Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1926/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 22 aprel 1998-ci il tarixli 107 saylı qərarı ilə atası X4 Maştağa Subtropik sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi ilə bağlı qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 22 aprel 1998-ci il tarixli 107 saylı qərarı ilə atası X4 Maştağa Subtropik sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılsa da həmin torpaq sahəsinin plan ölçüsü və yaxud yerləşmə sxemi verilməmişdir. Yerləşmə sxemi olmadığı üçün atası torpaq sahəsini dövət qeydiyyatına aldıra bilməmişdir. Atası, X6 xx.xx.2008-ci ildə vəfat etdiyi üçün həmin torpaq sahəsinə dair onun vərəsəlik hüququnun tanınması haqqında 31 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və həmin notariat ofisinin 21 iyun 2022-ci tarixli, 308 saylı qərarla vərəsə kimi tanınmışdır. Abşeron rayon Dövlət Arxivindən verilmiş F-834 saylı xx.xx.2022ci il tarixli arayış da atası X4 22 aprel 1998-ci il tarixli 107 saylı qərarla torpaq sahəsinin ayrıldığını təsdiq edir. Torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə ayrılsa da torpaq sahəsi hal-hazırda Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Odur ki, həmin torpaq sahəsinə yerləşmə sxemi Cavabdeh tərəfindən verilməlidir. Bütün bunlara əsasən o, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 22 aprel 1998-ci il tarixli 107 saylı qərarı ilə atası X4 Maştağa Subtropik sovxozunun ərazisində fərdi yaşayış tikintisi məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli M-351-091 saylı məktubla onun müraciətinə imtina verərək bildirdi ki, Maştağa Subtropik sovxozunun ərazisində yerləşən, Abşeron XDS İcraiyyə Komitəsinin 22 aprel 1998-ci il tarixli 107 saylı qərarından çıxarışa əsasən vətəndaşlara ayrılmış torpaq sahəsinə dair ayrıc aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən həmin ərazidə ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. Cavabdeh imtinası qanunsuz və əsassızdır. O bu torpaq sahəsindən uzun zamandır istifadə edir. Bunun əlaqədar yerli bələdiyyəyə ödənişlər edir. Həmin torpaq sahəsinə dair ayrıc aktlarınən, baş planların və koordinatların Cavabdehnə təhvil verilməməsi onun günahı deyil, o, cavabdeh orqan əvəzindən sənədlərin verilməməsinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 1/2474 nömrəli iddiaya yazılı etirazda bildirilmişdir ki, X4 0,10 ha torpaq sahəsi Azərbaycan SSR Abşeron rayon XDS Komitəsinin 22 aprel 1998-ci il tarixli 107 saylı qərarı ilə ayrılarkən həmin qurum tərəfindən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar Cavabdehndə olmadığından imtina əsaslı olmuşdur. Odur ki, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərara qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbacan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X1 ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə xx.xx.2008-ci il tarixdə vəfat etmiş X3, Abşeron rayon Dövlət Arxiv fondunun xx.xx.2007-ci il tarixli 1577 saylı arxiv arayışı əsasında Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 21 nömrəli xx.xx.1998-ci il tarixli əmri ilə sovxozun ərasində yerləşən 0.10 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair çıxarış verilməsini xahiş edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivinin 17 noyabr 2022-ci il tarixli, 21576 nömrəli məktubundan görünür ki, Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 28 aprel 1998-ci il tarixli əmri ilə Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 09/İV- 98-Cİ il tarixli, 04 saylı, 27.04.98-ci il tarixli, 05 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin 22.04.98-ci il tarixli, 107 saylı sərəncamını rəhbər tutaraq Maştağa Subtropik sovxozunun ərazisində həyətyanı torpaq sahəsi yerilməsi üçün ayrılmış torpaq sahəsindən aşağıda adları qeyd olunan 45 nəfər fəhlə və mütəxəssis ailələrinin hər birinə 0,10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi əmr edilmişdir: 5-ci sırada X6. Vətəndaşa torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən qəsəbənin quruluşuna uyğun hazırlanmış sxema əsasında paylansın. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-932/2023 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin arxivinə baxış zamanı müraciətdə qeyd edilən “Subtropik” Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisəsi ilə bağlı sənədlər aşkar edilməmişdir. Bu səbəbdən müvafiq sənəd və məlumatların təqdim edilməsi Nazirliyin imkanı xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********18 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır. 1.Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 28 aprel 1998-ci il tarixli əmri X4 ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etməyə imkan verən texniki sənədlər (cizgi, sxem və.s.) təqdim edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia olunan və naturada göstərilən torpaq sahəsinin faktiki ölçüsü və yerləşmə koordinatları (faktiki ölçüsü- 0.12 ha, mərkəzi koordinat: X-415225, Y-4484129) təyin edilmişdir. 2.İddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən torpaq sahəsi keçmiş Maştağa Subtropik sovxozunun Bakı şəhərinin idarəçiliyinə qaytarılan ərazisinin hüdudları daxilindədir. 3.İddiaçının nümayəndəsi tərəfindən iddia olunan və naturada göstərilən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid yaşayış massivində yerləşir. 4.İddiaçının nümayəndəsi tərəfindən iddia olunan və naturada göstərilən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətindədir. 5.Elektron kadastr məlumat bazasına əsasən iddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən torpaq sahəsinin daxilindən orta təzyiqli 159 mm-lik yeraltı qaz xətti keçir. Faktiki vəziyyətdə torpaq sahəsinin yol tərəfdən daş hasarına bitişik 2 ədəd yerüstü qaz xətti mövcuddur, (mühafizə zonası barədə elektron bazada məlumat aşkar edilməmişdir, aidiyyəti qurumlardan rəy alınması məqsədəuyğundur). 6.İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən hüquqları dövlət qeydiyyatına alınmış digər torpaq sahələri ilə üst-üstə düşmür. Cavabdeh Bakı şəhər Cavabdeh İddiaçı müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli, M-351-091 məktubunda bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Cavabdehnə təhvil verilmədiyindən Sizə ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyətinin 22.04.98-ci il tarixli, 107 saylı sərəncamı rəhbər tutularaq Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 28 aprel 1998-ci il tarixli əmri ilə Maştağa Subtropik sovxozunun ərazisində həyətyanı torpaq sahələrindən fərdi ev tikmək üçün 0.10 ha ölçüdə torpaq sahəsi X4 ayrılmışdır. Sözügedən əmr dövlət arxivinə təhvil verilmiş, lakin həmin əmrlə birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, torpaq sahəsinin keçmiş Maştağa Subtropik sovxozunun Bakı şəhərinin idarəçiliyinə qaytarılan ərazisinin hüdudları daxilində olmaqla, təyinatına görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, eləcə də dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayırlması barədə Abşeron rayon İcra Hakimiyyətinin 22.04.98-ci il tarixli, 107 saylı sərəncamı əsasında Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 28 aprel 1998-ci il tarixli əmri hazırda qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi Maştağa Subtropik sovxozunun Bakı şəhərinin idarəçiliyinə qaytarılan ərazisinin hüdudları daxilində olmaqla hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda həmin torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayon İcra Hakimiyyətinin 22 aprel 1998-ci il tarixli 107 saylı sərəncamı əsasında Abşeron rayon Maştağa Subtropik bitkilər sovxozunun 28 aprel 1998-ci il tarixli 21 saylı əmri ilə X4 Maştağa Subtropik sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0.10 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1926/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1926/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver