Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1939/2020 13.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X25 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X19, X15, X22, X10, X4, X20 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “Qeydiyyatdan çıxarılması tələbi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan 13.03.2020-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, üçüncü şəxslər X16, X8, X13, X5, X2, X9 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanında yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evə dair 24.07.2008-ci il tarixdə Seriya MH ******* nömrəli çıxarış verilmişdir. İddiaçı 30.10.2019-cu il tarixdə Forma 2 almaq üçün ASAN-4-ə müraciət etmiş, iddiaçıya arayış veriləndə məlum olmuşdur ki, iddiaçının razılığı olmadan X19, Şerstnyova Milana Ruslanovna, X22, X10, X4, X14, X3, X21 adlı şəxslər iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Məsələnin araşdırılması üçün cavabdeh orqan olan Bakı şəhəri Cavabdehnə müraciət olunmuş, lakin müraciətə imtina olunaraq bildirilmişdir ki, şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxslər və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxslərin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 mart 2020-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanında iddiaçıdan başqa olan üçüncü şəxslər X16, X8, X13, X5, X2, X9 mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 30 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, 16.10.2012-ci il təvəllüdlü X19, 27 fevral 2009-cu il təvəllüdlü Şerstnyova Milana Ruslanovna, 24 may 1957—cı il təvəllüdlü X22, 07 yanvar 2014-cü il təvəllüdlü X10, 26 yanvar 1983-cü il təvəllüdlü X4, 21 oktyabr 1983-ci il təvəllüdlü X14, 11 yanvar 1966-cı il təvəllüdlü X3, 20 mart 1972-ci il təvəllüdlü X21 Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanında qeydiyyatdadırlar. İşdə olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.11.2019-cu il tarixli, 073-32795 saylı məktubda qeyd edilmişdir ki, yuxarıda göstərilən ünvandan (ünvan 3ə qeydiyyatda olan X12, X6, X13, X5, X2, X9 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyil və bu səbəbdən faktla əlaqədar olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyi məqsədə müvafiq hesab edilir. İş materiallarında olan, 24 iyul 2008-ci il tarixli, seriya nömrəsi ******* saylı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində mülkiyyətində olan 0.05633 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 və 2 mərtəbəli, 7 otaqlı, 125.7 kv.m yaşayış, 156 kv.m köməkçi sahədən ibarət 27 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 0.05633 ha torpaq sahəsi və A,B tikililəri, X17 V tikilisi, X18 D tikilisi adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 7297 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 03 fevral 2020-ci il və 06 mart 2020-ci il tarixli cavab məktublarında qeyd edilmişdir ki, hazırda ünvan 4 ünvanı hazırda X18 (“D” tikilisi), X17 (“V” tikilisi) və İddiaçı (0.05633 ha torpaq sahəsi və “A”, “B” tikililəri) adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. Bundan başqa, sözügedən ünvanın ilkin qeydiyyatdan keçdiyi tarixdən indiki dövrə qədər X12, X2, X13, X6, X7, X1 və X9 həmin ünvan üzrə dövlət reyestrində qeydiyyata alınmış heç bir mülkiyyət və istifadə hüququ aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsində yerləşən 27 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı, X17 və X18 mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair üçüncü şəxslərin istifadə hüququ, həmçinin onların qeydiyyata düşmələri barədə hüquq müəyyənedici sənədlər mövcud deyildir. İddiaçı Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdətutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 16.10.2012-ci il təvəllüdlü X19, 27 fevral 2009-cu il təvəllüdlü Şerstnyova Milana Ruslanovna, 24 may 1957—cı il təvəllüdlü X22, 07 yanvar 2014-cü il təvəllüdlü X10, 26 yanvar 1983-cü il təvəllüdlü X4, 20 mart 1972-ci il təvəllüdlü X21, Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 27 ünvanından üçüncü şəxslər X16, X8, X13, X5, X2, X9 qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1939/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1939/2020
13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver