Məhkəmə qərarları › İş №2-1(112)-1931/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1931/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1931/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2013-cü ildən (52 yaşından) güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci illərdə Tovuz rayonu, M.B.Qasımov adına Üzümçülük sovxozunda fəhlə işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər Tovuz rayonu Təsərrüfat hesablı dəmir-beton məmulatları və konstruksiyaları zavodunda fəhlə işləmişdir. 1983-1988-ci illərdə M.Əzizbəyov adına neft və Kimya İnstutunda mühəndis-elektrik ixtisası üzrə təhsil almışdır. Bu barədə barədə xx.xx.1988-ci il tarixli, RV 0250-62 saylı diplom verilmişdir. xx.xx.1988-ci ildən xx.xx.1990cu ilə qədər Sov.İKP nin XXİİ qurultayı adına Neft və Qazçıxarma İdarəsində neft və qazın çıxarılması sahəsində elektrik mantyor peşəsi üzrə; xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər 28 Aprel Neft və Qazçıxarma İdarəsində miihəndis-elektrik peşəsi üzrə işləmişəm. xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə qədər Sov.İKP nin XXİİ Qurultayı adına Neft və Qazçıxarma İdarəsində sex rəisi vəzifəsində; xx.xx.2001-ci ildən xx.xx.20210-cu illərdə "Qum Adası" Neft və Qazçıxarma İdarəsində baş energetik vəzifəsində işləmişəm. xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə qədər BEOCL Şirkətinin Azərbaycan Nümayəndəliyində böyük energetik vəzifəsində; xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər "Neftaztikinti" trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsində baş mühəndis vəzifəsində; xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə qədər "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləmişdir. xx.xx.2011-ci ildən hazırkı vaxta qədər "xxxx" ASC-də işləyir. xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 26 (iyirmi altı) il, 4 (dörd) ay, güzəştli şərtlə pensiya hüququ verən iş stajı 15 (on beş) il, 10 (on) ay təşkil edir. İşlədiyi sahə güzəştli şərtlərlə 52 yaşından pensiya çıxmaq üstünlüyü verir. İddiaçının qeyd edilən halla bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 24 iyun 2024-cü il tarixli 3-17-1/2-A-144867/2024 saylı məktubla imtina cavabı verilmişdir. Əsas kimi iddiaçının güzəştli stajının 1 il 22 gün olması göstərilmişdir. (xx.xx.1988-xx.xx.1989-cu illər)

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli “güzəştli şərtlərlə əmək pensiyasının təyinatından imtina haqqında” məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birnövdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (1 il 22 gün (xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti mahiyyəti üzrə araşdırlmış və ona 3-17- 1/2-A-144867/2024 nömrəli xx.xx.2024-cü il tarixli imtina məktubu ünvanlanmışdır. Sözügedən imtina məktubunda İddiaçı qanunvericiliklə nəzərdə tutula 12 il 06 ay güzəştli iş stajına sahib olmadığı bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, iddiaçı Ş.X2 müraciət edən zaman iş yerindən arayış təqdim etmədiyinə görə onun işlədiyi peşə və sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan peşə, sahəyə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, İddiaçı güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulan 12 il 06 aydan az, 01 il 22 gün (xx.xx.1988-xx.xx.1989-cu illər) təşkil edir. Belə ki, iddiaçı Ş.X1 təqdim etdiyi SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşlan” Neft və qazçıxarma idarəsinin xx.xx.2024-cü il tarixli arayışında iddiaçının xx.xx.1988xx.xx.1989-cu il tarixlərdə elektrik montyoru vəzifəsində çalışdığı (güzəştli iş stajında daxil edilir) xx.xx.1989-xx.xx.2001-ci il tarixlərində isə rəis, sex rəisi vəzifələrində (sözügedən arayışda bu vəzifələrin güzəştli iş stajına daxil edilməsi ilə bağlı hər hansı qeyd yoxdur) işlədiyi qeyd edilmişdir. Bildirilir ki, İddiaçı Mərkəzi Filiala yuxarıda qeyd edilən arayışdan başqa güzəştli iş stajını təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən qaydada göstərilənlərə uyğun hazrlanmış arayışına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib; 9.1 -ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

5. “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” X8 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli Arxiv Arayışında qeyd olunmuşdur ki, İddiaçı 1983-cü ildə Energetika fakültəsinin “Sənaye müəssisələrinin səhər və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr: №012/789, xx.xx.1983-cü il). İddiaçı 1988-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 02/1104, xx.xx.1988-ci il).

6. Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-48-44RA/2-A-126/2024 nömrəli Arxiv Arayışında qeyd olunmuşdur ki, M.B. Qasımov adma sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş A.verdiyev Şahin Yolçu oğlu xx.xx.1978-ci il tarixdə 436 №-li əmrlə M.B.Qasımov adma sovxozun şərab zavoduna fəhlə qəbul edilmiş, İddiaçı xx.xx.1980- ci il tarixdə 532№-li əmrlə hərbi xidmətə getdiyinə görə fəhləlikdən azad edilməsi göstərilmişdir.

7. Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-48-44RA/2-A-127/2024 nömrəli Arxiv Arayışında qeyd olunmuşdur ki, Tovuz rayon Təsərrüfathesablı Dəmir-Beton Məmulatı və Konistruksiyalar İstehsal edən zavodun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş A.verdiyev Şahin Yolçu oğlu xx.xx.1982- ci il tarixdə 178 №-İi əmrlə Tovuz rayon Təsərrüfathesablı Dəmir-Beton Məmulatı və Konistruksiyalar İstehsal edən zavoda fəhlə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə 146№-li əmrlə ali məktəbə qəbul olduğu üçün fəhləlikdən azad edilməsi göstərilmişdir.

8. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən təqdim olunmuş Arxiv Arayışına əsasən “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərlə, 1988-1990-cı il və 1991-2001-ci il üçün əmək haqqlarının şəxsi hesablarında, 2001-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1961-ci il tarixdə anadan olmuş İddiaçı bu müəssisədə işləməsi barədə məlumatlar mövcuddur: Tarix Azad edilmənin Çıxdığı Təşkilatın adı Vəzifə, peşə Qəbul (köçürmənin) (köçürmə) əsası Bilavasitə neft və qazçıxarma Elektrik obyektlərində elektrik avadanlıqları və avadanlıqlarının təmiri, əmr 68 /k xx.xx.1988 xx.xx.1988 elektrik təchizatı quraşdırılması və xidməti xx.xx.1988 kirayə təmiri sexi üzrə elektrik montyoru-4- (EAETKTS) cü dərəcəli (şıfr- 1100000a-19861) xx.xx.1988 xx.xx.1989 Elektrik Bilavasitə neft və əmr 98 / k avadanlıqları və qazçıxarma xx.xx.1988 elektrik təchizatı obyektlərində elektrik kirayə təmiri sexi avadanlıqlarının təmiri, (EAETKTS) quraşdırılması və xidməti üzrə elektrik montyoru-4cü dərəcəli (şıfr- 1100000a-19861) Lay təzyiqinin saxlanması və lay sularının və əmr 215 / k xx.xx.1989 xx.xx.1990 çirkab suların Mühəndis-energetik xx.xx.1989 yığılması tənzimlənməsi və utilizasiyası sexi Elektrik avadanlıqları və əmr 161 / k xx.xx.1991 xx.xx.1991 elektrik təchizatı Rəis xx.xx.1991 kirayə təmiri sexi (EAETKTS) Elektrik avadanlıqları və əmr 197 / k xx.xx.1991 xx.xx.1994 elektrik təchizatı Sex rəisi xx.xx.1991 kirayə təmiri sexi (EAETKTS) Elektrik avadanlıqları və əmr 326 / k xx.xx.1994 xx.xx.2001 elektrik təchizatı Sex rəisi xx.xx.1994 kirayə təmiri sexi (EAETKTS) İddiaçı 01 mart 2001-ci il (xx.xx.2001-ci ilin 17-k №-li əmrinə əsasən) tarixindən ARƏMnin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarına müvafiq olaraq 1 saylı Siyahı üzrə güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: 1) xx.xx.1988-xx.xx.1989 (şıfr 1100000a-19861) bilavasitə neft və qazçıxarma obyektlərində elektrik avadanlıqlarının təmiri, quraşdırılması və xidməti üzrə elektrik montyoru peşəsi üzrə iş stajı 01 il 00 ay 22 gün təşkil edir. Ümumi iş stajı 12 il 05 ay 21 gün təşkil edir.

9. SOCAR “Azneft” İstehsalat Birliyi “28 MAY” NQÇİ tərəfindən təqdim edilmiş “İş yeri haqqında” xx.xx.2024-cü il tarixli Arxiv Arayışında qeyd olunmuşdur ki, SOCAR “Azneft” İstehsalat Birliyi “28 MAY” NQÇİ tərəfindən məhkəməyə təqdim olunmuş Arxiv Arayışında qeyd olunmuşdur ki, “28 May “NQÇİ-nin sabiq işçisi xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “X3 “ 28 May “ Neft vs Qazçıxarma” İdarəsinin arxiv fondunda olan xx.xx.1990-cı il 91 k №-li əmrinə əsasən, gənc mütəxəssis köçürülmə yolu ilə X5 Partiyasının XXİİ qurultay adına NQÇİ-dən “Lay təzyiqinin saxlanılması” sexinə mühəndis elektrik vəzifəsinə keçirilmişdir. İddiaçı LTSS-nin elektrik mühəndisi X6 Partiyası XXİİ qurultay adına X7 ordenli “Neft və Qazçıxarma” idarəsinə keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının ƏQM-nin 36b.5 əsasən köçürmə yolu ilə xx.xx.1991-ci il 164K №-li əmri ilə işdən azad edilmişdir.

10. SOCAR “Azneft” İstehsalat Birliyi “28 MAY” NQÇİ tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli Arxiv Arayışında qeyd olunmuşdur ki, “28 May “NQÇİ-nin sabiq işçisi xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “X3 “ 28 May “ Neft vs Qazçıxarma” İdarəsinin arxiv fondunda olan xx.xx.1990-cı il 91 k №-li əmrinə əsasən, gənc mütəxəssis köçürülmə yolu ilə X5 Partiyasının XXİİ qurultay adına NQÇİ-dən “Lay təzyiqinin saxlanılması” sexinə mühəndis elektrik vəzifəsinə keçirilmişdir. İddiaçı LTSS-nin elektrik mühəndisi X6 Partiyası XXİİ qurultay adına X7 ordenli “Neft və Qazçıxarma” idarəsinə keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının ƏQM-nin 36b.5 əsasən köçürmə yolu ilə xx.xx.1991-ci il 164K №-li əmri ilə işdən azad edilmişdir. İddiaçı “Lay təzyiqinin saxlanılması” sexində işlədiyi mühəndis elektrik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın Neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin, operativ istehsalat xidmətləri ilə əhatə olunmamışdır.

11. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.

12. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

13. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

17. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

20. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

22. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 və 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

23. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

24. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Odur ki, iddiaçının 52 yaşı 01 iyun 2017-ci il tarixədək tamam olduğu üçün əmək stajı xx.xx.2013-cü il tarixədək (52 yaşının tamam olduğu tarixədək) stajı hesablanmalıdır.

25. İddiaçının ümumi əmək stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisənin mahiyyəti iddiaçının güzəştli iş stajının hesablanması ilə bağlıdır.

26. Cavabdeh orqan bildirmişdir ki, İddiaçı güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulan 12 il 06 aydan az, 01 il 22 gün (xx.xx.1988-xx.xx.1989-cu illər) təşkil edir.

27. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən təqdim olunmuş Arxiv Arayışına əsasən “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərlə, 1988-1990-cı il və 1991-2001-ci il üçün əmək haqqlarının şəxsi hesablarında, 2001-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1961-ci il tarixdə anadan olmuş İddiaçı bu müəssisədə işləməsi barədə məlumatlar mövcuddur: 1) Ümumi iş stajı 12 il 05 ay 21 gün təşkil edir. 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarına müvafiq olaraq 1 saylı Siyahı üzrə güzəştli şərtlərlə iş stajı - xx.xx.1988xx.xx.1989 (şıfr 1100000a-19861) bilavasitə neft və qazçıxarma obyektlərində elektrik avadanlıqlarının təmiri, quraşdırılması və xidməti üzrə elektrik montyoru peşəsi üzrə iş stajı 01 il 00 ay 22 gün təşkil edir.

28. SOCAR “Azneft” İstehsalat Birliyi “28 MAY” NQÇİ tərəfindən təqdim edilmiş “İş yeri haqqında” xx.xx.2024-cü il tarixli Arxiv Arayışında qeyd olunmuşdur ki, “28 May “NQÇİ-nin sabiq işçisi xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “X3 “ 28 May “ Neft vs Qazçıxarma” İdarəsinin arxiv fondunda olan xx.xx.1990-cı il 91 k №-li əmrinə əsasən, gənc mütəxəssis köçürülmə yolu ilə X5 Partiyasının XXİİ qurultay adına NQÇİ-dən “Lay təzyiqinin saxlanılması” sexinə mühəndis elektrik vəzifəsinə keçirilmişdir. İddiaçı LTSS-nin elektrik mühəndisi X6 Partiyası XXİİ qurultay adına X7 ordenli “Neft və Qazçıxarma” idarəsinə keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının ƏQM-nin 36b.5 əsasən köçürmə yolu ilə xx.xx.1991-ci il 164K №-li əmri ilə işdən azad edilmişdir.

29. SOCAR “Azneft” İstehsalat Birliyi “28 MAY” NQÇİ tərəfindən məhkəməyə təqdim olunmuş Arxiv Arayışında qeyd olunmuşdur ki, İddiaçı “Lay təzyiqinin saxlanılması” sexində işlədiyi mühəndis elektrik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın Neft, qaz və qaz kondensatı hasilatı üzrə (neftqaz mədənlərində) sexlərin, operativ istehsalat xidmətləri ilə əhatə olunmamışdır.

30. Odur ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlili ilə razılaşır və qeyd edir ki, İddiaçı güzəştli iş stajı 01 il 22 gün təşkil edir.

31. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və 52 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar