Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1944/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 Üzrə Dövlət Komitəsinə qarşı “Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərcikdən İddiaçı ailə üzvlərinin sayına uyğun ev verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Qaçqınların və X10 Üzrə Dövlət Komitəsinə qarşı Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərcikdən İddiaçı ailə üzvlərin sayına uyğun ev verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, 1955-ci ildə Laçın rayonunun Ayvazlar kəndində anadan olmuşdur.1992-ci ildə baş verən hadisələrdən sonra Kürdəmir şəhərinə məcburi köçkün kimi getmişdir. 2019-cu ildə ölkə Prezidentinin məcburi köçkünlərə göstərdiyi qayğı nəticəsində Kürdəmir rayonunun Xırpaday kəndi ərazisində ev tikilməyə başlamışdır. Həmin evlər siyahı əsasında məcburi köçkünlərə təhvil verilmişdir. Lakin evlər verilərkən iddiaçının ailə üzvlərinin sayı az göstərilmiş və nəticədə onun ailə üzvlərinə verilən otaqların sayı az olmuşdur, 4 otaqlı əvəzinə 3 otaqlı ev verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı “4 otaqlı mənzilin verilməsi”nə dair Komitəyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə eyni məzmunlu müraciətlər ünvanlanmış müraciətləri aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Komitə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 01/9607 nömrəli, xx.xx.2020-ci il tarixli 01/10368 nömrəli, xx.xx.2020ci il tarixli 01/15092 nömrəli və xx.xx.2020-ci il tarixli 01/16159 nömrəli məktublarla bildirilmişdir ki, iddiaçı Kürdəmir rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış 564 ailəlik qəsəbədə bina 3, mənzil 22 ünvanında 3 otaqlı mənzillə təmin olunmuşdur. Məcburi köçkünlərə müvəqqəti məskunlaşmaq məqsədilə verilən mənzillərin dəyişdirilməsi yolverilməzdir və qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi köçkün ailələri Dövlət tərəfindən yalnız bir dəfə mənzillə təmin olunurlar. Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə yaşayış sahələrinə köçürülməsi zamanı onların ailə tərkibinin sayının az göstərilməsi fikri tamamilə əsassız və absurddur, ümumiyyətlə, belə bir haldan söhbət gedə bilməz. Müvəqqəti məskunlaşması məqsədilə mənzilə köçürülən məcburi köçkün ailəsinin ailə üzvləri xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində dəqiqliklə öz əksini tapır. 3/22 nömrəli xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində isə iddiaçının ailə tərkibində aşağıdakı şəxslər qeyd olunmuşdur: 1. İddiaçı (iddiaçı); 2. X12; 3. X8; 4. X4; 5. X6. Əgər iddiaçının kirayə müqaviləsində qeyd olunmayan ailə üzvü var idisə, iddiaçı buna etiraz etməli və müqaviləni imzalamamalı idi. Lakin iddiaçı ona 3 otaqlı mənzil təklif edilərkən bunu bilmiş, həmin mənzilin 3 otaqlı olmasına dair hər hansı bir etirazını bildirməmişdir. Həmçinin iddiaçı heç bir irad bildirmədən öz iradə ifadəsinə əsaslanaraq 3 otaqlı mənzilin qəbul edilməsi ilə bağlı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini imzalamışdır. İddiaçının ailə üzvü - X3nun xx.xx.2020-ci il tarixdə övladı X7 dünyaya göz açmışdır. İddiaçı ilə Komitə arasında 3/22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi isə xx.xx.2019-cu il tarixdə bağlanılmışdır. Bildiririk ki, məcburi köçkünlər yaşayış sahəsi ilə təmin olunduqdan sonra övladlarının doğulması nəticəsində onların ailə tərkibinin sayının artması Komitə tərəfindən yenidən mənzillə təmin olunmalarına və ya mənzillərin dəyişdirilməsinə əsas vermir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş proses iştirakçıları məhkəmə bахışınа gəlməmişlər. Cavabdeh bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iddia tələbini təsdiq edən sübut qismində iddiaçı məhkəməyə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini, ailə üzvlərinin şəxsiyyət vəsiqəsini, məcburi köçkün vəsiqəsini, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini, xəstəliyi olması barədə epikrizi məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edilən sənədlərdən müəyyən etmişdir ki, iddiaçı məcburi köçkündür və ailə üzvlərinin sayına görə ev verilməsini cavabdehdən tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzilməişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır, Əsasnamənin 2.3-cü bəndinə əsasən Komitənin əsas vəzifələrinə qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir:2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə;2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə Sözügedən Qaydanın 2.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. Həmin Qaydanın 4.1.3-cü bəndinə əsasən, ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara -3 otaq müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olunan Qaydalara əsasən iddiaçının ailə üzvlərinin sayı mənzil verilən vaxt 5 nəfər olduğundan: İddiaçı, X12; X8, X4, X6- iddiaçının ailəsi 3 otaqlı mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1.-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6. –ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. İş materiallarına əlavə edilmiş 3/22 nömrəli 06 yanvar 2020-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən,bu müqaviləyə görə kirayəyə verən xüsusi təyinatlı yaşayış sahəsnin mülkiyyətçisinin adından çıxış edən Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru X9 şəxsində bir tərəfdən və bundan sonra Kirayəçi adlandıracaq vətəndaş İddiaçı digər tərəfdən , xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi haqqında aşagıdakı şərtlərlə bu müqaviləni bağladılar: 1.1 Bu müqaviləyə görə kirayəyə verən Kürdəmir 564 ailələk qəsəbə bina 3, mənzil 22, 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvafiq yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 1.2. Kirayəçinin ailə üzvləri: 1. Həyat yoldaşı X12; 2. X3, 3.X1,4. X2. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Zeynəb adlı nəvəsi iddiaçı ilə Komitə arasında 3/22 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağladıqdan 17 gün sonra, 23 yanvar 2020-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1.-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1. –ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı ona verilən mənzili qəbul etməklə, iradə ifadəsinə uyğun olaraq sərbəst surətdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtləri ilə razılaşmış və müqaviləni imzalamaqla mənzili qəbul etmişdir. Cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Qaçqınların və X10 Üzrə Dövlət Komitəsinə qarşı “Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərcikdən İddiaçı ailə üzvlərin sayına uyğun ev verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci,69-cü, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Qaçqınların və X10 Üzrə Dövlət Komitəsinə qarşı “Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərcikdən İddiaçı ailə üzvlərin sayına uyğun ev verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasina Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1944/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1944/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver