliyi əməkdaşlarına şamil olunan 3 % əmək pensiyası da hazırda 2017-ci ildən sonra tətbiq olunan 2 % -lə hesablanmışdır. Odur ki, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxxx 20N-cu il tarixli 045- 49453Ş-32N saylı imtina məktubu əsasında iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 20N-cu il tarixli məktubuna əsasən N92-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatın aşkar edilmədiyi bildirilərək müraciəti təmin edilməmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, hazırki iddia tələbinin əsasını “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təşkil edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 16-cı maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. xx xxx N97-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx xxxxxx N93-cü il tarixli Qərarının 2-ci hissəsinin bəndlərinə əsasən: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti b) xidmətin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla. Hazırda qüvvədə olan “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx xxxxxx N93-cü il tarixli Qərarının 2-ci hissəsinin bəndlərinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; b) xidmətin bir ayı ayyarım sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Qeyd olunan halların araşdırılması məqsədilə Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsindən iddiaçıya məxsus pensiya işi tələb edilmişdir. -Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi tərəfindən məhkəməyə ünvanlanan pensiya işi tədqiq edilərək müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx N93-cü ildən xx xxxx N94-cü ilədək 01 il 3 ay müddətinə Şuşa rayon Polis şöbəsində polis nəfəri olaraq işlədiyi dövrdə 1 günə 3 gün hesablanmaqla əmək haqqı almışdır. Həmçinin məhkəmə sorğusu əsasında iddiaçının xidmət keçməsinə dair müvafiq əmrlər Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx xxxxx 2020-ci il tarixli məktubda N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 261 №-li əmrində (əsas: səh 24, § 2, əmrdə atasının adı yazılmamışdır) İddiaçı batalyon komandirinin köməkçisi vəzifəsinə təyin edilməsi barədə məlumat olduğu, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 311 №-li əmrində (əsas: səh 38, § 1, əmrdə atasının adı yazılmamışdır) könüllü İddiaçı həqiqi xidmət üçün lazimi sənədləri hazırlayana qədər hərbi hissədən azad edilməsi barədə məlumatın olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubda DİN-nin sabiq əməkdaşı İddiaçı N94-N98-ci il tarixlərində Ağdərə rayon polis şöbəsində xidmət müddətinin 1 günün 3 gün sayılması barədə nazirliyin arxivində müvafiq əmrlərin aşkar edilmədiyi bildirilmişdir. Qeyd olunan məktubla “Şuşa rayon polis şöbəsinin polis nəfərlərinin şəxsi işlərinin bərpası haqqında” həmin Şöbənin xx xxxxxx N93-cü il tarixli N nömrəli və “Şuşa RPŞ”nin şəxsi heyətinin döyüş bölgəsində xidmət etməsi barədə” xx.xx.N93-cü il tarixli 89 nömrəli əmrlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Qeyd olunan 89 №li Əmrdən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinitinin 631 nömrəli xx xxxxxx N93-cü il tarixli Qərarının 2-ci maddəsinin "b" bəndinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.N93-cü il tarixli 575 saylı əmrinə əsasən Şuşa rayon polis şöbəsinin şəxsi heyət əməkdaşlarının xidmət etdiyi 1 təqvim günü 3 gün sayılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 1.0.1, 1.0.5 və 20.14cü maddələrinin şərh olunmasını xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarı üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarı üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 20.1.11, 20.14 və 22.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1 və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən, iddiaçının tələbinin N92-N98-ci illər üzrə xidmətdə olduğu illərin bir günə üç gün hesabı ilə əmək stajına daxil edilərək əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsi yenidən hesablanması hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə münasibət bildirərək qeyd edir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara,müddətdət artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinitinin 631 nömrəli xx xxxxxx N93-cü il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli xx xxxxxxxx 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin "a" bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə "Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində İddiaçı xx xxxxxxxx N92-ci il tarixdən xx xxxxxx N92-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət təqvimlə - 02 ay 10 gün olması nəzərə alınmaqla yeni hesablama vərəqinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinə həvalə edilməlidir. İddia tələbi N92-N98-ci illər üzrə xidmətdə olduğu illərin bir günə üç gün hesabı ilə əmək stajına daxil edilərək əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsi əmək pensiyasına əlavələrin yenidən hesablanması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85.1-ci maddələrini rəhbər tutaraq, Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx xxxxxxxx N92-ci il tarixdən xx xxxxxx N92-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət təqvimlə - 02 ay 10 gün olması nəzərə alınmaqla yeni hesablama vərəqinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinə həvalə edilsin. N92-N98-ci illər üzrə xidmətdə olduğu illərin bir günə üç gün hesabı ilə əmək stajına daxil edilərək əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsi əmək pensiyasına əlavələrin yenidən hesablanması hissəsində təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1921/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1921/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver