Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-194/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Tibbi Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza Komissiyasının Müayinə Aktı ləğv edilərək döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçısı kimi hüququn yarandığı tarixdən müharibə əlilliyinin təyin edilməsi və həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Tibbi Sosial Ekspert Komissiyası əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi ilə əvəz edilmişdir.
3. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək erməni silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarının keçirilməsi və işğal edilmiş ərazilərimizin azad olunması uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş X5 Əliyevin kod adı “DƏMİR YUMRUQ” əməliyyatı adı altında “N” saylı hərbi hissənin tərkibində Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl, Qubadlı rayonları istiqamətlərində gedən hərbi döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində Qubadlı rayonunun azad olunması uğurunda gedən hərbi döyüş əməliyyatında partlayış travması nəticəsində yaralanmışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş X5 Əliyevin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli sərəncamı ilə “CƏSUR DÖYÜŞÇÜ” və 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli sərəncamı ilə “CƏBRAYİLİN AZAD OLUNMASİNA” görə medalları ilə təltif olunmuşdur. Eləcə də hərbi travmanın səbəb əlaqəsi aşağıdakı kimi qiymətləndirilmişdir. “Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonrakı vəziyyət. Yeriş, dayaq funksiyasının pozulması. Sağ ayağın V barmağın travmatik qopması. İV daraq sümüyün açıq sümük defektı sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta l\3-i səviyyəsində amputasiyası. Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə. Yeriş Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3- i səviyyəsində amputasiyası. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyətt. Ayaq arxası kelloid çapığı ağrı” sindromu diaqnozu ilə ilkin müayinə olunmuş və “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə statusu verilmişdir. Belə ki, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş müharibə əlili statusunun verilməsi ilə əlaqədar cavabdeh ƏƏSMN-in tabeliyində Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsə də Tibbi Sosial Ekspert Komissiyasın ona müharibə əlili dərəcəsinin verilməməsi və prezident təqaüdü və sosial müavinət təyin edilməsindən imtina edilmişdir. Belə ki, imtinaya səbəb.“Səbəb Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir" kimi göstərilməklə münasibəət bildirilməklə imtina edilmişdir. Odur ki, aşağıda göstərilənlərə əsasən həmin imtinanı qeyri qanuni hesab edir və hesab edir ki, aşağıda qeyd olunanlara əlaqədar müharibə əlili dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Bir sözlə müayinə diaqnozu ilə iddiaçıya xəstəlik tarixçəsində “Ayağın çoxsaylı sınığı. Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət. Yeriş, dayaq funksiyasının pozulması. Sağ ayağın V barmağın travmatik qopması. İV daraq sümüyün açıq sümük defektı sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1A3-İ səviyyəsində amputasiyası. Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə. Yeriş Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta l\3-i səviyyəsində amputasiyası. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyəti. Ayaq arxası kelloid çapığı ağrı” sindromu ilə göstərilmişdir.
5. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 20 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı Diaqnozun mətni: Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət. Yeriş, dayaq funksiyasının pozulması.Sağ ayağın V barmağın travmatik qopması.İV daraq sümüyün açıq sümük defektı sınığına.Ayağın aşağı səthinin yumşaq toxuması defekti.Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə.Yeriş Partlayış travması(xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması.Sağ ayağın V barmağın travmatik qopması,İV daraq sümüyün açıq sümük defektı sınığına.Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyasi.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.
6. Xəstəlik haqqında 13 may 2021-ci il tarixli 12492 nömrəli şəhadətnamədə qeyd olunur: Hərbi Həkim Komissiyasının qərarı: “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır” səbəb əlaqəsi ilə.
7. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnozun mətni: “Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Yeriş ,dayaq funksiyasının pozulması. Sağ ayağın V barmağın travmatik qopmasi. İV daraq sümüyün açıq sümük defektı sınığına, Ayağın aşağı səthinin yumşaq toxuması defekti. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası. Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə Yeriş. Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyasi.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə.”
8. Bakı 20 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2021-ci il tarixli 2756003AAE74 saylı göndərişə əsasən göndərişin verilməsinə əsas Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur, xəstəliyin başlanma tarixi xx.xx.2020-ci ildir. Göndərişə əsasən: Əsas diaqnozun mətni: S.92.7 Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Ağırlaşmalar: Z96.8 Digər dəqiqləşdirilmiş funksional implantatın olması, İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət; R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş, dayaq funksiyasının pozulması; Z89.5 Ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, Sağ ayağın V barmağın travmatik qopması; S92.3 Ayaq daraq sümüklərinin sınığı, İV daraq sümüyün açıq sümük defektı sınığına; S91.3 Ayağın digər hissələrinin açıq yarası, Ayağın aşağı səthinin yumşaq toxuması defekti; Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası; L91.0 Hipertrofik çapıq, Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə.Yeriş; Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması,İV daraq sümüyün açıq sümük defekti sınığına.Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası.İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət.Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə; R52.2 Digər daimi ağrı. Yanaşı xəstəliklər: F48.0 Nevrasteniya.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilmişdir: - xx xxxxxx 1997-ci il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? göndərişdən müalicələrin qısa müddətli olması, adıçəkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilirmi? - xx xxxxxx 1997-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? Bu xəstəlik və qüsürlar müalicə ilə aradan qaldırıla biləndirmi? - xx xxxxxx 1997-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı?
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 206/2023 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-2. Vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişlər tam doldurulmuş və qeyd edilən “S92.7 Ayağın çoxsaylı sınığı. Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Ağırlaşma: Z96.8 Digər dəqiqləşdirilmiş funksional implantın olması, İV daraq sümüyünün Kişner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonrakı vəziyyət. R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş, dayaq funksiyasının pozulması. Z89.5 Ayağın diz qazanılma olmaması. Sağ ayağın səviyyəsində və ya dizdən aşağı V barmağın travmatik qopması. S92.3 ayaq daraq sümüklərinin sınığı, İV daraq sümüy ün açıq sümük defekti sınığına diaqnozu şəxsin stasionarda müayinələrinin nəticələri əsasında müəyyən edilmiş və təyin edilmiş diaqnoza uyğun düzgün müalicələr aparıldığından vəziyyəti qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 saylı qərar ilə təsdiq edilmiş Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.
3. Vətəndaş İddiaçı həmin diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdur.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X2 ekspertlərinə həvalə edilmişdir: - xx xxxxxx 1997-ci il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? göndərişdən müalicələrin qısa müddətli olması, adıçəkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilirmi? - xx xxxxxx 1997-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? Bu xəstəlik və qüsürlar müalicə ilə aradan qaldırıla biləndirmi? - xx xxxxxx 1997-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı?
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 214/20224 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:
1. Vətəndaş İddiaçı adına Bakı 20 nömrəli Birləşmiş şəhər Poliklinikasında doldurulub Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş 2756003AAE74 (Forma TQS №088) saylı göndəriş tam doldurulmuşdur. İş materiallarında adına olan tibbi sənədlərinə əsasən müalicələrin qısa müddətli olması, ətraflı müalicə olunmaması, ixtisaslamış müayinə və müalicənin davam etdirilməməsi halları müəyyən edilmədi.
2. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, o xx.xx.2023-cü il tarixdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinə olunarkən ona “Odlu silahla yaralanmadan sonra sağ pəncənin ön-üst səthində dartıcı çapıq toxuması, V barmağın V ayaq-daraq sümüyünün orta /з-i səviyyəsində amputasiya güdülü, İV daraq sümüyünün orta Уз-пт qeyri- müəyyən bitişmiş sınığı, varus deformasiyası, pəncənin yumşaq toxumasında xırda metal qəlpələri, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması. XBT: Y36.2, L91.0, S98.3, S92.5, M84.0, М.21.1, M79.5, R.52.2, R26.8” diaqnozu müəyyən edilmişdir. Odur ki, hazırda onlardan əziyyət çəkməsini inkar etmək olmaz. - Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir.
3. Vətəndaş İddiaçı həmin diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur.
13. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
16. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.
17. Əlillik altsistemindən görünür ki, xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
20. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
21. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:
2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.
24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, iddiaçıya “Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət. Yeriş, dayaq funksiyasının pozulması. Sağ ayağın V barmağın travmatik qopmasi. İV daraq sümüyün açıq sümük defektı sınığına, Ayağın aşağı səthinin yumşaq toxuması defekti. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyası. Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə Yeriş. Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması. Sağ ayağın V barmağın travmatik qopması, İV daraq sümüyün açıq sümük defekti sınığına. Ayağın aşağı səthinin yumşaq toxuması defekti İV daraq sümüyünün orta 1\3-i səviyyəsində amputasiyasi. İV daraq sümüyünün Kirşner milləri ilə osteosintez cərrahi əməliyyatdan sonraki vəziyyət. Ayaq arxası kelloid çapığı ağrı sindromu ilə.” diaqnozu ilə əlillik təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş ekspert rəyində göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş-si müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, o xx.xx.2023-cü il tarixdə Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda komissiya tərəfindən müayinə olunarkən ona “Odlu silahla yaralanmadan sonra sağ pəncənin ön-üst səthində dartıcı çapıq toxuması, V barmağın V ayaq-daraq sümüyünün orta 1/3-i səviyyəsində amputasiya güdülü, İV daraq sümüyünün orta qeyri-müəyyən bitişmiş sınığı, varus deformasiyası, pəncənin yumşaq toxumasında xırda metal qəlpələri, daimi ağrı sindromu və dayaqhərəkət funksiyasının pozulması. XBT: Y36.2, L91.0, S98.3, S92.5, M84.0, М.21.1, M79.5, R.52.2, R26.8” diaqnozu müəyyən edilmişdir. Odur ki, hazırda onlardan əziyyət çəkməsini inkar etmək olmaz.
27. Beləliklə, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.
28. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan diaqnozun əlillik dərəcəsinin təyininə qiymət verərkən iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı (xx.xx.2021) qüvvədə olan qanunvericilik nəzərə alınmalıdır.
29. Məhkəmə müəyyən edir ki, iddiaçının xəstəliyinin başlama tarixi xx.xx.2020-ci il olmaqla ən azı 3 ildir ki, ambulator və statisonar müalicə olmuş və Forma 88№ 2756003AAE74 arayışda instrumental müayinə metodlarının nəticəsi (EKQ, USM və sümük/s rentgenoqrafiyası) diaqnozu təsdiq etmiş, əsas diaqnoz S.92.7 (Ayağın çoxsaylı sınığı, Partlayış travması (xx.xx.2020) sağ aşağı ətrafın qəlpə yaralanması) göstərilsə də, həmin diaqnoz xəstəliyin səbəbi qismində çıxış etməklə, arayışda göstərilən ağırlaşması (Z89.5 Ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, Sağ ayağın V barmağın travmatik qopması), yanaşı xəstəlik (F48.0 Nevrasteniya) əlillik müəyyən edir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə (2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür) təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də 1-ci bənd tənəffüs sistemi orqanlarının xəstəlikləri - 2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8,Z97.1); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
31. Eyni zamanda sonuncu ekspert rəyinə əsasən iddiaçının əyani müayinəsi zamanı onda XBT: M84.0 diaqnozundan əziyyət çəkdiyi müəyyən edilmişdir ki, həmin xəstəlik yuxarİda qeyd olunan Əsasnamədə nəzərdə tutulmuşdur (2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0)).
32. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.
33. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qiymətləndirildiyi tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva