Məhkəmə qərarları › İş №2-1(112)-1942/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1942/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1942/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi (vəkili) X13 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X6rşı «qərarın ləğv edilməsi və dayandırılmış pensiyanın bərpası» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Ağstafa rayon şöbəsinə qarşı «qərarın ləğv edilməsi və dayandırılmış pensiyanın bərpası» tələbini irəli sürərək iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı ilk dəfə x xxxxxx 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildən xxxx ASC-də elektrik çilingəri vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə işləyir. 38 ildən artıq vaxt o, həmin sahədə işləyir və əmək haqqı alır. 2019-cu ilin dekabr ayının əvvəllərində DSMF Ağstafa rayon şöbəsində yoxlama zamanı güya onun elektrik çilingəri işlədiyi vəzifənin AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaratmadığı üçün xx xxxxxx 2019-cu il tarixli **********9 saylı DSMF Ağstafa rayon şöbəsi tərəfindən ümumilikdə ona ödənilən 7.301,21 manat pensiya məbləğinin geriyə ödənilməsi barədə qəbul etdiyi qərar (məktub) göndərmişdir. "xxxx" ASC-nin xx xxxxxxx 2016-cı il tarixli 01-VŞ/1644-saylı arxiv arayışında da onun x xxxxxxxx 1979-cu il tarixdən "xxxxsazlama" müəssisəsinin X20 sexində və X14 təmiri üzrə Ağstafa qrupunda elektrik çilingəri işləməsi x xxxxxx 2010-cu il tarixdən hal-hazırkı dövrədək "xxxx" ASC-nin X7 X12 X20 sexində, Elektrik Mühəriklərinin, Generatorlarının və X20 sahəsində, X3, Təmiri və X16 Transformator Təmiri sexində və Stansiya və X2 xidmətində elektirk çilingəri vəzifəsində işləməyə davam edir. Bundan başqa onun işlədiyi sahə və bilavasitə vəzifəsi AR NK-nin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Həmin qərarda birbaşa göstərilir; 1) gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik mantyorları (nominal altında olan) 2) j qazanxana qurğusunun, turbin və yanacaqgötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarmdakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri quraşdırılması üzrə elektrik mantyorları 3) gərginlik altında olan 330 kv və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal altında oları) Amma göründüyü kimi, cavabdeh təşkilat öz qərarını düzgün qəbul etməmiş və heç bir qanuna söykənməmiş və onun birbaşa pensiya hüquqlarını pozaraq sözügedən qərarını qəbul etmişdir. Həmin qanunsuz qərardan sonra o, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 dəfədən çox müraciət etmişdir ki, həmin qanunsuz qərar ləğv edilsin və onun pensiya təminatı dayandırıldığı vaxtdan bərpa edilsin. Amma Nazirlik də ona eyni cavabı verir ki, o, sex işçisi olmuşdur. Ona görə də məcburiyyət qarşısında qalıb pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qaydasında olmadan bu mübahisənin həlli yolu mümkün deyildir. Bu qanunsuzluqdan sonra o, yenidən DSMF Ağstafa rayon şöbəsinə müraciət etmişdir ki, qəbul edilən qanunsuz qərar ləğv edilsin. Lakin DSMF Ağstafa rayon şöbəsi ona cavab vermişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı üçün pensiya dayandırılmışdır. Bütün bunlardan sonra isə xx xxxxxx 2020-ci il tarixdə Ağstafa rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona pensiya verilmiş pulun geri ödənilməsi ilə bağlı "İcraata başlamaq haqqında" qərar göndərilmişdir. Həmin qərarda onun ödəməli olduğu məbləğ şikayətlərdən sonra 3.301,21 manat təşkil edir. Bütün bu qanunsuzluqlar onu göstərir ki, DSMF Ağstafa rayon şöbəsi tərəfindən verilmiş qərar və dayandırılmış pensiya təminatı tamamilə qanunsuz dayandırılmış və düzgün qərar qəbul edilməmişdir. Bundan başqa, "xxxx" ASC-nin x xxxx 2020-ci il tarixli 01-7P/101-saylı arayışı ilə təsdiq olunur ki, o, 1979-cu ildən hazıradək X4 220/330/500 kVt-lıq X20 üzrə elektrik çilingəri vəzifəsində işləyir. Onun əmək stajı pensiyaya çıxmağa çatır və ağır sahə olduğu üçün güzəşt də tətbiq edilir. Onda elə çıxır ki, cavabdeh təşkilat onu pensiyaya çıxaranda saxta yolla çıxarmışdır, indi isə bu saxta qərarları çıxarmaqla onun hüquqlarını kobud şəkildə pozurlar. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstutsiyasmm 38-ci maddəsinə, İPM-nin 11, 12.1, 12.2, 13, 28.1, 32.1, 33.1, 33.2, 34.1, 34.2, 35.1, 37, 45, 46cı maddələrinə, AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-cı il tarixli 638 nömrəli və xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarlarına, "«Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəmiləşdiriləmsi, baxılması və Saxlanılması Qaydaları"nın 3.1.1-ci bəndinə əsaslanaraq, cavabdehin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və dayandırılmış pensiyanın əvvəlki (aylarda daxil olmaqla) vəziyyətinə geri qaytarılması, yəni bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh DSMF Ağstafa rayon şöbəsi DSMF X18 İdarəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli digər qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra cavabdeh DSMF X18 İdarəsi İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı aşaöıdakı məzmunda yazılı etiraz bildirmişdir: - İddia əsassız hesab edilir. «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı müvafiq güzəştli iş stajına malik olmamışdır. Belə ki, onun “xxxx” ASC-nin X7 X12 X20 sexində elektrik çilingəri işlədiyi vəzifə AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrin siyahısında nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təsdiq edilən xx xxxxx 2018-ci il tarixli güzəştli arayışda iddiaçının peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 24-cü bölməsində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində olan peşələrə uyğunlaşdırılmışdır. Halbuki, iddiaçı elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsində işləməmişdir. Göstərilənlərə əsaslaraq, iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X17 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Ağstafa RPŞ tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxx 1956-cı il tarixdə doğulmuşdur və onun yaşayış yeri Ağstafa rayonunun Köçvəlili kəndidir. İş materiallarında olan Ağstafa RİH başçısının Köçvəlli kənd İƏD nümayəndəsinin arayışından görünür ki, İddiaçı Ağstafa rayonunun Köçvəlili kəndində qeydiyyatdadır. İş materiallarında olan DSMF Ağstafa rayon şöbəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Tələb olunan güzəştli iş stajınız olmadığından, pensiyanın ödənişi dayandırılmışdır. Belə ki, “xxxx” ASC-nin X7 X12 X20 sexində elektrik çilingəri işlədiyiniz vəzifə AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü fəsilinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaratmır. İş materiallarında olan “xxxx” ASC-nin x xxxx 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - İddiaçı 1979-cu ildən hal-hazıradək X4 220/330/500 kVt-lıq X20 üzrə elektrik çilingəri vəzifəsində işləmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx xxxxxxx 2016-cı il tarixli arayışında aşağıdakılar bildirilir: - 1956-cı il təvəllüdlü İddiaçı həqiqətən x xxxxxxxx 1979-cu il tarixdən (192-ok nömrəli x xxxxxxxx 1979-cu il tarixli əmr) xx xxxxxx 1981-ci il tarixədək (38-ok nömrəli xx xxxxxx 1981-ci il tarixli əmr) və xx xxxx 1983-cü il tarixdən (51-ok nömrəli xx xxxx 1983-cü il tarixli əmr) xx xxx 2002-ci il tarixədək (17-ş nömrəli xx xxx 2002-ci il tarixli əmr) “xxxxsazlama” müəssisəsinin X20 sexində və X15 təmiri üzrə Ağstafa qrupunda elektrik çilingəri işləmiş, x xxxxxx 2010-cu il tarixdən (20/17-kş nömrəli xx xxxxxx 2010-cu il tarixli əmr) hal-hazırkı dövrədək “xxxx” ASC-nin X7 X12 X20 sexində, Elektrik Mühərriklərinin, Generatorların və X20 sahəsində, X3, Təmiri və X16 Transformator Təmiri sexində və Stansiya və X1 xidmətində elektrik çilingəri işləyir. Göstərilən vəzifə AR Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 12 nömrəli qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab olunur. Güzəştli pensiya üçün staj: 27 il, 04 ay, 14 gün təşkil edir. “Azbaşenerji”nin xx xxxxxxxx 1988-ci il tarixli 563 nömrəli əmrinə əsasən “Azenerjisazlama” müəssisəsi “Azenerjitəmirsazlama” müəssisəsinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 423 nömrəli xx xxxxxxxx 1996-cı il tarixli Fərmanına əsasən “Azenerji” “xxxx” ASC adlandlrılmışdır. “xxxx” ASC-nin xx xxxx 1999-cu il tarixli 91 nömrəli əmrinə əsasən “xxxxtəmirsazlama” müəssisəsi S.L.Lətifov adına “xxxxtəmirsazlama” müəssisəsi adlandırılmışdır. “xxxx” ASC-nin xx xxxxxx 2002-ci il tarixli 13 nömrəli əmrinə əsasən S.L.Lətifov adına “xxxxtəmirsazlama” müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin xx xxxxxx 2004-cü il tarixli AÜ 032 nömrəli əmrinə əsasən “xxxx” MMC “xxxx” MMC, "xxxx" ASC-nin x xxxx 2005-ci il tarixli AÜ 040 nömrəli əmrinə əsasən işə “xxxx” MMC, Dövlət X19 üzrə Dövlət Komitəsinin x xxxxxxx 2008-ci il tarixli 323 nömrəli sərəncamına əsasən “xxxx” ASC adlandırılmışdır. Beləliklə işin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı 1956-cı il təvəllüdlüdür. Ona «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinə əsaslanaraq, DSMF orqanı tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan (2019-cu ilin dekabr ayında) iddiaçıya müvafiq pensiya ödənişi dayandırılmış və bu qərar (hərəkət) onunla əsaslandırılmışdır ki, onun işləmiş olduğu vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yatarmır. İddiaçı hazırda DSMF orqanının “qərarının ləğvi” tələbini irəli sürsə də, mahiyyəıtcə qurumun hərəkətlərini mübahisələndirir və pensiya ödənişinin bərpasını tələb edir. Məhkəmə mübahisə ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqqətə çəkir: «İnzibati icraat haqqında» AR Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericilik normalarına görə müvafiq yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən – AR Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Siyahıda göstərilən peşə üzrə stajı 12 il 6 aydan az olmamalıdır (iddiaçı işlədiyi peşənin AR NK-nın xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiqləmiş 1 nömrəli Siyahıda göstərildiyini iddia etmir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: a) fəhlələr: - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; - abonentlərə ayrılan yerlərədək yeraltı su kəmərlərinin, kamerlərin və arxların xidməti ilə daim məşğul olan isti şəbəkələrin xidməti üzrə çilingərlər; - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan). Hazırkı inzibati mübahisədə cavabdeh tərəfin dəlili ondan ibarətdir ki, iddiaçı işlədiyi müəssisə tərəfindən verilmiş “güzəştli arayış” təqdim etsə də, onun işlədiyi peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələr siyahısına aid edilə bilməz və bununla da onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə vurğulayır ki, iddiaçının işlədiyi qurumdan alınan arayışda onun işlədiyi vəzifələrin “təmir üzrə elektrik çilingəri”, “quraşdırılma xidmətində elektrik çilingəri” olması təsdiqlənir. Lakin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahının müvafiq bəndində həmin peşələr deyil, “müvafiq qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri” və “qazanxana, turbin avadanlıqlarının təmiri, yanacaqötürmə və onun işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, bütün adda olan elektrik çilingərləri” nəzərdə tutulmuşdur, hansı ki, iddiaçı sözügedən peşələrin heç birində işləməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, cavabdeh tərəfin hərəkətləri qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF X6rşı «qərarın ləğv edilməsi və dayandırılmış pensiyanın bərpası» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DSMF X6rşı «qərarın ləğv edilməsi və dayandırılmış pensiyanın bərpası» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar