Məhkəmə qərarları › İş №2-1(112)-1948/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1948/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1948/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər, Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 126 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər, Cavabdeh Başçısının xx.xx.2020ci il tarixli, 224 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddia tələbi üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissisyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (özüm də daxil olmaqla) mənzil ayrılmış və yuxarıda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Odur ki, Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, Sərəncamları ilə ünvan 1 ünvanda yerləşən binadakı mənzillər xidməti mənzillər fondundan çıxarılmış və nəticə etibarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onların hər birinizə ayrı-ayrılıqda müvafiq çıxarışlar verilmişdir ki, həmin çıxarışlara əsasən onlara verilmiş mənzillər üzərində daimi istifadə hüquqları qeydə alınmışdır. O cümlədən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 nömrəli evin, sahəsi 146.2 kv.m olan 11 nömrəli mənzili üzərində onun daimi istifadə hüququ qeydə alınmışdır. İddiaçı qeyd edir ki, göstərilən binada onlara mənzil kimi verilmiş sahələr kazarma tipində olduğununa və yaşayış üçün tam yararsız olduğuna görə onlar, həm birlikdə, həm də ayrı-ayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzilləri əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, iddiaçı (bildiyinə görə yuxarıda göstərilən digər sakinlər də), 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, AR MN-nin Mənzil İstismar İdarəsi ilə iddiaçı arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqavləsinə çevrilməsini və ya DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə iddiaçı, həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra iddiaşıya məlum olmuşdur ki, onlara mənzillərin verilməsi barədə Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli sərəncamı, cavbdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə heç bir səbəb və əsas olmadan ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix eibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir). Digər tərəfdən, iddia tələbi üzrə üçüncü şəxs olan AR Müdafiə Nazirliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmidir. İddiaşı bildirir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən mənzil onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Bakı şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli Sərəncamları ilə ləğv edilməsi tam qanunsuz və ədalətsizdir. Belə ki, həmin sərəncamların ləğv edilməsi üçün hər hansı bir əsas və səbəb olmamış, digər tərəfdən isə Bakı şəhər Cavabdeh Başçısı öz verdiyi sərəncamlarını özü ləğv etmək səlahiyyətində deyildir. Göründüyü kimi Bakı şəhər Cavabdeh qanunsuzluğa yol vermişdir və bu barədə də onlara hər hansı bir məlumat verilməmişdir. Eyni zamanda iddiaçı hərbi qulluqçu olmaqla, Vətən yolunda müvafiq xüsusi xidmətləri olmuş, vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçudur. Möhtərəm Prezident cənab Ali Baş Komandan hər çıxışında onların koteqoriyada olan şəxslərə xüsusi yanaşılmasını, onların mənzil və sosial rifahımının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini tapşırır. Lakin istər Müdafiə Nazirliyi istərsə də Bakı şəhər Cavabdeh bu çağırışlar biganə yanaşaraq, məhəl qoymayaraq, əksinə qanunla onlara verilmiş mənzillərindən məhrum etmək istəyir. Belə olan halda iddiaçı hesab edir ki, Bakı şəhər, Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq, tələb olunan sənədlərin təsdiq edilmiş surətləri və məlumatlar xx.xx.2022-ci il tarixli məktub ilə məhkəməyə təqdim edilmişdir. - Bakı Şəhər Cavabdeh “Mənzillərin xidməti mənzillər siyahısından çıxarılması haqqında” xx.xx.2019-cu il tarixli 126 nömrəli Sərəncamı ilə:

1. ünvan 2 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılsın.

2. ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılsın.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində ünvan 2 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş İddiaçı adına qeydiyyata alınması xahiş edilsin. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********35-05101-091012 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 146,2 kv.m dövlət mülkiyyətində olan mənzil daimi istifadəyə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. - Bakı Qarnizonu üzrə Mənzil Komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli Protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanında yerləşən mənzillər yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara ayrılmışdır. Həmin protokolda N nömrəli hərbi hissənin baş giziri İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə (həyat yoldaşı, oğlu, qızı) Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 11 ünvanında yerləşən mənzil xidməti yaşayış sahəsi kimi təqdim edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlet Komitəsinə xx.xx.2019-cu il tarixli 1/731 nömrəli məktub ünvanlayaraq, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli icazəsi ilə Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən (Yasamal rayonu Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsi) üç mərtəbəli kazarma binasının təyinatı dəyişilərək xüsusi təyinatlı yaşayış binası kimi Müdafiə Nazirliyinin mənzil fonduna keçirildiyi və hal-hazırda sözügedən xüsusi təyinatlı yaşayış binasında yenidənqurma işləri bitmək üzrə olduğu və mənzillər hərbi qulluqçular arasında paylanıldığı qeyd edilmişdir. Məktubda Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən sözügedən xüsusi təyinatlı yaşayış binasına ünvan verilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 7 ünvan nömrələri təyin olunmuşdur. Adıçəkilən binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. - xx.xx.2020-ci il tarixli 224 saylı Bakı Şəhər Cavabdeh başçısının “Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 125, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamlarının ləğv edilməsi haqqında” xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı ilə: 1.Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunmuşdur.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 20 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adlarına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş etmişdir.

3. Sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə və İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. - Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktub ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh başçısının 224 nömrəli, 04 09.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128. 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138. 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən həmin ünvanlara dair vətəndaşların adına verilmiş istifadə hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilmədi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********56 nömrəli, 13 oktyabr 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə müraciət ediləcəyi təqdirdə qanunvericiliyə uyğun baxılacaqdır. - Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə məktub ünvanlayaraq, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamına əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış sahələrinə vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yarandığı və bununla bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə məlumat verilməsi xahiş edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda “qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğv olunmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə olaraq baxılacağı” qeyd edilmişdir. - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə Cavabdehnə müraciət edərək, ünvan 11 ünvanında yerləşən binanın mənzilləri barədə mənzil sakinləri ilə daimi icarə müqavilələrinin bağlanmasına dair Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli Sərəncamlarının, habelə həmin Sərəncamların ləğv edilməsinə dair Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli Sərəncamlarının təsdiq olunmuş surətlərini verilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkilin müraciətinə cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, məhkəmənin sorğusu olmadan xahişinizin yerinə yetirilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (sənədləri saxtaşdırma) ilə başlamış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 4. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16,17, 18.19 və 20 nömrəli mənzillərə dair tərəfinizdən verilmiş 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128. 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139 və 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, istintaqın hazırki mərhələsinədək həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahələrinin siyahısından çıxarılmış 3 mərtəbəli binada olan 20 mənzilin (İddiaçı adına sənədləşdirilmiş 11 saylı mənzil daxil olmaqla) Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi, müvafiq sərəncamların ləğv edilməsi və bununla bağlı digər zəruri olan qanuni tədbirlərin icrasını təmin etmək məqsədilə Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Cavabdehnə ünvanlanmış 19 avqust 2020-ci il tarixli məktub əsasında həmin sərəncamlar 20 dekabr 2021-ci il tarixdə ləğv edildiyi qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixdə vətəndaş İddiaçı ilə Bakı şəhər Yasamal rayon 6 nömrəli Mənzil-İstismar Sahəsi arasında ünvan 11 ünvanında yerləşən 80,69 kv.m 3 otaqdan ibarət mənzilə dair icarə müqaviləsi bağlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirmə növündə iddiaların qaldırılması iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, iddiaçı mübahisələndirilən inzibati akt barədə məlumatlı olmadığından, həmin sərəncamı mübahisələndirməmişdir.(Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncam) Belə ki, mübahisələndirilən həmin sərəncamdan iddiaçının əvvəldən məlumatlı olduğu və iddiaçının mübahisələndirdiyi sərəncam cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada təqdim edilməsi məhkəmə araşdırılması və iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusundan görünür ki, məhkəmə cavabdehə ünvanladığı məktubda Bakı Şəhəri Cavabdeh başçısının xx.xx.20220-ci il tarixli 224 saylı sərəncamının surətinin İddiaçı təqdim olunub-olmaması barədə məlumatı, təqdim olunmuşdursa təqdim olunma vaxtı barədə məlumatın məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt iddiaçıya təqdim edilməmişdir. Məhkəmə araşdırılması zamanı da inzibati orqan tərəfindən aktın iddiaçıya təqdim edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan iddiaçının istinad etdiyi dəlillər müddətin buraxılmasının və sərəncamın müddət ötürülməklə mübahisələndirilməsinin üzrlü səbəbi kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə Cavabdehnə müraciət edərək, ünvan 11 ünvanında yerləşən binanın mənzilləri barədə mənzil sakinləri ilə daimi icarə müqavilələrinin bağlanmasına dair Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli Sərəncamlarının, habelə həmin Sərəncamların ləğv edilməsinə dair Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli Sərəncamlarının təsdiq olunmuş surətlərini verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı vəkil bürosunun vəkilinin müraciətinə cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, məhkəmənin sorğusu olmadan xahişinizin yerinə yetirilməsi mümkün deyildir. İddiaçı cavabdeh icra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarının araşdırılması məqsədi ilə məhkəmə xx.xx.2022-ci il tarixli sorğu məkubu ilə Bakı şəhər Cavabdehnə müraciət edərək, Bakı Şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamı və sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin və Bakı Şəhəri Cavabdeh başçısının xx.xx.20220-ci il tarixli 224 saylı sərəncamının surətinin İddiaçı təqdim olunub-olmaması barədə məlumatı, təqdim olunmuşdursa təqdim olunma vaxtı barədə məlumatın məhkəməyə təqdim edilməsini tələb etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Cavabdeh tərəfindən tələb olunan sənədlərin təsdiq edilmiş surətləri və məlumatlar xx.xx.2022-ci il tarixli məktub ilə məhkəməyə təqdim edilmişdir. İşin faktiki halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhər Cavabdeh xx.xx.2019-cu il tarixli 126 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısından çıxarılmış və həmin ünvanda yerləşən mənzilə dair İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən gələcəkdə qeyd edilən ünvanda yerləşən mənzilə dair vətəndaş İddiaçı adına qeydiyyata alınması xahiş edilmişdir. Aşağıda qeyd edilən sənədlər nəzərə alınaraq Bakı Şəhər Cavabdeh xx.xx.2019-cu il tarixli 126 nömrəli Sərəncamı verilmişdir.

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 22.04 2019-cu il 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olanm “ünvan 17 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 161 saylı Əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kımı istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaş İddiaçı oğunun ünvan 18ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********35-05101-091012 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 146,2 kv.m dövlət mülkiyyətində olan mənzil daimi istifadəyə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixi 3055 saylı məktub ilə Bakı şəhər Cavabdehnə müraciət edərək, qeyd etmişdir ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlamış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar ünvan 19 ünvanında yerləşən 1, 2, 4. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16,17, 18.19 və 20 nömrəli mənzillərə dair tərəfinizdən verilmiş 17 may 2019- lı’il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128. 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139 və 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz bılakın Dövlət Reyestri Xidmətinə müraciət etməyiniz xahiş olunur. Cavabdeh Bakı Şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli 224 saylı Sərəncamı ilə Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 20 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adlarına verilmiş istifadə hüququna daır daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sanələn siyahısına daxıl edilməsi xahiş etmişdir. Cavabdeh tərəfindən bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanlayaraq ünvan 20 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adlarına verilmiş istifadə hüququna daır daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********56 nömrəli, 13 oktyabr 2020-ci il tarixli Cavabdehnə ünvanladığı cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə müraciət ediləcəyi təqdirdə qanunvericiliyə uyğun baxılacaqdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktub ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh başçısının 224 nömrəli, 04 09.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128. 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138. 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən həmin ünvanlara dair vətəndaşların adına verilmiş istifadə hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********56 nömrəli, 13 oktyabr 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə müraciət ediləcəyi təqdirdə qanunvericiliyə uyğun baxılacaqdır. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə məktub ünvanlayaraq, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamına əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış sahələrinə vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yarandığı və bununla bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə məlumat verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda “qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğv olunmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət” mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə olaraq baxılacağı” qeyd edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna xx.xx.2022-ci il tarixli “Sorğu məktubu” ünvanlayaraq fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin başlanmasına dair qərarın təsdiq edilmiş surətinin və işin hazırki vəziyyəti barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, istintaqın hazırki mərhələsinədək həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən xüsusi təyinatlı yaşayış sahələrinin siyahısından çıxarılmış 3 mərtəbəli binada olan 20 mənzilin (İddiaçı adına sənədləşdirilmiş 11 saylı mənzil daxil olmaqla) Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi, müvafiq sərəncamların ləğv edilməsi və bununla bağlı digər zəruri olan qanuni tədbirlərin icrasını təmin etmək məqsədilə Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Cavabdehnə ünvanlanmış 19 avqust 2020-ci il tarixli məktub əsasında həmin sərəncamlar 20 dekabr 2021-ci il tarixdə ləğv edildiyi qeyd edilmişdir. İş materiallarında olan, Bakı Qarnizonu üzrə Mənzil Komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli Protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanında yerləşən mənzillər yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara ayrılmışdır. Həmin protokolda N nömrəli hərbi hissənin baş giziri İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə (həyat yoldaşı, oğlu, qızı) Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 11 ünvanında yerləşən mənzil xidməti yaşayış sahəsi kimi təqdim edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlet Komitəsinə xx.xx.2019-cu il tarixli 1/731 nömrəli məktub ünvanlayaraq, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli icazəsi ilə Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən (Yasamal rayonu Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsi) üç mərtəbəli kazarma binasının təyinatı dəyişilərək xüsusi təyinatlı yaşayış binası kimi Müdafiə Nazirliyinin mənzil fonduna keçirildiyi və hal-hazırda sözügedən xüsusi təyinatlı yaşayış binasında yenidənqurma işləri bitmək üzrə olduğu və mənzillər hərbi qulluqçular arasında paylanıldığı qeyd edilmişdir. Məktubda Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən sözügedən xüsusi təyinatlı yaşayış binasına ünvan verilməsi üçün sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 7 ünvan nömrələri təyin olunmuşdur. Adıçəkilən binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. İş materiallarına əlavə edilmiş, sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə vətəndaş İddiaçı ilə Bakı şəhər Yasamal rayon 6 nömrəli Mənzil-İstismar Sahəsi arasında ünvan 11 ünvanında yerləşən 80,69 kv.m 3 otaqdan ibarət mənzilə dair icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi” Qaydalarına əsasən: 1.2. Yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 3.1. Yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. 3.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. 4.1. Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə bu Qayda ilə müəyyən edilmiş prosedura uyğun olaraq keçirilir. Məhkəmə ilk növbədə mübahisənin predmetini təşkil edən Bakı Şəhər Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamı ilə ləğv edilmiş Cavabdeh xx.xx.2019-ci il tarixli 126 nömrəli Sərəncamı ilə bağlı qeyd edir ki, cavabdeh icra hakimiyyəti tərəfindən sözügedən sərəncam qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş inzibati icraat haqqında qanunvericliyin və maddi hüquq nomralarının tələbləri pozulmuşdur. Belə ki, cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 126 nömrəli sərəncamı qəbul edilən zamanı istinad edilən sənədlərin siyahısında, xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti öz əksini tapmamışdır. Qeyd edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə xx.xx.2019-cu il tarixli 1/731 nömrəli məktubla ünvanlanmış müraciət xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi ilə bağlı deyil, Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən sözügedən xüsusi təyinatlı yaşayış binasına ünvan verilməsi ilə bağlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli 126 nömrəli sərəncamının qəbul edilməsinə əsas olaraq Azərbaycan Respublikas Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 3055 saylı məktubu göstərilmişdir. İş materiallarına əlavə edilmiş həmin məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Cavabdehnə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (sənədləri saxtaşdırma) ilə başlamış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 4. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16,17, 18.19 və 20 nömrəli mənzillərə dair tərəfinizdən verilmiş 17 may 2019-cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128. 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139 və 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ......... 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; .......... 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Göründüyü kimi Cavabdeh xx.xx.2019-cu il tarixli 126 nömrəli Sərəncamı maddi hüquq nomralarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 4.17.3-cü bəndinə əsasən şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətlərinə aid edilmişdir. Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər bir dəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli 224 saylı sərəncam qəbul edilərkən maddi hüquq normalarının və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessaul Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessaul Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessaul Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessaul Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 126 saylı sərəncamının ləğv edilməsinə dair” Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar