Məhkəmə qərarları › İş №2-1(112)-1923/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1923/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1923/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə nə qarşı “çıxarışın və plan ölçünün verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnuu təsdiq edən reyestrdən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin adının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəyişdirilməsi nəzərə alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin zamandan etibarən sözügedən torpaq sahəsi iddiaçının daimi olaraq sahibliyində və istifadəsindədir. Bugünədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin şərh olunan faktiki hallarından göründüyü kimi, hazırkı iş üzrə cavabdeh - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xiumətinin Bakı Ərazi İdarəsinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsidən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, sözü gedən torpaq sahəsi iddiaçıya 30 dekabr 1998-ci il tarixində fərdi evin tikintisi üçün ayrılmışdır və onun tərəfindən həmin torpaq sahəsi mişar daşla hasara alınmışdır və orada iddiaçı tərəfindən icazə tələb olunmayan tikililər tikilmişdir. Lakin məhkəməyə bildirir ki, onun tərəfindən Bakı Arxiv İdarəsinə müraciət olunmuşdur və oradan bildirmişlər ki, 1971 saylı sərəncamda 10 nəfərin adı mövcuddur, lakin iddisaçının adı həmin sərəncamda yoxdur. Hesab edir ki, hər-hansı məmurun səhvindən onun hüquqları pozulmuşdur və səhlənkarlıq nəticəsində iddiamının adı həmin sərəncama daxil olmamışdır. Bu hal isə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən təqdim olunan etiraz ərizəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-9346/2021 saylı sərəncamının icrası ilə əlaqədar bildirilir ki, İddiaçı Bakı şəhəri, Səbail rayon icra Hakimiyyətinin 30 dekabr 1998-ci tarixli, 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla, mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinad qeyd edilməmişdir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə sərəncamın arxiv arayışı təqdim edilməmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı sözügedən torpaq sahəsinə Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Qərarı ilə müraciət etmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********73 saylı, xx.xx.2021-ci il tarixli cavab məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinin əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmin Qanunun 8.0.5,-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri sənəd təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 ddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş, -cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********73 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinad qeyd edilməmiş, həmçinin, torpaq sahəsinin ayrılması barədə sərəncamın arxiv arayışı təqdim edilməmişdir. Əlavə olaraq, ərizəçi sözügedən torpaq sahəsinə Bələdiyyə sənədləri ilə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı iddia tələbinin yeganə əsası olaraq Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1971 saylı “torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına istinad etməklə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dair dövlət reyesterində çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarına əlavə edilmiş “torpaq sahəsinin ayrılması haqqında” Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1971 saylı Sərəncamının fotosurətinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı Əskər oğlunun adına ayrılmış, 14 yanvar 1997-ci il tarixli Aktla rəsmiləşdirilmiş, 17 aprel 2014-cü l tarixdə torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq rayon icra hakimiyyəti başçısının Badamdar Qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998ci il tarixli, 1971 saylı Sərəncamının, sərəncamın verilməsinə əsas olmuş sənədlər, həmin sərəncam əsasında torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialından tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən verilən xx.xx.2021-ci il tarixli cavab məktubunda Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1971 saylı Sərəncamının mövcud olduğu, lakin həmin sərəncamda İddiaçı Adil oğlu barəsində heç bir məlumatın olmadığı qeyd edilmişdir. Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı tərəflərin izahatından aydın olur ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinin onun adına ayrılmasına dair Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1971 saylı “torpaq sahəsinin ayrılması haqqında” Sərəncama istinad etməklə qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir. Qeyd olunan tələblə bağlı iddiaçı inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinadın qeyd edilmədiyi, həmçinin, torpaq sahəsinin ayrılması barədə sərəncamın arxiv arayışının təqdim edilmədiyi, əlavə olaraq, sözügedən torpaq sahəsinə Bələdiyyə sənədləri ilə müraciət edildiyi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1971 saylı Sərəncamının təsdiq olunmuş surəti, sərəncamın verilməsinə əsas olunmuş sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialından tələb edilmiş, sonuncu tərəfindən məhkəməyə Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1971 saylı Sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. Sözügedən sərəncamın tədqiqi zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1971 saylı Sərəncamı əsasında İddiaçı adına hər hansı torpaq sahəsi ayrılmamışdır. Başqa sözlə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin ayrılması nəzərdə tutulan şəxslər arasında iddiaçının adı mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.25-ci bəndinə görə inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək Xidmətin vəzifələrinindən biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmənin mövqeyinə görə iddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə inzibati icraat zamanı cavabdeh hüquqmüəyyənedici sənədlərin (sərəncam, yerləşmə cizgisi) təqdim edilməməsi səbəbi ilə məsələnin həllindən imtina edilməsi əsaslı olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (maddə 24.5). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə, hazırkı halda iddaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir, belə halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar