Məhkəmə qərarları › İş №2-1(112)-1943/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1943/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1943/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X28 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X60 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X60 üzrə Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 14 iyun 2021-ci il tarixli **********7871 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə təqdim edərək iddia ərizəsinin yekun hissəsində tarixin texniki olaraq 14 iyun 2021-ci il göstərildiyini bildirmiş və həmin tarixin 14 iyul 2021-ci il kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin 14 iyul 2021-ci il tarixli, **********7871 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 25 nəfər fiziki şəxsin işlərin (xidmətləri) yerinə yetirilməsinə cəlb etdiyinə görə 50000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Yoxlama zamanı işçilərin onun işçiləri olmadığı bildirilmiş, ofisiantların bir çoxu həmin gün restoranda toy edən şəxs tərəfindən gətirilmiş və onların iddiaçıya heç bir aidiyyəti olmamışdır. Lakin vergi orqanının əməkdaşları onlara hədə qorxu gələrək iddiaçının işçiləri olması barədə izahat yazdırmışlar. İş materialarında həmin işçilərin ona aid olması barədə heç bir mötəbər sübut mövcud olmamışdır. Bir neçə kabinetdən, həyətdə qoyulmuş stollardan ibarət bir kafedə 25 nəfər işçinin işləməsi tamamilə absurd olmaqla, orada işləməyən və ona heç bir aidiyyəti olmayan şəxslərin əmək müqaviləsi olmadan işləyən işçi kimi cərimə yazılması məntiqsizdir. İddiaçının nümayəndəsi daha sonra iddia ərizəsinə əlavəni məhkəməyə təqdim etmiş, ərizə bununla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi ödəyicisində operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsas yaranır. Cavabdeh vergi orqanı İddiaçı göstərilən bu halların hansının olmasını əsaslandırmalıdır. Göstərilən bu hallardan hər hansı birinin olmaması operativ vergi nəzarətini istisna edən haldır. Eyni zamanda xx.xx.2019-cu il tarixli 1704 nömrəli qanunla Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən Vergi Məcəlləsinin 220.10-cu maddəsində qeyd edilir ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) ayrıca vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınmalıdır. Bu kateqoriyalı şəxslərlə İddiaçı əmək müqaviləsi bağlamaq öhdəliyi yoxdur. Vergi orqanı əməkdaşları həmin şəxslərin toy sahibi tərəfindən işə cəlb edilməsi məsələsini araşdırmalı olduğu halda bunları araşdırmamışdır. İddiaçı mərasim pozulmasın, müştərilər narazı qalmasın deyə vergi orqanı əməkdaşlarının qanunsuz tələblərini yerinə yetirərək izahat verməyə məcbur olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya etirazında göstərmişdir ki, araşdırma zamanı İdarənin xx.xx.2021-ci il tarixli **********7095 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Yəhya Hüseynov (Biləcəri qəsəbəsi) ünvanında yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 25 (iyirmi beş) fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004737 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair aktın tərtib edilmiş, tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi qəbul edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********7871 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 52000 (əlli iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 10:16:20-də oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. İddiaçı ümumi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış işçi X31 izahatında xx.xx.2021-ci il tarixdə İddiaçı oğlu tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 11:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X43 da öz növbəsində xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 10:00- 22:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X3 Mənsur Fazil oğlu tərəfindən kassir vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 11:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 20 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X59 1 ay əvvəl İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 09:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 300 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X1 Mənsur Fazil oğlu tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə altı gün olmaqla, saat 17:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər 20 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadığını bildirmişlər. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - cavabdehin xx.xx.2021-ci il tarixli, **********7095 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən restoranda Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - KY211590000 nömrəli xx.xx.2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. - DVX 004737 nömrəli xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçıya məxsus Biləcəri ŞTQ, Yəhya Hüseynov, 70B istirahət parkının ərazisi ünvanında yerləşən restoranda iddiaçının iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 18:40-da operativ vergi nəzarəti aparılmış və təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən müəyyən olunmuşdur ki, ofisiant, xadimə, qutab bişirən, xəzinədar, aşbaz, kababçı işlərinin görülməsinə cəlb olunmuş 31 fiziki şəxsdən 25 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin, xidmətlərin yerinə yetirilməsinə, 1 nəfəri Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən ofisiant işinin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Aktın doğruluğu vergi orqanının əməkdaşları ilə yanaşı iddiaçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir. - Akta Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 25 nəfər fiziki şəxsin siyahısı və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfər fiziki şəxsin siyahısı əlavə edilmiş, Siyahılar vergi orqanının əməkdaşları ilə yanaşı iddiaçı tərəfindən imzalanmışdır. Həmin akta əlavə edilmiş:

1. X9 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 11:00-18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir.

2. X20 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci ildə İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 12:00-24:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir.

3. X21 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyata lınsa da, fəaliyyətini dayandırdığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 10:00-22:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir.

4. X22 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, 1 aydır ki, İddiaçı tərəfindən kassir vəzifəsinə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 11:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 20 manat təşkil etdiyini bildirmişdir.

5. X12 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən xadimə vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-21:30-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini, xadimə Xuramanı tanıdığını bildirmişdir.

6. X36 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, 1 gündür ki, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 17:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir.

7. X13 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı tərəfindən 1 gündür ki, ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 17:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir.

8. X2 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 10:00-22:00-dək olduğunu, əmək haqqının aylıq 300 manat təşkil etdiyini, obyektdə Mehdi, Orucun işlədiyini bildirmişdir.

9. X14 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görüür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, saat 12:00-da işə gəldiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 12:00-22:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir.

10. X23 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00-24:00-dək olduğunu, həftənin istənilən bir gününün istirahət günü olmasını, əmək haqqının aylıq 450 manat təşkil etdiyini bildirmişdir. 11.X15 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 10:00-24:00-dək olduğunu, həftənin istənilən bir gününün istirahət günü olmasını, əmək haqqının aylıq 450 manat təşkil etdiyini bildirmişdir. 12.X4 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “pover köməkçisi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 11:00-19:00-dək olduğunu, əmək haqqının günlük 10 manat təşkil etdiyini, yeni gəldiyi üçün aşbaz Mədinə xanımı tanıdığını bildirmişdir. 13.X24 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə səhər saat 09:00-dan İddiaçı tərəfindən bufetçi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, iş vaxtının saat 09:00-22:00-dək olduğunu, əmək haqqının günlük 15 manat təşkil etdiyini, xadimə vəzifəsində işləyən Gülxarı tanıdığını bildirmişdir.

14. X5 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən kassir köməkçisi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 12:00-20:00-dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. 15.X29 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən xadimə vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının həftədə altı gün olmaqla, saat 16:00- 23:00-dək olduğunu, əmək haqqının aylıq 200 manat təşkil etdiyini bildirmişdir. 16.X7 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “qutabçıya köməkçi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 18:00-20:00-dək olduğunu, əmək haqqının gündəlik 5 manat təşkil etdiyini bildirmişdir. 17.X27 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı tərəfindən 2 aydır ki, ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 8 manat təşkil etdiyini bildirmişdir. 18.X6 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant (ofisiant köməkçisi) vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat həftənin tək günləri 09:00-22:00-dək, həftənin cüt günləri isə 12:00-dan 00:00-dək olduğunu, əmək haqqını 10 gündən bir 150 manat olaraq aldığını bildirmişdir. 19.X8 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat həftənin tək günləri 09:00-00:00-dək, həftənin cüt günləri isə 12:00-dan 00:000-dək olduğunu, əmək haqqını 10 gündən bir 150 manat olaraq aldığını bildirmişdir. 20.X10 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı tərəfindən 1 gündür ki, “soyuq qəlyanaltı hazırlayan” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-22:00-dək olduğunu, əmək haqqının gündəlik 20 manat təşkil etdiyini bildirmişdir. 21.X16 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat həftənin tək günləri 09:00-00:00-dək, həftənin cüt günləri isə 12:00-dan 00:000-dək olduğunu, əmək haqqını 10 gündən bir 80 manat olaraq aldığını bildirmişdir. 22.X33 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant (ofisiant köməkçisi) vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat həftənin tək günləri 12:00-23:00-dək, həftənin cüt günləri isə 09:00-dan 23:00-dək olduğunu, əmək haqqını 10 gündən bir 150 manat olaraq aldığını bildirmişdir. 23.X25 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, 2 gündür ki, İddiaçı tərəfindən xadimə vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-22:00-dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. 24.X11 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 12:00-00:00-dək olduğunu, əmək haqqını gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. 25.X19 alınmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, 1 aydır ki, İddiaçı tərəfindən mühafizəçi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-dan 20:00-dək olduğunu, əmək haqqını aylıq 300 manat təşkil etdiyini bildirmişdir. İşdən görünür ki, xx.xx.2021-ci il tarixdə həmçinin iddiaçı izahat vermiş, obyektdə tabeliyindəki 5 işçi ilə əmək müqaviləsi bağladığını, lakin 26 nəfər işçini əmək və ya xidməti müqavilə bağlamadan işə cəlb etdiyini, həmin işçilərin əksəriyyətini bir neçə gün olar ki, işə götürdüyünü, sınaq müddətində olduqları üçün əmək müqaviləsi bağlamadığını, lakin daimi qalıb işləyənlərlə əmək müqaviləsi bağlayacağını bildirmişdir. İşdən görünür ki, vergi orqanının əməkdaşları tərəfindən mübahisəli obyektdə əmək və ya xidməti müqavilə bağlanmadan işə cəlb olunmuş X17 hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat verməkdən imtina etdiyi, lakin iddiaçının təqdim etdiyi yazılı izahatda X17 əmək müqaviləsi və ya xidməti müqavilə bağalmadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini bildirməsi barədə akt tərtib olunmuşdur. İşdə olan **********7871 nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 25 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 50000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Birincisi, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında ünvan 2 ünvanında yerləşən restoranda xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla iddiaçı xx.xx.2021-ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 004737 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, akt İddiaçı tərəfindən imzalanmışdır. Vergi ödəyicisi olan iddiaçı həmin aktda yoxlama ilə bağlı öz qeydlərini etməmiş, həmin halları etiraf edən izahat vermişdir. xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu hallar aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahısı tərtib edilərək akta əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 25 nəfər fiziki şəxsdən alınmış izahatlar əlavə edilmiş, bir nəfər izahat verməkdən imtina etdiyindən onun barəsində müvafiq akt tərtib edilmişdir. Həmin izahatlardan müəyyən olunur ki, izahatları alınmış fiziki şəxslərin hər biri həmin restoranda işlədiklərini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadığını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, bir çox izahatda restoranda izahat verən şəxslə birlikdə çalışan digər şəxslərin adlarını göstərmişlər. İddiaçı vergi orqanına təqdim etdiyi yazılı izahatında da aktda adları göstərilən 26 nəfər şəxsi əmək müqaviləsi bağlamadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb etdiyini qəbul etmiş, həmin şəxslərlə qısa müddətdə müqavilə bağlayacağını bildirmişdir. Hətta iş materiallarından görünür ki, iddiaçı izahatında qeyd edilənləri yerinə yetirmiş, operativ vergi nəzarəti həyata keçirildikdən sonra İddiaçı tərəfindən vergi orqanı tərəfindən tərtib olunan aktda adları göstərilmiş X34, X30, X51, X45, X32, X26, X54, X43, X37, X46, X38, X39, X47, X27, X18, X31, X35 və X44 ilə əmək müqaviləsi bağlanmışdır. İddiaçı bu hərəkəti ilə operativ vergi nəzarəti zamanı tərtib olunmuş aktın və qəbul edilmiş qərarın əsaslılığını dolayısı ilə qəbul etmiş, pozuntunu aradan qaldırmaq üçün müvafiq tədbirləri yerinə yetirmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cavabdeh işin yuxarıda sadalananan hallarına istinad edərək iddiaçıya 26 nəfər fiziki şəxsə görə 52000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul etmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İddiaçı iddia ərizəsində həmin şəxslərin toy sahibi tərəfindən gətirildiyini və onun hüquqpozmanı qəbul etməyə məcbur edildiyini bildirsə də, sonradan aktda adları qeyd edilən şəxslərlə könüllü olaraq əmək müqaviləsi bağlaması bu dəlilləri təkzib edir. İşdə olan xx.xx.2022-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan da görünür ki, iddiaçı həmin cinayət işi üzrə izahat zamanı təkrara olaraq aktda adları göstərilmiş şəxslərlə əmək və ya xidməti müqavilə bağlamadan onları işə cəlb etdiyini qəbul etmiş, həmçinin aparılmış istintaqla 26 nəfərin hamısının sözügedən obyektdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmışdır. İddiaçının digər bir dəlilini cavabdehin Vergi Məcəlləsinin 50.2-ci maddəsinin hansı halına əsaslanmasını göstərməməsi təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.3-cü maddəsində operativ vergi nəzarətinin keçirlməsi haqqında qərarda göstərilməli hallar sadalanmış, orada yoxlamanın keçirilmə əsasının göstərilməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, maddəyə əsasən qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Digər tərəfdən, cavabdeh yoxlamanı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edərkən keçirilmə əsası barədə məlumatı da daxil etmiş, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad etmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X60 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar