Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1925/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı təqaüdün tutulmasının dayandırılması və tutulan təqaüdün geri qaytarılması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ondan tutulması nəzərdə tutulan təqaüdün tutulmasının dayandırılması və tutulan təqaüdün geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bundan əvvəlki məhkəmə iclaslarında da iddiaçı iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi geri götürülmüş sayılmalıdır. Belə ki, İddiaçı məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada (poçt rabitəsi vasitəsi ilə və “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş sms bildirişlərlə) məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər-hansı bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən İddiaçı göndərilmiş məhkəmə bildirişləri rəsmi qaydada ona verilmiş hesab edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi geri götürülmüş sayılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X2yeva
Məhkəmə qərarları › İş №2-1(112)-1925/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1925/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver