Məhkəmə qərarları › İş №2-1(112)-195/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-195/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-195/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin direktoru X4 və nümayəndəsi (vəkili) Vəkil cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia qaldırmışdır.

2. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

4. 1.1. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin əvvəlki mənfi rəylərində qeyd olunmuş texniki nöqsanlar aradan qaldırılmışdırmı?

5. 1.2. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərin sonuncu mənfi rəyində qeyd olunmuş texniki nöqsanlar faktiki olaraq mövcuddurmu?

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2020-ci il tarixli ekspert rəyini məhkəməyə təqdim etmişdir. Ekspertiza təqiqatının nəticəsi olaraq ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx-8114 nömrəli məktubunda (əvvəlki) və 03 fevral 2020-ci il tarixli 03/19-110 nömrəli məktubunda (sonrakı) qeyd olunmuş texniki nöqsanların aradan qaldırıldığı müəyyən olunmuşdur.

7. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında tərəflər iştirak etmişdir. İddiaçının nümayəndəsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini qərara almışdır, tərəflər ekspertizanın təyin olunmasına etiraz etməmişdir.

8. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təkrar tikinti-texniki ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

9. 1.1. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin əvvəlki mənfi rəylərində qeyd olunmuş texniki nöqsanlar aradan qaldırılmışdırmı?

10. 1.2. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin sonuncu mənfi rəyində qeyd olunmuş texniki nöqsanlar faktiki olaraq mövcuddurmu?

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2021-ci il tarixli ekspert rəyini məhkəməyə təqdim etmişdir. Ekspertiza təqiqatının nəticəsi olaraq ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx-8114 nömrəli məktubunda (əvvəlki) və 03 fevral 2020-ci il tarixli 03/19-110 nömrəli məktubunda (sonrakı) qeyd olunmuş texniki nöqsanların aradan qaldırıldığı müəyyən olunmuşdur.

12. Səhiyyə Nazirliyi “X2” publik hüquqi şəxsi xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki (iş materialları İ cild, səh. 182-183), 22 yanvar 2021-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi 147 ünvanında "xxxx" MMC-yə məxsus tibb müəssisəsinə yerli baxış həyata keçirilmişdir. Baxış zamanı kommissiyanın üzvü Rövşən Vəliyev, cəlb olunan mütəxəssislər Cavad Orucov, Eldar Abdullayev, Cəmilə Ağazadə, Toğrul Ələsgərov və Ərəf Nəsrullayev iştirak etmişdir. Məhkəmənin qərarı ilə yerli baxışda Ədliyyə nazirliyinin tikinti üzrə mütəxəssisi də iştirak etmişdir. Əvvəlki rəylərdə qeyd olunan əksər nöqsanların aradan qaldırılmadığı müəyyən olundu və əlavə nöqsanlar aşkar edildi. Belə ki, baxış zamanı müəyyən edildi:

13. Əvvəlki nöqsanlara uyğun:

14. -müəssisənin əksər yerlərində təmir-tamamlama işləri yenidən aparılsada çox səliqəsiz və keyfiyyətsiz aparılmışdır;

15. -təqdim olunmuş sertifikatlarda sulu boyanın tibb müəssisələrinin hansı sahələrində istifadə edilməsi qeyd olunmamışdır, eyni zamanda təqdim olunmuş sertifikatların divarlarda istifadə olunmuş emulsiyaya aid olub olmamasını dəqiqləşdirmək mümkün olmamışdır;

16. -bəzi əsas və yardımçı otaqlarda mühəndis xətlərin (su, kanalizasiya, elektrik) təhlükəsiz çəkilməsi təmin olunmayıb;

17. -müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmir;

18. Yeni aşkar edilmiş nöqsanlar:

19. -qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin edilməmişdir.

20. -qəbul bölməsində bəzi divar səthlərin tamlığı pozulub;

21. -sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud olan avadanlıqların standartlaşdırılması üzrə sənədlər və tibbi tullantıların utilizasiya müqaviləsi təqdim olunmadı;

22. -müəssisədə işıq generatorun işlək vəziyyətdə olub olmamasını dəqiqləşdirmək mümkün olmadı;

23. -ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda yenidən qurulmuş havalandırma sistemləri qüvvədə olan normativlərə və qaydalara uyğun təşkil edilməmişdir;

24. -bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkalar nəzərə alınmayıb.

25. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə verilən 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi barədə müraciətinə yenidən baxılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş; aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 200 (iki yüz manat) manat pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən 100 manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır.

26. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ayrı-ayrılıqda apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-680/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsasəndırılmışdır ki: -iş materiallarında cavabdehin imtina məktubundakı mənfi rəyi əks etdirən sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair heç bir məlumat olmadığından, üçüncü şəxsin ekspert qrupu tərəfindən verilmiş mənfi rəyi əks etdirən sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair heç bir məlumat olmadığından mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin normativ aktların tələblərinə uyğun aparıldığını müəyyən etmək mümkün deyildir. -Göründüyü kimi birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın qüsurlu həyata keçirildiyini müəyyən etdiyindən, məhkəmənin nəticəsi inzibati orqanın məsələyə yenidən baxılmasının cavabdehə həvalə edilməsi deyil, inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı olmalıdır (İPM 73.2).

27. İşin təkrar birinci instansiya məhkəməsində baxışı zamanı məhkəmə tərəfindən Səhiyyə Nazirliyindən stasionar tibb xidməti (mama-ginekologiya: ginekoloji ekstrokorporal mayalandırma istisna olmaqla), doğuşa yardım üzrə lisenziyanın verilməsi üçün mövcud standartlar haqqında ətraflı məlumatın verilməsi (müvafiq aktlar əlavə edilməklə) tələb olunmuşdur.

28. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2009-cu il tarixli 37 saylı əmri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 11 mart 2013-cü il tarixli 8 saylı qərarı ilə təsdiq edilmiş “Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında təlimat” təqdim olunmuşdur.

29. İşin təkrar birinci instansiya məhkəməsində baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin əvvəlki mənfi rəylərində qeyd olunmuş texniki nöqsanlar aradan qaldırılmışdırmı?

2. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin sonuncu mənfi rəyində (məktubunda) qeyd olunmuş texniki nöqsanlar (iş materialları İ cild, səh 182-183) faktiki olaraq mövcuddurmu? Ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

30. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən aşağldakılar müəyyən olunur: Tədqiqat ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinika üzrə aparılır. Tədqiqat obyektinə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Qərarın təsvir hissəsindən görünür ki, İqtisadiyyat Nazirliyinin Lisenziyaya əlavə verilməsinə dair 10 oktyabr 2019-cu il tarixli imtinasından sonra iddiaçı tərəf 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmişdir. İş üzrə yerli baxış keçirilərkən baxış zamanı iştirak edən mütəxəssislərin tövsiyələrinə əməl etmək və bəzi işlərin yenidən görülməsi üçün iddia ərizəsi geri götürülmüşdür. İddiaçı tərəf bəzi işləri yenidən gördükdən sonra lisenziyaya əlavənin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Lakin Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə aşağıdakı çatışmazlıqlar qeyd olunmuşdur. Bu dəfə imtina məktubunda aşağıdakı nöqsanlar göstərilmişdir: -müəssisənin əksər yerlərində tamamlama işləri yenidən aparılsa da çox səliqəsiz və keyfiyyətsiz aparılmışdır; -təqdim olunmuş sertifikatlarda sulu boyanın tibb müəssisələrinin hansı sahələrində istifadə edilməsi qeyd olunmamışdır. Eyni zamanda təqdim olunmuş sertifikatların divarlarda istifadə olunmuş sertifikatların divarlarda istifadə olunmuş emulsiyaya aid olubolmamasını dəqiqləşdirmək mümkün olmamışdır; -bəzi əsas və yardımçı otaqlarda mühəndis xətlərinin (su, kanalizasiya, ventilyasiya, elektrik) təhlükəsiz çəkilməsi təmin olunmamışdır; -müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmir; -qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin edilməmişdir; -qəbul bölməsində bəzi divar səthlərin tamlığı pozulub; -sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud tullantıların utilizasiya müqavilə təqdim olunmadı; -müəssisədə işıq generatorun işlək vəziyyətdə olub-olmamasını dəqiqləşdirmək mümkün olmadı; -ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda yenidən qurulmuş havalandırma sistemləri qüvvədə olan normativlərə və qaydalara uyğun təşkil edilməmişdir; -bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkalar nəzərə alınmayıb. Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 147 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikanın İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş imtina məktubunda Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunmuş çatışmazlıqlar üzrə baxış keçirilmiş və baxış zamanı əldə olunmuş məlumatlar aşağıdakı kimi müəyyən olunmuşdur: -müəssisənin əksər yerlərində təmir-tamamlama işləri yenidən aparılaraq divarlara şpaklyovka çəkilərək sulu boya ilə rənglənərək səliqəsiz və keyfiyyətsiz aparılmış işlər aradan qaldırılmışdır; -baxış zamanı istifadə olunmuş inşaat materiallarının yəni istifadə olunmuş su əsaslı antibakterial boya Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən Dövlət reyestrində AZ031 xx.xx.00294 20 saylı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış uyğunluq sertifikatlarına uyğun olduğu göstərilmişdir; -əsas və yardımçı otaqlarda su xətlərinə krantları, ventilyasiya, elektrik sistemlərinə elektrik açarı quraşdırıldığını, elektrik xətlərinin üzərləri açıq şəkildə olmadığını nəzərə alaraq, həmin xətlər təhlükəsiz çəkildiyi təmin olunmuşdur; -müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmişdir; -qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin olunması tikinti ekspertinin səlahiyətlərinə aid deyildir; -sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud tullantıların utilizasiya müqavilənin olub-olmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyətlərinə aid deyildir; -müəssisədə işıq generatorun işlək vəziyyətdə olduğu müəyyən edilmişdir; -obyektin sanitar-gigiyenik vəziyyətinə dair baxış keçirilərkən bütün otaqlarda ventilyasiya sistemləri quraşdırılmış, həmin ventilyasiya sistemlərinin qəfəslərinin hava sorucu, hava verici sistemləri ayrı-ayrılıqda quraşdırılıaraq normal işlək vəziyyətdə olduğu, eyni zamanda ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda mövcud olan ventilyatorlar, normativlərə və qaydalara uyğun (ventilyator sistemi “TÜV NORD” şirkəti tərəfindən verilmiş sertifikata uyğun olduğunu nəzərə alaraq) quraşdırıldığından, havanın otaqdaxili effektiv mübadiləsi və əlverişli mikroiqlim şəraitinin yaradılması təmin edilmişdir. Eləcə də, baxış zamanı binada aparılmış tikinti-təmir işləri keyfiyətli olduğu müəyyən olunmuşdur; - bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkaların olduğu müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı İqtisadiyyat Nazirliyinin Lisenziyaya əlavə verilməsinə dair imtinasında göstərilən Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldığı müəyyən olunmuşdur. Beləliklə yuxarıda göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx- 8114, 03 fevral 2020-ci il tarixli 03/19- 11025 nömrəli məktublarında (əvvəlki) və 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubunda (sonrakı) qeyd olunmuş texniki nöqsanlar aradan qaldırıldığı müəyyən olunmuşdur. Tədqiqatın nəticəsi olaraq ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx-8114, 03 fevral 2020-ci il tarixli xx/xx-11025 nömrəli məktublarında (əvvəlki) və 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubundakı (sonrakı) qeyd olunmuş texniki nöqsanların aradan qaldırıldığı müəyyən olunmuşdur.

31. İddiaçı tərəfindən məhkəməyə təmir-tikinti işlərinin istifadəsi zamanı istifadə olunmuş su əsaslı (emulsiya əsaslı) son qat strukturku boyaların uyğunluq sertifikatları, həmçinin tibbi tullantıların daşınması və utilizasiyasına dair müqavilə təqdim edilmişdir.

32. İddiaçı ərizə ilə məhkəməməyə müraciət edərək 20 noyabr 2021-ci il tarixdə bölünmə balansı əsasında hüquqi varisi olamaqla “Qismət Firması" MMC-nin nəzdində İddiaçı MMC yaradılmışdır. Bununla da “Qismət Firması" MMC-nin tibb sahəsi üzrə bütün əmlak və hüquqi öhdəlikləri tam olaraq İddiaçı MMC-nin səlahiyyətinə verilmişdir ki, bu da “Dəniz Hospital" MMC-nin nizamnaməsində öz əksini tapmışdır. Bu bölünmə balansı əsasında xx.xx.2016-cı il tarixdə “Qismət Firması" MMC-yə tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 089113 nömrəli lisenziya, xx.xx.2022-ci il tarixdə İN/L-109/2022 saylı lisenziya ilə İddiaçı MMC-in adına dəyişdirilmişdir. Bütün bunları nəzərə alaraq hazırkı işdə "xxxx" MMC-nin "Dəniz Hospital” MMC ilə əvəz edilməsi xahiş edilir.

33. İddiaçı MMC-nin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən, İddiaçı MMC "xxxx" MMC-nin (VÖEN **********) tərkibindən ayrılma nəticəsində yaradılmış, bölünmə balansı və təhvil aktında göstərilən (ünvan 2 ünvanında yerləşən 0,08439 ha torpaq sahəsi və 3995 kv.m. olan daşınmaz əmlak Seriya RX0935150 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əmlakların, hüquq və vəzifələrin hüquq varisidir.

34. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 3995 kv.m. qeyri-yaşayış binası İddiaçı MMC-nin tam mülkiyyətindədir.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Özəl tibb fəaliyyətini həyata keçirmək üçün AZ1121 ünvan 4 ünvanında yerləşən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə İN/L-109/2022 nömrəli yeni lisenziya və eyni tarixli İN/L-109/2022 nömrəli lisenziyanın əlavəsi verilmişdir.

36. xx.xx.2022-ci il tarixli İN/L-109/2022/1 nömrəli lisenziyaya əlavədə İddiaçı MMC-yə Bakı şəhəri, Xətai rayonu, Zülfüqarov küçəsi, məhəllə 2942 A (ünvan 5 ünvanında özəl tibb fəaliyyətin ambulator və stasionar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısında ambulator tibbi xidmət kimi 2.23. mama-ginekologiya: 2.23.1 ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) nəzərdə tutulur.

37. Məhkənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı "xxxx" MMC İddiaçı MMC ilə əvəz edilmiş, "xxxx" MMC-nin iddiaçı qismində prosessual iştirakına xitam verilmişdir.

38. Məhəkmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi göstərilməklə iddia tələbinin “lisenziyanın verilməsi üçün tələb olunan rəyin (razılıq) verilməsi” kimi dəqiqləşdirilməsi təklif edilmişdir.

39. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin (razılığın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması kimi dəyişdirmişdir.

40. Ərizə onunla əsaslandırılmışdır ki, inşa olunmuş klinikada birinci və ikinci mərtəbələrdə diaqnostik, üçüncü və dördüncü mərtəbələrdə doğuşa yardım, beşinci və altıncı mərtəbələrdə ginekoloji və ümumi cərahiyyə şöbələri nəzərdə tutulmuşdur. Klinikanın inşası və avadanlıqların təchizatı üçün tərəfimizdən bir neçə milyon manat xərclənmişdir. Baxmayaraq ki, layihə Səhiyyə Nazirliyi tərəfindən verilib, lakin bir neçə ildir ki, həmin Nazirliyin işçiləri tərəfindən böyük haqsızlıqlarla qarşı-qarşıya gəlmişik. Belə ki bizə veilmiş lisenziyaya bir neçə sahələr üzrə, o cümlədən on bir növ əməliyyat sahələri üçün (baxmayaraq biz bu sahələrdən istifadə etmirik) əlavələr olunduğu halda, doğuşa yardım və ginekoloji stasionar üçün əlavələrə aid müraciətimizə hər dəfə bir bəhanə ilə bizə imtina cavabları verilmişdir.Biz onların göstərdiyi nöqsanları aradan qaldırdığımız halda belə, yenə də, bu sahələrin bizə verilməsinin mümkün olmayacağını bildirmişlər. 2018-ci ildən bu günə qədər “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə "xxxx" MMC arasında Lisenziyaya mama-ginekologiya (ginekologi stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi” tələbinə dair məhkəmə çəkişməsi gedir. Lakin İqtisadiyyat Nazirliyinin mövqeyi ondan ibarətdir ki, tələb olunan sahə üzrə lisenziyaya əlavənin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müsbət rəyin verilməsi mütləqdir. Səhiyyə Nazirliyi tərəfindən lisenziyaya əlavənin verilməsi üçün hər hansı bir nöqsanın olmaması barədə rəy verilmədiyi təqdirdə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaya əlavənin verilməsi mümükün deyil. İş üzrə üç dəfə məhkəmə ekspertizası keçirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəylərində cavabdeh orqanın lisenziyaya əlavənin verilməsindən imtina məktublarında göstərdikləri nöqsanların aradan qaldırıldığı qeyd olunmuşdur. İş üzrə keçirilmiş 27 aprel 2022-ci il tarixli ekspert rəyində də ünvan 6 ünvanında yerləşən ’’Qismət Firması' MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin 26 sentyabr 2020-ci il tarixli xx/xx-8114 və 03 fevral 2021-ci il tarixli xx/xx-11025 (əvvəlki) məktublarında və 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli (sonrakı) məktubunda qeyd olunmuş texniki nöqsanların aradan qaldırıldığının müəyyən olunduğu göstərilmişdir. Belə olan halda hesab edirlir ki, Lisenziyaya əlavənin verilməsi üçün tələb olunan rəyin verilməsi öhdəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulmalıdır. “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1.8-ci maddəsinə əsasən qanunvericiliyin pozulmasına və bu pozuntular nəticəsində sahibkara dəyən zərərə görə lisenziya və icazə verən orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərindən biridir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən lisenziya və icazə sisteminin tənzimlənməsi ilə bağlı hər hansı hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilir. Həmin Qanununun 12.3-cü maddəsinə əsasən sahibkar lisenziya və icazə məsələlərinə dair metodiki yardım göstərilməsi, məsləhət almaq və müvafiq sahədə vəziyyəti qiymətləndirmək üçün lisenziya və icazə verən oıqana müraciət etmək və onu yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana dəvət etmək hüququna malikdir

41. Bununla əlaqədar məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin prosessual iştirakına xitam verilmiş, cavabdeh qismində Səhiyyə Nazirliyi nəzərə alınmışdır.

42. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

43. Məhkəmə tərəfindən İddiaçı MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən 3995 kv.m. qeyri-yaşayış binasına Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilmişdir.

44. Yerində müayinə zamanı müəyyən olundu ki, hospital 6 mərtəbədən ibarət olmaqla bütünlükdə doğuşa yardım və ginekoloji əməliyyatlar və 150-200 nəfərlik işçi heyəti üçün nəzərdə tutulmuşdur. Binanın birinci və üçüncü mərtəbəsi doğuşa yardım üçün nəzərdə tutulmuşdur. Birinci mərtəbə həm xəstənin ilkin qəbulu üçün hazırlanmaqla həm də diaqnostika üçün təchiz olunmuşdur, ikinci mərtəbə isə bütünlükdə diaqnostik əhəmiyyətli hazırlanmışdır. Üçüncü mərtəbədə manipulasiya otağı, yeni doğulmuşlar otağı, peyvənd otağı və palatalar, dördüncü mərtəbədə doğuş zalı, əməliyyat bloku, reanimasiya, çirkli alətlərin daşınması otağı yerləşir. Xəstəxana eyni anda 1 keysəriyyə və 2 təbii doğuş qəbul etmək imkanına malikdir. Həmçinin xəstəxanada ağır vəziyyətdə olan yeni doğulmuşlar üçün 4 ədəd küvez nəzərdə tutulmuşdur. Binanın beşinci mərtəbəsi bütünlükdə ginekologi əməliyyatlar üçün ayrılmışdır, həmin mərtəbə əməliyyat blokundan və 3 əməliyyat otağından ibarət olmaqla ginekoloji əməliyyatlar üçün nəzərdə tutulmuşdur. Həmçinin beşinci mərtəbədə anesteziologiya otağı vardır. Binada işıq generator vardır. Binanın sonuncu – altıncı mərtəbəsində ginekoloji əməliyyatlar üçün ayrılmış palatalar yerləşir.

45. Yerində müayinə zamanı Səhiyyə Nazirliyi tərəfindən bildirilən iradlar tərəflərin iştirakı ilə nəzərdən keçirilmişdir.

46. İddia tələbi məhkəmənin qərardadı ilə özəl tibb fəaliyyətinə lisenziyaya mamaginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin (razılığın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

47. İddiaçı MMC tərəfindən təqdim edilmiş ştat cədvəlinə əsasən həkim-neonatoloq, USM həkimi, Həkim-mama-ginekoloq, tibb bacısı, sanitar cəlb edilmişlər.

48. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəyişdirilmiş tələbin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

49. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi iddiaya yazılı etiraz təqdim etmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi.

50. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İqtisadiyyat Nazirliyinin nümayəndələri bildirmişlər ki, dəfələrlə qeyd edilən klinikaya baxış zamanı iştirak ediblər, Səhiyyə Nazirliyi tərəfindən müsbət rəy verildiyi təqdirdə qeyd edilən əlavə iddiaçıya təqdim olunacaqdır.

II. İddianın növü və mümkünlüyü

51. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

52. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

53. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

54. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavə Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında 2-ci bənddə özəl tibb fəaliyyəti nəzərdə tutulmuşdur.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda (2. Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər) Mama-ginekologiya: 2.23.1. ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) və 2.23.2. doğuşa yardım nəzərdə tutulmuşdur.

56. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunundan: 19.6. Lisenziya və icazə verən orqan təqdim edilən ərizəyə baxarkən: 19.6.1. sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır; 19.7. Bu Qanunun 19.6.1-ci maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqan və müəssisəyə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. Aidiyyəti dövlət orqan və müəssisələrinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır. Aidiyyəti dövlət orqan və müəssisələrinin rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət lisenziya və icazə verilməsi ilə bağlı müddətə daxil edilmir. Bu Qanunun 19.6.3-cü maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Bu müddət lisenziya və icazə verilməsi ilə bağlı müddətə daxil edilmir.

57. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

58. İddiaçı bu iddia vasitəsilə həm müraciətin təmin etməsini istisna edən mənfi rəyin aradan qaldırılmasını, həm də özünün xeyrinə müvafiq rəyin (razılığın) verilməsini tələb edir.

59. Həmin rəy (razılıq) hüquqi nəticə yaradır.

60. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən (19.7) müvafiq rəy (razılıq) lisenziya və lisenziyaya əlavə verən orqanın müraciəti əsasında verildiyindən və işin hallarına uyğun olaraq müvafiq müraciət olunduğundan (mübahisə məhz rəyin mənfi olması ilə əlaqədardır) bununla bağlı iddiaçının ayrıca olaraq inzibati orqana müraciətinin olmamasını məhkəmə iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirmir.

61. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

62. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

63. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).

64. Belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

65. İddia mümkündür.

66. "xxxx" MMC-nin yenidən təşkilindən sonra yaranmış İddiaçı MMC-nin adına özəl tibb fəaliyyətinə xx.xx.2022-ci il tarixdə İN/L-109/2022 nömrəli yeni lisenziya və eyni tarixli İN/L-109/2022 nömrəli lisenziyanın əlavəsi verilmiş, odur ki, dəyişdirilmiş iddia tələbində lisenziyanın tarixinin xx.xx.2016-cı il tarixli İN/i-890/2016 olaraq göstərilməsini məhkəmə formal xəta hesab etmişdir. III.Məhkəmənin mövqeyi

67. İddiaçıya verilmiş lisenziyaya əlavədə İddiaçı MMC-yə Bakı şəhəri, Xətai rayonu, Zülfüqarov küçəsi, məhəllə 2942 A (ünvan 5 ünvanında özəl tibb fəaliyyətin ambulator və stasionar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısında ambulator tibbi xidmət kimi 2.23. mama-ginekologiya: 2.23.1 ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) nəzərdə tutulmuşdur.

68. İddiaçı hazırda mama-ginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım sahəsinə dair lisenziyaya əlavə üçün müsbət rəyin (razılığın) verilməsi vəzifəsinin cavabdeh Səhiyyə Nazirliyinin üzərinə qoyulmasını tələb edir.

69. Məhkəmə qeyd edir ki, məhkəmə qərardadı ilə təyin edilmiş ekspertizanın nəticəsində təqdim edilmiş ekspert rəyinə əsasən Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 147 ünvanında yerləşən qeyri-yaşayış binasında Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunmuş çatışmazlıqlar üzrə baxış keçirilmiş və baxış zamanı əldə olunmuş məlumatlar aşağıdakı kimi müəyyən olunmuşdur: -müəssisənin əksər yerlərində təmir-tamamlama işləri yenidən aparılaraq divarlara şpaklyovka çəkilərək sulu boya ilə rənglənərək səliqəsiz və keyfiyyətsiz aparılmış işlər aradan qaldırılmışdır; -baxış zamanı istifadə olunmuş inşaat materiallarının yəni istifadə olunmuş su əsaslı antibakterial boya Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən Dövlət reyestrində AZ031 xx.xx.00294 20 saylı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış uyğunluq sertifikatlarına uyğun olduğu göstərilmişdir; -əsas və yardımçı otaqlarda su xətlərinə krantları, ventilyasiya, elektrik sistemlərinə elektrik açarı quraşdırıldığını, elektrik xətlərinin üzərləri açıq şəkildə olmadığını nəzərə alaraq, həmin xətlər təhlükəsiz çəkildiyi təmin olunmuşdur; -müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmişdir; -qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin olunması tikinti ekspertinin səlahiyətlərinə aid deyildir; -sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud tullantıların utilizasiya müqavilənin olub-olmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir; -müəssisədə işıq generatorun işlək vəziyyətdə olduğu müəyyən edilmişdir; -obyektin sanitar-gigiyenik vəziyyətinə dair baxış keçirilərkən bütün otaqlarda ventilyasiya sistemləri quraşdırılmış, həmin ventilyasiya sistemlərinin qəfəslərinin hava sorucu, hava verici sistemləri ayrı-ayrılıqda quraşdırılıaraq normal işlək vəziyyətdə olduğu, eyni zamanda ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda mövcud olan ventilyatorlar, normativlərə və qaydalara uyğun (ventilyator sistemi “TÜV NORD” şirkəti tərəfindən verilmiş sertifikata uyğun olduğunu nəzərə alaraq) quraşdırıldığından, havanın otaqdaxili effektiv mübadiləsi və əlverişli mikroiqlim şəraitinin yaradılması təmin edilmişdir. Eləcə də, baxış zamanı binada aparılmış tikinti-təmir işləri keyfiyətli olduğu müəyyən olunmuşdur; - bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkaların olduğu müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı İqtisadiyyat Nazirliyinin Lisenziyaya əlavə verilməsinə dair imtinasında göstərilən Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunan çatışmazlıqlar aradan qaldırıldığı müəyyən olunmuşdur.

70. Lisenziyaya əlavə verilməsinə dair imtinasında göstərilən Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd edilən iradlar yerində müayinə zamanı tərəflərin (eləcə də Səhiyyə Nazirliyi tərəfindən cəlb olunmuş mütəxəssislərin) iştirakı ilə yoxlanmışdır.

71. Ekspert rəyi ilə əhatə olunmayan müəssisədə mövcud tullantıların utilizasiya müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.

72. Ekspertin rəyi aydın və ya tamdır. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, məhkəmədə tədqiq olunmuş və yerində müayinə zamanı rəydə göstərilənləri təkzib edən hər hansı hal müəyyən edilməmişdir və məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir.

73. Məhkəmə qeyd edir ki, mama-ginekologiya (ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım) sahəsinə dair müsbət rəyin verilməsindən imtinaya səbəb olan çatışmazlıq məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

74. Odur ki, müvafiq rəyin (razılığın) verilməsi zamanı Səhiyyə Nazirliyinin istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtlərinin özünün qiymətləndirməsinə əsasən müəyyən olunması və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı Səhiyyə Nazirliyinə qiymətləndirmə azadlığı verilməsi məhkəmə araşdırmasının nəticəsində istisna edilmişdir.

75. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası (mənfi rəyi) iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

76. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

77. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

78. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Səhiyyə Nazirliyindən 250 (iki yüz əlli) manat (birinci instansiya məhkəməsində ilkin araşdırılması zamanı 200 (iki yüz) manat və birinci instansiya məhkəməsində təkrar araşdırma zamanı 50 manat) məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

79. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC-yə özəl tibb fəaliyyətinə lisenziyaya mama-ginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım sahəsinə dair əlavə üçün müsbət rəyin (razılığın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən 250 (iki yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar