Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1936/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ikinci qrup əlilliyinin təyin olunması və ödənilməmiş əlillik təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə, iddia tələbinin “Mənə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 2-ci dərəcə (orqanizmin funksiyalarının 61-80 faizədək pozulması) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il təvəlüdlü İddiaçı uzun illərdir ki, ürək damar və əsəb xəstəliyindən əziyyət çəkir. Sonradan səhhətidə (ürək damar nahiyəsində) ciddi ağrılar olduğundan 2016-ci ildə Bakı şəhər Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzində, 2018-ci ildə Kardioloji Mərkəzdə, xx.xx.2022-ci ildə X4 2019-cu ildə təkrar klinikada, 2023-cü ildə 2 dəfə Kardioloji Mərkəzdə və sair tibb müəssisələrində 2-ci qrup əlil kimi müalicələr almışdır., 2023-cü ildə təkrar həkim komissiyasından keçərkən cavabdeh tərəfindən üçüncü şəxsin rəyinə əsasən bildirmişlər ki, onun təkrar müalicəyə ehtiyacı vardır. Ona elektron sistem vasitəsilə məlumat verilmişdir ki, “Hörmətli vətəndaş, Sizə dair tibb müəsisəsi tərəfindən əlliliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə verilmiş göndəriş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasia sisteminin Əllilik altsistemində yerləşdirilmişdir.(Göndəriş X0011588CHB) 12 iyul 2023-cü il tarixli elektron məlumatla əllilik təyinatından cavabdeh tərəfindən təkrar imtina edilmişdir. Əsas kimi qeyd etmişlər ki, guya onun təkrar müalicəyə ehtiyacı vardır. O hələ gənc yaşlarından psixoloji xəstəlikdən də əziyyət çəkir. Belə ki, xx.xx.2007-ci idən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında daimi müalicə alır. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İ25 Ürəyin xroniki işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi; Mərkəzə göndərilmənin/ İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada əlavə bərpa müalicəsi qərarı verildi." səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli X00110588CHB nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “İ25- Ürəyin xroniki işemik xəstəliyi. Ürəyin işemik xəstəliyi; İ25.2- Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz (2016); İ50- Ürək çatmamazlığı. ÜÇ İllf.s. (Af=33%); İ20.8- Stenokardiyanın digər formaları, Stabil gərginlik stenokardiyası İİİ-İVf.s.; İ48- Qulaqcıqların fibrilyasiyası və titrəməsi. Ritm pozğunluğu səyrici aritmaya; İ49.3- Mədəciklərin erkən depolyarizasiyası. Ekstrasistolik aritmiya;” qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri boğulma, ümumi zəiflik, aşağı ətraflarda ağrılar, fiziki hərəkət zamanı döş qəfəsində baş verən göynəmə hissi, ürəkdöyünmə, təngnəfəslik olmuş, anamnestik olaraq uzun illər xəstə və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirilmişdir. Obyektiv müayinə zamanı düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə bir qədər karlaşmış, AT 180/90 mm civ.st., nəbz ritmik (1 dəqiqədə 105 vurğu), dili nəm, ərplidir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş xəstəliyi ilə bağlı stasionar müalicə aldığını bildirsə də, son illərə dair heç bir tibbi sənəd təqdim etməmişdir. xx.xx.2023-cü il tarixində DTSERA-da vətəndaşa EXO-KQ (nəticə: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası azalıb (LVEF=45%). Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru - inferiorun bazalı midi akinetik, inferolateral, inferoseptumun midi hipokinetikdir. Aorta kökü normal, aortal qapaqlar qalınlaşıb. PDA, ASD, VSD yoxdur. Perikard səhifələrinin sol mədəciyin posterior divarının arxasında sistola 7mm, diastola 4mm genişlənməsi qeyd edilir. Min MR. Min TR. izlənilir), aşağı ətraf arteriaların dopplerografivası (nəticə: magistral tipli axınlar), həkim oftalmoloq (nəticə: Vis OD=0,7 (onda yeddi) korreksiya etmir, Vis OS=0,3(onda üç) korreksiya etmir, diaqnoz: “OU- Artifakiya”) və qanın biokimvəvi analiz (qanda kreatinin miqdarı = 125 mkmol/l, sidik cövhəri = 8,42) müayinələri aparılmışdır. Vətəndaş əsas və yanaşı xəstəliklərlə bağlı heç bir müayinə və müalicə sənədi təqdim etmədiyindən, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişləri, anamnestik məlumatlar, obyektiv müayinə və DTSERA-da aparılmış instrumental müayinələr nəzərə alınaraq, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’’ nın 2.1.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 466/2024 saylı ekspert rəyində göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən X6 İnstitutuna müayinəyə göndərilmiş, aparılmış müayinələrdən sonra ona “ÜİX. Stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardioskleroz. Arterial hipertoniya İİ dərəcə. Ürək çatmamazlığı İ F.S.(LVEF=47%) İ20.8, İ25.2, İ11.0, İ50.0” diaqnozu müəyyən edilmişdir. Onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli X00110588CHB saylı Forma 088 göndərişində qeyd edilmiş “ İ25- Ürəyin xroniki işemik xəstəliyi. Ürəyin işemik xəstəliyi; İ25.2-Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz (2016); İ50-Ürək çatmamazlığı. ÜÇ İllf.s. (Af=33%); İ20.8- Stenokardiyanın digər formaları, Stabil gərginlik stenokardiyası İİİ-İVf.s.; İ48-Qulaqcıqların fibrilyasiyası və titrəməsi. Ritm pozğunluğu səyrici aritmaya; İ49.3- Mədəciklərin erkən depolyarizasiyası. Ekstrasistolik aritmiya; (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi). Hipertoniya xəstəliyi İİİ mərhələ yüksək risk; E11.7- İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, İnsulin tələbli şəkərli diabet 2; F07.8- Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beyinin üzvi xəstəliyi, (travma mənşəli) nəticəsində psixopatabənzər davranış pozuntuları. Anamnezində özünü kəsmələrlə” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələr əsasında təyin edildiyindən və xəstəliklər xroniki hala keçdiyindən onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda da inkar etmək olmaz. Belə ki, o, həmin xəstəliklərlə əlaqədar vaxtaşırı müayinə və müalicədə olur. - Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:
2. Qan dövranı sisteminin xəstəlikləri
Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.3. Qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası və His dəstəyin sol ayaqçının blokadası İ44 Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Paroksizmal taxikardiya İ47 Qulaqcıqların (Atrial) fibrilyasiyası və titrəməsi İ48 Ürək ritminin digər pozuntuları İ49 Başqa rubrikalarda (başlıqların altında) təsnif olunmamış qan dövranı sisteminin pozulmaları İ97 Ürək və damar implantlarının və qreftlərin (transplantlarının) olması Z95 Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə 2.3.1. ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ (35-60 faiz, 1 il); 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ (65-80 faiz, 2 il); 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ (85-100 faiz, müddətsiz); 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər (80 faiz, müddətsiz);
2.9. Xroniki revmatik xəstəlikləri İ05 - İ09 Digər ürək xəstəlikləri İ30 - İ52
Qiymətləndirmə 2.9.1. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (35-60 faiz, 2 il); 2.9.2. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2- 3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (65-80 faiz, 2 il); 2.9.3. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1-1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması (85-100 faiz, müddətsiz);
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşması “İ25- Ürəyin xroniki işemik xəstəliyi. Ürəyin işemik xəstəliyi; İ25.2- Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz (2016); İ50- Ürək çatmamazlığı. ÜÇ İllf.s. (Af=33%); İ20.8- Stenokardiyanın digər formaları, Stabil gərginlik stenokardiyası İİİ-İVf.s.; İ48- Qulaqcıqların fibrilyasiyası və titrəməsi. Ritm pozğunluğu səyrici aritmaya; İ49.3- Mədəciklərin erkən depolyarizasiyası. Ekstrasistolik aritmiya;” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və yuxarıda istinad edilən meyarların 2.1.1-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş “İ50- Ürək çatmamazlığı” həmin əsasnamədə təsbit olunsa da, orqanizmin funksiyalarının 65-80 faiz pozulması barədə qərar qəbul edilməsi üçün əsasnamənin 2.3.2-ci bəndində göstərilən “ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ” müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 466/2024 saylı ekspert rəyində göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən X6 İnstitutuna müayinəyə göndərilmiş, aparılmış müayinələrdən sonra ona “ÜİX. Stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardioskleroz. Arterial hipertoniya İİ dərəcə. Ürək çatmamazlığı İ F.S.(LVEF=47%) İ20.8, İ25.2, İ11.0, İ50.0” diaqnozu müəyyən edilmişdir. Onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli X00110588CHB saylı Forma 088 göndərişində qeyd edilmiş “ İ25- Ürəyin xroniki işemik xəstəliyi. Ürəyin işemik xəstəliyi; İ25.2-Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz (2016); İ50-Ürək çatmamazlığı. ÜÇ İllf.s. (Af=33%); İ20.8- Stenokardiyanın digər formaları, Stabil gərginlik stenokardiyası İİİ-İVf.s.; İ48-Qulaqcıqların fibrilyasiyası və titrəməsi. Ritm pozğunluğu səyrici aritmaya; İ49.3- Mədəciklərin erkən depolyarizasiyası. Ekstrasistolik aritmiya; (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi). Hipertoniya xəstəliyi İİİ mərhələ yüksək risk; E11.7- İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, İnsulin tələbli şəkərli diabet 2; F07.8- Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beyinin üzvi xəstəliyi, (travma mənşəli) nəticəsində psixopatabənzər davranış pozuntuları. Anamnezində özünü kəsmələrlə” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələr əsasında təyin edildiyindən və xəstəliklər xroniki hala keçdiyindən onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda da inkar etmək olmaz. Belə ki, o, həmin xəstəliklərlə əlaqədar vaxtaşırı müayinə və müalicədə olur. - Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçının əyani müayinəsi zamanı Əsasənamənin 2.3.2-ci bəndində göstərilən “ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ” müəyyən edilməmiş, “Ürək çatmamazlığı İ F.S.” müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər orqanizmin funksiyalarının 65-80 faiz pozulması ilə əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də orqanizmin funksiyalarının 65-80 faiz pozulması kimi göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona orqanizmin funksiyalarının 50 faiz pozulması ilə əlillik təyinatının aparılması əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının 61-80 faizədək pozulması ilə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov