Məhkəmə qərarları › İş №2-1(112)-19323/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19323/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19323/2025 17.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küç.29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda (Yeni qaydalarla ünvan 2v.m qeyri-yaşayış sahəsi üzərində X8 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv ediməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixində Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 3 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndinə əsasən tikiləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi ona aid olacaq. "xxxx" MMC həmin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, binanın tikintisi başa çatdıqdan sonra 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsini ona təhvil verməyərək, ünvan 4 ünvanında inşa edilmiş binanın 1-ci mərtəbəsini tam şəkildə əhatə edən 960 kv.m qeyri yaşayaış sahəsini xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli X2 satmışdır. Bundan sonra qeyd olunan 293 kv.metr qeyri-yaşayış sahəsi üzərində hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəmə mübahisələri başlamış və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ünvan 3 (Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 347) ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.metr (qeydə alman sahə 905 kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə qismən, yəni 293 kv.m hissədə etibrasız olması təsbit (təsdiq) edilmiş və qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsi X12 tərəfindən boşaldılaraq ona təhvil verilməlidir. X12 həmin 905 kv.metr qeyri-yaşayış sahəsinin 293 kv.metr hissəsinin naturada bərabər yerləşmə şərtləri əsasında ayrılaraq ona verilməsini bugünədək təmin etmir və bu səbəbdən də ona verilməli olan 293 kv.metr sahənin naturada müəyyən edilərək mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsinin 58- 61-ci bəndləri ilə (eləcədə Ali Məhkəmənin qərarında) müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə formal olaraq bağlanmış və həmin müqavilə Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən əhəmiyyətsiz olmaqla uydurma əqddir. Göründüyü kimi X12 293 kv.metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu uydurma əqd əsasında qeydə aldırmışdır. Bu səbəbdən də ünvan 6 ünvanda (Yeni qaydalarla ünvan 7v.metr qeyri-yaşayış sahəsi üzərində X8 adma mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsinə dair cavabdeh inzibati orqana mürəciət edilmiş və cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli məktubu ilə mürəciətin təmin olunmasından imtina edilərək, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X12 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Üçüncü şəxs iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, X4 xx.xx.2022-ci il tarixli iddia ərizəsi əsasında (xx.xx.2020-ci il tarixli Y/2 saylı müqavilənin tam etibarsız sayılması tələbi ilə) başlanılmış məhkəmə proseslərinin nəticəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Y/2 saylı xx.xx.2020 tarixli müqavilə qismən etibarsız(293 kv.m sahədə) hesab edilmiş və ona məxsus 960 kv.m qeyri-yaşayış sahəsinin yalnız 293 kv.m hissəsi üzrə mülkiyyət hüququ ləğv edilmişdir. Eyni qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 347 ünvanında yerləşən, ümumi sahəsi 960 kv.m (qeydə alınan sahə 905 kv.m) olan qeyriyaşayış sahəsinin 293 kv.m hissəsi üzrə dövlət qeydiyyatı ləğv edilmiş və həmin hissənin boşaldılaraq iddiaçıya verilməsi qərara alınmışdır. Lakin qeyd olunan qətnamədə 293 kv.m sahənin ümumi 960 kv.m sahənin hansı konkret hissəsindən ayrılmalı olması barədə hər hansı müəyyənedici göstəriş mövcud deyildir. Bununla yanaşı, iddia ərizəsində istinad edilən xx.xx.2009-cu il tarixli Razılaşma Müqaviləsinə əlavə kimi göstərilən Cizgi planı nə mülki iş üzrə məhkəmə materiallarında mövcud olmuş, nə də bugünədək hər hansı dövlət orqanına təqdim edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-242/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə Y/2 saylı xx.xx.2020-ci il tarixli müqavilənin qalan hissəsi üzrə də etibarsız sayılması tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iş e-2(001)-4802/2025 nömrəsi ilə icraata qəbul edilmiş, lakin sonradan iddiaçı tərəfin müraciəti əsasında iddia ərizəsi baxılmadan geri qaytarılmışdır. İş üzrə materiallar Binəqədi Rayon Məhkəməsində mövcuddur. Eyni zamanda bildirirəm ki, 293 kv.m sahənin faktiki olaraq ümumi 960 kv.m sahədən ayrılması və təhvil verilməsi ilə bağlı icraat Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində aparılır.X1 icra işinin dayandırılması tələbi ilə xx.xx.2025-ci il tarixli ərizə ilə İcra şöbəsinə müraciət etmişdir və xx.xx.2025 ci il tarixdən icra hərəkətləri (sahənin boşaldılaraq təhvil verilməsi) dayandırılmışdır. Beləliklə, qeyri-yaşayış sahəsinin qanuna müvafiq bölgüsünün aparılmaması və faktiki icranın başa çatdırılmaması iddiaçı tərəfindən yaradılan maneələrlə birbaşa bağlıdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı məhkəmə iclasında iştirak edən şəxslərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbini irəli sürsə də, mübahisə predmeti olan əmlaka dair hər hansı hüququnun mövcudluğu ilə bağlı mötəbər dəlillərə (hüquqmüəyyənedici sənədlərə) istinad etməmiş və nə məhkəməyə, nə də inzibati orqana təqdim etməmişdir və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 215 (Yeni qaydalarla: AZ1012 Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 347) ünvanında yerləşən 905 kv.m qeyri-yaşayış sahəsinə dair X8 mülkiyyət hüququ qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 2(103)-242/2023 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 8 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m.(qeydə alınan sahə 905.kv.m) olan qeyri-yaşayış sahəsinə dair "xxxx" məhdud məsuliyyətli cəmiyyət ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Y/2 nömrəli müqavilə qismən, yəni 293 m2 qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız olması təsbit(təsdiq) edilmiş və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215 saylı (Yeni qaydalarla ünvan 8 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsindəki ümumi sahəsi 960 kv.m.(qeydə alınan sahə 905.kv.m) olan qeyri- yaşayış sahəsinin 293 kv.m hissəsində X8 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat ləğv edilməsi və qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsi cavabdeh X12 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi icra edilərək çıxarış 293 kv.m hissədə ləğv edilmişdir. Hazırda iddiaçı çıxarışın qalan hissədə-612 kv.m hissəsinin də ləğv edilməsi tələbini irəli sürür. Lakin həmin sahə ilə bağlı iddiaçı subyektiv hüququnu təsdiq edəcək dəlil irəli sürməmişdir. Naturada təhvil verilə bilməməsi əsası iddiaçının həmin sahənin ləğvini tələb etməsi ilə bağlı subyektiv hüuqunun olmasına dəlalət etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar