Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1927/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab edilir. İş materiallarında olan: Notariat qaydada təsdiq edilmiş müqavilədə qeyd edilmişdir ki, iddiaçıya Mərdəkan ərazisində 0,25 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin 20 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, bağ sahəsinə dair sənədlərin əsllərinin cavabdehə təqdim edildiyi təqdirdə müraciətə baxılacaqdır. işin faktiki hallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi cavabdehə ilkin olaraq müraciət olunmuş, lakin həmin müraciətə cavab məktubunda qeyd olunan hallar, yəni sənədlərin əsilləri ilə birgə müraciət etməsi müəyyən olunmamışdır. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub – iddiaçıya çıxarışın verilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati icraat materiallarından göründüyü kimi iddiaçı onun hüquqlarının dövlət qeydiyyatı ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə baxmış və sənədin əsllərinin təqdim ediləcəyi təqdirdə müraciətə baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdehin məktubu imtina xarakteri daşımır. Əksinə bu məktub inzibati orqanın inzibati icraatı düzgün aparılmasını əks etdirən dəlildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Normanın tələbləri onu göstərir ki məsləhətlərin və zəruri məlumatların verilməsi inzibati orqanın daşıdığı vəzifələrdən biridir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məsləhət xarakterli məktub iddiaçıya mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin təqdim edilməli olmasından bəhs etmişdir ki, bununla da inzibati orqan inzibati icraat çərçivəsində yardım göstərmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya ünvanladığı məktub həmin şəxs üçün hər hansı mənfi hüquqi nəticə yaratmır, əksinə onu inzibati orqana hansı sənədlər ilə müraciət etməsini özündə əks etdirən məlumat xarakteri daşıyır. İddiaçı isə müqavilənin əsli ilə cavabdehə müraciət etmək əvəzinə, notariat qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir ki, cavabdehə adıçəkilən sənədin qanunauyğun qaydada təqdim edilməsini istisna edən hal mövcud olmamış, cavabdeh də mövcud sənədlərin əsllərinin təqdim ediləcəyi təqdirdə müraciətinə baxılması barədə məktub iddiaçıya ünvanlamışdır ki, həmin məktubun iddiaçı üçün hər hansı mənfi hüquqi nəticə yaratması işin halları ilə müəyyən edilməməklə, müraciətin təminindən imtina xarakteri daşımır və inzibati icraatın düzgün aparılması üçün yardım xarakteri daşıyır ki, məhkəmə hesab edir ki, hazırkı halda mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması iddiaçı tərəfindən qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmək hüququnun müəyyən edilməsi üçün yetərli əsas hesab edilmir. Əksinə, hazırkı növ iddialar üzrə cavabdehə ilkin müraciətin mövcud olması mütləqdir ki, iddiaçının göstərilən formada müraciəti və yardım xarakterli məktubun mövcudluğu iddianın mümkünlük şərtinin ödənilməsi üçün kifayət etmir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı məlumat xarakterli məktubu aldıqdan sonra aidiyyəti sənədləri ilə birlikdə cavabdeh inzibati orqana müraciət etmədiyindən iddiaçının hazırki tələbinə baxılması mümkünlük şərtləri baxımından mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi (məlumat xarakterli məktubda göstərilən sənəd əlavə olunmaqla) təqdirdə, müraciətin təminindən imtina edildiyi halda onun eyni tələblə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırki iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi (məlumat xarakterli məktubda göstərilən sənəd (müqavilə) əlavə olunmaqla) təqdirdə, müraciətin təminindən imtina edildiyi halda onun eyni tələblə məhkəməyə müraciət etmək hüququ Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1927/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1927/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver