Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-19509/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində X6, X7 və X3 cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-də faktiki yaşamayan və istifadə hüququ olmayan X6, X7 və X2 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 14 noyabr 2017-ci il tarixdə X1 alqı-satqı müqaviləsi ilə həmin mənzili almışdır. Həmin mənzildə qeydiyyatda olan X6, X7 və X3 mənzilin köhnə mülkiyyətçisinin qohumlarıdır. Onlar heç bir zaman sözügedən mənzildə yaşamamış, sadəcə olaraq pasport qeydiyyatında olmuşdurlar. Bununla bağlı iddiaçı tərəfindən Qaradağ Rayon Polis İdarəsinə müraciət edilmişdir. Həmin müraciətə əsasən göndərilmiş cavab məktubunda qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyd olunmuşdur. Üçüncü şəxslərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, üçüncü şəxslərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, X5 artıq Qaradağ rayonu, N.Əliyev küçəsi, ev 42-də yerləşən 16 nömrəli mənzildən qeydiyyatdan çıxmışdır. Hazırda rəsmi qeydiyyat ünvanı başqa ünvandır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən X6 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə/D, Lökbatan qəsəbəsində qeydiyyatdadır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən X7 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə/D, Lökbatan qəsəbəsində qeydiyyatdadır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ə/D, Lökbatan qəsəbəsində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, üçüncü şəxslər ünvan 1 ünvanından qeydiyyatdan çıxmışdırlar. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında bildirmişdir ki, ünvan 1 ünvanından qeydiyyatdan çıxmışdırlar. Belə olan təqdirdə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslər X6, X7 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxdığından işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldi: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2-1(112)-19509/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-19509/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver