Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1943/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində cəlb olunmaqla «dəymiş ziyanın ödənilməsi» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (bundan sonra – Nərimanov RİH) qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “qaraja görə dəymiş inflyasiya nəzərə alinmaqla ekspertin rəyinə görə 75 min AZN (yetmiş beş min) AZN-i ziyani Baki şəhəri Nərimanov RİK-n tutulub ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, 2011-ci ildə Nərimanov RİH əllərində hec bir qanunu sənəd olmadan Azadliq pr-ti 154 nömrəli binani sökərək sakinləri köçürmüşlər, binani sökərkən 1-ci qrup BVM-olan məhrum atasına məxsus daş qaraji sökərək hec bir kompensasiya ödəməmişlər və bunun nəticəsidir ki, uzun müddətdir ki, hüquqları pozulmuşdur. X2 ilə birlikdə Baki şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azadlıq p-i 154, mənzil 68-də yaşamış, həmin mənzil onlara 1975-ci ildə verilmiş, xx.xx.1990-ci ildə Nərimanov rayon deputatları Sovetinin icraiyyə komitəsinin 8/96 sayli qərarı ilə həmin həyətdə məhrum atasına daş qaraj tikməyə icazə verilmişdir. 2011-ci ildə binanı Nərimanov RİH-in və Əmlak Məsələri Dövlət Komitəsinin məmurları qeyri-qanuni sökməyə başlamışlar, binani sökərkən onlara məxsus olan daş qaraji da sökmüşlər. Nərimanov RİHin verilmiş sərəncamında qarajin sökülməsi qeyd olunmamışdır. Bu da qanuna zidd bir əməliyyatdir, ona görə ki, Nazirlər Kabinetinin, Baki şəhəri İH-in, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin və Fövqalədə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin müvafiq məktublarına əsasən bu işdən xəbərləri olmadıqlarını bildirdikləri halda Nərimanov RİH-i və ƏMDK-ni nə vadar edir ki, cinayət törətsin. Onlara məxsus qaraj sökülmüş və onlara zərər vurulmuşdur, onlara dəymiş zərərin ödənilməsini tələb etməkdə tam haqlıdır. Haqlııdır ona görə ki, ata və anasının yeganə varisidir (Şəhadətnamə -vərəsəlik işinin nömrəsi 26/98 və 91\2017 surətləri təqdim olunur). Azərbaycan Respublikasi Mülkü Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzini ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasin. Bundan öncə rəhmətlik anası iddia ərizəsi ilə 2 sayli İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək sökülmüş qaraj ücün kompensasiya tələb etmişdir. Ekspert Maliyyə Nazirliyinin nümayəndəsi ilə qaraji 50000 (əlli min) AZN inflyasiya ilə 75000 (yetmiş beş min) AZN qiymətləndirmişdir. Maliyyə Nazirliyinin Nəzarət Xidməti Məhkəməyə xx.xx.2017-ci il tarixli məktub yollayaraq həmin ərazidə (Azadliq p-i 154-də) qeyri-yaşayış sahələrinin sökülməsi ilə əlaqədər 1 kv.m-nə görə ***-**** manat kompensasiya hesablanıb ödənildiyini göstərmişdir. Məhkəmə isə daş qaraji ani olaraq dəmir qaraj adlandıraraq qarajın kv.m 150 AZN qiymət qoyaraq onu 4550 AZN qiymətləndirərək qərar çıxartmışdır. Məhkəmənin qərarı ilə razılaşmayaraq rəhmətlik anası apellyasiya şikayəti vermiş, lakin rəhmətə getdiyindən işə xitam verilmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia ilə bağlı münasibət bildirərək göstərmişdir ki, Azadlıq və Ak. Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən ərazidə yeni yol qovşağı və körpü tikintisi zamanı ərazidəki bəzi binaların (o cümlədən Azadlıq prospekti, bina 154) istər xarici görünüş, istərsə də dayanıqlıq nöqteyizərindən problemli olmağı ehtimalı yaranmışdır. Bu məsələ ilə əlaqədar tərəflərindən Azərbaycan Respublikası FHN-nin X1 Dövlət Agentliyinə 1.03.2011-ci il tarixli, 91 №-li məktubla müraciət edilərək sözügedən yaşayış binalarına müvafiq qaydada baxış keçirilərək rəy verilməsi xahiş olunmuşdur. Sözügedən yaşayış binalarına Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutunun, «Azərinşaatlayihə» Dövlət Baş Layihə Konstruktor və Texnologiya İnstitutunun və digər əlaqədar təşkilatların nütəxəssislərindən ibarət işçi qrupu tərəfindən mövcud vəziyyətin sakinlərin yaşayış üçün təhlükəli və yolverilməz olduğu, həmçinin binalarda gücləndirməbərpa işlərinin aparılmasının iqtisadi cəhətdən səmərəli olmadığı barədə xx.xx.2011-ci il tarixli, aktlarla rəy bildirilmişdir. Qeyd edilənlərlə əlaqədar sözügedən yaşayış binaların sakinlərinin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydaları əsasında yeni abad, tam təmirli yaşayış ahələrinə köçürülməsi, eləcə də həmin yaşayış sahələrinin ilkin hüquqi qeydiyyatdan keçirilərək həmin sakinlərin istifadəsinə verilməsinin təmini məqsədi ilə Nərimanov RİH başçısının xx.xx.2011-ci il tarixli, 161 №-li sərəncamı qəbul edilmişdir. Sərəncamın icrası təmin edilmiş mübahisəli ərazidə yaşayan bütün sakinlər, tam təmirli abad yaşayış sahələrinə köçürülmüşlər. İnzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar qüvvədədir və iddiaçılar tərəfindən həmin Aktlar bu və ya digər formada mübahisələndirilməmişdir. İddiaçı həmin vaxt qarajı mübahisələndirməmişdir. Mübahisəli ərazidən köçürülən bütün sakinlər kimi, iş üzrə iddiaçı və onun digər qohumlarına da həmin sakinlərin köçdükləri yaşayış binalarında aşağıda göstərilən ünvanlar üzrə abad yaşayış sahələri verilmişdir: İddiaçı məxsus Azadlıq prospekti 154 №-li ünvanda 4 otaqlı 68,8 kv.m.-lik mənzilin əvəzi olaraq Ə.Əliyev küçəsi 26, bina 4 ünvanda sahəsi 147 kv.m. olan 4 otaqlı mənzil verilmişdir (mənzil № 394); bacısı X3 məxsus Azadlıq prospekti 154 ünvanda 2 otaqlı 48,8 kv.m.-lik mənzilinin əvəzinə Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, bina 10 ünvanda 1 otaqlı sahəsi 88,0 kv.m. olan abad, tam təmir edilmiş mənzil verilmişdir; X4 məxsus Azadlıq prospekti 154 ünvanda 4 otaqlı 68,0 kv.m-lik mənzilinin əvəzinə, Yasamal rayonu, ünvan 2 ünvanda yeni inşa edlmiş 3 və B korpuslarında hər birinin sahəsi 108 kv.m. olmaqla 2 ədəd 2 otaqlı tam təmir edilmiş abad yaşayış sahəsi verilmiş və o, hazırda həmin mənzillərdə yaşayır. Eləcə də Nərimanov RİH başçısının xx.xx.2011-ci il tarixli 161 №-li sərəncamına əsasən bütün sakinlər dərhal tam təmirli abad yaşayış sahələrinə köçürülmüş, onların şəxsi əmlak və əşyalarının daşınması köçürmə komissiyanın nəzdində yaradılmış işçi qrupu tərəfindən dövlət vəsaiti hesabına həyata keçirilmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, mübahisəli yaşayış sahələri barədə qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Belə ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tariixli 2(005)-402/2013 №-li iş üzrə qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin Bakı şəhər Nərimanov RİH-ə, İddiaçı, X3 «qeydiyyatın ləğvi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X5 məhv olmuş əmlaklarına görə zərərin əvəzi naturada olmaqla ödənilməsi və Bakı şəhəri Azadlıq prospekti 154 ünvanda yerləşən, İddiaçı məxsus 1 №-li və həmin ünvanda yerləşən X3 məxsus 68 №-li məhv edilmiş əmlaklar üzərində qeydiyyatın ləğv edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il tarixli 2-1(103)-800/2014 №-li iş üzrə qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 in(82)- 340/2013 №-li qərarı dəyişdirilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Nərimanov RİHdən İddiaçı vurulan zərərə görə 11.350 manat tutulması qərara alınmış, tələbkar qərarın icrasından könüllü imtina etmişdir. Yeri məlum olmayan qarajla baglı isə iddiaçının rəhmətlik anası iddia ərizəsi ilə 2 sayli İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək sökülmüş qaraj ücün kompensasiya tələb etmişdir. Məhkəmə dəmir qarajın kv.m 150 AZN qiymət qoyaraq onu 4550 AZN qiymətləndirərək qərar çıxartmışdır. Məhkəmənin qərarı ilə razılaşmayan iddiaçının rəhmətlik anası apellyasiya şikayəti vermiş, lakin rəhmətə getdiyindən işə xitam verilmişdir. Həmin qarajın nə yeri, nə də sənədi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş olan zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin «21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il ırixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci taddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbindən göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Hüquqi mübahisənin bütün mərhələlərində iddianın mümkünlüyü məsələləri yoxlanılmalıdır. Belə ki, iddianın əsaslızlığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Hazırkı halda iddianın əsas və ilkin mümkünlük şərtlərindən biri inzibati orqan tərəfindən iddiaçının hüquq və azadlıqlarının pozulmasının əsaslandırılmasıdır. Yəni, qanunverici orqan yalnız bu halda iddiaçıya hüquqi müdafiə vasitəsi olaraq inzibati aktın qəbul edilməsi üçün məhkəmə iddia qaldırmaq hüququ verir. Qeyd edilməlidir ki, hər bir inzibati iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddiaların yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İPM-də öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslığının araşdırılmasından ibarətdir. İzahatının sonunda Nərimanov RİH tərəfindən iddiaçının hər hansı hüququ pozulmadıgından iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir. İş materiallarından görünür ki, iddiaçı tərəfin tələbi mahiyyət etibarı ilə söküntü zonasına düşmüş mənzilin əvəzləndirilməsi proseduru zamanı istifadəsində olmuş qarajın sökülməsi ilə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsindən ibarətdir. Bakı şəhər Nərimanov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 8/96 saylı qərarı ilə Böyük Vətən Müharibəsi əlili İ.H.Abbasova yaşadığı Bakı şəhəri, keçmiş Lenin prospektindəki (indiki Azadlıq) 154 saylı evin yaxınlığında qaraj tikintisinə icazə verilməsi göstərilsə də, iddiaçı məhrum atasına məxsus olmuş və onun istifadəsində olmuş daş qarajla baglı məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Qeyd olunanlarla yanaşı həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi (alınması) ilə əlaqədar cavabdeh inzibati orqanın müvafiq aktı, eləcə də aidiyyəti işlə bağlı məhkəmə qərarları mövcuddur və qüvvədədir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh Nərimanov RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1943/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1943/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver