Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1942/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə, üçüncü şəxslər X5, X15, X6, X16 və X10 qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə, üçüncü şəxslər X12, X15, X6, X16 və X10 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X3 və onun ailə üzvləri xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.1988-ci il təvəllüdlü X4, xx.xx.1957-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X7 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86, 64a nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 86, 64a nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzili iddiaçı xx.xx.2016-ci il tarixdə X2 satın almışdır. X22 və onun ailə üzvləri mənzil satıldıqdan sonra bu günədək mənzildən qeydiyyatdan çıxmamışlar.İddiaçı üçüncü şəxslər 02.12,1984-cü il təvəllüdlü X8 və onun ailə üzvləri xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.1988-ci il təvəllüdlü X4, xx.xx.1957-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X7 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86, 64a nömrəli mənzildən qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətindən imtina edərək imtina məktubunda göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər.” Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, üçüncü şəxslər evi ona satdıqdan sonra həmin evdən çıxaraq başqa yerə köçmüşlər. Bununla da onlar mənzilə dair istifadə hüquqlarını itirmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə və 3-cü şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Rerspublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 64a saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmalkın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X18, xx.xx.1988-ci il təvəllüdlü X14, xx.xx.1957-ci il təvəllüdlü X19, xx.xx.2011-ci il təvəllüdlü X17 xx.xx.2016-cı il tarixdən iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 64a saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 64a saylı mənzilin iddiaçının adına qeydiyyata alınmasına əsas olmuş sənədlər Azərbaycan Rerspublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Rerspublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi tərəfindən ********** qeydiyyat nömrəli çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim olunmuşdur. Həmin sorğuya əlavə edilmiş AN-İ ******* saylı, 04 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 64a saylı mənzili İddiaçı satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı, yəni X9 xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 087-275857-3219 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən mənzildə qeydiyyatda olan şəxslərin ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirildiyi, buna görə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin hallarından görünür ki, iddiaçı 04 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 64a saylı mənzili almışdır və mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Mənzil həmin tarixdən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, keçmiş mülkiyyətçi X9 və onun ailə üzvləri xx.xx.1957-ci il təvəllüdlü X19, xx.xx.1988-ci il təvəllüdlü X14 və yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X17 bu günədək iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin alqı-satqı müqaviləsi bağlanaraq, mənzil onun mülkiyyətinə verildikdən sonra onların qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, keçmiş mülkiyyətçi X9 və onun ailə üzvləri xx.xx.1957-ci il təvəllüdlü X19, xx.xx.1988-ci il təvəllüdlü X14 və yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X18 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 64a saylı mənzildə alqı-satqı müqaviləsi bağlanan vaxtdan yaşamadıqları halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 64a saylı mənzildən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 86 ünvanında yerləşən 64a saylı mənzildən xx.xx.1984-cü il təvəllüdlü X9 və onun ailə üzvləri xx.xx.1957-ci il təvəllüdlü X19, xx.xx.1988-ci il təvəllüdlü X14 və yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X11 qeydiyyatdan çıxarılmaları vəzifəsiCavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1942/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1942/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver