Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-193/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X6, X11 və X16 işə cəlb edilməklə “özəlləşdirilmənin ləğv edilməsi və həmin özəlləşdirilmə barədə çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X28 Ağa qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X12, 3-cü şəxs X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X6, X11 və X16 işə cəlb edilməklə “özəlləşdirilmənin ləğv edilməsi və həmin özəlləşdirilmə barədə çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanının özəlləşdirilməsinin ləğvi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı X13 xalası qızı X16 ilə ailə qurduqdan sonra ailəsində problemlər yaranmış, hər dəfə söz söhbət, mübahisə çıxartmışdır. Anası bütün bunlara söz söhbətlərə dözməyərək vəfat etmiş, bundan sonra isə ata yurdları olan ünvan 2-da onun vəziyyəti daha da, kəskinləşmişdir. Onu evdə yola vermədiklərini, psixoloji təzyiqlərini gördükdən sonra ailə qurmaq məcburiyyətində qalaraq yoldaşna məxsus evə köçməli olmuşdur. Hal-hazırda mübahisəli olan Bakı şəhəri. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, ev 95, mənzil 59 atasına Neft Daşlarında çalışan zaman verilmiş, mənzilin sahəsi müəyyən edilərkən ailə üzvlərinin sayı nəzərə alınmışdır və o da, qeyd edilən mənzilin verilməsi əsası olan orderdə ailə üzvü kimi göstərilmişdir. Qeyd edilən mənzil birbaşa qardaşının adına özəlləşdirilərək çıxarış verilmişdir. Bunu o, Suraxanı Rayon Məhkəməsində qaldırdığı iddiaya baxılarkən aşkar etmiş). Bundan sonra, isə xx.xx.2019-cu il tarixdə atası X15 vəfat etmişdir. Atasının vəfatından əvvəl isə onun yaşlılığından və sənəd işlərindən başının çıxmamasından istifadə edərək onun ünvan 2-dan istifadə hüquqlarına xitam verilməsi üçün məhkəmədə iddia qaldırılmış, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3824/2018 saylı 01 iyun 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Əlbəttə ki, Onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, bu məsələdən ümumiyyətlə xəbəri olmamışdır. Bununla belə atasının qeyd edilən iddianı qaldırmağa belə hüququ olmamış, çünki, əmlak qardaşının adına olmuşdur. 2019-cu ilin sentyabr ayında isə qardaşı X13 vəfat etmiş, bundan sonra isə onun yoldaşı X16 mirasın qəbulu üçün notariusa müraciət etmişdir. Bir halı da, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ünvan 2 -a xx.xx.2018-ci il tarixdə qardaşının adına çıxarış alınmış, Suraxanı Rayon Məhkəməsinin istifadə hüquqlarına xitam verilməsi barədə qiyabi qətnaməsi isə 01 iyun 2018-ci il tarixdə çıxarılmışdır. Bu səbəbdən də, hesab edir ki, özəlləşmə və onun əsasında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilməlidir. Bununla bağlı, cavabdehə xx.xx.2020-ci il tarixində müraciət etsə də, müraciətinə cavabı xx.xx.2021-ci il tarixdə şəxsən DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək almışdır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavabı ilə bildirilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Cəlal Qurbanov küçəsi, ev 95, mənzil 59 atasına Neft Daşlarında çalışan zaman verilmiş, mənzilin sahəsi müəyyən edilərkən ailə üzvlərinin sayı nəzərə alınmışdır və o da, qeyd edilən mənzilin verilməsi əsası olan orderdə ailə üzvü kimi göstərilmişdir. Qeyd edilən mənzil 2018-ci ilədək özəlləşdirilməmiş, 2018-ci ilin xx.xx.2018-ci il tarixdə qardaşım X2 adına özəlləşdirilərək çıxarış verilmişdir. Həmin vaxt qeyd edilən mənzilə qeydiyyatı olsa da, 137 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışda adı göstərilməmiş və nəticədə onun razılığı alınmadan özəlləşdirilmə həyata keçirilmişdir.
3. Məhkəmənin 2-1(112)-653/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X6, X11 və X16 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, 95 saylı evin, 59 saylı mənzili Bakı X18nin xx.xx.1984-cü il tarixli 234500 nömrəli orderi, X8, X1, X3, X4 razılıq ərizələri və Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismarı Sahəsinin arayışı (Forma 2) əsasında X5 adına qeydiyyata lınaraq ********** nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir.
6. 3-cü şəxs X9 nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi’' haqqında 26 yanvar 1993- cü il tarixli, 463 №li Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razdığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İddia ərizəsindən də, göründüyü kimi, mübahisəli mənzil özəlləşdirilərkən iddiaçı orada faktiki yaşamamışdır. Belə ki, iddiaçı mübahisəli mənzil özəlləşdirilməmişdən çox əvvəl nikaha daxil olmuş və iddia ərizəsində qeyd etdiyi kimi əri evinə köçmüşdür. Bunun təsdiqi olaraq qeyd etmək istəyir ki, mübahisəli mənzil özəlləşdirilərkən iddiaçı həmin mənzildə yaşamasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından da, göründüyü kimi iddiaçı sonradan məhkəmə qaydasında mübahisə mənzilə qeydiyyatını rəsmiləşdirmiş və həmin xüsusata istinadən mübahisəli mənzilin özəlləşdirilməsinin etibarsızlığını iddia edir. Halbuki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi” haqqında 26 yanvar 1993-cü il tarixli. 463 №-li Qanununun 5-ci maddəsinə əsasən mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda həm də həmin mənzildə kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunur. Mübahisəli mənzil özəlləşdirilərkən iddiçı İddiaçı Şəhavət qızı həmin mənzildə faktiki yaşamadığı üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Rexestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2-un özəlləşdirilməsinin ləğvi və cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki. bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbi barəsində tərəflərə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə digər 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli **********88 nömrəli məktuba əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əlmak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********02 nömrəli xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli **********62 nömrəli məktublarla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, ev 95, 59 saylı mənzilin özəlləşdirilməsinə dair bütün sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Xətai rayon X18 İcraiyyə Komitəsinin 03 avqust 1984-cü il tarixli 64 nömrəli protokolundan çıxarışa əsasən mübahisəli mənzil iddiaçının mərhum atası X10 ayrılmışdır. Həmin protokoldan çıxarışda mənzil ayrılması zamanı iddiaçının adı, mərhum atasının ailə üzvləri siyahısında göstərilmişdir. Həmin mənzilə dair həmçinin iddiaçının atasının adına 234500 nömrəli 06 avqust 1984-cü il tarixli order verilmişdir. Həmin orderdə də, iddiaçının adı atasının ailə üzvləri siyahısında qeyd edilmişdir. xx.xx.2018-ci il tarixdə mübahisəli mənzil iddiaçının mərhum atasının və həmin vaxt 137 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş forma 2 arayışında göstərilmiş həmin evdə qeydiyyatda olan, yetkinlik yaşına çatmış X8 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən iddiaçının qardaşı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə X13 vəfat etdiyindən xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzil xx.xx.2022-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ ilə 1/3 hissədə X8, 1/3 hissədə X1, 1/3 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
13. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 06 29846-1222 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, ev 95, mənzil 59 ünvanında qeydiyyatdadır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, Xətai rayon X18 İcraiyyə Komitəsinin 03 avqust 1984-cü il tarixli 64 nömrəli protokolundan çıxarışa əsasən mübahisəli mənzil iddiaçının mərhum atası X10 ayrılmışdır. Həmin protokoldan çıxarışda mənzil ayrılması zamanı iddiaçının adı, mərhum atasının ailə üzvləri siyahısında göstərilmişdir. Həmin mənzilə dair həmçinin iddiaçının atasının adına 234500 nömrəli 06 avqust 1984-cü il tarixli order verilmişdir. Həmin orderdə də, iddiaçının adı atasının ailə üzvləri siyahısında qeyd edilmişdir. xx.xx.2018-ci il tarixdə mübahisəli mənzil iddiaçının mərhum atasının və həmin vaxt 137 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş forma 2 arayışında göstərilmiş həmin evdə qeydiyyatda olan, yetkinlik yaşına çatmış X8 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən iddiaçının qardaşı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə X13 vəfat etdiyindən xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzil xx.xx.2022-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ ilə 1/3 hissədə X8, 1/3 hissədə X1, 1/3 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mübahisəli ünvana dair verilmiş orderdə adının qeyd edilməsinə və onun 2003-cü il tarixdən sözügedən ünvanda qeydiyyatının mövcud olmasına (iş materiallarında olan kifayət qədər mötəbər sübutlara əsasən), baxmayaraq, mənzilin iddiaçının mərhum qardaşı X2 adına ilkin dövlət qeydiyyatına alınması zamanı forma 2 arayışında İddiaçı adı qeyd olunmadığından, onun razılığı alınmamış, mənzildə qeydiyyatda yalnız X13, X15, X16, onun uşaqları, X6, X11 olduğundan yalnız onlardan yetkinlik yaşına çatmış şəxslərin razılığı alınaraq müvafiq özəlləşdirmə prosesi həyata keçirilmişdir.
21. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; (-); 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
23. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 127. İcarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır.
24. Hazırda qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.
26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
28. Beləliklə mövcud qanunvericiliyin tələblərindən göründüyü kimi, mübahisəli mənzil özəlləşdirilən zaman həmin mənzilə dair verilmiş orderdə iddiaçının adı olmasına və həmin mənzildə qeydiyyatı olan keçmiş icarədarın (iddiaçının atası X7) ailə üzvü olan iddiaçının razılıq ərizəsinin alınmalı olmalı olmasına baxmayaraq, cavabdehə təqdim edilmiş Forma 2 arayışda onun qeydiyyatı göstərilməmiş, daşınmaz əmlakın özəlləşdirilməsi zamanı ərizəçi ilə birlikdə yaşayan (iddiaçı faktiki olaraq sözügedən ünvanda qeydiyyatda olmuşdur və ünvan üzrə qeydiyyatda olma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından şəxsin yaşadığı yer kimi başa düşülür) şəxslərin, yəni hazırki halda iddiaçının razılıq ərizəsi alınmamışdır.
29. Göründüyü kimi, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından həmin qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.
30. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
31. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
32. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
33. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
35. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X14 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
36. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
38. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
41. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
42. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə dair X2 adına xx.xx.2018-ci il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında cavabdeh tərəfindən verilmiş RX seriyalı, 130815 nömrəli çıxarışın (qeydiyyat nömrəsi: **********) ləğv olunması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva