Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1943/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X8, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı yardımların ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 1941-1945-ci illər X10 iştirakçısının dul arvadlarına birdəfəlik yardım kimi hər il üçün ödənilən, ancaq 2019-cu ilə kimi ona ödənilməmiş yardımların ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 1941-1945-ci illər X10 iştirakçısı olub, 30 oktyabr 1981-ci ildə hipertoniya xəstəliyindən vəfat etmişdir. Savadsız olduğundan nəzərdə tutulmuş birdəfəlik yardımları 2019-cu ilə kimi almamışdır. Ona görə də ərizə ilə cavabdehə müraciət edərək bu hüququnun bərpa edilməsi və almadığı illər üzrə müavinətin ödənilməsini xahiş etmişdir. Ancaq cavabdeh qanuni tələbinin yerinə yetirilməsinin təmin edilməsi əvəzinə ona göndərdiyi cavab məktubunda müavinəti ödəməkdən dolayısı ilə imtina etmiş və göstərmişdir ki, birdəfəlik maddi yardım hər il üçün ayrılmış büdcə vəsaitindən ödənilir. Hesab edir ki, bunun hüquqi əsası yoxdur. Belə ki, həmin maddi yardım büdcədən ayrılmaqla ona ödənilməli idi və ödənilmədiyindən cavabdeh tərəfindən pulun ödənilməsi vəzifəsi məhkəmə tərəfindən onun üzərinə qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə İddiaçı 15 may 2019-cu il tarixdə birdəfəlik yardımın alınması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və həmin tarixdən ona 1941-1945-ci illər X10 sonradan vəfat etmiş döyüşçüsünün dul arvadı kimi birdəfəlik yardım ödənilmişdir. Lakin İddiaçı mərhum həyat yoldaşının vəfat etdiyi tarixdən, yəni 1981-ci ildən 2019-cu ilə qədər olan illər ərzində ödənilməmiş birdəfəlik yardımların ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 aprel tarixli 1996 nömrəli Sərəncamına əsasən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilməsi İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar qərara alınmışdır. Bununla yanaşı, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli Qanunu mövcuddur ki, həmin Qanunun 6-cı maddəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və orada toplanan məbləğlər öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 6.1-ci maddəsində dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər və fövqəladə hallar üçün məbləği müəyyən edilən ehtiyat fondu yaradılır. Eyni zamanda həmin qanunun 6.3-cü maddəsində qeyd edilir ki, “Ehtiyat fondunun vəsaitinin istifadə müddəti büdcə İlinin sonunda başa çatır”. “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2020-ci il tarixli Sərəncamının 2.1-ci maddəsində həmin məbləğin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılması öz əksini tapır. Bu baxımdan da Azərbaycan Respublikası Prezidentinin ötən dövrlər ərzindəki Fərman və Sərəncamları ilə 1941-1945ci illər X10 iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadına birdəfəlik verilmiş birdəfəlik maddi yardımların istifadə müddəti başa çatmışdır. Bu halda İddiaçı ötən müddətə birdəfəlik maddi yardımın verilməsinə qanunvericiliyin tələbləri imkan vermir. Belə ki, həmin şəxslər üçün ödəniləcək olan məbləğ əvvəlcədən müəyyən edilir və həmin müəyyən edilmiş məbləğ müvafiq ilin sonunda başa çatır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1933-cü il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində doğulmuşdur. - Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.05.2019-cu il tarixli, 1328 №-li arayışdan görünür ki, X5 30.10.1981-ci ildə hipertoniya xəstəliyindən ölmüşdür. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin 294 №-li, 15.05.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həyat yoldaşı X1 Vətən Müharibəsinin iştirakçısı olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanan **********5 №-li, 15.08.2019cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1941-1945-ci illər X10 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım hər il üçün müvafiq olaraq ayrılmış büdcə vəsaiti hesabına ödənilir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı əri X6 1941- 1945-ci illər X10 iştirakçısı olmuş, bu barədə məlumat 2019-cu ildə cavabdehə təqdim edildikdən sonra “1941-1945-ci illər X10 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ona birdəfəlik maddi yardım ödənilmişdir. Hazırda iddiaçı 2019-cu ildən əvvəlki dövrlər üçün birdəfəlik yardımın hesablanaraq ona ödənilməsini cavabdehdən tələb edir. “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Böyük Vətən müharibəsi iştirakçılarına, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına birdəfəlik maddi yardımların edilməsi, sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsaitlərin ayrılması qərara alınmışdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun: - 6.1-ci maddəsinə əsasən dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər. - 6.2-ci maddəsinə əsasən dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. - 6.3-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. - Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin istifadə müddəti , müvafiq büdcə ilinin sonunda başa çatır. Göründüyü kimi 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ödənilir və ehtiyat fondunun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. Məhkəmə hesab edir ki, İddiaçı əri X3 X10 iştirakçısı olması barədə məlumatı 2019cu ildə cavabdehə təqdim etdiyindən həmin dövrdən başlayaraq ona Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrası ilə bağlı birdəfəlik maddi yardım ödənilmişdir. Qeyd olan sərəncamlara uyğun olaraq birdəfəlik maddi yardımlar hər il üçün müvafiq olaraq ayrılmış büdcə vəsaiti hesabına ödənildiyindən iddiaçının 2019-cu ildən əvvəlki dövrlər üzrə birdəfəlik maddi yardım ödənilməsinə dair müraciətinə cavabdeh inzibati orqan tərəfindən imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1943/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1943/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver