Məhkəmə qərarları › İş №2-1(112)-1935/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1935/2021

15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1935/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun vəkilləri Vəkil3, Vəkil2 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı sənədlərin etibarsız hesab olunması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabuncu rayonu, Nardaran qəsəbəsi, 25 saylı bağ evi ilə 26 saylı bağ evi arasında olan ümümi istifadədəki torpaq sahəsinin mənimsənilərək qanunsuz rəsmiləşdirilməsini əks etdirən sənədlərin: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə Cavabdeh3 adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına xx.xx.2007-ci il tarixdə verilmiş AA seriyalı, 000277 nömrəli torpaq sahəsinin plan və ölçüsünün, Bakı şəhəri, 27 saylı Notariat Kontorunda bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə verilmiş AA seriyalı, 190337 nömrəli torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı verdiyi qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbindən imtina etdiyini, imtinanın nəticəsinin ona izah edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun vəkilləri Vəkil3 və Vəkil2 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçı iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə həmçinin iddiaçıya izah edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.2-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı sənədlərin etibarsız hesab olunması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar