Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1924/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “təhsil aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət İddiaçı Saruxan qızına xx.xx.2016-cı il tarixində verilmiş 946 qeydiyyat nömrəsi ilə Bakalavr dərəcəsi üzrə Diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sərkərova (Badamova) Aygün Saruxan qızı 2011-ci ildə Rusiya Federasiyası İvanovo Dövlət Universiteti “Biologiya" hazırlıq istiqamətində əyani təhsil formasında daxil olmuşdur. Dövlət İmtahan Komissiyasının Qərarı ilə (Protokol №13, xx.xx.2016) xx.xx.2016-cı il tarixində 946 qeydiyyat nömrəsi ilə Bakalavr dərəcəsi üzrə Mütəxəssis Diplomu verilmişdir. Bakalavr üzrə Diplomu əldə etdikdən sonra Azərbaycan Respublikasına qayıtdıqda diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilmişdir. Müraciətin nəticəsində xx.xx.2021-ci il tarixində İddiaçı Saruxan qızının elektron kabinetinə bildiriş gəlmiş və nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən İddiaçı Saruxan qızının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nin 3.7-ci bəndini əsas tutaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq qərarına əsasən **********7 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Ekspert rəyində iddiaçı tərəfindən tədris dilini bilmə səviyyəsi qənaətbəxş hesab edilmədiyi qeyd etmişdir və bu baxımdan “Qaydaları”n 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. Ekspert rəyində iddiaçı tərəfindən qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinmə yetirilməsi qeyri-mümkün olduğunu qeyd etmişdir və bu baxımdan“Qaydalarf’n 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Vl.l-ci maddəsində razılığa gələn Tərəfə belə bir diskresion səlahiyyət verilir ki, hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən, ümum tələblər arasında əsaslı fərqlər olmadığı halda, tanıyacaqdır. Yuxarıda adı çəkilən Qaydaların 3.7 və 3.6-cı bənddə göstərilən əsasların biri üzre mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbət ola bilər. Beləliklə də müəyyən edilir ki, cavabdeh tərəfindən ekspert rəyinə istinadən iddiaçının diplom üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuş və bu cür imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Bildirilmişdir ki, İddiaçı Saruxan qızı 2011-ci ildə universitetə (əyani forma) daxil olmuş, 2016-cı ildə oranı bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.2016-ci il tarixli qərarı ilə ona “bioloq ixtisası üzrə mütəxəssis diplomu dərəcəsi verilmişdir Məhkəmənin diqqətinə çatdırılır ki: -İddiaçı Saruxan qızı 66 fənndən yaxşı, məqbul və kafi qiymətlər almış tədris təcrübəsini keçmiş, 3 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermiş və bütün bu prosesləri oranın tədris dilində həyata keçirmişdir. -İddiaçı Saruxan qızı 5 il orada təhsil aldığı müddət ərzində rus dilini daha işlək dil kimi işlətmiş, milliyyətcə Ləzgi olduğuna görə istər təhsil zamanı, istərsə də təhsildənkənar orada ünsiyyət zamanı rus dilinə önəm vermişdir. Bütün bunlar Azərbaycan dilini daha doğru qavramasına maneçilik törətmişdir. -Müsahibə zamanı İddiaçı Saruxan qızı ilə ekspert arasında rus dilində söhbət də edilmiş, daha sonra iddiaçıya Azərbaycan dilində mətnin təqdim edilməsi və həmin mətnin rus dilinə tərcümə edilməsi xahiş edilmişdir. İddiaçı Saruxan qızı Azərbaycan dilini yaxşı başa düşmədiyi üçün və işlək diil rus dili olduğuna görə mətnin məzmununu başa düşməmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, İvanovo Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkün sayılmışdır. Qeyd edili ki, dərsə davamiyyət tədrisin mənimsənilməsini sübut edən norma deyil. Azərbaycan Respublikasının hər hansı normativ hüquqi akt dərsə davamiyyəti tədisin mənimsənilməsinin ölçü vahidi kimi qəbul etmir. İddiaçının tədris yükünü mənimsəməsi Azərbaycan Respublikasından Rusiya Respublikasına gediş-gəlişlə qiymətləndirilə bilməz. Cavabdeh təqdim olunmuş diplomun həqiqətə uyğun olmadığını sübut edə bilməmişdir. Diplomun mötəbərliyi Dağıstan Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2016cı ildə 194392 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilməsidir.
3. Cavabeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina onunla əsaslandırımışdır ki, ali təhsil sənədlərininin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasının İvanovo Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyrimümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən Sizin aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.7-ci bəndini əsas tutaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq qərarına əsasən **********7 nömrəli müraciətiniz üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim edərək həmin etirazı müdafiə etdiyini bildirdi. İddiaya yazılı etiraza əsasən, İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq ərizəçinin təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində (İ il- 2 gün, İİ il-2 gün, İİİ il-2 gün, İV il - 2 gün, V il - 2 gün) tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması, habelə tədris dili üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2021-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyrimümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları" təsdiq edilmişdir. Konvensiyanın Vİ. 1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramTnın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na əsasən: 3.2.2.Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3.Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7.Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2.auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8.Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1.məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2.məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3.tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9.Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. Əlavə olaraq kvalifikasiyaların tanınması prosedurunun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər
5. Ali peşə təhsilinin feredal dövlət büdcə təhsil müəssisəsi “İvanovo Dövlət Universiteti” tərəfindən 30 iyun 2016-cı il tarixli diploma və onun əlavəsinə əsasən, Badamova (Sərkərova) Aygün Saruxanovnaya 020201 Biologiya hazırlıq istiqaməti üzrə 5 il əyani təhsil almış və ona Dövlət İmtahan Komissiyasının qərarı ilə Bioloq ixtisası üzrə №103718 ******* diplom (qeydiyyat nömrəsi 946) və №103718 ******* diploma əlavə (qeydiyyat nömrəsi 946) verilmişdir.
6. Bakı Slavyan Universiteti tərəfindən Rusiya Federasiyası İvanovo Dövlət Universitetində “Biologiya” ixtisası üzrə ali bakalavr təhsili almış Sərkərova (Badamova) Aygün Saruxan qızının rus dilini bilmə səviyyəsi haqqında mütəxəssis rəyinə əsasən, Xarici dillərin tədrisinə dair beynəlxalq normativ-metodiki sənədlərdə qeyd olunur ki, hər hansı xarici dili, o cümlədən rus dilini bilmə bacarığı dedikdə, mətni (nitqi) dinləyib anlamaq, həmin dildə danışmaq, oxumaq, yazmaq, ümumiyyətlə, nitq fəaliyyətinin həyata keçirmək kimi kompleks bacarıq nəzərdə tutulur. Bu bacarıq müxtəlif şəxslərdə müxtəlif olur və onun səviyyəsinin qiymətləndirilməsi fərqli meyarlar əsasında həyata keçirilir. Nitq bacarıqlarının ölçülməsi məqsədilə aşağıdakı səviyyələr müəyyənləşdirilir: reseptiv, reproduktiv və produktiv. İlkin, reseptiv səviyyədə şəxs xarici dildə özgə nitqi dinləyib anlayır, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilmir. Reproduktiv nitq səviyyəli şəxs dinlədiyi mətnləri təkrarən canlandırmaq bacarığına malikdir. Mətnlə bağlı ona verilən sadə sualları cavablandırır. Produktiv nitq səviyyəsinə malik olan şəxs xarici dildə danışanı nəinki dinləyib başa düşür, onunla üsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə edir. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyədə nitqin yazılı və şifahi formaları fərqləndirilir. Sərkərova (Badamova) Aygün Saruxan qızının rus dilini bilmə səviyyəsi üçüncü - produktiv səviyyəyə uyğun gəlir. Belə ki, o, özü və ixtisası haqqında ona verilən sualları şifahi və yazılı formada cavablandırır. Nitqində bəzən fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, bötövlükdə fikrini düzgün ifadə etmək baçarığına malikdir. Sərkərova (Badamova) Aygün Saruxan qızının rus dilində müəyyən lüğət ehtiyatına malikdir. “Biologiya” ixtisasına dair rus dilində verilən suallara verdiyi cavabları onun bakalavr səviyyəsində normal ali təhsil aldığına, rus dilində dinləyib anlama, danışıq, oxu və yazı bacarıqlarına malik olmasına əyani sübutdur. Sərkərova (Badamova) Aygün Saruxan qızı yiyələndiyi ixtisasa dair söz və ifadələrdən istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, ünsiyyətə daxil olur. Yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edirəm ki, Sərkərova (Badamova) Aygün Saruxan qızının rus dilini bilmə səviyyəsi produktiv səviyyəyə uyğun olmaqla kafidir, ali təhsilli “Biologiya” peşə nitqinə verilən ümumi tələblərə cavab verir.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək inzibati icraat materiallarını təqdim edərək iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
10. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Odur ki, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin cavab məktubu qeyd edilən əlamətlərə malik olmadığından inzibati akt hesab edilmir, inzibati aktın qəbulundən imtinaya dair yazılı məlumatdır və həmin məlumatın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən edilmir. İddiaçı inzibati aktın qəbul edilməsini arzulayır və iddia məcburetməyə dair iddiadır.
12. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.
13. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 43/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarına uyğundur.
15. Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əsasaən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
17. Görunduyu kimi, xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomunun tanınması və tanınmasından imtinanın şərtləri qanunvericiliklə dəqiq müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun təhsil aldığı universitetdə tədris işinin həcminin kredit vahidləri ilə aparıldığı, iddiaçının əyani formada təhsil aldığı müddət ərzində Rusiya Federasiyasında qısa müddətdə (İ il- 2 gün, İİ il-2 gün, İİİ il-2 gün, İV il - 2 gün, V il - 2 gün) olduğu müəyyən olunmuş, bununla da iddiaçının qeyd edilən illər ərzində auditoriya dərslərində iştirakının az olduğu öz təsdiqini tapmışdır.
18. Beləliklə, iddiaçının Rusiya Federasiyasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur.
19. İddiaçının diploma əlavədə qeyd olunan tədris yükünü mənimsəməsi ağlabatanlıq kriteriyası baxımından qiymətləndirildikdə, iddiaçının təhsil aldığı ölkədə olduğu həmin qısa müddət ərzində onun tədris normativlərini yerinə yetirməsi inandırıcı sayıla bilməz.
20. Bundan əlavə məhkəmə qeyd edir ki, Xarici dövlətlərdə ali təhsil almış şəxslərin ixtisaslarının tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyəti ilə bağlıdır. Təhsilin məzmunu və ixtisasın keyfiyyəti ilə bağlı tələblər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın ixtisasın tanınmasından imtinaya dair 3.7-ci bəndinin genişləndirici təfsirinə əsas verir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
22. Nəzərə almaq lazımdır ki, tədris proqramının və müvafiq ixtisas terminologiyasının mənimsənilməsi, təhsilin keyfiyyəti və məzmunu bilavasitə tədris dilini bilmə səviyyəsinə bağlıdır. İddiaçının diplomuna əlavədən görünür ki, iddiaçı rus dilində təhsil almışdır. Lakin ixtisasın tanınması prosesinin tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi baxımından tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İş üzrə materiallarda həmin halları, xüsusilə də tədris dili ilə bağlı cavabdehin iddia etdiklərini təkzib edən mötəbər sübut aşkar edilməmişdir. Belə ki, məhkəmə inzibati araşdırma zaman iddiaçı ilə aparılmış video müsahibəni (disk iş materiallarına əlavə edilmişdir) Bakı Slavyan Univetsiteti tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə yanaşı qiymətləndirir və təqdim edilmiş edilmiş rəyə tənqidi yanaşaraq hesab edir ki, rəy ümumi ifadələr işlədilərək əsaslandırılmamışdır.
23. Beləliklə, məhkəmə müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
24. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.
25. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva