Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1926/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, üçüncü şəxs “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” açıq səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (bundan sonra mətndə Mərkəzi Bank) qarşı “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən ona hesablanmış 7955.48 manat qalıq kredit borcunun illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt güzəşt müddəti olmaqla) müddətinə restrukturizasiyanın təmin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla ‘'xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 28%-lə 48 ay müddətinə 8039 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəfindən xx.xx.2015-ci il tarixinədək banka 2257 ABŞ dolları ödəyib. Lakin sonralar devalvasiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5671/2016 saylı xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən ondan “xxxx” ASC-nin xeyrinə cəmi 10.624.71 ABŞ dolları məbləğində pul vəsaitinin alınması qət edilmişdir. Həmin icra sənədi əsasında xx.xx.2017-ci il tarixindən etibarən “problemli kreditlərlə bağlı kompensasiyanın verilməsi ilə bağlı" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının qəbul edilməsinə kimi onun təqaüdündən 261,77 manat məcburi qaydada tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanından sonra kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə edərkən ona məlum olmuşdur ki, cavabdeh banka xx.xx.2019-cu il tarixinə kimi guya onun cavabdeh banka manat ekvivalentində 12.294.83 manat əsas kredit borcu olmuş, hesablanmış kompensasiya məbləği 4.339.35 manat təşkil etmiş və borcun azaldılmasına yönəldilməsinə nəticəsində qalıq borc 7.955,48 manat təşkil etmişdir. Məlum Fərmandan sonra cavabdeh bank tərəfindən borcun restrukturizasiya ilə bağlı heç bir tədbir görülməmiş, vaxtilə hesablanmış faiz borcu və cərimələr silinməmişdir. Palataya təqdim edilən məlumatda onun guya xx.xx.2015-ci il tarixinə 7232,25 ABŞ dolları məbləğində əsas kredit borcunun olduğu göstərilir. Halbuki, vaxtilə 2016-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi ilə onun 7232,25 ABŞ dolları əsas, 3392,46 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Fərmanın qəbulundan sonra banka müraciət etdikdə onun borcunun restruktruzasiya oluncağı bildirilmişdir. Maliyyə X1 etdiyi müraciət cavabdehə yönləndirilmişdir. Bank tərəfindən bildirilmişdir ki, guya istər borc məbləği, istərsə də kompensasiya məbləği düzgün hesablanmışdır. Ona hesablanmış kredit borcunun illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukzasiya olunması ona təklif olunmamışdır. Nərimanov Rayon Məhkəməsinə oxşar iddia ərizəsi ilə cavabdeh “xxxx” ASC-yə qarşı müraciət etmiş, xx.xx.2020-ci il tarixdə məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edərək, ona inzibati məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli 16-00112-2021 №li iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş kredit reyestrinin (MKR) məlumat bazasına habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2015-ci il tarixində 8.039,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanmasına dair qeyd mövcud olsa da və bu müqavilə üzrə iddiaçıya cəmi 4.339,35 manat kompensasiya məbləği hesablansa da, bu kredit borcu Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlərin siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə xx.xx.2019-cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 219 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. İddiaçının sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlu mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı məxsus xx.xx.2018-ci il tarixdə ASAN 5 tərəfindən verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1968-ci ildə Ermənistan, Ararat rayonunda doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli M/03- 7429 №-li arayışda göstərilmişdir ki, “xxxx” ASC-nin “Şərq” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021112/2015 saylı kredit müqaviləsinə əsasən illik 28 % dərəcəsi ilə, 48 (qırx səkkiz) ay müddətinə 8.039.00 (səkkiz min otuz doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş 8.039.00 (səkkiz min otuz doqquz) ABŞ dolları krediti üzrə aparılmış ödənişlər aşağıdakı kimi olmuşdur: xx.xx.2015-ci il - 280.18 (əsas borc 92.60, faiz borcu 187,58); xx.xx.2015-ci il- 280.18 (əsas borc 94.48, faiz borcu 185,70); xx.xx.2015-ci il- 0,50 (əsas borc 0,36, faiz borcu 0,14); xx.xx.2015-ci il - 281,00 (əsas borc 97.80, faiz borcu 183,20); xx.xx.2015-ci il- 280.00 (əsas borc 99,08, faiz borcu 180,92); xx.xx.2018-ci il -281.00 (əsas borc 0, faiz borcu 281.000); xx.xx.2015-ci il -575.00 (əsas borc 313.72, faiz borcu 261.28); xx.xx.2015-ci il-280.00 (əsas borc 108.71, faiz borcu 171.29); xx.xx.2017-ci il-153.96 (əsas borc 0, faiz bocu 153.96); xx.xx.2019-cu il - 2552.56 (əsas borc 2552.56, faiz borcu 0). Cəmi ödənilmiş məbləğ 4964.38 (əsas borc 3359.31, faiz borcu 1605.07). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-5671/2016 saylı Məhkəmə əmri ilə, kreditor “xxxx” ASC-nin ərizəsinə əsasən borclu İddiaçı əsas məbləğ üzrə 7.232,25 ABŞ dolları, faiz üzrə 3.392,46 ABŞ dolları, cəmi 10.624,71 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun alınaraq “xxxx” ASC-yə ödənilməsi əmr edilmişdir. “Elektron informasiya sistemindən” çıxarılmış İddiaçı xx xxxxxx 2015-ci il tarixə “xxxx” ASC-də olan kredit borcu üzrə 7.232,25 ABŞ dolları, hesablanmış kompensasiya 4.339,35 manat, xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu 12.294,83 manat, borcun azaldılmasına yönəldilən məbləğ 4.339,35 manat, qalıq borc məbləği 7.955.48 manat göstərilmişdir. İddiaçı hazırkı tələblə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmiş və sonuncu tərəfindən ona xx.xx.2020-ci ildə cavab məktubu verilərək bildirilmişdir ki, məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərman imzalanmışdır. Həmin Fərmana müvafiq olaraq xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Onun krediti üzrə qeyd olunan tarixə ümumi qalıq borcu 17.000 manatdan artıq olmasa da, gecikmə günlərinin sayı 360 gündən az olduğundan bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Sözügedən Fərmanın icrası məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiqlənmişdir. Qaydanın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “xxxx” ASC-nin bazasına əsasən xx xxxxxx 2019-cu il tarixli Fərmanın qüvvəyə mindiyi tarixə xx.xx.2019-cu il tarixinə İddiaçı xx.xx.2015-ci il tarixli 0211112/2015 saylı kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 219 gün gecikdirilməsi təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X1 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X1 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ‘'xxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, onun xx.xx.2019-cu il tarixə borcun ödənilməsinin gecikmə günləri 219 gün təşkil etməklə, Fərmanın tələblərində nəzərdə tutulmuş 360 gündən azdır. Ona görə də cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1926/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1926/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver